Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   2   3   4   5   6   7   8   9   ...   48


 
Ġkincisi: Azərbaycan xalqı öz nefti və yanacağı ilə faşizm üzərində qələbə 
üçün tarixi  xidmətlər  göstərmişdir və  bu  haqda  böyük qürurla  bütün dünyaya  car 
çəkmək lazımdır. 
II  Dünya  müharibəsi  tarixinin  və  xüsusilə  1941-45-ci  illərin  Böyük  Vətən 
müharibəsi  tarixinin  araşdırılması  sübut  edir  ki,  “Əgər  Bakının  nefti  olmasaydı 
Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi...”(Heydər Əliyev). Bu nefti 
hasil  edən  isə  qəhrəman  Azərbaycan  xalqı  olmuşdur.  Buna  görə  də  Bakı  şəhəri 
“Qəhrəman şəhər” adına layiq görülməli idi. Lakin bu da edilmədi. 
Üçüncü:  “Böyük  Vətən  Müharibəsi”  adlı  kitablarda  və  məqalələrdə 
Azərbaycanda  yaradılmış  və  düşmənlə  qəhrəmancasına  döyüşmüş  milli 
diviziyalarımız haqqında demək olar ki, çox az məlumat verilmişdir.  
Dördüncüsü:  İkinci  dünya  müharibəsi  mövzusu,  “Böyük  Vətən 
Müharibəsi”  mövzusundan  çox  geniş  mövzudur.  Bununla  əlaqədar  olaraq  indi 
azərbaycanlıların  ikinci  dünya  müharibəsi  illərində  xarici  ölkələrdə  müqavimət 
hərəkatında  iştirakı  da  müstəqil  mövzu  kimi  geniş  öyrənilməli  və  təbliğ 
edilməlidir. 
BeĢincisi:  Azərbaycan  xalqının  hərb  tarixi  Sovet  hakimiyyəti  dövründə 
öyrənilməmişdir  və  bunun  səbəbləri  məlumdur.  İndi  xalqımızın  çoxəsrlik  ümumi 
və  mübarizə  tarixi  gerçəkliklə,  olduğu  kimi  öyrənilərək,  yüksək  elmi  tarixilik  və 
dünya standartları səviyyəsində yazılmalıdır.  
Bununla əlaqədar olaraq doğma Qarabağ torpağımıza sahib çıxmaq istəyən 
və onu son on ildə faktiki olaraq zəbt etmiş ermənilərə tutarlı cavab vermək üçün 
Qarabağımızın həqiqi tarixinin də hələlik yazılmaması böyük təəssüf doğurur.  
Nə  qədər  acı  olsa  da,  etiraf  etməliyik  ki,  əgər  80-ci  illərin  sonlarında 
Qarabağda  ermənilərin  törətdiyi  qanlı  hadisələr    və  onun  dalınca  Ermənistan-
Azərbaycan müharibəsi başlanmasaydı, bizim əksəriyyət tarixçilərimizin qədim və 
orta  əsrlər  tariximizə,  hətta  “Gülüstan  Müqaviləsinə”  (1828)  açıq  gözlə 
münasibətimizdə “qəflət yuxumuz” bir qədər də uzanardı.  
Böyük Vətən müharibəsi qurtardıqdan sonra erməni müəllifləri əsərlərində 
öz  xalqının  bu  qələbədə  böyük  rolunu  erməni  marşal  və  generalların  sayca  nisbi 
çoxluğu  ilə  əsaslandırmağa  başladılar. Bu şovinistlər  müharibədən sonrakı illərdə 
də  ermənilərin  digər  Sovet  xalqlarından  üstünlüyünü  hər  addımda  qeyd  etməkdə 
davam edirdilər. Ölkəyə 1959-69-cu illərdə on il başçılıq etmiş Nikita Xruşşov isə 
daşnak Anastas Mikoyanın fitvası ilə erməniləri  “talantlı xalq” adlandırmışdı. 
Böyük  Sovet  Ensiklopediyası  redaksiya  heyətində  baş  redaktorun  birinci 
müavini  işləmiş  Şaumyan  (Azərbaycan  xalqının  qanını  içən  Stepan  Şaumyanın 
oğludur)  daşnakların  çoxunu  bolşevik  etdiyi  kimi,  öz  xalqının  adına  bu 
ensiklopediyada mədhiyyələr də yazmışdır. II cilddəki “Ermənistan SSR” haqqında 
yazıda  göstərilir  ki,  Böyük  Vətən  müharibəsində  ermənilərin  “bir  neçə  milli 



 
diviziyası”  döyüşmüşdür  və  onlardan  biri  də  “Taman  atıcı  diviziyası  Qafqazdan 
Berlinədək  döyüş  yolu  keçmişdir”.  Həmin  Ensiklopediyanın  birinci  cildindəki 
“Azərbaycan SSR”  haqqında  məlumatda isə  yalnız 416-cı  Taqanroq diviziyasının 
adı çəkilir və səthi məlumat verilir.  
Bəs 
özümüzün 
Ensiklopediyasında 
necə? 
Azərbaycan 
Sovet 
Ensiklopediyasının I cildində də yalnız 416-cı diviziyanın adı çəkilir. Azərbaycan 
dilində  1941-45-ci  illər  müharibəsi  iştirakçıları  haqqında  nəşr  edilmiş  ilk 
kitablardan  biri  Museyib  Qurbanovun  “Qələbə  yolu”  (Azərnəşr,  1954)  kitabıdır. 
Həmin  kitabda  Şimali  Qafqzdan  döyüşə  başlamış  416-cı  milli  diviziyanın  milli 
tərkibi haqqında məlumat çox zəif verilmişdir. 
Milli  diviziyalarımız  haqqında  ilk  dəfə  yığcam  məlumat  1998-ci  ildə  rus 
dilində nəşr olunmuş  “Qəhrəmanlar haqqında xatirə yaşayır” adlı kitabın 116-132-
ci  səhifələrində  verilmişdir.  (tərtib  edənlər  M.Abbasov,  A.Qritçenko,  R.Zeynalov, 
M.Feyzullayev). 
Azərbaycanda doğulmuş və işləyərək orduda xidmətə çağırılmış döyüşçü və 
komandirlər (Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşlər)  haqqında ilk 
kitab  1965-ci  ildə  nəşr  edilmişdir.  Oçerklər  şəklində  buraxılmış  bu  kitabın 
redaktorları V.A.Muradyan və E.İ.Meyeroviçdir. 
Oxucuya  təqdim  edilən  bu  kitabda  ilk  dəfədir  ki,  Azərbaycan  xalqının  II 
dünya  müharibəsi  illərində  ön  cəbhələrdə  və  arxa  cəbhədə  faşizmə  qarşı 
mübarizədə döyüş və əmək rəşadəti geniş planda şərh edilir.  Bütün bunları nəzərə 
alaraq bu mövzuda yazılmış kitabların ingilis və digər dillərdə nəşr edilərək dünya 
ölkələrində yayılması son dərəcə vacibdir. 
Böyük Vətən Müharibəsi mövzusunda SSRİ-də nəşr edilmiş siyasi və hərbi 
ədəbiyyatda Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu çox zəif verilmiş 
və həmişə kölgədə saxlanılmışdır. Hətta 1990-cı ildə “Siyasi nəşriyyat” tərəfindən 
Moskvada  nəşr  edilmiş  “Böyük  Vətən  Müharibəsi;  1941-45,  hadisələr,  insanlar, 
sənədlər”  adlı  böyük  həcmli  tarixi  məlumat  kitabında  (461  s.)  bir  nəfər  də  olsun 
azərbaycanlının adı çəkilmir. Halbuki burada digər millətlərdən külli miqdarda adi 
fəhlənin,  şaxtaçının  haqqında  şəkilləri  ilə  birlikdə  geniş  məlumatlar  verilir.    İki 
dəfə  Sovet  İttifaqı  qəhrəmanı,  general-mayor  Həzi  Aslanov  haqqında  bu  kitabda 
bir  kəlmə  də  olsa  yazılmayıb.  Digər  millətlərdən  olan  Sovet  İttifaqı  qəhrəmanları 
haqqında  isə  geniş  məlumatlar  verilmişdir.  Belə  ədalətsiz  faktları  çox  göstərmək 
olar. 
Yuxarıda  adı  çəkilən  kitabda  bu  mövzuya  aid  nəşr  edilmiş  digər  əsərlərdə 
müharibə  illərində  orduya  silah  hazırlayan  müəssisələr  sırasında  “Maqnitaqorsk 
Rura  qələbə  çaldı”  deyə  müddəalar  yazılır,  lakin  Azərbaycan  Respublikasının 
qələbəni təmin edən qəhrəman neftçilərin əməyi haqqında susulur.  Xoşbəxtlikdən 
müharibənin  gedişi  dövründə  Sovet  ordusuna  rəhbərlik  etmiş  görkəmli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə