93
təyin olunub. 1919-cu ilin dekabrında İtaliyaya ezam edilərək Azərbaycan Ordusu üçün lazım olan sursat və
hərbi geyimin alınması barəsində müqavilələr imzalayan general 1920-ci ilin əvvəlində Bakı
möhkəmləndirilmiş rayonunun rəisi təyin olunur. Bolşeviklərin gəlişi ilə həbs edilərək o, Nargin adasında
güllələnib.
270
General-mayor Əmənulla Mirzə Qacar 1862-ci ildə Şuşa şəhərində anadan olmuş, Peterburq hərbi kadet
korpusunu bitirmiş, piyada hissələrdə xidmət etmişdir. Rusiya-Yaponiya müharibəsində tabor komandiri kimi
iştirak edən Əmənulla Mirzə I Dünya müharibəsində iştirak etmiş, 1917-ci ildə general-mayor rütbəsinə layiq
görülmüşdür. Tiflisə, oradan isə Şuşaya qayıdan general Müsəlman Korpusunun 1-ci müsəlman nişançı alayının
komandiri təyin edilir. Nuru paşanın 1918-ci il avqust islahatı nəticəsində təqaüdə göndərilən general türklər
Azərbaycanı tərk edəndən sonra yenidən Azərbaycan Ordusuna cəlb edilmiş və 1-ci süvari diviziyasının
komandir müavini vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1920-ci ildə bolşeviklər
Azərbaycanı zəbt edəndə mühacirətə gedən general İrana keçmiş, burada hərbi məktəbdə dərs demiş, ordu
quruculuğunda iştirak etmişdir.
271
Müsəlman Korpusunun təşkilində böyük rol oynayan şəxslərdən biri də polkovnik Süleymanbəy
Əfəndiyev olmuşdur. 1864-cü ildə anadan olan Süleyman bəy Yelizavetqrad süvari məktəbini bitirmiş,
Kutaisidə mühafizə hissələrində və polis keşikçi dəstəsində xidmət etmişdir. 1917-ci ilin iyulunda Yelizavetpola
ezamiyyətə göndərilən polkovnik Süleyman bəy şəhərdə hərbi kurs təşkil etdi və 150 nəfər Gəncə hərbi işin
ilkin vərdişlərinin öyrədilməsinə başladı. Daha sonra o, Müsəlman Korpusunun burada təşkil edilən 5-ci piyada
alayına komandir təyin olundu, alayın yeni yaradılan hissələri ilə rus qoşunlarının tərksilah edilməsində, о
cümlədən Şəmkir hadisələrində iştirak etdi. 1-ci piyada alayının komandiri vəzifəsində Müsəlman Korpusunun
döyüşlərində iştirak edən Süleyman bəy Nuru paşa tərəfindən Azərbaycan hissələrinin strukturu dəyişilərkən
mənzil müfəttişi təyin edildi. Azərbaycan Ordusu 1918-ci ilin sonlarından tərtib edilməyə baş-layanda
Süleyman bəy 2-ci Qarabağ süvari alayının komandiri təyin olundu. Daha sonra Azərbaycan Ordusunda 1-ci
piyada diviziyasının komandiri təyin edilən Süleyman bəy 1918-ci il dekabrın 29-da general-mayor rütbəsinə
layiq görüldü, 1919-cu ilin fevral ayında səpmə yatalağından vəfat etdi.
272
Təntənə ilə dəfn edilən general
barəsində Hərbi nazir S.Mehmandarov demişdir: "General Süleyman bəy Əfəndiyev
təmizlikdə, namusda, qeyrət və fədakarlıqda təht idarəmdəki cümlə zabitan arasında ən
birinci mövqe tutanlardan idi!"
Polkovnik Sədrəddin Mirzə Qacar 1866-cı ildə anadan olub, Orenburq hərbi
məktəbini bitirdikdən sonra Vladivostokda xidmət edib. 1917-ci ilin Fevral
inqilabından sonra Tiflisə, oradan isə Gəncəyə gələn Sədrəddin Mirzə Müsəlman
Korpusunda xidmətə başlayıb. QİO-da hansı vəzifədə olması məlum deyil.
Azərbaycan Ordusunda 1919-cu ildə Bakı qəzasının hərbi rəisi, daha sonra Hərbi
nazirliyin dəftərxana rəisi vəzifələrində xidmət edən Sədrəddin Mirzə 1920-ci ildə
bolşeviklər tərəfindən həbs olunaraq Arxangelskyə göndərilib, 1921-ci ildə Ryazana
köçürülərək burada güllələnib.
273
Polkovnik Cavad bəy Şıxlinski 1875-ci ildə anadan olub, Tiflis kadet korpusu
və Mixaylov artilleriya məktəbini bitirib. Çar ordusunun topçu hissələrində xidmət edərkən o, 1918-ci ilin
yayında Azərbaycana gəlib və Əlahiddə Azərbaycan Korpusunda
2-ci piyada alayının komandiri təyin
olunub. Polkovnik Cavad bəy Azərbaycan Ordusunun qərargahında Topçu şöbəsinin rəis müavini, 1919-cu ilin
fevralından isə 1-ci piyada diviziyasının komandiri təyin edilib. 1919-cu ilin
iyunundan Gəncə qarnizonunun rəisi vəzifəsində işləyən Cavad bəyə general-mayor
rütbəsi verildi. 1919-cu ilin noyabr ayında Zəngəzur ekspedisiyasına rəhbərlik edib.
1920-ci ilin mayında Gəncə üsyanın təşkilatçılarından olan Cavad bəy İrana
mühacirətə gedir.
274
Azərbaycanlı zabitlərlə bərabər vuruşmuş polkovniklər L.L.Maqalov və
M.G.Tlexas xüsusi qeyd edilməlidirlər.
Polkovnik Levan Luarsaboviç Maqalov (Maqalişvili gürcü knyaz nəslindəndir)
1879-cu ildə Tiflis şəhərində anadan olub, Peterburqda Paj korpusu və Nikolayev
süvari məktəbini bitirib.
275
Tersk kazak qoşunlarının tərkibində xidmətə başlayıb,
1900-1901-ci illərdə Çinə yürüşdə və 1904-1905-ci illərdə Rus – Yapon
270
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.415.
271
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.93.
272
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.324-325.
273
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.94.
274
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.377; Süleymanov M.S.Azərbaycan Ordusu, s.444.
275
Грузинский генералитет (1699-1921). Биографический справочник. Составил М. Гогитидзе. Киев 2001// Kitabın surətini aşkar edib bizə
göndərdiyinə görə Eldar İsmaylova öz dərin təşəkkürümüzü bildiririk.
94
müharibəsində iştirak edib. I Dünya müharibəsinə kazak qoşunlarında fəaliyyətə başlayan L.Maqalov Tatar
süvari alayına keçirilib, burada xidmət edib, alay komandiri vəzifəsində polkovnik rütbəsinə layiq görülüb.
1917-ci ilin sonunda Maqalov alayla birlikdə Azərbaycana gəlib, ZK-nın və Müsəlman Korpusu
komandanlığının əmrini yerinə yetirərək rus hərbi hissələrinin tərksilah edilməsin-də iştirak edib. 1918-ci ilin
aprel-iyun aylarında Müsəlman Korpusunun hissələri və Zaqafqaziya Seymi tərəfindən göndərilmiş qüvvələrə
başçılıq edərək bolşevik-erməni qoşunlarına qarşı döyüşlərdə iştirak etmişdir. Sonra o, Gürcüstana keçmiş,
gürcü ordusunda general-leytenant rütbəsinədək yüksəlmişdir. Gürcüstana təcavüz etmiş sovet qoşunlarına qarşı
mübarizə aparmış L.Maqalov, ölkəsi işğal ediləndən sonra mühacirətə getmiş və 1926-cı ildə Almaniyanın
Münhen şəhərində vəfat etmişdir.
Polkovnik Murad Gəray Tlexas əslən çərkəz idi, 1874-cü ildə anadan olub. Mixaylov artilleriya məktəbini
bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət etmiş Tlexas Müsəlman Korpusu təşkil olunanda onun
tərkibinə yazılmışdır. 2-ci topçu briqadanın komandiri kimi o, Korpusun artilleriya hissələrinin yaradılmasında
boyük rol oynamışdır. QİO tərkibində o, topçu hissələrin müfəttişi işləmişdir. l918-ci ilin sonunda Azərbaycan
Ordusunun qərargahında topçu şöbəsinin rəisi işlədiyi dövrdə o, general-mayor rütbəsinə layiq görülüb.
Müxtəlif komissiyaların üzvü (o cümlədən Gürcüstandan silah və sursat gətirilməsi üzrə komissiyanın üzvü)
Tlexas Denikin təhlükəsinə qarşı istehkamlar yaradılmasında iştirak edib, Bakının general – qubernatoru təyin
olunub. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilərək güllələnib.
276
Podpolkovnik Həbib bəy Səlimov
277
1881-ci ildə İrəvan quberniyasında məmur ailəsində anadan
olmuşdur. İrəvan müəllimlər seminariyasında bir sinif oxuyandan sonra 156-cı Yelizavetpol piyada alayına
yazılaraq sıravi və unter - zabit kimi xidmət etmişdir. 1902-ci ildə Tiflis piyada məktəbinə daxil olan
Səlimov oranı bitirdikdən sonra 3-cü Qafqaz piyada taborunda xidmətə başlayıb. Təlim komandasının
komandiri, tabor komandının adyutantı, bölük komandiri vəzifələrində 3-cü, 5-ci və 6-cı Qafqaz piyada
taborlarında xidmət etmiş Həbib bəy 1906-cı ildə Şuşa şəhərinə ezam olunur və burada təxribat törədən erməni
quldurlarına qarşı mübarizədə göstərdiyi səylərə görə dinc dövrdə az verilən Müqəddəs Vladimir ordeninin 4-cü
dərəcəsi ilə təltif edilir. Xidmətləri ilə komandanlığın diqqətini cəlb edən Səlimov 1909-cu ilin aprelində 2-ci
Qafqaz atıcı briqadasının idarə heyətinin zabiti, daha sonra isə İrana göndərilmiş Qəzvin dəstəsinin zabiti, 1910-
cu ilin yanvar - iyun aylarında isə Qəzvin rəisinin qərargah rəisi vəzifəsini icra edən təyin olunur. Rusiya Dövlət
Hərbi - Tarix Arxivində qorunan xidmət siyahısında göstərilir ki, o, "xaricdə
ezamiyyətdə olmuş" (hansı ölkədə - göstərilmir), sonra Culfa dərəsində, sərhəd
mühafizə məntəqəsinin komandiri kimi çalışmış, Tehranda xidmət etmişdir
(sənədlərdə göstərildiyi kimi- "gizli kəşfiyyat aparmaq məqsədi ilə").
278
I Dünya
müharibəsini 123-cü piyada Kozlov alayının tərkibində qarşılayan Səlimovun
müharibədəki xidmətləri barəsində hələ ətraflı məlumat yoxdur.
279
Məlumdur ki, o,
bilik və bacarıqlarına görə podpolkovnik rütbəsində Rusiya Ordusu Ali Qərargahın
Nikolayev Akade-miyasına oxumağa göndərilmiş və 1917-ci ildə oranı bitirmişdir.
1918-ci il martın 14-də Müsəlman Korpusuna qəbul edilib və hərbi nizamnamələrin
təkmilləşməsi komissiyasının üzvü təyin olunub. Müsəlman Korpusu tərkibində
süvari briqadanın qərargah rəisi vəzifəsində ilk döyüşlərdəcə fərqlənən Səlimov
Azərbaycana gələn Nuru paşanın diqqətini cəlb etmişdi. Nuru paşa sərkərdəni QİO-
nun Azərbaycan hissələrinin qərargah rəisi təyin etmişdi. Bakı istiqamətində
Azərbaycan-türk qoşunlarının azadlıq yürüşündə Səlimov Cənub qrupunun
коmandanı təyin edilmiş və ən ağır istiqamətdə - Gəncə-Bakı dəmiryolu boyunca
irəliləmək əmrini almışdı.
280
Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı
bilən, igid sərkərdə" kimi xatırlanır. Səlimov daim ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-daşnak hərbi
qüvvələrindən xilas etmək üçün mərdliklə vuruşmuşdur.
Milli Ordunun Baş Qərargah və Dəftərxana rəisi Həbib bəyə təşkilatçılıq
qabiliyyəti və Milli Ordunun yaradılmasında səylərinə görə 1919-cu ilin fevralında
general-mayor rütbəsi verilib. O, həmçinin hərbi məktəblərdə taktikadan dərs
deyirdi. 1919-cu il iyul ayında Muğanda və Lənkəranda Azərbaycan milli
hakimiyyətini tanımaq istəməyən rus silahlı qüvvələri bolşeviklərin təhriki ilə
silahlı qiyam qaldırmış və cənub bölgəsini Rusiyaya birləşdirmək barədə bəyanat
vermişdilər. Dərhal təşkil edilən briqadaya komandan təyin olunan Səlimov düş-
276
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.399.
277
Həbib bəy Səlimovun xidmət siyahısının surətlərini bizim üçün RDHTA-dən
aşkar edib göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü
bildiririk.
278
РГВИА, ф. 409, oп. 1, д. 37290, л. 1-6об.
279
РГВИА, ф. 2737, оп. 1, д. 128, л. 26об. -27.
280
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336.
Dostları ilə paylaş: |