33
Görülmüş tədbirlərin nəticəsində Azərbaycan xalqının cəbhəyə köməyi və
döyüşən orduda xidmətə könüllü olaraq getməsi daha da genişləndi. Bir neçə fakta
nəzər salaq: Balakəndə yaşayan Alqayevlər nəslinə mənsub 1895-1923-cü illərdə
anadan olmuşlardan 33 nəfər müharibə cəbhələrinə gedərək, həlak olmuş və ya
itkin düşmüşlər, Bakıda yaşayan Aşurbəyovlar nəslindən 9 nəfər müharibə
cəbhələrindən geri qayıtmamışdır. Belə faktlar Azərbaycan üzrə çoxdur.
§ 2. Qafqaz uğrunda döyüĢlərin baĢlanması
və Azərbaycanda milli diviziyaların
təĢkil edilməsi
Moskva altındakı məğlubiyyətdən sonra faşist ordusu komandanlığı 1942-ci
ilin yayında əsas hücumlarını Stalinqrad və Qafqaz istiqamətinə yönəltmişdi.
Qafqaz uğrunda ağır döyüşlərin ərəfəsində burada faşist ordusunun hərbi
qüvvəsi Sovet ordusundan piyada hissələri üzrə 1,5 dəfə, top və minomyotlarla 2,1
dəfə, tanklarla 2,3 dəfə, təyyarələrlə 1,7 dəfə çox idi
21
.
Stalinqrad döyüşlərinin ağır günlərində, 1942-ci ilin iyununda Qafqaz
uğrunda döyüşlər başlandı. Belə ki, Almaniyanın 1-ci tank ordusu, 4-cü tank
ordusunun bir neçə diviziyası, iki səhra ordusu Sovet ordusunun müdafiə xəttini
Şimali Qafqazda yararaq hücumu davam etdirirdi.
1942-ci ilin 18 avqustunda Vladiqafqaz şəhərində Şimali Qafqaz
xalqlarının, 23 avqustunda isə Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist
mitinqləri keçirildi. Tbilisidəki mitinqdə çıxışında böyük şairimiz Səməd Vurğun
demişdi: “Nizami Gəncəvinin yatdığı torpağa faşist işğalçılarının ayağı dəyə
bilməyəcəkdir... Qoy keçilməz Qafqaz dağlarının dibi, görünməyən dərələri alman
işğalçıları üçün məzarıstan olsun. Mən düşmənə nifrət bəsləməyə çağırıram!”.
Qafqaz uğrunda döyüşlər 1942-ci ilin 25 iyulundan 1943-cü ilin 9
oktyabrınadək davam etdi. Qafqazın müdafiəsi Şimali-Qafqaz cəbhəsinə
(komandiri ilk aylarda marşal S.M.Budyonnı) və Zaqafqaziya cəbhəsinə (ordu
generalı İ.V.Tülenov) tapşırılmışdı.
Qafqaz istiqamətində düşmən hücumunun başlandığı günlərdə Almaniya
ordusuna (“A” qrupu ordu hissələri, komandir-general-feldmarşal V.List) nisbətən
buradakı Sovet Ordu hissələrində hərbi texnika tanklar üzrə 9 dəfə, hərbi təyyarələr
üzrə 8 dəfə az idi.
21
История Второй Мировой войны, 1939-1945 г. том V, M.1975, с.202.
34
Moskvanı zəbt etmək haqda Hitlerin planı boşa çıxdıqdan az sonra Hitler
Yaponiyanın səfiri Osimanı qəbul edərkən, ona demişdi: “Mən qərara gəlmişəm ki,
daha mərkəzi hissədə hücumu dayandırım. Mənim məqsədim Cənub cəbhəsində
hücuma keçməkdir... Qafqaz istiqamətində zərbə endirəcəyəm. Neft üçün İrana və
İraqa çıxmaq vacibdir”
22
.
Stalinqrad istiqamətində hücum edən 6-cı alman ordusunun komandanı
general-feldmarşal Fridrix Paulyus (1890-1957) müharibədən sonra yazdığı
“Xatirələr”ində Almaniya ordusunun Stalinqrad altında döyüşlərini 3 mərhələyə
bölür: 1) 1942-ci ilin yay hücumları ilə müharibəni qələbə ilə qurtarmaq mərhələsi
(buna nail olunmadı), 2) Sovet (rus) ordusunun payız hücumu başlandı və 6-cı ordu
mühasirəyə alındı. Bu dövrdə Hitlerin vəd etdiyi kömək olmadığı üçün, 3-cü
mərhələdə əsas vəzifə Şərq cəbhəsinin cənub hissəsini bərpa etmək və Qafqazda
yerləşən alman ordusunun iri hissələrini xilas etmək idi
23
. Bütün mərhələlər
məğlubiyyətlə nəticələndi.
Qafqaz uğrunda döyüşlər Stalinqradı müdafiə edən Sovet ordu hissələri
üçün böyük kömək idi və əsasən bu zəmində Stalinqrad altında əks hücumlar
başlandı və Almaniya ordusunun böyük bir hissəsi burada mühasirə və darmadağın
edildi, təslim oldu.
1942-ci ilin avqustun sonunda Almaniya silahlı qüvvələrinin birinci tank
ordusu Şimali Qafqazda Terek və Baksan çayları sahillərinə çıxdılarsa da, irəliləyə
bilmədilər. Beləliklə Qafqaz uğrunda döyüşlərin beş ay davam edən müdafiə dövrü
qurtardı və Sovet Ordusunun əks hücumu başlandı.
Marşal G.K.Jukov “Xatirələrim və düşüncələrim”də yazır ki, 1942-ci ilin 27
avqustunda İ.V.Stalin ona zəng edərək dedi: Cənubda vəziyyət pisdir (söhbət
Stalinqrad haqqında gedir). Şimali Qafqazda da ondan yaxşı deyil... Timoşenko
ştabı özbaşına tərk edərək öz adyutantı ilə Dona çimməyə gedibmiş. Biz onu azad
etmişik və onun əvəzinə Yeryomenkonu göndərmişik...” Sonra İ.V.Stalin K.Jukova
bildirir ki, biz Sizi Ali Baş komandanın müavini təyin etdik və qərara gəldik ki,
Sizi Stalinqrada göndərək ki, orada döyüşlərə ümumi rəhbərlik edəsiniz.
Məlumdur ki, Stalinqrad cəbhəsində yerləşən 66-cı ordu 1942-ci ilin
sentyabrın 5-də əks hücuma başlamışdı. Lakin Stalinqrad uğrunda əsas döyüşlər
hələ qarşıda idi.
1942-ci ilin 12 və 13 sentyabrında İ.Stalinin kabinetində Cənub cəbhəsində
vəziyyət yenidən müzakirə edildi. Qeyd edildi ki, feldmarşal Paulyusun ordusu və
22
Bax: A.Якобин, 1939-1945гг. (Второя Мировая война в хронике и документах), Дормштадт,
1961, с.228 (almancadan tərcümə).
23
Bax: «1418 дней войны», M. 1990, с.295-296.
35
general Qotun 4-сü tank ordusu Stalinqrad istiqamətindəki döyüşlərdə böyük
itkilər vermişdir və onların hücumları zəifləyir. Müşavirədə (üç nəfərin iştirakı ilə:
İ.Stalin, G.Jukov və A.Vasilevski) Stalin əks hücuma keçmə planını təsdiq etdi və
göstəriş verdi ki, eyni zamanda Qafqaz cəbhəsi haqqında da fikirləşin”
24
.
Volqa sahillərində, Stalinqradı zəbt etmək üçün apardığı vuruşlarda
Almaniyanın iki ordusunun darmadağın edilməsi nəticəsində 300 min nəfərlik
alman ordusunun məhv edilməsi və əsir düşməsi II dünya müharibəsində antihitler
qüvvələrinin qələbə çalacağına inamı daha da artırdı. Həmin dövrə qədər Şərq
cəbhəsində Almaniya faşizminin 112 diviziyası məhv edilmişdi.
Faşist Almaniyası rəhbərliyi SSRİ-yə qarşı müharibəni başladığı ilk
günlərdə hesab edirdi ki, Bakı neftini tezliklə zəbt edəcəkdir və buna görə də
qərara gəlmişdi ki, Bakıya bomba zərbəsi endirmək lazım deyil. Bununla belə
SSRİ-yə qarşı ildırımsürətli müharibə baş tutmadığından 1942-ci ilin 4 mayında
gündüz Bakı üzərində Almaniyanın kəşfiyyatçı təyyarəsi müşahidə edildi. SSRİ
Xalq Komissarlar Sovetinin 05.05.42-ci il tarixli gizli iclasında Alman təyyarəsinin
Bakıya uçuşu məsələsi müzakirə edildi və qeyd edildi ki, şəhər əhalisi hava
hücumundan müdafiə üçün hazırlanmamışdır.
1942-ci ilin 23 iyununda İ.Stalinin yanında Bakının müdafiəsi məsələsi
müzakirə olundu və onun göstərişi ilə 58-ci ordu və Birləşmiş Süvari Korpusu
İrandan və Orta Asiyadan (həmin ilin 28 avqustunda) bu regiona gətirildi.
1942-ci ilin 16 sentyabrında SSRİ Dövlət Müdafiə Komitəsi Bakının
müdafiəsi üçün xüsusi qərar qəbul etdi. Sentyabrın 24-də Zaqafqaziyada hərbi
vəziyyət elan olundu.
Qafqazın müdafiəsinə yuxarıda göstərilən Şimali Qafqaz və Zaqafqaziya
cəbhələrindən əlavə Qara dəniz donanması, Xəzər və Azov dənizləri hərbi
donanmaları da cəlb edilmişdi.
Görülmüş bütün tədbirlərin nəticəsində faşist ordu hissələrinin Qafqaz
istiqamətindəki hücumları dayandırıldı və 1943-cü ilin əvvəlində Sovet ordusu əks
hücuma keçdi.
Şimali Qafqazdan başlanan bu əks hücumda Azərbaycanın milli diviziyaları
böyük döyüş rəşadəti göstərdilər.
* * *
24
1418 дней войны. M. 1990, с.233-242
.
Dostları ilə paylaş: |