Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   40   41   42   43   44   45   46   47   48

120 
 
yarandı. Digər tərəfdən cəbhələrdə bu nisbi sakitlik  erməni və rus missionerlərinə 
Azərbaycan  xalqı  içərisində  “ümumi  barış”  ideyalarını  təbliğ  etmək  üçün  şərait 
yaratdı. Bu təbliğatın təsiri ilə  Azərbaycan xalqının müəyyən təbəqələri içərisində 
“əsas  düşməni”  kənarda  axtarmaq  əhvali-ruhiyyəsi  özünə  yer  tapmağa  başladı. 
Hətta  keçmiş  “erməni  kirvələr”  ilə  əlaqələr  yaratmağa  meyl  edənlər  də  tapıldı. 
Xəlvəti  benzin  alveri  bu  meylin  konkret  təzahürü  deyilmi?  Burada  erməni 
şovinistlərinin  əsas  məqsədi  azərbaycanlıların  şüurundan  “erməni  təcavüzkarının 
düşmən surətini” silməkdən ibarətdir. Azərbaycan dövlətçiliyi üçün belə planların 
böyük təhlükə olması aydındır.  
Belə  bir  şəraitdə  erməni  faşist  ideoloqları  ümumdünya  erməni  strateji 
mərkəzlərinin göstərişi ilə Azərbaycanda  zəbt etdikləri ərazilərdən qaçqın düşmüş 
ərazilərdən  doğma  torpaqlara  qayıtmaq  istəyini  öldürmək  istiqamətində  hərtərəfli 
fəaliyyətə  başladılar.  Ən  əvvəl  “Qarabağ  münaqişəsi”nin  dinc  yolla  həll 
edilməsinin qeyri mümkünlüyü geniş təbliğ edilməyə başlandı (halbuki, Kosovada 
Albanların  hüquqlarının  NATO  tərəfindən  müdafiə  edilməsi  belə  imkanın 
mümkünlüyünə  əsasdır).  Populist  siyasətçilər  isə  yalnız  müharibə  yolunu  təbliğ 
etməkdə davam edirlər.  
Azərbaycan  xalqı  içərisində  birliyə  mane  olmaq  istəyən  rus  və  erməni 
missionerləri, respublikada yaşayan azsaylı xalqların (talış, tat, udin, ingiloy və s.) 
xristianlaşdırılması,  hətta  bəzi  azərbaycanlılara  maddi  kömək  edərək  onların 
xristian  kilsələrinə  cəlb  edilməsi  istiqamətində  fəaliyyəti  genişləndirirlər.  Əlbəttə, 
belə  əhvali-ruhiyyənin  Azərbaycan  ordusuna  xidmət  edən  gənclər  üçün  qorxusu 
daha çoxdur. 
 
Bəxtiyar Vahabzadə 
Azərbaycan Xalq şairi 
 
VETERANLAR MARġI 
 
Bir zamankı üzbəüz 
Durdu gecəylə-gündüz 
Faşist fəlakətinə 
Qalxan oldu köksümüz. 
 
Biz gənc ikən anladıq 
Xeyir nədir, şər nədir. 
Şərəfli ömrümüzün  
Kökü cəbhələrdədir. 
 


121 
 
Uzun illər dəzgaha 
Dəyişsək də səngəri 
Çınlar qulağımızda 
Hələ güllə səsləri. 
 
Bizi cavan saxlamış 
Eşqimiz, əqidəmiz.  
Yaşamışıq həmişə 
Əsgər ürəyilə biz. 
 
Versək də borcumuzu 
Bu müqəddəs Vətənə.  
Ona borclu bilirik 
Ömrümüzü biz yenə.  
 
 
Nəticə 
 
Gənclərimizin hərbi vətənpərvərlik 
tərbiyəsini gücləndirmək istiqamətində 
təkliflər 
 
Orduda xidmət etməyən gənc cəmiyyətdə hörmət qazana bilməz 
HEYDƏR ƏLİYEV 
 
XX əsrin son onilliyində dünyanın siyasi həyatında baş vermiş dəyişikliklər, 
ilk  növbədə  Sovetlər  İttifaqının  dağılması,  öz  təsirini  az-çox  bütün  xalqların 
həyatında  göstərmişdir.  Yaranmış  şəraitdən  istifadə  edərək,  öz  dövlət 
müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üçün isə bu onillik ağrılı oldu. Burada 
əsas  səbəb  Rusiyanın  imperiyapərəst  dairələrinin  Ermənistanın  separatçı 
qüvvələrinə  Azərbaycan  ərazisinin  20%-ni  zəbt  etmək  üçün  kömək  etməsidir. 
Digər  tərəfdən  tarixən  Azərbaycan  xalqının  iki  yerə  parçalanmasının  ikinci 
iştirakçısı  olan  İran  hakim  dairələri  də  son  iki  əsrdə  həmişə  Azərbaycan  xalqına 
düşmənçilik mövqeyindən çıxış etmişdir və etməkdə davam edirlər. 
Azərbaycan  ərazilərini  zəbt  etmək  məqsədilə  Ermənistanın  faktiki  olaraq 
1988-ci  ildə  başladığı  hərbi  əməliyyatlarda  azğın  düşmənlə  mübarizədə  çox 
itkilərimiz olmuşdur. 20 mindən artıq şəhid vermişik, 50 min nəfər şikəst olmuş və 


122 
 
itkin düşmüş, girov götürülmüşlərin sayı isə 4 mindən çoxdur, ərazilərimizin 20%-i 
erməni tapdağındadır. 
Belə  bir  uğursuzluq  müharibə  alovu  görmüş  İkinci  dünya  müharibəsi 
veteranlarını,  Əfqanıstan  döyüşləri  iştirakçılarını,  Qarabağ  müharibəsi  adlanan 
müharibənin  döyüşçülərini  çox  narahat  edir.  Əlbəttə  özlərinin  yaşadıqları 
yurdlarından  qovulmuş  soydaşlarımızın  dərdləri  daha  dözülməzdir.  Şəhid  ata-
analarının  qəmli  gözləri  tez-tez  yaşarır.  İstər-istəməz  belə  suala  cavab  axtarırsan: 
necə oldu ki, bu qədər itki müqabilində ərazilərimizi əldə saxlaya bilmədik? 
Görünür  əsas  səbəb,  döyüş  qabiliyyətinə  malik  ordumuzun  olmamasıdır. 
Halbuki,  1918-1920-ci  illərdə  Azərbaycan  Xalq  Cumhuriyyəti  hökuməti  qısa 
müddətdə nizamlı ordu hissələri yaratmışdı. 
1988-92-ci  illərdə  Azərbaycanda  hakimiyyətdə  olanlar  və  ilk  növbədə  iki 
prezident (Ayaz Mütəllibov və Əbülfəz Əliyev) belə bir ordunun yaradılmasının ən 
vacib  vəzifə  olduğunu  başa  düşmədilər.  Ayaz  Mütəllibovun  prezidentliyi 
dövründə,  1991-ci  ilin  5  sentyabrında  Müdafiə  Şurası  yaradılmışdı,  ordu 
yaradılması üçün orduda xidmətə çağırış isə üç ay sonra, 5 dekabrda elan edilmişdi 
və bu çağırış 25% yerinə yetirilmişdi. 
Milli ordu  yaradılmasına belə  biganəlikdə  bəzi  imkanlı  valideynlərimiz  də 
təqsirkardırlar:  onlar  öz  övladlarının  Azərbaycan  Ordusunda  xidmətdən 
yayınmasına  cürbəcür  saxta  yollarla  nail  oldular.  Bu  yollardan  biri  bəzi  gənc 
çağırışçıların 26 yaşına qədər ikinci ali məktəbdə oxudulması, hətta xarici ölkələrə 
təhsilə  göndərilməsi  olmuşdur.  Belə  hallar  daha  çox  rəhbər  vəzifələr  tutan 
vətəndaşların övladları hesabına olurdu. Belə valideynlər unudurlar ki, vətəndaşlıq 
borcu vəzifə borcundan daha üstündür və buna vicdanla riayət etmək lazımdır. 
Prezident  H.Əliyev  milli  ordumuzun  yaradılmasına  xüsusi  diqqət 
yetirmişdir.  1997-ci  ildə  yazıçıların  X  qurultayında  etdiyi  çıxışında  H.Əliyev 
demişdir: “Hər bir valideyn borcludur, övladını uşaqlıqdan düzgün tərbiyə etsin ki, 
o böyüyəndə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir, orduda xidmət etməlidir. 
Həmin  fikri  davam  etdirərək  Prezident  xüsusi  olaraq  qeyd  edir  ki,  “Azərbaycan 
silahlı  qüvvələrində  xidmət  edən  hər  bir  kəs  cəmiyyətimizin  ən  hörmətli,  ən 
mötəbər  adamı  olmalıdır”.  Bu  fikrini  Heydər  Əliyev  1998-ci  ilin  fevralında  belə 
tamamlamışdır:  “Orduda  xidmət  etməyən  gənc,  cəmiyyətdə  hörmət  qazana 
bilməz”. 
Bütün  bu  deyilənləri  nəzərə  alaraq,  xüsusilə  gənclər  arasında  milli  qeyrət, 
vətənpərvərlik ruhunu  gücləndirmək  naminə aşağıdakı tədbirləri həyata  keçirməyi 
məqsədə uyğun sayırıq. 
1) 1993-cü ilin ikinci yarısından başlayaraq  gənclərimizdə milli mənlik və 
vətənpərvərlik  hissi  xeyli  güclənməkdədir.  Azərbaycan  əsgəri  marşının    hətta 
məktəblilər  və  kiçik  yaşlılar  tərəfindən  sevilə-sevilə  oxunması  buna  parlaq 


123 
 
sübutdur  və  bu,  qürur  doğurur.  Bu  müsbət  hala  uyğun  olaraq  gənclərin  Vətəni 
müdafiəyə hazırlıq işinə daha geniş cəlb edilməsi  naminə  yaxşı olar ki, hər ilin 1 
sentyabrında  bütün  məktəblərdə  ilk  dərslər  “Vətənpərvərlik  və  milli  şərəf” 
mövzusuna həsr olunsun. Bu tədbirdə müharibə veteranları böyük məmnuniyyətlə 
iştirak edərlər. 
2)  Dağlıq  Qarabağ  münaqişəsinin  əvvəlində  erməni  müəlliflərinin  həyasız 
iddialarına  qarşı  bir  neçə  kitabça  yazıldı  və  görünür  hesab  edildi  ki,  düşmən 
təbliğatına  kifayət  qədər  cavab  verildi.  Halbuki,  heç  bir  elmi  əsas  olmadan, 
ermənilər  tərəfindən  dünya  ictimaiyyəti  içərisində  Azərbaycana  qarşı  düşmənçilik 
fikirlərinin  geniş  təbliği  davam  edir.  Buradan  aydındır  ki,  erməni  şovinistlərinin 
heç  bir  əsas  olmayan  həyasız  tələblərinə  və  təbliğatına  qarşı  faktiki  sənəd  və 
dəlillərlə  arasıkəsilmədən  yazılı  cavab  verməliyik.  Belə  ədəbiyyatı  bir  neçə  xarici 
dildə nəşr etdirərək dünya ictimaiyyətinə çatdırmaq lazımdır. 
3)  Azərbaycanda  hərbi  quruculuq  işində  qardaş  Türkiyə  xalqının  çoxəsrlik 
təcrübəsini  öyrənmək  və  ondan  bəhrələnmək  məqsədəuyğundur.  Türkiyə  ordusu, 
onun  hər  bir  əsgəri  Vətən  uğrunda  döyüşlərinə  görə  tarixən  şöhrət  qazanmışdır. 
Türkiyədə  orduda  xidmət  böyük  şərəf  hesab  edilir  və  bu  xidmətə  yararlı  bütün 
vətəndaşlar böyük sevinc hissi ilə əsgəri mükəlləfiyyəti yerinə yetirirlər. Türkiyədə 
valideynlər  hesab  edirlər  ki,  ailədən  sonra  gənclərin  həqiqi  vətəndaş  kimi 
yetişməsini iki məbədə tapşırmaq olar: məktəb və ordu. 
4)  Birləşmiş  Millətlər  Təşkilatı  Konfransının  1998-ci  il  iyulun  əvvəlində 
təsis  etdiyi  Daimi  Beynəlxalq  Ədalət  Məhkəməsi  bu  yaxınlarda  öz  işinə 
başlayacaqdır:  həmin  məhkəmə  birinci  növbədə  soyqırım  və  bu  silsilədən  olan 
beynəlxalq  cinayətlərə  baxacaqdır.  Mərkəzi  Praqada  yerləşən  bu  təşkilat  öz  əməli 
işinə  2000-ci  ildən  başlayacaqdır.  Xalqımıza  qarşı  əvvəllər  və  son  on  ildə 
törədilmiş  erməni  soyqırımlarının  geniş  sənədləşdirilməsi  işinə  indidən  başlamaq 
və  göstərilən  Beynəlxalq  Məhkəməyə  müraciət  etmək  ən  vacib  vəzifələrimizdən 
biri olmalıdır. 
Bu  tədbirin  vacibliyini  sübut  edən  bircə  fakta  diqqət  edək:  Azərbaycan 
Prezidenti Heydər Əliyev 1998-ci ildə azərbaycanlıların soyqırımı və köçürülməsi 
haqqında  iki  fərman  imzaladıqdan  az  sonra  Ermənistan  mətbuatı  və  ictimaiyyəti 
dünyaya  səpələnmiş  erməni  diasporu  vasitəsilə  fərmanlara  qarşı  hücuma  keçdi. 
Belə  həyasızlıq  erməni  şovinistlərinin  adət  etdikləri  köhnə  taktikanın  davamıdır. 
Buna cavab daimi olmalıdır. 
Qərbin  görkəmli  tədqiqatçıları  Stenford  və  Ezzel  Kural  Şoular,  Çastin  və 
Karolina  Makkartilər  (ABŞ),  Jorj  de  Molevil  (Fransa),  Bernard  Devis  (İngiltərə) 
əsaslı dəlillərlə bu nəticəyə gəlmişlər ki, 1915-ci ildə erməni soyqırımı olmamışdır. 
Əksinə,  1915-ci  ilin  əvvəlində  Rusiya  qoşunları  Şərqi  Anadoluya  hücum  etdiyi 
dövrdə erməni könüllü dəstələri də türklərə qarşı hərbi əməliyyatlara başlamışlar. 


124 
 
Ümumiyyətlə həmin  hərbi əməliyyatlarda 2 milyona qədər türk və 200 min erməni 
həlak olmuşdur. Buradan aydındır ki, ermənilərə qarşı türklər tərəfindən soyqırım 
edilməsi haqqında daşnak iddialarının heç bir əsası yoxdur və 1915-ci ildən sonrakı 
84  ildə  bu  iddia  heç  bir  Beynəlxalq  təşkilat  tərəfindən  qəbul  edilməmişdir.  Hətta 
ABŞ-ın  Ermənistandakı  səfiri  Maykl  Lemmo  1999-cu  ilin  aprelində  demişdir; 
ermənilərin  “1915-ci ildə bizə qarşı genosid olmuşdur” demələri  və bunu hüquqi 
şəkildə qəbul etdirmək cəhdləri “icra edilməyən duaya amin deməyə” oxşayır. 
Jorj de Molevil ermənilərin arasıkəsilmədən hay-küylə qaldırdıqları 1915-ci 
il  erməni  soyqırımı  məsələsini  nəzərdə  tutaraq  yazır  ki,  “Avropa  üçün  gələcəkdə 
çox  ağır  nəticələrə  səbəb  ola  biləcək  erməni  təbliğatının  özbaşınaçılığını 
dayandırmaq  üçün  bütün  sağlam  fikirli  adamların  reaksiyası  vacibdir”.  Müəllif 
eləcə  də,  xüsusi  olaraq  qeyd  edir  ki,  erməni  təbliğat  maşınında  bolşeviklərin  üç 
metodundan  istifadə  edilir:  1)  tarixi  təzədən  yazmaq  cəhdi,  2)  təqib olunan  rəqibi 
günahlandırmaq, 3) düşmənin guya gizli sui-qəsdə hazırlaşması haqqında hay-küy 
salmaq.  
Ermənistanın  daşnak  və  digər  şovinist  qüvvələri  Azərbaycanın  ərazilərinin 
20%  zəbt  etməkdə  özlərinə  bəraət  qazandırmaq  istiqamətində  indi  geniş  təbliğat 
aparırlar. “Armyanskiy vestnik” jurnalının 1998-ci ildə buraxılmış 2-ci sayında bu 
mövzuya  aid  çap  olunmuş  dörd  məqalədən  birinin  müəllifi  Ruben  Zərgəryanın 
məqaləsi  belə  adlanır:  “Azərbaycanın  insanlığa  qarşı  törətdiyi  hərbi  cinayətlərinə 
görə tribunalın keçirilməsi zəruriliyi”. Ermənilərin bu dərəcədə mütəşəkkil həyasız 
hay-küyünün  qarşısında  bizim  haqq  işimizin  dünya  miqyasında  təbliğinin  çox 
zəifliyinə  heç  bir  bəraət  yoxdur.  Gec  də  olsa  hərəkətə  gəlməyin  vaxtı  çoxdan 
çatmışdır və bunu mütləq etmək lazımdır.  
Azərbaycan 
Respublikasının  Prezidentinin  “Vətən  müdafiəçilərinin 
xatirəsini əbədiləşdirmək haqqında” 1997-ci il 23 dekabr tarixli fərmanı bu sahədə 
görüləcək işlərin fəaliyyət proqramıdır.  
1905-ci  ildə  və  1918-ci  ilin  martında,  1920-ci  ilin  yazından  sonrakı 
dövrlərdə  erməni  terrorizminin  qurbanlarının  məzarlarının  yerlərini  müəyyən 
etmək, bu yerlərdə xatirə abidələrinin ucaldılması hər bir namuslu azərbaycanlının 
Vətəni  və  xalqı  qarşısında  şərəfli  borcu  səviyyəsində  icra  edilməlidir.  Belə 
abidələrin  olması  tarixi  hadisələrə  aid  qaldırılacaq  tələblərin  kəsərliliyinə  böyük 
kömək edər.  
5)  İndiki  və  gələcək  nəsillərimizdə  hərbçi  xidmətinə  sevgi  meylini 
gücləndirmək,əhalidə  hərbi  vətənpərvərlik  ruhunu  yüksəltmək  üçün  “Azərbaycan 
generalları” adlı muzeyin yaradılması vaxtı çatmış tədbirdir.  
6)  Müstəqil  Azərbaycan  dövləti  Milli  Ordusunu  Vətəni  müdafiə  etməyə 
qadir  səviyyədə  yaradarkən  ikinci  dünya  müharibəsi  illərində  faşizmə  qarşı 
mübarizəni böyük qələbə ilə qurtarmış Azərbaycanlı veteranlarının döyüş yolunun 


125 
 
qiymətləndirilməsi  işinin  təşkilinə  xüsusi  diqqət  və  qayğı  ilə  yanaşır.  Azərbaycan 
Respublikası  Prezidenti  H.Ə.Əliyevin  1994-cü  il  28  iyununda  qəbul  etdiyi 
“Veteranlar haqqında qanun”da deyilir: “Dövlət orqanları Veteran təşkilatlarına  öz 
hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərməlidirlər”. 
İkinci  dünya  müharibəsi  illərində  həlak  olmuş  300  min  nəfərdən  çox 
azərbaycanlı  döyüşçülərinin  xatirəsini  əbədiləşdirmək  üçün  xalqımızın  müqəddəs 
and  yeri  olan  Dağüstü  Parkda,  Həzi  Aslanovun  məzarına  yaxın  yerdə  “Naməlum 
əsgərin məzarı” xatirə ansamblının ucaldılmasına ehtiyac duyulur. 
7)  Respublikanın  şəhər  və  rayonlarının  hamısında  şəhid  qəhrəmanların 
adlarının  əbədiləşdirilməsi,  xüsusilə  onların  təhsil  aldıqları  orta  məktəblərə 
şəhidlərin  adının  verilməsi  məktəbli  gənclərə  xüsusi  təsir  bağışlayır  və  bu  işi 
gücləndirmək lazımdır.  
8)  1941-45-ci  illər  müharibəsində  həlak  olmuş  azərbaycanlı  döyüşçülər 
haqqında  Xatirə  Kitabının  nəşrinin  başlanması  tədqirəlayiqdir:  bununla  yanaşı 
Qarabağ  uğrunda  döyüşlərdə  şəhidlik  zirvəsinə  yüksəlmiş  gənclərimiz  haqqında 
bütün  rayonlar  üzrə  geniş  məzmunlu  xatirə  kitablarının  nəşrinə  nail  olmaq 
lazımdır. 
9)  Respublikanın  orta  məktəblərində  hərbi  hazırlıq  dərslərinin  yüksək 
keyfiyyətdə  aparılması  üçün  bu  fənnləri  tədris  edən  müəllimlərin  hazırlanmasına 
xüsusi qayğı lazımdır. 
10)  Dünyanın  əksər  ölkələrində  ali  qanunvericilik  və  dövlət  orqanlarında 
veteranlarla  iş üzrə  müəyyən qurumlar mövcuddur. Məsələn, Rusiya  Federasiyası 
Duması  tərkibində  veteranlarla  iş  üzrə  komitə  yaradılmışdır.  ABŞ-ın  İcra 
Aparatında  olan  14  departamentdən  biri  “Veteranlara  aid  işlər  departamenti” 
adlanır.  Bu  ölkənin  senatında  və  Nümayəndələr  palatasında  da  Veteranlar 
Komissiyası  (komitəsi)  vardır.  Azərbaycan  Respublikasının  Milli  Məclisində 
Veteranlarla iş üzrə ayrıca komissiya yaradılması məqsədəuyğundur.  
11) Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində uzun müddət fəal 
işləyən 
veteran-müəllimlərin, 
fəal 
müharibə 
veteranlarının 
əməyini 
qiymətləndirmək  üçün  Respublika  Veteranlar  Şurası  xəttilə  “Fəxri  veteran”  adı 
təsis edilməsi məqsədəuyğundur. Qeyd edək ki, belə adın verilməsi Rusiyanın bəzi 
muxtar respulikalarında həyata keçirilmişdir və müsbət nəticə verir.  


126 
 
MÜNDƏRĠCAT 
 
Oxucuya müraciət  
Hərbi sərkərdəlik tariximizə ötəri nəzər (giriş əvəzi) 
I fəsil. Ġkinci dünya müharibəsinin baĢlanması  
§ 1. Müharibənin mərhələləri 
§ 2. Sovet–Finlandiya müharibəsi 
II  fəsil.  Böyük  Vətən  müharibəsi  II  dünya  müharibəsinin  əsas  və  ən 
ağır mərhələsidir. 
§ 1. Böyük Vətən müharibəsinin ilk dövrünün ağır döyüşləri 
Moskva altında döyüşlər 
Stalinqradın müdafiəsində azərbaycanlı döyüşçülərin geniş iştirakı 
§  2.  Qafqaz  uğrunda  döyüşlərin  başlanması  və  Azərbaycanda  milli 
diviziyaların təşkil edilməsi 
§ 3. Milli diviziyaların döyüş yolu 
§ 4. Qafqaz uğrunda döyüşlər – Böyük Vətən müharibəsində qələbənin ən 
mühüm mərhələlərindən biridir.  
§ 5. Azərbaycan xalqının faşizm üzərində qələbədə böyük xidməti 
§  6.  Müharibənin  sonrakı  mərhələlərində  Azərbaycanlı  zabit  və  əsgərlərin 
döyüş rəşadəti 
§  7.  Azərbaycanlı  döyüşçülərin  faşizmə  qarşı  partizan  və  müqavimət 
hərəkatlarında iştirakı 
§  8.  Böyük  Vətən  müharibəsi  illərində  “Sovet  İttifaqı  Qəhrəmanı”  və 
“Şöhrət” ordeninin üç dərəcəsi ilə təltif edilmiş azərbaycanlılar. 
III fəsil. Ġkinci dünya müharibəsinin yekunları. Faktlar və düĢüncələr. 
§ 1. II dünya müharibəsinin son mərhələsi. Uzaq Şərqdə müharibə alovunun 
söndürülməsi 
§  2.  Müharibə  illərində  əsir  düşmüş  vətəndaşlarımız  haqqında  (faktlar  və 
düşüncələr)  
IV fəsil. Müharibə veteranları hərəkatının təĢkilatlanması və gənclərin 
hərbi vətənpərvərlik tərbiyəsində veteranların rolu 
§ 1. Müharibə veteranları hərəkatının təşkilatlanması  
§ 2. Hərbi vətənpərvərlik tərbiyəsinin məzmunu və əsas istiqamətləri 
§ 3. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində veteranların rolu 
§ 4. Milli və hərbi vətənpərvərlik ruhunda tərbiyənin vəhdəti haqqında  
Veteranlar marşı 
Nəticə 
Gənclərin 
hərbi-vətənpərvərlik 
tərbiyəsini 
gücləndirmək 
istiqamətində təkliflər 


127 
 
ĠSMAYILOV ĠSRAFĠL ZAKĠR OĞLU 
 
AZƏRBAYCANLILARIN II DÜNYA MÜHARĠBƏSĠNDƏ ĠġTĠRAKI 
 
 
 
I.Z.ISMAILOV 
 
TAKING PART THE AZERBAIJAN PEOPLE IN THE WORLD 
WAR II 
 
 
 
ИСМАЙЛОВ ИСРАФИЛ ЗАКИР ОГЛЫ 
 
УЧАСТИЕ АЗЕРБАЙДЖАНЦЕВ ВО ВТОРОЙ МИРОВОЙ 
ВОЙНЕ 


128 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 2.07.99. 
Çapa imzalanmışdır 5.08.99. 
Formatı 60x84, mətbəə kağızı № 2. 
Şərti çap vərəqi 12,5. Uçot nəşr vərəqi 12,5. 
Tirajı 500, sifariş № 180. 
Qiyməti müqavilə ilə 
Qızıl Şərq mətbəəsi 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə