Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

19 
 
“Anna”  ordeninin  üç  dərəcəsi,  “Stanislav”  ordeninin  iki  dərəcəsi  ilə 
mükafatlandırılmışdır. 
I  dünya  müharibəsi  qurtardıqdan  sonra  C.Naxçıvanski  komandiri  olduğu 
süvari  alayı  ilə  Azərbaycana  qayıtmış  və  alay  Şuşa  şəhərində  yerləşdirilmişdi. 
Burada o, daşnaklara qarşı hərbi əməliyyatlarda da iştirak etmişdir. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Xalq  Komissarları 
şurasının  sədri  N.Nərimanov  alay  komandiri  C.Naxçıvanskini  milli  ordunun 
yaradılmasında  iştirak  etmək  üçün  Bakıya  dəvət  etdi.  Onun  komandir  olduğu 
süvari  alayı  da  könüllü  olaraq  Sovet  Ordusu  tərəfinə  keçmişdi.  Az  sonra 
C.Naxçıvanski Azərbaycanda yaradılmış Birləşmiş Hərbi Komandirlər məktəbinin 
rəisi təyin edilmişdi.  
C.Naxçıvanski  1922-ci  ilin  əvvəlində  yenicə  yaradılmış  Azərbaycan  dağ-
atıcı  diviziyasına  (sonralar  77-ci  milli  atıcı  diviziyası  adlandı)  komandir  təyin 
edildi. 
1931-ci ildə C.Naxçıvanski M.V.Frunze adına  məşhur Hərbi Akademiyada 
(Moskva) təhsilini qurtararaq, oradaca müəllim saxlanılmışdı. 
Cəmşid  Naxçıvanskinin  qardaşları  Davud  və  Kəlbalı  Naxçıvanskilər 
Azərbaycan  Sovetləşəndən  sonra  rəsmi  icazə  ilə  İrana  gedərək  şah  ordusunda 
xidmətə girmişdilər və 1934-cü ildə onların hər ikisi İranda edam edilmişdi. Dörd 
il  sonra  belə  cəza  Cəmşiddən  də  yan  keçmədi  və  1938-ci  ildə  o,  “xalq  düşməni” 
kimi  həbs  edilərək,  güllələndi.  Görünür,  onun  da  güllələnməsi  üçün  əsas  bəhanə 
qardaşlarının İranda şah ordusunda xidmət etməsi olmuşdur. 
 
General-mayor 
XOSROV BƏY SULTANOV 
(1879-1947) 
 
Xosrov  Paşabəy  oğlu  Sultanov  Zəngəzur  mahalının  Gürdhacılı  kəndində 
dünyaya göz açmış və Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada tibb təhsili 
almışdır.  
1918-ci  ilin  28  mayında  Tiflisdə  Azərbaycan  Milli  Şurası  adından 
Azərbaycan  Xalq  Cumhuriyyətinin  elan  edilməsi  Bəyannaməsinə  imza  edən  26 
nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.  Xalq Cumhuriyyətinin həmin gün 
təşkil edilmiş birinci hökuməti kabinetində X.Sultanov Hərbi Nazir təyin edilmişdi. 
X.Sultanov Zaqafqaziya Seyminin və Azərbaycan parlamanının üzvü olmuşdur.  
X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin 
edilmişdi. Az sonra həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa 
yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak 


20 
 
generalı  Dronun  hərbi  dəstələri  mayın  30-da  darmadağın  edildi  və  Azərbaycan 
silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular. 
1923-cü  ildə  general  Xosrov  bəy  Sultanovun  həyatında  mühacirət  dövrü 
başlandı.  O,  Türkiyədə,  İranda  (1926),  daha  sonra  Fransa  və  Almaniyada  yaşadı, 
Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. 
Bundan  sonra,  1936-cı  ildə  Türkiyəyə  qayıdan  Xosrov  bəy  Sultanov, 
Trabzonda  məskunlaşır,  sonra  isə  1941-45-ci  illər  müharibəsi  dövrü  əsir  düşmüş 
azərbaycanlı  əsgərlərin  Almaniyadakı  düşərgələrindən  Türkiyəyə  gətirilərək,  xilas 
edilməsinə kömək etmişdir. Fəaliyyətinin son dövrü haqqında məlumat azdır.  
 
Cəsur sərkərdə CAVAD XAN 
(1748-1804) 
 
Cavad Şahverdi xan oğlu Gəncədə dünyaya göz açmışdır. Sonralar o, 19 il 
(1785-1804)  Azərbaycanın qədim şəhəri Gəncənin xanı olmuş, vətənpərvər, mərd 
və  cəsur  sərkərdə  kimi  tanınmışdır.  Onun  şəxsi  möhürünün  üstündə  bu  sözlər 
yazılmışdır: “Düşmənə amansız, dostunun əhdini qırmayan Cavad xan”.  
Cavad  xanın  xanlığı  dövrü  Rusiya  çarı  I  Aleksandr  Qafqazı  tamamilə  ələ 
keçirmək  siyasətini  mərhələ-mərhələ  həyata  keçirirdi  və  bu  müstəmləkəçilik 
siyasətinin  növbəti  mərhələsi  1801-1804-cü  illərdə  Gəncə  xanlığını  böyük  ordu 
qüvvəsi  ilə  zəbt  etmək  əməliyyatı  oldu.  Bu  qanlı  əməliyyata  Rusiya  çarizminin 
cəlladlarından biri olan Qafqazın valisi knyaz Pavel Sisianov başçılıq etmişdir. 
General-mayor  Lazarov  (Lazaryan)  1803-cü  ilin  yanvarında  knyaz 
P.Sisianova yazılı bildirmişdi ki, o, Gəncəyə hücum etdikdə ermənilər ona kömək 
edəcəklər.  Sisianov  əməliyyatı  dinc  yolla  həll  etmək  üçün  Cavad  xandan  oğlu 
Uğurlu ağanı Tiflisə əmanət kimi göndərməyi tələb etdi. Cavad xan bu təklifi rədd 
etdi  və  Gəncənin  mühasirəsi  başlandı.    Sisianovun  şəhəri  təhvil  verməsi  tələbinə 
Cavad  xan  1803-cü  ilin  28  dekabrında  belə  cavab  yazdı:  “...  Xam  xəyalından  əl 
çək.  Gəncəyə  yalnız  meyidimin  üstündən  keçə  bilərsən...”.  Bir  aylıq  vuruşun 
nəticəsində  şəhərin  müdafiəçilərinin  silahı  və  ərzağı  tükənmişdi,  şəhərə  gələn  su 
xətti də kəsilmişdi... 
1804-cü ilin 3 yanvarı orucluq günü idi və həmin günü səhər erkən Sisianov 
Gəncə  qalasının  zəbtinə  top  atəşləri  ilə  başladı.  Dəfələrlə  üstün  hərbi  qüvvəyə 
malik  olan  düşmən  qüvvələri  nəhayət  qala  divarlarından  içəri  girə  bildilər. 
Əlbəyaxa  qılınc  vuruşunda  Cavad  xan  və  oğlu  Hüseynqulu  ağa  da  qətl  edildilər 
(Cavad xanı ruslar doğram-doğram doğradılar). 
Cavad xanın arvadı Bəyimxanım ərinin və oğlunun parçalanmış meyitlərini 
xəlvəti  olaraq  qala  divarlarından  aşağıya,  məscid  həyətinə  endirtdi.    Səhəri  gün 


21 
 
Sisianov  Bəyimxanımı  çərkəzi  paltarda,  ərinin  qılıncı  əlində  öz  ərinin  cəsədi 
qarşısında gördü və qadının ağır zəhmi altında otağı tərk etdi.  
Gəncə  qalasının  müdafiəçilərinin  böyük  itki  verməsi  səbəblərindən  biri 
ermənilərin xəyanəti olmuşdur.  
Cavad  xanın  cəsurluğu  və  xalqımızın  həmin  dövrdə  öz  Vətənini  müdafiə 
əzmi  haqda  daha  geniş  məlumat  almaq  üçün  bu  kitabları  oxumaq  məsləhətdir: 
Əhməd  İsayev,  Gəncə  və  gəncəlilər  (Bakı,  1991),  Nüşabə  Məmmədova,  Cavad 
xan, (Gəncə, 1996). 
 
I fəsil 
 
II DÜNYA MÜHARĠBƏSĠNĠN BAġLANMASI 
 
§ 1. Müharibənin mərhələləri 
 
Antanta  İttifaqına  daxil  olan  dövlətlərin  I  Dünya  müharibəsində  məğlub 
olmuş  Almaniyaya  1919-cu  ildə  qəbul  etdirdikləri  Versal  sülh  müqaviləsinin 
şərtləri  Almaniyanın  yenidən  silahlanmasının  qarşısını  ala  bilmədi.  Az  sonra 
Almaniya öz hərbi maşınını gücləndirməyə başladı. Qərb ölkələrinin (ilk növbədə 
İngiltərə  və  Fransa)  dövlət  başçıları  Almaniyanın  silahlanmasına  saymazyana 
yanaşaraq,  onun  hərbi  qüvvəsini  Şərqə,  SSRİ-yə  qarşı  istiqamətləndirmək 
siyasətini seçdilər. 
Qərbin  bu  məkrli  siyasətini  Sovetlər  İttifaqının  rəhbəri  İ.Stalin  tez  başa 
düşdü  və  1939-40-cı  illərdə  Pribaltikanı,  Qərbi  Ukrayna  və  Qərbi  Belarusiyanı 
SSRİ  tərkibinə  birləşdirmək  yolu  ilə  Sovet  imperiyasının  sərhədlərini  qərb  tərəfə 
xeyli məsafədə genişləndirdi. 
İkinci  dünya  müharibəsi  1939-cu  ilin  1  sentyabrında  faşist  Almaniyasının 
Polşaya  hücumu  ilə  başlandı.  Buna  cavab  olaraq  Polşanın  müstəqilliyi  və  ərazi 
bütövlüyünə  1939-cu  ilin  31  martında  rəsmi  sənədlə  zəmanət  vermiş  İngiltərə  və 
Fransa  hökumətləri  sentyabrın  3-də  Almaniyaya  müharibə  elan  etdilər
7
.  Beləliklə 
birinсi və ikinci dünya müharibələri arasında bəşəriyyət yalnız 20 il nisbətən dinc 
yaşaya bildi. 
Sovet rəhbərliyi Qərbin SSRİ-yə qarşı istiqamətləndirdiyi faşist Almaniyası 
ilə  1939-cu  ilin  avqustunda  bir-birinə  hücum  etməmək  haqqında  saziş  (pakt) 
imzaladı. 
                                                           
7
 A.Якобин, Второя Мировая война в хронике и документах.1939-1945; Дормштадт, 1961. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə