Azərbaycanlılara xüsusi hörmətlə yanaşıram



Yüklə 235 Kb.
tarix12.10.2018
ölçüsü235 Kb.
#73691

Azərbaycanlılara xüsusi hörmətlə yanaşıram” - Pançuk İqor Petroviç

Moskva şəhər Ximki rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Pançuk İqor Petroviçlə görüşümüz deputatların iclasında oldu. Fasilə zamanı ona yaxınlaşıb bir neçə kəlmə həmyerlilərimiz haqqında söhbət etməsini xahiş etdim. Təbəssümlə üzümə baxdı. Sonra isə “bu barədə mən foyedə deyil, öz iş otağımda söz deyə bilərəm” - deyə saat 18:00-da məni iş otağına dəvət etdi.

Beləliklə məlum vaxtda və yerə söhbətə başladıq. Söhbət əsnasında məlum oldu ki, bu insanın azərbaycanlılara böyük hörməti var. Təsadüfü deyil ki, o Azərbaycanın Gəncə şəhərində (keçmiş Kirovobad) ezamiyyətdə olub və azərbaycanlılara qarşı olan sevgisi də elə oradan başlayıb. 

Azərbaycanda olduğu qısa zaman zamanda milli adət-ənənəmiz, qonaqpərvərliyimiz, Azərbaycan xörəkləri və s. gördükləri yaddaşında möhkəm iz buraxıb. Azərbaycandan qayıdandan sonra hər yerdə, eləcə də başqa ölkələrə getdiyi səfərlərində ölkəmiz haqqında xoş sözlər danışıb və azərbaycanlıların insani keyfiyyətindən nümunələr çəkib. Elə bizim üçün də o maraqlı məqamlardan, gördüklərindən maraqla danışdı:   

Burada çoxlu azərbaycanllar var”

“Azərbaycan mənim üçün respublikalar arasında yüksəkdə dayanır. Burada çoxlu azərbaycanllar var və onlar bizim cəmiyyətin bir üzvüdürlər. Azərbaycanlı iş adamı, xeyriyyəçi Xanoğlan Saleh oğlu Əliyev haqqında da ürək dolusu danışa bilərəm. Hörmət etdiyim azərbaycanlıların sırasında onun da xüsusi yeri var. Mən artıq beş ildir ki, X.Əliyevi tanıyıram. O açıq ürəyi, düzgünlüyü, səmimiyyəti ilə yaddaşımda qalan bir insan kimi həkk olunub. Əfsus ki, belə insanlar indiki həyatda nadir hallarda qarşımıza çıxır. Buna misal olaraq onun rayonumuzda keçirdiyi xeyirxah işləri hamıya nümunədir. O təkcə yaşadığı Ximki rayonuna deyil, başqa rayonlarda da ehtiyacı olan insanlara yardımçı olub. Baxmayaraq ki, bu onun iş mövqeyinə uyğun deyil. Əliyev imkansız ailələr üçün məktəbli formaları, dərs ləvazimatları, eləcə də buraxılış günü üçün müxtəlif yardımlar edib. O müsəlman olsa da rayonumuzda kilsənin belə tikilişinə pul vəzaiti ilə kömək edib. İl ərzində dəfələrlə internat, uşaq evlərinə ərzaq yardımı göstərib. X.Əliyev bizə ümid verir ki, o xeyirxah əməllərindən qalmayacaq və Ximki rayonu üçün bundan sonra da əlindən gələni edəcəkdir. Buna misal olaraq bizim rayonun Baraşkin gölündə dörd durna quşu alıb. Bu quşlar orada göldə üzərək, o gölə xüsusi gözəllik verir. O bununla kifayətlənimir, hətta onların sağlamlığının belə qeydinə qalır. Quşları vaxtlı-vaxtında baytar həkiminə də göstərir. X.Əliyev həm də Ximki şəhərində Azərbaycan diasporasına da sədrlik edir. Onun ətrafında olan azərbaycanlılar da bu işdə ona kömək edirlər. Eyni zamanda başqa rayonların diasporaları ilə də iş birliyi görürlər. Əlbəttə, bu azərbaycanlıların qürbətdə birliyini göstərir, diaspora olaraq Azərbaycan adını yaşadırlar. Buna misal olaraq, o hər il 9 May qələbə gününü çox sanballı və yüksək səviyyədə qeyd edir. Ximki parkında qurulan çadırlarda başqa diasporaların da çadırları qurulur. O çadırların arasında Azərbaycan Respublikasının da diasporası fərqli olaraq iştirak edir. Onlar milli xörəkləri ilə, milli musiqiləri ilə bütün çadırlarından fərqlənirlər. Əgər siz o tədbirlərin video kasetlərinə baxsanız bunun şahidi olarsınız. Daha sonra Ximki rayonunda “Xalqlar dostluğu” tədbir keçirildi. Həmin tədbir də çox maraqlı və vacib idi. O tədbirdə də X.Əliyev hər kəsdən fərqləndi. Həm maddi, həm də mənəvi cəhətdən tədbirin hazırlığına kömək göstərdi. X.Əliyevin keçirdiyi bir çox tədbirlərdə olmuşam. Elə onlardan biri də Ximki rayonunda 9 saylı gimnaziyada keçirilən viktorinada gördüklərim ona olan sevgimi daha da artırıb. Bu viktorinada Azərbaycanın mədəniyyətindən, tarixindən, milli adət və ənənəsindən, dadlı mətbəxindən suallar verilirdi. Uşaqların fəal iştirakının şahidi oldum. Viktorina təkcə Ximki şəhərində deyil, Moskva vilayətinin bir çox şəhərlərində keçirilmişdir. Qalibləri on gün Azərbaycan Respublikasına səyahətə göndərdilər”.

Məni heç bir maneəsiz Moskvaya yola saldılar”

Pançuk İqor Petroviç Azərbaycanda olduğu illəri və burada ona göstərilən qayğıdan ağız dolsu ilə danışır:

“Mən 1989-cu ildə bir neçə günlüyə Azərbaycana ezamiyyətə göndərildim. O zaman Azərbaycan ağır günlərini yaşayırdı. Hətta respublikada komendant saatı əmri verilmişdir. Ona görə mənim qarşıma qoyulan tapşırığı vaxtında yerinə yetirə bilmədim. Ezamiyyətimin vaxtı bir müddət uzandı. Xərclik üçün götürdüyüm pul da artıq qurtardı. Vəziyyət o qədər gərgin idi ki, bank yolu ilə pulköçürmə əməliyyatı da mümkün deyildi. Qısası pulsuz qalmalı oldum. Buna baxmayaraq Azərbaycanlıların qonaqpərvərliyi nəticəsində mən o çətinliyi hiss etmədim. Çətinliyə düşdüyüm müddət ərzində  Azərbaycan xalqının qonaqpərvərliyinə, qayğıkeşliyinə valeh oldum. Ezamiyyətimin nə zaman başa çatacağı məlum olmadığına görə geri qayıtmaq üçün təyyarəyə bilet götürə bilmədim. Amma ezamiyyətdə olduğum Gəncə şəhər prokurorluğunun işçiləri və Gəncə aeroportunun rəhbərlərinin səyi nəticəsində məni heç bir maneəsiz Moskvaya yola saldılar. X.Əliyevi görəndə o insanları xatırlayıram və onların simasında Xanoğlanı görürəm. Mən bütün xalqlara hörmətlə yanaşıram. Amma Azərbaycanlılara isə xüsusi hörmətlə yanaşıram”. 

Gəncə doğrudan da günü-gündən gözəlləşir”

Pançuk İqor Petroviç bu arada üzünü təbəssümlə Xanoğlan Əliyevə tutaraq deyir: 

“Xanoğlan, mən 25 bundan əvvəl Gəncədə olduğum müddətdə yaddaşımda gözəl xatirələr hələ də silinməyib. Bəs, niyə susursan, məni niyə Azərbaycana dəvət etmirsən? Oranın dadlı mətbəxi hələ də ağzımdan getməyib?”

Xanoğlan özünü itrmədən onun bu səmimiyyətinə belə cavab verdi: 

“Əzizim, bizim qapımız hər zaman üzünüzə açıqdır. Sizin bu təklifi böyük səmimiyyətlə qəbul edirəm və günü sabah ailənizlə birlikdə Azərbaycana dəvət edirəm”. 

İqor Petoviç deyir ki, hər dəfə internetdə Gəncəni axtarır və orada olan inkişafın şahidi oluram. Gəncə doğrudan da günü-gündən gözəlləşir. Sonra da zarafatından qalmayaraq Azərbaycana səfərlə bağlı təşkil olunan viktorinanın növbəti dəfə Ximki rayonunda keçirilməsini və qalib kimi özünün Azərbaycana getmək arzusunu ifadə edir. 

Mən dərhal həmin mağazaya gedib o qızla tanış oldum”

İqor Petroviç Azərbaycan haqqında o qədər şirin danışırdı ki, bu arada xəyala daldı. Sonra isə yaddaşında əbədi qalan bir xatirəni danışmağa başladı:

“Mən Azərbaycanda olanda 25 yaşım var idi, subay oğlan idim. Ən böyük arzularımdan biri də o idi ki, özümə gözəl həyat yoldaşı tapım. Bir gün şəhərdə gəzərkən mağazaya daxil oldum. Orada kitab şöbəsində olan kitablarla maraqlandım. Satıcı qız diqqətimi çox cəlb etdi. Pulum olmasa da bir neçə dəfə ora gedib kitablarla maraqlandım. Səni kimi gözəl insanlar mənim pulsuz qalmağıma imkan vermədilər. Mən dərhal həmin mağazaya gedib o qızla tanış oldum. Azərbaycan xalqının xüsusi qanunlarını bilərək qızla çox ehtiyatla danışırdım. Bir neçə dəfə onu evlərinə yola saldım. Mən ezamiyyətdən qayıdandan sonra o qızla məktublaşırdım. Adı yaddaşımdan çıxıb. Səhf etmirəmsə adının baş hərfi “Z” ilə başlayırdı. Çox istərdim ki, onu tapım və necə yaşadığını bilim. O qız mənim yaddaşımdan hələ də silinməyib”.



Gülsüm Adilqızı

Moskva





Yüklə 235 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə