Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

65

İpəklə pambıqla gizli baş kəsib,

Aşkar xalq adından çərənləyənlər!

And olsun, on bir ay çimir etmədən

Ona keşik çəkən Rəfiqəsinə,

Gəlin yaraşıqlı Sədaqətinin

Toyunu gözləyən ata hissinə.

And olsun təyyarə qanadlarında

Uçan Yusifinin od nəfəsinə.

Gözünün ziyası Ziya balanın

Solğun üzündəki yaş ləkəsinə.

Qarlı kirpiyindən yağış süzülən

Bu çiskin şaxtaya, qışa and olsun.

Odlu bir ürəyi soyuq köksünə

Sıxan yaş torpağa, daşa and olsun.

Kişilər çiynində gedən tabuta,

Bayraq tək əyilən başa and olsun.

Qələmdən süzülən ciyər qanıma,

Gözümdə quruyan yaşa and olsun:

Biz də nə qədər ki, aləmdə sağıq,

Onu örnək bilib yaşayacağıq,

Onun dərdlərilə vuruşacağıq!

Torpaq, qəbul eylə bu xəzinəni,

Əgər ölmüsənsə, diril, gəl cana.

Bu cür bahadırlar yetişdirirsə,

Demək, zaval yoxdur Azərbaycana.

Ulduzlarla dolu göyü fikirləş,

Sən onu nə zaman yad etsən, ansan.

Batandan sonra da yaşayır günəş,

Ölürkən doğulur günəşcil insan.



Bakı, 17 dekabr 1974


66

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



XİYABANİ YURDUNDA

Arazın o tayındakı azərbaycanlılara

Mən bilmirəm işçisən,

həkimsən, ya dilçisən.

Bircə budur bildiyim:

Xalqımın sərvətini,

fikrimin qüdrətini

əsrlərin ardından

əsrimizə gətirən

müqəddəs bir elçisən.

Ehtiyac varmı sənin

tərifləyim dilini?

Kaşqarlı Mahmudunu,

Məhəmməd Füzulini?

Ehtiyac varmı deyim:

Sənin ana dilində

yaşar Şərq əzəməti!

Ehkam cəbhələrini

darmadağın eləmiş,

Al qanını zülmətə

işıq kimi çiləmiş

Nəsiminin qüdrəti!

Başının ağ çalması

Aya, ulduza dəyən,

Təbrizdəki nitqilə

dünyanı silkələyən

Xiyabani vüsəti!

Nə hacət söyləyim ki,

Gözündə Xətainin

qılıncının əksi var.

Sənin ana dilinin

Qoşqarca, Savalanca

ağırlığı, çəkisi var.

Sənin bu təriflərə,

heç bir ehtiyacın yox.




67

Ana dili nə raket,

nə qılıncdır, nə də ox.

Qılıncdan daha kəskin,

raketdən daha güclü

yarağımızdır bizim!

Təkcə dilimiz deyil,

varlığımızdır bizim!

Ana dili nə səma,

nə də Yer kürəsidir.

Səma yolu – kəhkəşan

onun bir cümləsidir!

Sən qulaq ver qəlbimdən

qopub gələn bu əmrə:

Ucal söz kürsüsünə!

Danış! Elə danış ki,

Gözün alova dönsün,

yumruqların dəmirə!

Danış ki, yer üzündə

belə bir xalq yaşayır.

Bahadır sinəsində

Dargözlərin əlilə

çəkilən dağ yaşayır.

XX əsrdə


qovuşarkən insanlıq

hər arzuya, mətləbə,

Nəsimisi dünyaya

sığışmayan milləti

Kimlərdi həsrət qoyan

barı dördcə sinifli

ana dilli məktəbə?!

Yad məktəbə verilir

umudumun qalası –

O qaraqaş, qaragöz

Azərbaycan balası.

Ona öz tarixi yox,

yad tarixi keçilir.



68

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sinif­sinif boy atmır,

sinif­sinif kiçilir.

Mənim bacım, qardaşım!

Sevinc yaşım, qəm yaşım!

Dodaq büzsə kim sənə,

çək Araz sahilinə,

Göstər ona bu tayın

könül kainatını.

Əlli ilin içində

beş yüz illik yol keçmiş

Mərdlərin səbatını.

Cabbarlı büsatını.

Vurğun istedadını!

Mərd olmusan, yenə mərd ol!

İpəksənmi? Bərki! Sərt ol!

Bütün dilləri öyrən

yaşatmaqçın dilini.

Bütün elləri sev sən,

sevirsənsə elini.

Ana torpağın altda

yata bilməz Füzuli,

Ana torpağın üstə

səslənməsə qəzəli.

Mənə elə gəlir ki,

Muğanımda, Milimdə

Sünbüllər də səslənir

mənim ana dilimdə.

Danış, xəbərdar elə

Təbrizdəki valini.

Dilimə xor baxanın

Qopardaram dilini.

Mən xalqımın şeirinə,

sənətinə qurbanam.

Azərbaycan sözünün

saitinə qurbanam,

samitinə qurbanam!



12 aprel 1975


69

DAŞDAN ÇIXAN SU

Başım üstə bir parça göy,

əllərimdə odlu külüng.

Hiddətimdən daş yarılır

parça­parça, bölük­bölük.

Bayır soyuq, bura isti,

orda külək döyür qarı.

Burda mənim nəfəsimdən

qalxır alov sütunları.

Quyudayam! Elə bil ki,

əynimdədir Yer kürəsi.

Daşdan qopan qığılcımı

çırpır daşa tər qətrəsi.

Külüng dözmür, qələm verin,

çalım daşa gürzüm ilə.

Yarmalıyam daş tavanı

gücüm ilə, qeyzim ilə.

Quyu bir az qaranlıqdır.

yarı tüstü, yarı duman.

Mənə qollarım dayaqdır.

Ayrı şeyə gəlmir güman.

Ürək vurur yeyin­yeyin,

İş yeriyir aram­aram.

Mən külüngün ağzı boyda

tavandan daş qopardıram.

Daş tavanın vicdanı yox,

o anlamır, bilmir nədən:

İradəmiz milyon dəfə

qüvvətlidir zəlzələdən!

Quyu dibi qaranlıqdır,

quyu başı aydın, açıq.

Çıx, ey bulaq,

çıx, ey günəş,

bu zülmətin dibindən çıx!

Nə tanrıyam, nə peyğəmbər,

ancaq mənə sən qulaq as:




70

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nəfəsimin alovundan

doğmalıdır ömrümə yaz!

Laylara bax sıra­sıra,

gil təbəqə, daş təbəqə.

Quru qatın özülündə

nəm təbəqə, yaş təbəqə.

Bu qatlarda su cığırı

rişə­rişə, damar­damar.

Gah belimə, gah dizimə

damarlardan damcı damar.

Yetər, könül, nəfəs dərdin,

yolun­yeraltı bir dağdır.

Sənin üçün böyük dinclik

çırpışmaqdır, vuruşmaqdır!

Sən ki, dəmir qayalara

verdin polad dizlərini,

Mən bilirəm: kor quyunun

açacaqsan gözlərini.

Abi­həyat vədəsilə,

ey igidlər udan quyu,

Söylə neçə dağçapanı

təşnə qoydun ömür boyu?

Yol ver mənə, çopur qaya,

bu zirehi yarım keçim.

Laylar mənim od ovcumda

dağım­dağım, deşim­deşim.

Ling sındı,

Ver təzəsini,

Çıxmalıdır bu daşdan su.

Ağ ildırım kimi lapdan

çaxmalıdır bu daşdan su.

Nə qəm, çətin çıxırsa su,

Çətinliklə qazandığın

əziz olur.

Daşdan çıxan bulaq suyu

təmiz olur, təmiz olur.



1976


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə