Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

22 
 
1939-cu  ilin  sentyabrında  SSRİ  Ali  Sovetinin  növbədənkənar  IV  sessiyası 
“Ümumi hərbi mükəlləfiyyət haqqında” qanun qəbul etdi. 
İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi simvolik xarakter 
daşıyırdı. Belə ki, Polşaya hərbi kömək əvəzinə İngiltərə təyyarələri sentyabrın 4-
dən  başlayaraq  (25  sentyabra  qədər)  Almaniya  üzərinə  18  milyon  təbliğat 
vərəqələri  tullamışdı  və  İngiltərə  Polşaya  8,5  milyon  funt  sterlinq  maddi  kömək 
vermişdi.  Almanların  Polşaya  hücumda  istifadə  etdiyi  57  güclü  diviziyasına  və 
2000 hərbi təyyarəsinə qarşı  Polşanın 31 nisbətən zəif diviziyası  və 800 təyyarəsi 
(bunların  yarısı  təyyarə  meydanında  məhv  edilmişdi)  güclü  müqavimət  göstərə 
bilmədi  və  sentyabrın  17-də  Polşa  Prezidenti  və  hökuməti  başçısı  Rumıniyaya 
qaçdılar. 
1939-cu  ilin  17  sentyabrında  Sovet  ordusu  hissələri  Polşanın  şərqində 
yaşayan ukraynalıların və belarusların yaşadıqları ərazilərə daxil oldu və həmin ilin 
sonunda  Qərbi  Ukrayna  və  Qərbi  Belarusiya  adlandırılan  bu  ərazilər  SSRİ 
tərkibinə daxil edildi. 
 
* * * 
 
II dünya müharibəsinin başlanması və mərhələləri haqqında hərbi tarixçilər 
arasında  fikir  ayrılığı  mövcuddur.  1995-ci  ilin  18-19  aprelində  Moskvada 
keçirilmiş  “İkinci  dünya  müharibəsinin  dərsləri  və  faşizm  üzərində    qələbənin  
əhəmiyyəti”  adlı  Beynəlxalq  elmi  konfransda  dünyanın  26  ölkəsindən  hərbi 
tədqiqatçılar  iştirak  etmişdi  və  bunlardan  bəziləri  II  dünya  müharibəsinin 
başlanmasını  İtaliya  -  Həbəşistan  müharibəsindən  (3  oktyabr  1935)  hesablamağı 
məqbul sayırdılar. 
II  dünya  müharibəsinin  başlanması  ərəfəsində  Almaniya-İtaliya-Yaponiya 
dövlətlərinin bir ittifaq ətrafında birləşmələri faktiki olaraq başa çatmışdı. 
Yaponiya  ordu  hissələri  1937-38-ci  illərdə  Çinin  bir  neçə  vilayətini  zəbt 
etmişdi.  1938-ci  ilin  iyulunda  Yaponiya  qoşunları  Xasan  (Həsən)  gölü  ətrafında 
SSRİ ərazisinə soxuldularsa da, Sovet Ordusunun əməliyyatları nəticəsində geriyə 
çəkilərək həmin ilin 11 avqustunda sülh sazişi bağlamağa məcbur oldular. 
1939-cu  ilin  11  mayında  Yaponiya  qoşunları  Monqolustanın  Xalxin-göl 
ətrafındakı  ərazilərini  zəbt  edərək,  Sovet  sərhəddinə  yaxınlaşdılarsa  da  Sovet-
Monqol hərbi qüvvələrinin birgə hücumu ilə məğlub olaraq, geriyə çəkildilər. 
1940-cı  ilin  27  sentyabrında  Almaniya-İtaliya-Yaponiya  arasında  “üçlük 
paktı”  imzalandı.  Bu  pakt  sonrakı  hərbi  əməliyyatların  daha  qanlı  olacağını 
müəyyən etdi: 1941-ci ilin 22 iyununda faşist Almaniyası Sovet İttifaqına qəflətən 
hücum  etdi.  Həmin  ilin  7  dekabrında  Yaponiya  donanması  Sakit  okeandakı  ABŞ 
və  İngiltərə  hərbi  bazalarına  hücum  edərək,  onlara  böyük  zərbə  endirdi.  Faşist 


23 
 
Almaniyası  ilə  öz  müttəfiqlik  borcuna  sadiq  qalan  Yaponiya  hökuməti  Sovetlər 
İttifaqı  ilə  olan  sərhəddində  bir  milyon  nəfərlik  güclü  Kvantun  ordusunu 
saxlamaqla  Uzaq  Şərqdə  SSRİ-yə  qarşı  daim  müharibə  təhlükəsini  yaratmışdı  ki, 
bu  da  Sovet  dövlətinin  faşist  Almaniyası  ordusuna  qarşı  mübarizəsini 
çətinləşdirirdi. 
Hərbi-tarixi ədəbiyyatda II dünya müharibəsinin aşağıdakı mərhələləri əsas 
götürülmüşdür: 
I mərhələ: 1 sentyabr 1939 - 21 iyun 1941-ci il  
II  mərhələ:  22  iyun  1941-ci  ildən  8-9  may    1945-ci  ilə  (Almaniya  faşist 
ordusunun məğlubiyyətinə) qədərki dövr  
III mərhələ: 1945-ci ilin 2 setyabrına (Yaponiyanın təslim olması) qədərki 
dövr 
 
* * * 
 
II dünya  müharibəsi Azərbaycan sərhədlərindən çox uzaqlarda başlansa da 
neft Bakısı  müharibənin ilk  günlərindən böyük qorxu altında  idi. Belə  ki,  Bakıya 
bomba  zərbəsi  endirmək  planı  real  bir  addım  kimi  Qərbdə  müzakirə  edilirdi.  Bu 
tədbir  onunla  izah  edilirdi  ki,  Almaniya  Rumıniya  ilə  1939-cu  ilin  martında 
bağladığı müqaviləyə əsasən onun neftinə (Ploeşti rayonu) nəzarət edirdi və Bakı 
neftinə  də  nəzarət  edə  bilsəydi  Fransanı  və  İngiltərəni  müharibədə  də  tez  diz 
çökdürə bilərdi. 
Həmin  dövrdə  SSRİ  ilə  Almaniya  arasında    bir-birinə  hücum  etməmək 
paktının (1939)    bağlanması Fransa və İngiltərəni daha çox narahat edirdi. Dünya 
mətbuatında  SSRİ-nin  Almaniyanı  guya  Bakı  nefti  ilə  təmin    etməsi    haqqında  
qərəzli  yazılar  da  verilirdi.  Bütün  bu  səbəblərə  görə  London  və  Parisdə  Bakı  neft 
rayonunu  bomba  zərbəsi  ilə  sıradan  çıxarmaq  planı  hazırlanmağa  başlandı.  Bu 
vəzifəni  Fransanın  Suriyada  yerləşən  hərbi-hava  qüvvələrinin  həyata  keçirməsi 
nəzərdə  tutulurdu.  Fransa  generalı  Qamelen  1940-cı  ilin  22  fevralında  öz 
hökumətinə  təqdim  etdiyi  məruzədə qeyd edirdi ki, Sovetlər İttifaqının neftinin 
75 faizini Bakı verir və onu sıradan çıxarmaq lazımdır. Geniş müzakirələrdən sonra 
İngiltərə  və  Fransa  hökumətləri    bu  qərara  gəldilər  ki,    Bakıya  bomba    zərbəsi 
endirmək  əvəzinə  Bakı  neftinin  Almaniyaya  Qara  dənizlə  göndərilməsinə  sualtı 
qayıqlar  vasitəsilə  mane  olmaq  daha  etibarlı  və  sərfəlidir.  Ədalət  naminə  demək 
lazımdır  ki,  Bakının  bombardman  edilməsi  planının  göstərilən  digər  planla  əvəz 
edilməsində Böyük Britaniyanın  həmin  dövrdəki hərbi-dəniz naziri U.Çerçillin və 
Fransa  generalı De Qollun mövqeləri müsbət rol oynamışlar. Həmin günlərdə De 
Qoll  Berlinə  qarşı  mübarizə  əvəzinə  Bakını  bombardman  etmək  planını  irəli 
sürənləri “qızğın başlar” adlandırmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə