Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   2   3   4   5   6   7   8   9   ...   48

10 
 
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi 
dağıldıqdan  sonra,  1917-ci  ilin  mayında  keçirilən  Qafqaz  müsəlmanları 
qurultayında  edilmişdir  və  bu  qurultayda  müsəlman  alayları  yaradılmasına 
başlamaq  üçün  xüsusi  büronun  təşkili  haqda  qərar  qəbul  edilmişdi.    Bundan  az 
sonra həmin ilin oktyabrında  Azərbaycan Türk Demokratik Federalistlər Partiyası  
- “Müsavatın” I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.  
1917-ci  ilin  noyabrında  Zaqafqaziya  komissarlığı  Zaqafqaziyanın 
respublikalarında  milli  hərbi korpuslarının  yaradılması  haqqında  qərar qəbul etdi.  
Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin 
Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi. 
Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi 1918-ci ilin 
28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir 
hərbi  hissə  var  idi.  Əlbəttə  bu  cüzi  hərbi  qüvvə  ilə  Azərbaycanın  müstəqilliyini 
müdafiə  etmək  və  Bakıda  Şaumyanın  başçılıq  etdiyi  Bakı  Soveti  (Bakı 
kommunası)  qoşunlarının  Gəncə  üzərinə  hazırlanan  hücumunun  qarşısını  almaq 
çətin idi. 
Belə bir vəziyyətdə Azərbaycanın kömək uma biləcəyi yeganə ölkə Türkiyə 
idi.  
Bu məqsədlə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının sədri Fətəli 
Xan  Xoyski  Türkiyə  hökumətinə  hərbi  yardım  haqqında  xahiş  etmişdi.  Bu  xahiş 
Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında 1918-ci ilin 4 iyununda 
bağlanmış  dostluq  müqaviləsinin  IV  bəndinə  əsasən  edilmişdi.  Müqavilənin  bu 
bəndində  deyilirdi:  “Ölkənin  təhlükəsizliyini  təmin  etmək  üçün  ehtiyac  olduğu 
təqdirdə  Azərbaycan  Respublikası  hökumətinə  silahlı  qüvvələrlə  yardım  etməyi” 
Türkiyə öz öhdəsinə götürür. 
Müvafiq   razılaşmaya  əsasən  Türkiyənin  Hərbi  Naziri  və  Ali  baş 
komandan müavini Ənvər paşa öz qardaşı Nuru paşaya göstəriş verdi və o, Təbriz 
ətrafında olan Türkiyə hərbi qüvvələri ilə Gəncəyə doğru hərəkət etməyə başladı. 
Yaranmış  vəziyyətlə  əlaqədar  olaraq  Azərbaycan  hökuməti  1918-ci  ilin  26 
iyununda  Azərbaycanda  hərbi  vəziyyət  elan  etdi  və  məcburi  hərbi  mükəlləfiyyət 
haqqında  fərman  verildi.  Həmin  günlərdə  “Əlahiddə  Azərbaycan  korpusu”nun 
tezliklə  yaradılması  üçün  konkret  tədbirlər  görüldü.  Eyni  zamanda  Türkiyənin  V 
Qafqaz diviziyası (komandanı Mürsəl paşa idi) Gümrü-Dilican-Ağstafa istiqaməti 
ilə  döyüşə-döyüşə  Gəncəyə  daxil  oldu.  Gəncəyə,  eləcə  də  Türkiyənin  Karpat 
cəbhəsindən  götürülmüş  XV  Çanaqqala  diviziyası  (komandanı  Nazim  bəy) 
gətirilmişdi. Türkiyənin bu iki diviziyası Azərbaycan korpusu ilə birləşərək Qafqaz 
İslam ordusu adını aldı və Nuru paşanın komandanlığı altında Bakıya doğru yürüşə 
başladı.  İslam  ordusu  Göyçay  yaxınlığında  Stepan  Şaumyanın  Gəncə  üzərinə 


11 
 
göndərdiyi  Bakı  kommunası  qoşunları  ilə  (komandirləri  daşnaklar  idi)  döyüşə 
başladı və bu döyüşdə qələbə çalaraq Bakı istiqamətində irəliləməyə davam etdi.  
1918-ci  ilin  iyununda  Stepan  Şaumyan  Biçeraxovun
3
 1500  nəfərlik  ordu 
hissəsini  də  (Kürdəmir  yaxınlığında)  döyüşə  cəlb  etsə  də,  Azərbaycan-Türkiyə 
ordu hissələrinin hücumunun qarşısında tab gətirə bilmədi.  
Rusiya  Sovet  hökuməti  S.Şaumyanın  xahişi  ilə  Ukrayna  cəbhəsindən 
Bakıya Petrovun komandası altında bir eskadron süvari, matros və topçular dəstəsi 
göndərmişdi.  Lakin  bunlar  da  Qafqaz  İslam  ordusunun  Bakını  düşmən 
qüvvələrindən təmizləmək əzminin qarşısını ala bilmədi və iyulun son günlərində 
Azərbaycan-Türkiyə  birgə  hərbi hissələri Bakının  yaxınlığında vuruşurdular. Belə 
vəziyyətdə  daşnak  Şaumyanın  başçılıq  etdiyi  Bakı  kommunası  istefa  verməyə 
məcbur oldu.  
Həmin günlərdə Bakıda Sentrokaspi hakimiyyəti yaradılmışdı və Ənzəlidən 
ingilis  generalı  Denstervilin  başçılığı  ilə  1500  nəfərlik  hərbi  qüvvə  Bakıya  dəvət 
edilmişdi. Belə bir şəraitdə sentyabrın 15-də Qafqaz İslam ordusu hissələri (birinci 
olaraq  Azərbaycan  hərbi  hissələri)  Bakıya  daxil  oldular.  Ağır  döyüşlərdə  mindən 
artıq İslam ordusu əsgəri və zabiti, 5 mindən çox yerli əhali şəhid oldu. 
Türkiyə  I  dünya  müharibəsində  məğlub  olmuş  ittifaqa  daxil  olan  dövlət 
olduğuna görə qalib Antanta dövlətləri (ilk növbədə İngiltərə hökuməti) ona təklif 
etdi ki, öz qoşunlarını bir həftə ərzində Bakıdan, bir ay müddətində isə Qafqazdan 
çıxarsın.  Buna  uyğun  olaraq Antanta  müttəfiqlərinin  qoşunlarının  noyabrın  17-də 
Bakıya daxil olması gözlənirdi.  
Bakını  “rus  şəhəri”  hesab  edən  ingilis  generalı  Tomson  özünü  şəhərin 
general-qubernatoru  elan  etmişdi.  General  Tomsonun  tələbi  ilə  Azərbaycan 
ordusunun qərargahı noyabrın 22-də Bakıdan Gəncəyə köçürüldü.  
Bütün  bunlara  baxmayaraq  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökuməti 
(Nazirlər  Şurası  sədri  Fətəli  xan  Xoyski)  Milli  ordu  yaradılması  işini  ön  plana 
çəkərək, general-polkovnik Səməd ağa Mehmandarovu 25 dekabrda (1818) Hərbi 
Nazir  təyin  etdi.  Bir  neçə  gün  sonra  general-leytenant  Əliağa  Şıxlinski  hərbi 
nazirin müavini təyin edildi. 
1918-ci  ilin  oktyabrında  Gəncədə  təşkil  edilmiş  qısa  müddətli  hərbi 
məktəbin  birinci  buraxılışı  oldu  və  bu  hesabdan  ordunun  zabit  hissəsi  bir  qədər 
qüvvətləndi.  Lakin  zabitlərin  yarısını  hələ  də  başqa  millətlərin  (əsasən  rusların) 
nümayəndələri təşkil edirdi.  
                                                           
3
 Lazar Biçeraxov Rusiya kazaklarından təşkil edilmiş hərbi dəstənin komandiri, siyasi mövqeyini tez-
tez dəyişən hərbçi idi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə