Azərbaycanın bölünmüşlüyünün ildönümü – Türkmənçay müqaviləsi



Yüklə 125,17 Kb.

tarix15.03.2018
ölçüsü125,17 Kb.


 

Azərbaycanın bölünmüşlüyünün ildönümü – 



 Türkmənçay  müqaviləsi 

 

 

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!  

Giriş olaraq bildirmək istəyirəm ki, qarşıdan “Türkmənçay müqaviləsi”nin 182-ci ildönümü 

gəlir.  Biz  üç  nəfər  ziyalı  –  Abil  Ulusoy,  əslən  Təbrizli  Ağşın  Ağkəmərli  və  Mütləqə  İnam 

Ocağının  Yükümlüsü  Soylu  Atalı  Azərbaycanın  köklü  problemlərini  geniş  xalq  kütləsinə 

çatdırmağa çalışacağıq.  Bunun üçün məsələyə kifayət qədər açıq münasibətlər ortaya qoymağa 

cəhd  edəcəyik.  Və  bu  münasibətlər  Azərbaycan  mətbuatında  çap  olunmaqla  yanaşı,  Güney 

Azərbaycanda  yayılmağa,  lap  elə  Türkiyədəki  dostlarımız  vasitəsiylə  orda  da  bu  məsələlərə 

diqqəti  cəlb  eləməyə  çalışacağıq.  Nəzərdə  tuturuq  ki,  Almaniyadakı  Ocaqdaşımız  vasitəsiylə, 

Rusiyadakı  pərəstişkarlarımız  vasitəsiylə  köklü  problemlərimiz  bilinməli  və  bizli-bizsiz 

öyrənilməlidir.  Geniş,  ciddi  maarifçilik  işi  qurulmalı,  məktəb  halında  formalaşmalıdır.  Başqa 

yöndən  maarifçilik  işi  görənlərin  uğurları  danılmadan  bu  iş  sistemli  getməli,  ardıcıllıq 

yaranmalıdır.  Güney  Azərbaycanda  hər  nəsildən  bir  baş  qaldıran  Azadlıq  istəkləri  inqilabi 

xarakter  alır,  ancaq  sonucda  istəklər  uğursuzluğa  düşür  və  bu  gedişlərdə  başqa  qüvvələrin 

istəkləri  təmin  olunur.  Soydaşlarımız  istəklərinin  əlindən  tutub  ayağa  dururlar.  Ancaq  təkcə 

istəklər  azdır.  İctimai,  mənəvi,  siyasi  yetkinlik  mərhələsini  keçərək  Ümumxalq  Hərəkatı 

yetirilmir.  Beləliklə,  az  sayda  fəal,  təpərli  insanlarımız  sıradan  çıxarılır,  məhv  edilir. 

Həyatımızda  məğlubiyyətlər  zənciri  əmələ  gəlir.  Bu  səbəbdən  də  hesab  edirik  ki,  maarifçiliyin 

ilk  mərhələsi  milli  fəlakətlərimizi  düzgün  dəyərləndirməkdən  və  bundan  dərs  götürməkdən,  

habelə  bunları  öyrətməkdən  ibarət  olmalıdır.  Maarifçilik  işi  partiya  məqsədlərindən, 

Avropalaşma-Qloballaşma meyillərindən kənarda qurulmalıdır, demokratik təsisatların mücərrəd 

beynəlmiləlçilik  gedişlərindən  qaynaqlanan  fraqmentlərlə  yüklənməməlidir.  Qəti  şəkildə  Milli 

İdeya quruculuğu həyata keçirilməlidir  – şüarçılıqdan uzaq, özünüifadə xatirinə şöhrətpərəstlik 

meyillərindən uzaq, – mənəvi, idraki yetkinlik səviyyəsində özünü həsr eləməklə. 

 

Abil  Ulusoy:  Bütün  bu  fikirlərin  sonradan  bir  kitabça  halında  hazırlanmasını  istəyərdim. 

Bunun Azərbaycanda yayılmasını necəsə təmin eləyə bilərik. Bəlkə sabah ən ucqar bölgəmizdən 

qabağa  duran  olacaq  və  o,  bütövlükdə  Azərbaycan  xalqının  iradəsini  ifadə  eləyə  biləcək,  bir 

hünər ortaya qoyacaq. Biz buradan əsasən Güney’ə səslənirik. Toxunmaq istədiyimiz məsələlərə 

onların diqqətini yönəltmək üçün uzlaşdırılmış addımlar atılacaq. Gərək olanda mövzulardan bir 

balaca kənara da çıxacağıq. Yəni burada Borçalı ilə bağlı, eləcə də Dəmirqapı ilə bağlı söhbətlər 

gedəcək,  Türk-Oğuz  yurdu  olan  Qərbi  Azərbaycan  məsələləri  də  dilə  gətiriləcək.  Yəni 

Azərbaycana  bir  tam,  bir  bütöv  kimi  baxacağıq.  Ancaq  xüsusi  çəki  Güney  üzərində  olacaqdır. 

Əsas  ağırlıq  mərkəzi  “Güney”dir.  Azərbaycanla  bağlı  bütün  məsələləri  əhatə  eləyən  söhbətlər 

olacaq. Ancaq Soylu bəyin dediyi kimi, bu məsələlərin qoyuluşu bir söhbətə sığmayacaq, daha 

çox görüşlərimiz olacaq. Mən Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını bir 

çox  ali  təhsil  müəssisələrində  və  digər  fərqli  ünvanlarda  yaymışam.  Hətta  onların  elektron 

biçimlərinin beynəlxalq  mübadiləyə  girməsinə nail olmuşam. Bunlar özləri də işin  yayıcılığına 

xidmət  edirlər.  Nəyə  görə  də  ümumazərbaycan  məsələlərində  daha  çox  yayıcılar  cəlb 

olunmamalıdırlar?! 

 

Soylu Atalı: Kitab təşəbbüsü yaxşı məsələdir. Məncə bu kitab belə bir məzmun daşımalıdır: 

“Azərbaycanın  köklü  məsələlərinin  öyrənilməsi,  təhlili  və  həlli  yönündən  maarifçiliyin  yeni 

mərhələsi”. 

İndi qayıdaq “Türkmənçay müqaviləsi” məsələsinə. Hesab eləyirəm ki, bu məsələnin tarixi 

baxımdan  bəlli  olan  detallarına  yön  almayaq.  Tamamilə  məsələnin  məzmununa  daxil  olmaq 

lazımdır.  Nə  baş  verdi,  niyə  baş  verdi,  bundan  biz  çıxa  bilərikmi?!  İlk  öncə  qardaşımız  Ağşın 

Ağkəmərlini  dinləyək.  Ağşın  Ağkəmərlinin  indiyə  qədər  də  özünəməxsus  işləri  olub,  onu 

tanıyırlar.  Gəlin  görək  qoyulan  məsələlərə  yeni  Dünyabaxışdan  daxil  olmaq  mümkündürmü?! 




 

Ağşın  bəyin  Ocağımızla  dostluq  əlaqələri  artıq  bir  neçə  ildir  ki,  davam  edir.  Bu  əlaqələrin 



arxasında  milli  dünyagörüş  dayanır.  Məncə  bu  gün  prinsipial  məsələləri  maarifçilik  xəttinə 

çıxarmaqla əlaqələrimizin yeni mərhələsinə başlayırıq. Çünki Ağşın bəy təsadüfən ortaya çıxmış 

birisi deyil, Güney Azərbaycana bağlı olaraq sözü və işi olan ziyalıdır.  

 

Ağşın  Ağkəmərli:  Belə  bir  işi  nizama  salmaq  ürəyimcədir.  Düşünürəm  ki,  çaşqınlıqların 

qarşısının  alınmasında  bu  işimiz  töhvə  verəcəkdir.  Məsələyə  gəlincə,  sizin  dediyiniz  kimi, 

ümumi bilgiləri təkrar eləmək istəmirəm. Ancaq ilk olaraq bildirmək istəyirəm ki, Türkmənçay 

Təbrizdən 125 km aralıda Miyana içində və Xal-xal dağlarına gedən bir yolda yerləşən kənddir. 

Bu müqavilə orada bağlanıbdır. Və o kəndin içində müqavilə bağlanan otaq bu gün də olduğu 

kimi qorunub saxlanır.  

Mən  burada  bir  məsələyə  toxunmaq  istəyirəm.  Türkmənçay  müqaviləsi  ani  olaraq,  o 

məqamda  yaranan  bir  hadisə  deyil.  Bunun  kökü  çox  dərinə  və  qədimə  gedib  dayanır.  Bizim 

fərqinə  varmadığımız  bir  məsələ  var  ki,  düşmən  bizi  bizdən  qat-qat  yaxşı  tanıyır.  Bizim 

kimliyimizi,  qüdrətimizi  özümüzdən  çox  yaxşı  bilir.  Və  bilir  ki,  bu  milləti  birləşdirən  bir  amil 

ortaya  çıxarsa,  onun  qarşısını  heç  nəylə  almaq  olmaz.  Ona  görə  bizim  millətimizi  nəzarətdə 

saxlamaq üçün böyük güc ortaya qoyurlar, böyük sərmayə sərf edirlər, necə deyərlər, varlıqlarını 

ortaya  qoyurlar.  Onlar  bizi  ayrı-ayrı  qollara  parçalaya  biliblər  və  biz  də  bu  parçalamaya 

inanmışıq, boyun əymişik, ona tabe olmuşuq. Buna baxmayaraq, düşmən bizə parçalar şəklində 

deyil, bir bütöv şəklində yanaşır, xarakterik olaraq. Bütövlükdə Türk Dünyasını bir vahid kimi 

götürürlər,  özbəyi  tatardan,  tatarı  türkməndən  və  s.  Ayırmırlar.  Və  götürdükləri  ssenari  türk 

millətini qollara ayırdı. Eyni zamanda Türkmənçay müqaviləsi Atillaların qorxusundan yarandı. 

Təkrar  türk  milləti  bir  araya  gəlməsin,  Avropanı  təhlükəyə  salmasın,  qorxuya  salmasın, 

Avropanın  dinc  yuxusuna  haram  qatmağa  qalxmasın.  Ona  görədir  ki,  Türkmənçay  müqaviləsi 

ortaya  çıxdı.  Və  sonradan  da  yeni  “türkmənçaylar”  ortaya  çıxdı.  Söhbət  nədən  gedir?!  Məncə 

bütün diqqət ona yönəlməlidir ki, hansı yolla “Türkmənçay”ın yaxud “türkmənçaylar”ın qarşısı 

alınmalıdır. Bir baxımdan baxanda biz həm tələsmişik, bir baxımdan baxanda da çox gecikmişik. 

Tələsdiyimiz  bu  olub  ki,  tarix  boyu  çox  ideolojiliklər  ortaya  qoymuşuq,  amma  bu 

ideologiyalardan düzgün faydalanıb istifadə eləyə bilməmişik. Özgəsi bu ideolojilikləri götürüb 

bəhrələnib.  Bizim  səpələdiyimiz,  itirdiyimiz  ideyaları  yığıb,  toparlayıb  özlərinə  ideologiya 

yaradıblar.  Həmin  ideologiyanın  sayəsində  bizi  hədələyiblər,  parçalayıblar.  Baxmayaraq  ki, 

ortaya qoyduğumuz ideyaların  kökü çox qədimə bağlıdır, biz hər Hərəkatda müəyyən hissələri 

itirə-itirə gəlmişik. Belə olubdur ki, məsələn, Xürrəmilik ideyası ortaya gəldi, ancaq biz özümüz 

bundan bəhrələnə bilmədik. Burada bir məsələyə də toxunmaq istəyərdim ki, bizim ideyalarımızı 

yox eləyən ən çox eşikdən deyil, içəridəki əllər olubdur. Bu gün əgər Güney Azərbaycanda türkə 

qarşı  hansısa  bir  təşkilat  hərəkət  edirsə,  onun  başında  duran  bir  türkdür.  Bu  gün  Amerikada 

İrançılıq  təpkisini  gücləndirən beş televiziya kanalının  birincisi və  ya bir neçəsi  Təbrizlinindir. 

Ona görə bizim işimiz iki yöndə müəyyənləşməlidir. Həm içəridəki cəbhəmiz, həm də eşikdəki 

cəbhəmiz  təhlil  olunmalıdır.  Və  bu  cür  hallara  qarşı  millətimizi  yetişdirmək  lazımdır.  Eyni 

zamanda  xaricdən  də  müəyyən  xətərlərin,  basqıların,  təsirlərin  qarşısını  almaq  üçün  ondan  da 

müəyyən təhlillərimiz olmalıdır. 



 

Soylu Atalı: Biz söhbətimizi aparıcısız aparırıq. Ona görə söhbətlərimiz bir-biri ilə uzlaşsın 

deyə, müəyyən müdaxilələr olanda xahiş edirəm nəzərə alaq. Üçümüzün fikirləri bir sistem təşkil 

etsin deyə, istəyərdim ki, Abil bəy toxunduğumuz məsələ ilə bağlı müəyyən bir bilgi versin. 

 

Abil Ulusoy:  Ümumiyyətlə, söhbət  çox  geniş  məsələləri əhatə  eləyir.  Ona görə diqqətimizi 

maksimum  dərəcədə toparlayırıq.   Bilirsiniz ki, Güney Azərbaycan heç vaxt  dinc dayanmayıb. 

20-ci yüzildə 4 dəfə inqilab həyata keçirib. Dünyanın heç bir yerində belə bir şey olmayıb. 

Soylu Atalı: Ona görə Quzey Azərbaycanda durub demək ki, əşi, Güney Azərbaycan daim 

əsarətdədir, – bu fikir Güneydə hər hansı bir işin getmədiyi anlamına gəlməməlidir. 



 


 

Abil Ulusoy: Bəli, Güney Azərbaycanda gedən işlər ona görə də qürurvericidir... 



 

Ağşın Ağkəmərli: Həm də üzücüdür... 

 

Abil  Ulusoy:  Mən  məsələnin  o  tərəfinə  də  toxunacam.  Ona  görə  qürurvericidir  ki,  Güney 

Azərbaycanlılar  dünyada  azadlıq  uğrunda  mübarizənin  örnəyini  ortaya  qoydular.  Öz  haqları 

uğrunda  dönmədən  mübarizəyə  qalxırlar.  Dünyanın  heç  bir  ölkəsində  belə  bir  nümunəyə  rast 

gəlməmişik. Ancaq burada təəssüfləndirici məqam da var. Azadlıq uğrunda mübarizəyə qalxdıq, 

məğlub  olduq.  Hansı  nəticəni  çıxardıq,  hansı  dərsi götürdük?! Çox keçmədi, ikinci  dəfə ayağa 

durduq. Səttarxanla Xiyabaninin mübarizələri arasındakı məsafə çox qısa bir məsafədir. Əzilmiş, 

tapdalanmış  bir  millət  qısa  zamanda  özünə  gələ  bildi.  Sənin  içində  azadlıq  istəyi  nə  qədər 

böyükdür ki, əziləsən, ancaq sınmayasan, yenidən ayağa qalxasan. Xiyabanidən sonra yenə qısa 

müddət ərzində Pişəvəri başladı, Milli Hökumət quruldu. Ancaq bir-birinin ardınca məğlub oldu. 

Və bunun özünün də səbəbləri yetərincə araşdırılmadı, çox təəssüf ki. Və sonra 79-cu ildə İran-

İslam  inqilabı  ki,  bu  da  Təbriz  üsyanından  başladı.  İranın  bu  günə  gəlib  çıxmasında  yenə  də 

müstəsna  rol  Güney  Azərbaycanın  üzərinə  düşdü.  Yəni  hər  bir  şey  Güney  Azərbaycandan 

başladı və Azərbaycan heç nə əldə eləmədi. Deməli, buradan çıxarılmalı ibrət dərsləri var... Biz 

məsələnin  həlli  yollarına  da  ciddi  baxmalıyıq  –  hansı  məsələ  birinci,  hansı  məsələ  ikinci 

qoyulmalıdır.  Soylu  bəy  bayaq  çox  düzgün  dedi  ki,  bizim  buradan  Güneyə  üz  tutmağımız 

maarifçilik xarakteri daşıyır. Güneyə birinci bu lazımdır. Amma bu maarifçiliyin özündə ideya 

başlıca rol oynayır. 

 

Soylu Atalı: Məsələnin çıxış yoluna tərəf istənilən ideya ilə yön almaq mümkün deyil... 

 

Abil  Ulusoy:  Bəli.  İkinci  bir  məsələ,  dünyanın  Milli  Azadlıq  Hərəkatlarına  münasibəti 

necədir?! Robinzon Kruzo kimi bir adada təkcə yaşamırıq. Özümüz istəyirik, amma həm də ətraf 

dünya  var.  Dünyanın  Güney  Azərbaycana  münasibəti,  dünyanın  türkə  münasibəti...  Dünyanın 

siyasi sistemində milli azadlıq mübarizələrinə münasibət çox mənfidir. Bu gün dünyanın siyasi 

cəhətdən  aparıcı  dövləti  sayılan  Amerikanın  özü  kifayət  qədər  bölücülüyə  meyillidir.  Buna 

baxmayaraq  İranda  da  bölücülük  məsələsinin  baş  tutmasında  maraqlıdırmı?!  Maraqlı  deyil, 

niyə?! Əvvəla, onu demək istəyirəm ki, bəzi Güneyli soydaşlarımızla ünsiyyətdən də bəlli olur 

ki, Qərbə meyil, demokratiya vədlərinə uymaq, oradan imdad gözləmək halı var. Guya Amerika 

gəlib  İranla mübarizə  edəcək və bizimkilər də bundan  yararlanacaq. Ancaq bizə  görə Güneyin 

azadlığı məsələsi tamamilə ayrıca qoyulmalıdır. Kimin kimlə savaşı onların istəkləridir  – nələr 

eləyəcəklər özləri üçün. Pişəvəri Hərəkatı vaxtı da Qərbin – Amerikanın,  İngiltərənin oynadığı 

rol kifayət qədər ortadadır. O dövrün şahidlərindən bu gün yaşayanlar da var. Hərbi müşavirlərin 

işə  qarışması,  silahla  kömək,  pulla  kömək  və  Güney  Azərbaycanın  Milli  Hökumətinin 

devrilməsini yetirdilər. Dünyada soyuq müharibə deyilən bir şey əslində Güney Azərbaycandan 

başladı.  II  Dünya  Savaşından  əvvəl  soyuq  müharibə  deyilən  bir  anlayış  heç  yox  idi.  Soyuq 

müharibənin  bütün  atributları  Güney  Azərbaycanın  üzərində  gəldi  çıxdı  ortaya.  Qərb-Sovet 

münasibətləri soyuq müharibənin ilk rüşeymlərini o vaxt gətirib qoydu ortalığa. 

Bir də məsələyə dövlətçilik baxımından yanaşırıq. Asif Ata deyir ki, “dövləti olmayan xalq 

yetim  xalqdır”.  Bu  kontekstdən  bir  maraqlı  məsələyə  aydınlıq  gətirmək  yerinə  düşərdi.  Çox 

təəssüf  ki,  Güneylilərin  də  dilindən  səsləndirilən  bir  məsələ  müəyyən  bir  çaşqınlıq  yaradır. 

Məsələn,  Səfəvilər  dövləti,  Əfşarlar  dövləti,  Qacarlar  dövləti.  Əslində  İran  adlanan  1,6  mln 

kv.km coğrafi bir ərazi var. Həmin ərazidə İranın dövlət halına gəlməsindən 1925-ci ilə qədər – 

Qacarlar dövlətinin süqutuna qədər orada əsasən türk dövlətləri olubdu. Sasaniləri çıxmaq şərti 

ilə hamısı türk dövlətləridir. 



 

Ağşın Ağkəmərli: Min il... 

 


 

Abil Ulusoy:  Bəli, min il.  İranın  çoxəsrlik  həyatında dövlətçilik  ənənəsini  türklər qoyublar. 

İranı  siyasi  bir  sistem  kimi  saxlayan,  onu  parçalanmaqdan  qoruyan  türk  idi.  Yəni  türkün  bu 

coğrafi  ərazidə  yaratdıqlarının  adı  İran  idi,  quruculuğu  yox.  Yəni  demək  istəyirəm  ki,  İranda 

yaranan  türk  dövlətçilik  ənənəsini  bir  tayfanın  adıyla  bağlamaq  doğru  deyil.  Yəni  Qacarlar 

dövləti bir tayfanın qurduğu deyildi, türk dövləti idi və s. İdarəçilikdə ayrı-ayrı farslar da var idi. 

Ola bilər ki, tək-tək ərəblər də olsun, kürdlər də olsun. Amma dövlətçiliyi yaradan, dövlətçiliyi 

qoruyan və idarə eləyən türk əməyi və hökmü idi. 1925-ci ildə ki, Qacarların hakimiyyəti süquta 

uğradı, hakimiyyət keçdi farsların əlinə. Və onlar da məsələyə artıq özlərininki kimi yanaşmağa 

başladılar. 



 

Soylu Atalı: Mən istəyərdim bu məsələnin üzərində bir balaca vurğu eləyək. Dövlətin adının 

tayfalara bağlanmasını xatırlatmaq yaxşı mövqedir. İntəhası bir var bizim arzularımız, bir də var 

gerçəklik.  Bax,  bu  gün  qardaşımız  bizim  arzularımızdan  çıxış  eləyir.  Əslində  bundan  sonra 

Güney Azərbaycanda nə baş verəcəksə, məhz bizim bu istəklərimiz yönündən baş verməlidir ki, 

nəhayət Azərbaycada yaranan dövlət vahid bir türk dövləti anlamında olsun, qəti olaraq hansısa 

bir tayfanın dövləti anlamında olmasın. 

Mən  yenidən  mövzunu  “Türkmənçay  müqaviləsi”nin  üzərinə  qaytarmaq  istəyirəm.  Asif 

Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” adı altında ümumazərbaycan ruhunu ifadə eləyən 

bir  dəyər  sistemi  var.  Bu  dəyər  sistemində  O,  Azərbaycanın  bütöv  mahiyyətini  ortaya 

qoymuşdur.  Bu  mahiyyəti  Azərbaycanın  fərəhli  bir  aqibəti  sayır,  varlığının  qarantı,  tarixinin 

özülü sayır. Və bu özül üzərində hansı Azərbaycanı qurmaq olarsa, onu düşünür, onu axtarır, onu 

təklif edir, onu təqdim edir. Asif Ata Azərbaycanın yaratdıqlarını, qurduqlarını böyük bir sevgi 

ilə  fəlsəfi  bir  sistem  halında  ortaya  qoymaqdan  başqa  onun  müsibətlərini,  fəlakətlərini  də  açıq 

şəkildə  ortaya  qoyub,  təhlil  eləyib.  Və  istəyir  ki,  Azərbaycanlılar,  türk  insanları  həmin 

fəlakətlərin özünü də ciddi araşdırsınlar, öyrənsinlər və dərs götürsünlər. O fəlakətləri sayarkən, 

məsələn,  Midiyanın  süqutu  (Asif  Ata  oradan  başlayır  fəlakətlərimizi  təhlil  eləməyə),  Babəkin 

qətli (çünki Babəkin qətli əslində Azərbaycanın yadlığa faciəvi şəkildə yenilməsi ilə nəticələndi), 

sonra Çaldıran fəlakəti və s. nəhayət, gəlib “Türkmənçay müqaviləsi”nin üzərinə çıxır. 

Mən bu gün elə hesab edirəm ki, Türkmənçay müqaviləsi bizim tarixi fəlakətlərimizin ən zor 

olanıdır.  Niyə,  çünki  Azərbaycan  bölündü,  parçalandı.  “Türkmənçay  müqaviləsi”nə  qədər  də 

Azərbaycanın  bölünmüşlüyü  olub  –  tayfalar  səviyyəsində.  Ancaq  bu  dərəcədə  qəddar  möhür 

vurulmayıb Azərbaycanın aqibətinə. Yəni “Türkmənçay müqaviləsi” Azərbaycanı təkcə coğrafi 

dağıntılara deyil, yüzillərdir davam eləyən assimilyasiya zülmünə məruz qoydu. Bu müqavilənin 

baş  verməsiylə  nələr  itirmədik  biz.  Milli-mənəvi  dəyərlər  aradan  getdi;  dövlətçilik  ənənəmiz 

sarsıldı;  Millətin  ruhani  varlığının,  ruhani  vəhdətinin  əsası  sarsıdıldı;  millət  tamamilə  öz 

gözündən düşdü – özünə yadlaşma başladı. Bizim taleyimizi həll eləmək o qədər asanlaşdırıldı 

ki, bircə nəfərimizi də saya salıb müqavilə prosesinə yaxın buraxmadılar. Təsəvvür edin ki, bu 

bölünmədən sonra İranda ardıcıl türk millətini inkar təbliğatı quruldu. Bu da ondan ibarət idi ki, 

burada türk-filan yaşamayıb. Azərbaycan elə farsdır, onun dili sonradan türkləşib. Azərbaycanın 

mədəniyyəti fars deməkdir. Ona görə Azərbaycan ağlını başına yığıb öz farslığına qayıtmalıdır.  

Asif Ata görüşlərinin birində bu məsələləri çox həyəcanlı şəkildə vurğulayırdı. Bilirsiniz ki, 

farsçılığın  bugünkü  gücü  də,  strukturlarını  qoruma  mexanizmi  də  İslamdır.  Onun  başında 

duranlar da məhz həmin təbliğata uyub farslaşan türklərdir. Beləliklə, fars rejimi ruhsuzlaşdırdığı 

mollabaşıları bütövlükdə Güney Azərbaycan türklərinə nümunə göstərir. Heç bir məktəb, təhsil 

görməyən sadə soydaşlarımızı aldadaraq, dəhşətli bir assimilyasiya işi həyata keçirirlər.  “Gəlin 

“özünüzə  qayıdın”  –  farslaşın  –  Xomneyiləşin,  Zəncaniləşin”.  O  Zəncani  ki,  Zəncanın  ali  dini 

rəhbəri  sayılır.  İndi  onu  ortaya  atıblar  və  onun  vasitəsilə  İranı  yalançı  müsəlman  haqqının 

qorunmasında  borclu  sayırlar.  Bununla  da  ordakı  Milli  Hərəkatın  fəallarına  “avans”  vermək 

həvəsinə düşüblər. Guya onlar o qədər humanistdirlər ki, heç yerdə müsəlmanın haqqına biganə 

deyillər. Ancaq məlum  deyil ki, bu müsəlman deyilənin haqqı nə deməkdir, müsəlmana etiqad 

haqqı tanımaqla Güney Azərbaycan türkünün Azadlıq haqqı niyə eyniləşdirilir?! Bilirsinizmi, bu 

cür oyunlar əslində assimilyasiya gedişlərini qorumaq üçündür. Bizim soydaşlarımız belə şeylərə 




 

uymağa meyilli olmamalıdırlar. Zəncanilər demirlər ki, Güney Azərbaycan türklərinin bir millət 



olaraq  itirdikləri  nədən  ibarətdir?!  “Müsəlman  haqqı”  deyilən  nə  varsa,  hamısı  həmin  o 

farslaşdırma təbliğatının tərkib hissəsidir. Hətta bu təbliğat Azərbaycan Elmlər Akademiyasının 

içinə  qədər  soxula  bilib.  Yazılar  dərc  olunur,  jurnallar  buraxılır,  saytlar  işlədirlər  və  s.  Xalqın 

ruhunu tamamilə sarsıtmaq, xalqı tamamilə özünə yadlaşdırmaq prosesi gedir. Bax, bu prosesin 

içərisində Güney Azərbaycanda olan insanlarımız, demək olar ki, çox az sayda qüvvələrlə ayağa 

dururlar.  Mən  qınamıram.  Bizim  haqqımız  yoxdu  onları  qınamağa.  Yenə  bizim  özümüzü 

məsuliyyətdən qıraqda saxlayıb bir paramızı qınamağımız doğru olmazdı. Bayaq biz deyirik ki, 

orada böyük qəhrəmanlıqlar olub, əsrdə bir neçə dəfə inqilablar törəyib. Söz yox ki, biz dərinə 

gedəcəyik,  ayrı-ayrı  detallara  varanda.  Biz  inqilabçılığın  tərəfdarı  deyilik,  biz  intibahçılığı 

təqdim edirik. Ancaq türk millətinin azadlığı uğrunda gərək olarsa, o inqilaba yenə getmək olar. 

Ancaq buna biz idraki səviyyədə hazırlaşmalıyıq. Yəni ideya əsasında, yəni ideologiya əsasında 

düşünüb  getmək  olar  ki,  yeni  məğlubiyyətlər  baş  verməsin.  Biz  gərəksiz  qurbanlar  verməkdən 

təngə  gəlmişik,  biz  qırğınlara  getməkdən  üzülmüşük.  Ona  görə  nəticəsiz  qırğınlara 

getməməliyik. Bizim bugünkü çağırışlarımız da ondan ötəridir ki, məğlubiyyət saçan qırğınların 

qarşısını alaq. Ona görə biz deyirik ki, Güney Azərbaycanda olan insanlarımız az sayda ki, ayağa 

dururlar (30-35 mln. sayın qarşılığında), əlbəttə, qələbə gözləmək çətindir. Az sayda fəallarımız 

qabağa  dururlar,  Azadlıq  istəyirlər.  Ancaq  kimdən  istəyirlər,  kim  verməlidir  o  Azadlığı?!  Axı 

bütün kütlə fəaliyyətə qoşulmur, istək ümumxalq hərəkatı səviyyəsinə qalxmır. Ona görə də bizi 

boğurlar, susdururlar. Və biz yenidən bir nəsil gözləməli oluruq. Yeni dönəm gözləməli oluruq 

ki,  yeni  enerji  ilə  azadlıq  istəyək.  Bax,  bu  problemləri  önləmək  üçün,  bu  gedişlərin  qarşısını 

almaq üçün Güney Azərbaycanın, – təkcə Güney Azərbaycanınmı, həm də Quzey Azərbaycanın 

maarifçiliyə böyük ehtiyacı var. Biz elə Güney, Güney deyirik, guya Quzeyin aqibəti  Güneyin 

aqibətindən lap yaxşıdır. Əslində deyil. Burada dövlətimiz yarandı. Bu dövlət bizim gözümüzün 

işığı qədər bizə əzizdir. Biz dövlətçilik məsələsinə qarşı hədsiz dərəcədə həssasıq, onun üzərində 

əsirik.  Lakin  bu  dövlət  bizim  səadətimizi  (millət  olaraq)  gələcəyə  aparan  bir  bütövdürmü, 

gücdürmü?!  Nə  qədər  ki,  Güneyimiz  yoxdur,  onun  taleyinə  biganəlik  var,  burdakı  balaca  bir 

gücümüzlə  bu  dövlətimizi  əlimizdə  saxlaya  biləcəyikmi,  qoruya  biləcəyikmi?  Açıq  demək 

lazımdır,  hər  tərəfdən  canavar  kimi  ağzını  açıb  üstümüzə  gələnlər  var.  Bu  gün  Quzey 

Azərbaycan üçün Güney sanki yoxdur. Bu tay üçün də maarifçilik ona görə lazımdır ki, bunun 

üçün o, onun üçün bu olsun. Ağıllarda aqibət birliyimizin gələcəyi öz biçimini tapsın. Necə sən 

burada  müstəqilsən,  azad  yaşayırsan  ki,  sənin  qan  qardaşların  orada  zindanlara  atılır,  qətlə 

yetirilir,  olmazın  məhrumiyyətlərə  düçar  olur.  Ona  görə  də  ümumazərbaycan  ruhunun  birliyi 

ağıllara  elə  işləməlidir,  düşüncələr  elə  böyüməlidir  ki,  sabah  Güneylə  Quzeyi  qarşı-qarşıya 

qoymasınlar, onları bir-biriylə döyüşdürməsinlər. Sabah həqiqətən də azğın güclər içəridən bizi 

elə  yeni  fəlakətlərə  sürüyə  bilərlər  ki,  yenidən  ayağa  dura  bilməyimiz  çətin  olar.  Sabah  İran-

İslam rejiminin əsarətindən qurtaran bir toplumu Qərbçiliyin caynağında hərcayiləşdirilən o biri 

hissə  ilə  döyüşdürə  bilərlər.  Ona  görə  səbrlə  və  səylə  çox  idraklı  şəkildə  xalqın  içəridən 

dəyişilməsi  həyata  keçirilməlidir.  Bilirsinizmi,  maarifçilik  özümləşmə  istiqamətində  o  taylı-bu 

taylı  getməlidir.  Və  ümumazərbaycan  Hərəkatına  gəlib  çıxmalıyıq  biz.  Ümumazərbaycan 

Azadlıq  Hərəkatının  içərisinə  başqa  şeylər  gəlib  qarışmamalıdır.  Demokratik  azadlıqlar 

qarışmamalıdır,  “söz  azadlığı”  oyunları,  hansı  ki,  onun  arxasında  Qərb  durur,  onun  arxasında 

Avropa  durur.  Öz  mənafeləri  üçün  durur.  Və  ortaya  atılan  bu  istəklər  (dönə-dönə  biz 

vurğulamışıq) onların mənafelərini doğruldanda qüvvəli görünür, gərəkli görünür, daha doğrusu, 

göstərilir.  

Bu işlərimizin ümumazərbaycan səviyyəsində bir adı var – Azadlıq!  

Ağşın  Ağkəmərli:  İstəklərimiz,  söhbətlərimiz  üst-üstə  düşür.  Abil  bəyin  dediyi  bəzi 

məqamlar  var  idi.  Mən  bu  məqamlara  toxunmaq  istəyirəm.  Məsələn,  20-ci  əsrin  əvvəlindən 

sonuna  qədər  yüz  ildə  dörd  dəfə  inqilab  olub.  Yəni  hər  nəsildə  bir  dəfə.  Bəs  bu  Hərəkatların 

uğursuzluqlarının  səbəbi  nədir?!  Hesab  edirəm  ki,  uğursuz  nəticə  məqsədi  təyin  eləmədən  işə 

başlamağımızdan irəli gəlir. Yəni bir növ ideoloji boşluğun olmasından irəli gələn səbəblər var. 

Biz  həqiqətən  məsələyə  real  baxmaq  istəyiriksə,  hətta  Pişəvəri  Hərəkatı  müəyyən  dönəmdə 




 

rusların,  ya  farsların  əliylə  ortalıqdan  götürülməsəydi  belə,  öz  içindən  yeni  problemlər  ortaya 



çıxacaqdı. 

Həmin  variantı,  həmin  ssenarini  biz  Xiyabanidə  də  görürük.  Və  həmin  ssenarinin 

bənzərlərini  bu  gün  “Talış  Muğan  Respublikası”nın  yaranmasında,  o  gün  “Naxçıvan  –  Araz” 

Respublikasının  elan  olunmasında  da  görürük.  Bəzi  məqsədi  qapalı  olanlar  tərəfindən  belə 

problemlər gündəlikdə saxlanılır.  

İndi istəyirəm əsas məsələnin üzərinə gələm. Bizim itirdiyimiz bir şey var – o, ideolojilikdir. 

İdeoloji boşluq yaranıb. İdeoloji boşluq isə məqsədi təyin eləmədən addım atmağa gətirib çıxarır. 

Məqsədi təyin eləyə bilsək, ona doğru hərəkət eləmək də nəticə verə bilər. Bir millət əsasən üç 

şeydən  asılıdır:  –  ərazisinin  müəyyənliyi,  mədəniyyətinin  özününkü  olması,  o  biri  tərəfdən 

ideolojisinin  olması.  İdeologiya  bizdə  tamam  yadlıqdan  ibarətdir.  Məscid  bizi 

müsəlmanlaşdırmaqla  ərəbləşdirir.  Bu  günə  qədər  İslama  dəyər  vermişik,  onun  şəhidinə  dəyər 

vermişik, qiymət vermişik, özümüzdə onun yaratdığı faciələrə isə göz yummuşuq.  

1924-cü  ildə  Rza  xanı  ingilislər  İrana  gətirəndə,  minillik  türk  hakimiyyətinə  son  qoymaq 

məqsədi daşıyırdılar. Çünki bilirdilər ki, ingilis dövlətinin məqsədini yeritmək üçün orda onlara 

bir kölə lazımdır. O kölə kim ola bilər?! Rza şah. Kim idi Rza şah?! – Tövlədə at saxlayan bir 

ilxıçı. Yaxşı onu gətirdilər hakimiyyətə. Gətirən kimi dövlətin idarəçiliyində birinci addım İran 

Coğrafiya Komissiyasını yaratmaq oldu. Səhv eləmirəmsə, Fars körfəzinin yaxınlığında. 1924-cü 

ildə Rza xanı gətirdilər, 1925-ci ildə isə Coğrafiya Komissiyası yarandı. Bu komissiya yaranan 

gündən  bizim  yer  adlarımızı  dəyişməyə  başladılar.  Yəni  bu  millətin  birinci  olaraq  ərazi 

bütövlüyü  hədələndi.  Bu  millətin  dilini,  mədəniyyətini  lağa  qoydular.  Bu  vəziyyət  təkcə  bizdə 

deyildi. Azərbaycanın parçalanmış bütün qollarında bu proses həyata keçirilirdi. Gürcüstanda da 

bu  iş  görüldü,  Qərbi  Azərbaycanda  da  elədilər.  Baxmayaraq  ki,  bura  sovet  ölkəsiydi,  ora 

kapitalist ölkəsi. Eyni ssenarini hər yerdə təkrar eləyirdilər. Dərbənddə də eləyirdilər, bizim digər 

ərazilərimizdə də. Hətta o dönəmdən etibarən İran sözü hallanmağa başladı. Əvvəl İran sözü yox 

idi,  dövlətlərin  adı  gedirdi.  Bura  mənimdir,  bu  ev  mənimdir,  mən  öz  adımı  bu  evin  içində 

daşıyıram,  sənə  niyə  verməliydim.  Boş  bir  ideolojinin  (1924-cü  ildən  etibarən)  ingilis  orda 

təməlini qoydu. O  İrançılıq məsələsi  –  “İran ərazisi” məsələsi İranın  adını yaratdı. Və ingilis 

azlıqda  olanı  iqtidara  gətirdi.  Bu  gün  də  azlıqdadır,  aşağı-yuxarı  14  mln.-dan  artıq  deyil  fars. 

Çoxluqda olanın mədəni varlığını yox etməklə, ərazi bütövlüyünü yox etməklə onu alçaltdı. Hələ 

də  bu  davam  edir.  Azərbaycanın  Türkiyə  və  Naxçıvan  sərhədlərində  qeyri-türk  millətlərini 

yerləşdirdilər. Ermənini yerləşdirdilər, kürdü yerləşdirdilər. Və bu gün bizi bizə qarşı qoydular. 

İki-üç  həftə  bundan  əvvəl  Təbrizdə  nümayiş  edilən  sərgi  vardı.  O  sərgini  kürdlər  nümayiş 

etdirmişlər.  O  sərgidə  Təbrizi  böyük  Kürdüstan  ərazisi  sayıblar.  Necə  olub,  bu  məmləkətə 

erməni  yiyə  durur,  kürd  yiyə  durur,  fars  yiyə  durur,  gürcü  yiyə  durur,  rus  yiyə  durur,  mən 

durmuram.  Suç  məndədir.  Yəni,  siz  bayaq  Pişəvəri  məsələsində  bir  məqama  toxundunuz.  Bu 

toxunduğunuz  məqamların  hər  biri  böyük  bir  təhlil  tələb  eləyir.  Səttarxanınkı  da.  Necə  olur 

Səttarxan  kimi  bir  qüdrət  –  “Təbrizi”  yaradan,  bir  mollanın  sözünə  aldandı,  getdi  Tehrana. 

Tərksilah elədilər. Necə oldu, Tehranda Yefrem erməni silahlandı, ordunun uniformasını geyindi 

və  Səttarxanı  güllələdi.  Bu  boşuna  deyil.  Bunun  üstündən  ötəri  keçmək  olmaz.  Xiyabanini 

götürək. Necə oldu, Xiyabani bir düşüncə ilə, bir məfkurə ilə gəldi, bir anda boğuldu. Pişəvərini 

götürək.  Pişəvəri  hökumətini  çoxları  düşünür  ki,  ruslar  yaradıblar.  Amma  belə  deyil.  İndi  o 

zamanın  detalları,  gedişatı  elə  görünür.  Ancaq  bu  başqa  bir  məsələdir.  Millətimizin  əsas  istəyi 

vardı.  Siz  bayaq  yaxşı  dediniz,  1979-cu  ildə  İran-İslam  Respublikasının  yaranmasında  ən  fəal 

olan türk idi. İranda heç bir inqilab türksüz mümkün deyil. Yəni Azərbaycan türkü o inqilaba qol 

çəkməsə,  o  inqilab  hərəkətə  keçməz.  Bəs  nəticə  necə  oldu?  Yenə  biz  itirdik.  Bəs  yaxşı,  bir 

dəqiqə tarixin önündə durmasaq, özümüzü silkələməsək, özümüzü bir an özümüzə göstərməsək, 

biz yenə bu səhvlərə yol verəcəyik. Yaxşı, bu məsələnin qarşısını müəyyən düşüncələrlə almaq 

lazımdır. 



 

Soylu  Atalı:  Doğrudur,  bax,  mən  elə  istəyərdim  ki,  Abil  bəy  sizin  sözünüzü  gücləndirsin. 

İranın ictimai-siyasi durumunu qısa şəkildə dəyərləndirsin. 




 

 



Abil  Ulusoy:  Mən  istəyirəm  ki,  qısaca  olaraq  “Türkmənçay  müqaviləsi”nə  qədər  ki,  

vəziyyət, “Türkmənçay”dan sonra vəziyyət haqqında bir neçə kəlmə söz deyək. 

“Türkmənçay”a  qədər  Azərbaycanın  Quzeyində  hansı  proseslər  baş  verirdi?!  –  Asif  Ata 

həmişə deyirdi ki, “Azərbaycan birdir, əgər ikidirsə, deməli o, yoxdur əslində”. Bayaq Soylu bəy 

də  qeyd  elədi,  mənim  üçün  də  Azərbaycan  ağlımda  birdir.  Mən  Güneydə  olmamışam,  ancaq  

Həmədandan,  Zəncandan,  Xoydan,  Təbrizdən,  Salmasdan...,  Borçalıdan,  Dərbənddən,  indi 

olmayan  Qərbi  Azərbaycandan  birlik  halı  yaratmışam  düçüncələrimdə.  Bu,  hər  birimizin  

hafizəmizdə  həmişəlik  qalmalıdır...  O  dövrdə  xanlıqlar  var  idi.  Bu  xanlıqlardan  bir  çoxları 

tərksilah olunmuşdu. Dərbənd təslim olmuşdu Pyotra, Nadir şah Əfşarın səhvi nəticəsində bizim 

qədim Oğuz Yurdu Borçalı verilmişdi Gürcü çarlığına. Bəlkə buna belə baxırdı ki, əşi, onsuz da 

mən elə burda da hakiməm. Ancaq Əfşarların hakimiyyəti zəifləyəndən sonra təəssüf ki, Borçalı 

qaldı indiki Gürcüstan ərazisində.  

...Sonuncu  İrəvan  xanı  hakimiyyətdən  devrildi,  Naxçıvan  xanı  onun  kimi.  Azərbaycanın 

tərkibində  xanlıqların  olması  və  bunların  da  bir-biri  ilə  çəkişməsi,  heç  birinin  birləşmək 

həvəsində olmaması, vahid bir Azərbaycan (heç olmasa Quzeydə) görmək istəməmələri.  İkinci 

bir tərəfdən, Güney Azərbaycanın özündə də xanlıqlar vardı və ümumi durum Quzeydən heç də 

fərqlənmirdi.  Deməli,  həmin  dövrdə  Azərbaycan  əslində  daxilən  parçalanmışdı.  Quzeydə  və 

Güneydə  üst-üstə  götürəndə  səhv  etmirəmsə,  15–17  xanlıq  var  idi.  Belə  bir  məqamdan  sonra 

hakimiyyətdə  olan  Qacarlar  rus  çarlığı  ilə  müqavilə  bağladı.  Türkmənçaydan  öncə  bəllidir  ki, 

1813-cü  il  oktyabrın  10-da  Gülüstan  müqaviləsi  bağlanmışdı.  Həmin  müqavilə  artıq  Qacarlar 

dövlətinin əl-qolunu bağlayırdı. Baxmayaraq ki, Qacarlar dövləti bağlanmış müqaviləni hüquqi 

cəhətdən ləğv eləyib əvvəlki vəziyyətə qayıtmağa çalışırdılar. Buna görə də Rusiya ilə yenidən 

müharibəyə  başlandı  və  acınacaqlı  məğlubiyyət  yarandı.  Və  “Türkmənçay”  faciəsi  baş  verdi  – 

1828-ci  il  fevralın  10-da  gecə  saat  12-də.  Bunlar  bəlli  tarixdir,  ancaq  bunu  soydaşlarımıza 

xatırlatmağı  gərəkli  sayırıq.  Çox  təəssüf  ki,  Azərbaycan  Arazın  o  tayı,  bu  tayı  olmaqla 

bölündükdən  sonra  da  fəlakət  davam  elədi.  Güney  Azərbaycanın  özü  qısa  müddətdə  Şərqi 

Azərbaycan  və  Qərbi  Azərbaycan  Ostanlarına  bölündü.  Tarixi  Azərbaycan  yurdu  olan  Qəzvin, 

Həmədan  inzibati  cəhətdən  ayrıldı  və  s.  130  min  kvadrat  kilometr  ərazisi  olan  Quzey 

Azərbaycanda  da  biz  Borçalını  itirdik,  Qərbi  Azərbaycan  mahallarını  itirdik,  Dərbəndi  itirdik. 

Quzey  Azərbaycanın  özündə  də  parçalanmalar  baş  verdi.  Bu  Türkmənçay  Müqaviləsinin  acı 

nəticələri idi. 

 

Soylu Atalı: Deməli, Azərbaycan, sovet hakimiyyəti tərəfindən İran şahı kimi təqdim olunan 

Qacarlar dövləti ilə Rusiya arasında bölündü. Mahiyyətcə Rusiya Azərbaycanın bir hissəsini aldı. 

Bu  fəlakətli  zərurət  nəticəsində  bayaqdan  adı  çəkilən,  azadlıq  uğrunda  baş  qaldıran 

inqilablarımızın  məğlubiyyətlərini  yaşadıq.  Eləcə  də,  Müsavat  hökuməti  kimi  tarixi  bir 

şansımızın  qısa  müddətdə  əlimizdən  çıxmasını  yaşadıq.  Mən  söhbətimizin  əvvəlində  də  dedim 

ki,  bugünkü  dövlətimiz  də  xalqımız  üçün  ümid  qaynağıdır.  Ancaq  biz  bu  ümidimizi  təsdiq 

eləməyin və qorumağın yollarını bilirikmi?! Siyasi Dünya Düzəni deyilən bir gedişata bizim heç 

bir  siyasi  təsirimiz  yoxdur.  Böyük  Gücləri  neftimizlə  qidalandırmaq  heç  də  ümidverici  siyasi 

təsir sayılmamalıdır. Və Siyasi Düzən istənilən vaxt bizim taleyimizi dəyişməyə hazırdır. Biz isə 

açıq  deməliyik  ki,  bunun  qarşısında  dayanmağa  hazır  deyilik.  Deməli,  biz  Türkmənçay 

Müqaviləsinin  fəlakətlərini  aradan  qaldırmaq  istiqamətində  ideoloji  iş  aparmalıyıq  –  ardıcıl  və 

sistemli. 



 

Ağşın  Ağkəmərli:  Mən  bir  sual  vermək  istəyirəm.  Niyə  Azərbaycan  Arazboyu  bölündü, 

sizcə Qızılüzən çay ola bilməzdi, Həmədan ola bilməzdi?! Bilirsiniz, bu sualımın arxasında fikir 

dayanır.  Niyə  o  qədər  götürdü.  Rusiyanın  o  qüdrətini  nəzərə  alsaq,  şübhəsiz  çox  da  götürə 

bilərdi. 



 


 

Abil Ulusoy: O dövrdə məsələ təkcə İran-Rusiya münasibətlərindən ibarət deyildi. O dövrdə 

Osmanlının da bir marağı vardı. Fransa – Avstriya münasibətləri də Türkmənçay Müqaviləsinin 

üzərində  qurulurdu.  Burada  onlar  Türkiyəni  öz  yanlarında  görmək  istəyirdilər,  onu  Rusiyaya 

qarşı qoymaq məqsədi vardı... 

Soylu Atalı: Bu deyilənlər artıq siyasi təhlillərin bəlli tarixidir. Bunu biz öz aramızda bölüşə 

bilərik. Ancaq burada öz mövzumuzu konkret bir sonluğa gətirib çıxarmağımız doğru olar. 



 

Ağşın  Ağkəmərli:  Bu  gün  İranda  3  məsələ  daha  çox  hallanır.  Bir  İrançılıq  məsələsi,  biri 

Federasiya, üçüncüsü İran tərkibində xalqların müstəqilliyi məsələsi. Güney Azərbaycan üçüncü 

məsələnin  üzərində  dayanır.  Belə  ki,  biz  bütün  sınaqlardan  çıxmışıq.  Uzun  müddət,  sizin 

vurğuladığınız kimi, minillik hakimiyyətimiz dönəmində özümüzə bir gün ağlamamışıq. Bütün 

əziyyətləri biz çəkmişik, bütün ziyanlar bizə olub.  İran-İraq savaşında 125 min Azərbaycanlını 

şəhid  vermişik.  Bir  o  qədər  də  yaralılarımız  vardı.  İranda  130  min  erməni  vardı.  Biz  orada 

yaşayan  bütün  ermənilərin  sayı  qədər  şəhid  verdik,  ancaq  erməni  qədər  haqqa  çatmadıq.  Bəs 

bizim dərdimizin əlacı nədədir?! Biz bu təcrübələri eləyə-eləyə, uduza-uduza gəlmişik. İndi çətin 

də  olsa,  mümkünsüz  də  görünsə,  əziyyətli  də  olsa  bizim  məqsədimiz  müstəqillik  olmalıdır. 

Müstəqilliyin də əsas qayəsi və düşüncəsi  əvvəli insanın öz içində yaranır. Mən kiməsə borclu 

deyiləm  ki,  dövlət  yaradım  ona.  Yaranı  (tibbi  terminlə  desək)  pansuman  eləməklə  məsələ  həll 

olmaz.  Onu  müalicə  eləmək  lazımdır.  Yaranı  da  müalicə  eləmək  üçün  bizə  milli  ideolojilik 

lazımdır. Biz bu günə qədər əgər bu səviyyəyə enmişiksə, o bizim ideoloji boşluğumuzdan irəli 

gəlib.  Mən  fikirləşirəm  ki,  bu  gün  Xürrəmilərin,  Hürufilərin  Düşüncəsi,  onların  sintezi  Asif 

Atanın Dünyabaxışında canlanır. Bizim bugünkü kimliyimizi tam ortaya qoyur. Mən bu yöndən 

düşünəndə  Asif  Ata  Dünyabaxışı  əsasında  yaranacaq  Milli  İdeolojini  millətimizin  xilası  kimi, 

dərmanı kimi götürürəm. Millətin tarix boyu sürgünlüyünə, parçalanmasına Milli İdeoloji ilə son 

qoymaq mümkündür. Mən ərazidən çox millətə üstünlük verirəm... 



Soylu Atalı: Çox gözəl, yəni milləti içəridən böyüdüb ayağa qaldırsan, ərazisinə yiyə dura 

bilər.  Birinci  söhbətimizin  sonuna  gəlirik.  Detallara  sonrakı  söhbətlərdə  müraciət  eləyəcəyik. 

İndi yekun olaraq Abil bəy də fikrini ümumiləşdirsin. 

 

Abil Ulusoy: Biz məsələyə ümumi münasibət bildirdik. Burada əsas diqqət həm də dünyanın 

türkə  olan  münasibətinin  üzərinə  gəlib  çıxdı.  Bir  dəfə  De  Qolldan  soruşurlar  ki,  kommunizm 

təhlükəlidir, yoxsa kapitalizm? Deyir, başı Sarayevada, ayağı Çində olan Türkdən qorxun. 20-ci 

yüzilin ortalarında deyilmiş bu fikir göstərir ki, dünyanın türkə olan münasibəti dəyişmir. Aydın 

olur  ki,  Azərbaycanın  Güneyinin  qabağında,  yəni  onun  Azadlığının,  Bütövlüyünün  qabağında 

hansı qüvvələrin maneəsi durur. Ona görə də nə istəyərdik?! – Asif Ata bir çıxış yolu göstərib. O 

deyir ki, İranın sabahında nə baş verir, versin Uluyurd Hərəkatı yaranmalıdır. Bir millət başının 

üzərinə  bir  bayraq  qaldırmalıdır,  siyasi  atributları  bir  olmalıdır.  Uluyurd  Hərəkatı  bunu 

yetirməlidir. Bu məsələdə də əsas ağırlıq Güneyin üzərinə düşür. Soylu bəy doğru qeyd elədi ki, 

Hərəkat gərəksiz ağrılardan, gərəksiz qurbanlardan qorunmaqla yetirilməlidir. 



 

Soylu Atalı: Çox yaxşı. Mən də Ağşın bəyin bir fikrinə istinad edirəm. Fəlakətlərimizin əsas 

səbəbi  kimi  ideoloji  boşluğu  qabağa  çəkdi  və  burada  Asif  Atanın  Dünyabaxışının  Azərbaycan 

üçün  qaçılmazlığını  və  ona  söykənməyin  zəruriliyini  vurğu  elədi.  Bu  fikri  Ağşın  bəy  hər  vaxt  

qabardır, bu da o deməkdir ki, bu qənaət onun düşüncəsində tam oturuşub və öz ulusu üçün bu 

ideyanı  yaşadıb  həyata  keçirməyin  önəmini  diqqətdə  saxlayır.  Mən  də  dostlarımızın  fikirlərini 

inkişaf  etdirmək  istəyirəm  –  həm  bu,  həm  də  Abil  bəyin  vurğuladığı  “Uluyurd”  məsələsini. 

Bəllidir ki, bu gün dünya ən çox siyasi gedişlərdən ibarətdir. Siyasi gediş bütünlüklə udmaq və 

uduzmaq  havasına  köklənibdir.  Qətiyyən  humanizmə  köklənməyib,  ədalət  prinsiplərinə 

əsaslanmır.  Ona  görə  də  biz  bildirmək  istəyirik  ki,  dünyanın  indiki  siyasi  gedişində  Güney 

Azərbaycanımıza  yalnız  Babəkimizi,  Nəimimizi,  Nəsimimizi  göstərməklə  yetərlənmirik.  Onlar 

bizim ruhani özülümüzdə duran məsələlərdir. Ancaq biz deyirik ki, siyasi maneələrin qabağına  

mütəşəkkil, ideoloji cəhətdən  yetkin olan siyasi  qüvvə, siyasi  hərəkat  çıxmalıdır. O hərəkat  ki, 




 

siyasət  olaraq  dünyanın  onun  içərisinə  soxulub  yurdumuzu  uçurmasına  mane  ola  bilsin.  Bu 



hərəkat  da  ki,  qardaşımızın  dediyi  kimi  Uluyurd  Hərəkatıdır.  Uluyurd  Hərəkatı  Asif  Atanın 

ideyalarından  biridir.  Bu  hərəkatın  prinsiplərini  biz  zaman-zaman  açmağa  çalışacağıq.  Ancaq 

qısaca olaraq o prinsiplərin adlarını burada çəkmək istəyirəm. Bəli, Asif Ata Dünyabaxışı xalqı 

içəridən  kökləməlidir,  müəyyən  bir  yetkinlik  halına  qaldırmalıdır.  Yetkinlik  halına  çatan  xalq 

ayağa  durmalıdır  və  Uluyurd  Hərəkatını  başlamalıdır.  Hərəkat  onun  böyük  Azadlığı  ilə 

sonuclanmalıdır. Bu da bizim indi dediyimiz fikirlərin axarını,  yönünü məhz bu ideyaya gətirib 

bağlayır. Biz heç kimi tələm-tələsik “bəli, başüstə” deməyə çağırmırıq. Ancaq nə qədər ki, biz bu 

deyilənlərlə  bağlı  ciddi  düşünməyəcəyik,  bütün  bura  qədər  deyilənləri  ciddi  araşdırıb  təhlil 

eləməyəcəyik,  bizim  təklif  elədiyimiz  prinsiplər  ölçülüb-biçilməyəcək,  onda  bütün  çabalar  öz 

mənasını  itirə  bilər,  deyilənlər  şüar  olaraq  qala  bilər,  Azərbaycan  üçün.  Şüarçılıqdan  çıxmaq 

lazımdır.  Bunun  üçün  isə  dediyimiz  kimi,  bu  ideyalar  əsasında  maarifçilik  işinin 

genişləndirilməsi  gərəkdir.  İndiyə  qədər  də  fərqli  yönlərdən  maarifçilik  işləri  gedib.  Biz  heç 

kimin  əməyini  inkar  eləmirik.  Ayrı-ayrı  insanlarımız  çalışıblar,  çabalar  göstəriblər.  Türkçülük 

məsələsini qabardıblar. Lakin bütün bu çabalar istəklər şəklində gündəliyə gəlib, ideya şəklində, 

ideologiya səviyyəsində əsaslı işlənilməyib. İnsanlarımız üçün mübarizə mayakına çevrilməyib. 

Biz burada ona  çalışırıq  ki,  insanlarımız arzulardan, istəklərdən  yüksəyə  qalxsınlar, xalqımızın 

ümidləri  ayrı-ayrı  istəklərdə  məhdudlaşıb  dayanmasın.  Hesab  eləyirəm  ki,  biz  bunu  verə 

biləcəyik. 

Uluyurd  Hərəkatının  beş  prinsipi  var:  –  Tayfaçılıqla  mübarizə,  Dinçiliklə  mübarizə,  Etnik 

Bölücülüklə  mübarizə,  Özgəçiliklə  (Qərbçilik,  Rusçuluq...)  mübarizə,  Azərbaycanın  siyasi 

bərpası  –  Bütöv  Azərbaycan.  Biz  zaman-zaman  bu  prinsipləri  açıb  təhlil  eləməyə  çalışacağıq. 

Bütün  bu  prinsiplər  insanlarımızın  ağlında  oturuşmayınca,  qəlbinə  hakim  kəsilməyincə,  xalqı 

tələm-tələsik  ayağa  qaldırmaq  yeni  fəsadlara  gətirib  çıxara  bilər.  Xalqı  bu  səviyyəyə 

qaldırmadan  ayağa  qaldırmaq  onu  güdaza  verməkdir.  Nəsillər  bir-birini  güdaza  getmələrlə, 

qırılmalarla təkrar eləyir. Nəsillər bir-birini qələbələrlə davam eləmir, qırğınlarla davam eləyir. 

Bunun  üçün  biz  özəllikcə  Güney  Azərbaycanımızın  fəallarını  maarifçilik  işlərini  qurmağa 

çağırırıq ki, onlar həbslərə atılmasınlar, məhv edilməsinlər. İran oturuşmuş bir dövlətdir. Onun 

öz qlobal məqsədləri var, biz bu məsələyə yenidən qayıdacağıq. Onların öz təsir imkanları var ki, 

fəal  insanlarımızı  çaşdırmağa  çalışsınlar,  ayrı-ayrı  fərdlərimizin  addımlarına  avantüra  donu 

geydirib məhbəslərə atsınlar, onları sıradan çıxartsınlar. Buna getmək olmaz! 

Bir də bir məsələni istəyirəm xatırladım ki, insanlarımız hər şeyə ayıq baxmağa çalışsınlar. 

Milli  yöndən bir iş görən kimi dərhal əks-təbliğatlar başlayır ki, filan məsələnin, filan addımın 

vaxtı  deyil.  Çaşqınlıq  yaratmaqla  bizi  ətalətdə  saxlamağa  çalışanlar  sürətlə  çoxalırlar.  Güclü 

dövlətlər  də  istəyir  ki,  biz  elə  deyək  filan  şeyin  vaxtı  deyil,  o  isə  bizi  istədiyi  kimi  təsirdə 

saxlasın, yapsın-yoğursun. Biz çox şeydə gecikmişik. Nəyin vaxtıdır, nəyin vaxtı deyil,  – bunu 

da  düşünməyi  bacarırıq.  İdarə  olunmaqdan  usanmaq  lazımdır.  Biz  Azadlıq  məsələsini  yetirib 

çatmalıyıq Ona. 

Nəhayət, demək istəyirəm ki, Asif Atanın böyük işinə söykənməyin vaxtıdır.  Biz Azadlığa  

Onun meyarı ilə baxmağa başlamalıyıq. 

 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! 



Atamız Var Olsun! 

 

 

28 Qar Ayı, 31-il. Atakənd. 



(28.01.2010) 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə