Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   ...   113

9

Vətən mövhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır!

Yalnız  vətəndaşlıq  şüuru  tam  formalaşmış  insan  cəsarətlə

deyə  bilər  ki,  vətən  elə  məndən  başlanır!  Vətən  duyğusunun

yetişməsində, vətəndaşlıq mövqeyinin müəyyənləşməsində bə­

dii  ədəbiyyatın,  özəlliklə  Xəlil  Rza  şeiriyyəti  kimi  odlu­alovlu

poeziyanın rolu danılmazdır.

Şairin  “Adımız­soyadımız”,  “İki  qardaşın  söhbəti”,  “Ürə­

yimdə qalan tikan”, “Türk sözündən qorxan gəda”, “Göylərdən

gələn kişi”, “Ağ pambıqda bir damla qan” və digər monumen­

tal, böyük emosional təsir qüvvəsinə malik olmaqla yanaşı, cid­

di maarifçilik funksiyası daşıyan əsərləri oxucuya onun qədim,

şanlı  soykökündən  xəbər  verir,  onun  hansı  zəngin  mənəvi­

mədəni  xəzinənin  varisi,  yurdun  keşməkeşli,  eyni  zamanda

şərəfli tarixində boy göstərmiş hansı mərd ərənlərin xələfi oldu­

ğunu xatırladır, bununla da bayağı ehkamları qırır, yeni ideoloji

təxribatların qarşısını alır, dostu düşməndən ayıraraq xalqa ya­

bançı tarix sırımaq istəyənləri vətəndaş­şair cəsarəti ilə ifşa edir!

Xəlil  Rza  Ulutürkün  obrazlı­poetik  aləminə,  zəngin  könül

dünyasına  səyahət  etmək  öz  mənəvi  aləmini  zənginləşdirmək,

eyni zamanda saflaşdırmaq deməkdir. Buna görə də onun irsinə

olan oxucu marağı heç vaxt tükənməyəcək!

* * *


Xəlil Rza Ulutürk XX əsr Azərbaycan ədəbiyyatının ən məh­

sul dar  qələm  sahiblərindəndir.  Bitməz­tükənməz  konstruktiv

enerjiyə  malik  olan  şair  yaradıcılıq  yanğısı  ilə,  yazıb­yaratmaq

eşqi ilə yaşayır, çarpışır, mübarizə aparırdı.




10

Xəlil  Rza  bədii­fəlsəfi  fikir  tariximizə  təkcə  şair  kimi  de­

yil,  həm  də  alim,  tərcüməçi,  publisist  və  salnaməçi  kimi  daxil

olub.  40  ilə  yaxın  bir  dövrdə  qələmə  aldığı  200  cilddən  artıq

gündəliklərində  yurdumuzun  obyektiv  bədii­publisistik  sal­

na məsi  var,  bu  salnamə  ideoloji  buxovlardan  tam  azaddır.  Bu

cild lər də zəngin tədqiqat obyekti kimi öz ciddi araşdırmaçısını

gözləyir. Belə dərin, çoxqatlı, çoxşaxəli bədii­estetik, elmi­nəzəri

irsin sahibi olan ustadın bir cildlik seçilmiş əsərlərini tərtib etmək

heç də asan məsələ deyilmiş. Sanki ağır­ağır, uğuldaya­uğulda­

ya ləngərlənən nəhəng bir okeandan təbərrik kimi bir cüt ovuc

saf su götürmək arzusundasan, amma bunu necə edəsən? Hara­

dan və necə yaxınlaşasan ki, bu ucsuz­bucaqsız, dərin ümmanın

qoynunda itib­batmayasan?!

Bu  kitabda  şairin  62  illik  ömrünün  son  35­40  ilində  yaran­

mış  poe tik  örnəklər  cəmləşib.  Kitabı  tərtib  edərkən  xronoloji

ardıcıllıq prinsipindən vaz keçilib, bu böyük, zəngin poetik irs

tematik cəhətdən təsnif olunaraq, oxucuların ixtiyarına verilib.

Azərbaycançılıq,  Türkçülük,  Turançılıq  məfkurəsindən  doğu­

lub, qayəsi Vətən, Vətənpərvərlik, Vətəndaşlıq olan ictimai­siya­

si lirika, fəlsəfi mahiyyəti estetik təkamül, mənəvi­əxlaqi saflıq,

düzlük,  halallıq  uğrunda  mübarizə,  vəfa,  sədaqət,  humanizm

kimi ali dəyərləri özündə ehtiva edən aşiqanə­məhəbbət lirika­

sı, sadalanan bütün məziyyətləri öz ideya məzmununda üzvi

şə kildə  sintezləşdirən  monu men tal  əsərlər­poemalar  və  dünya

poeziyasının  öncül  nümunələrindən  dilimizə  tərcümə  olun­

muş say­seçmə poetik örnəklər bircildliyin əsasını təşkil edərək,

müəllifin yaradıcılıq imkanlarını, vətəndaşlıq mövqeyini, obraz­

lar sisteminin özəlliyini, poetik dünyasının miqyasını açıqlayır.

Şairin müxtəlif illərdə uşaqlar üçün qələmə aldığı şeirlərin bir

qismini bu kitaba daxil etməyi də məqsədəuyğun bildik.



11

Qeyd  etdiyimiz  kimi,  Xəlil  Rza  Ulutürk  bədii  tərcümə

sahəsində də olduqca məhsuldar fəaliyyət göstərmişdir. Tərcümə

əsərlərini seçərkən yenə müəyyən çətinliklərlə qarşılaşdıq. Şai­

rin dilimizə çevirdiyi poetik irsin həcmi 1120 (!) səhifədir. On­

ların hamısı küll şəklində 2010­cu il “Çinar­çap” nəşriyyatında

işıq üzü görmüş “Dünyaya pəncərə” adlı monumental kitabda

cəmlənib. Corc Bayronun “Man fred”, İlya Selvinskinin “Babək”

mənzum dramları, Musa Cəlilin “Moabit dəftəri”, yaxud, “Tu­

ran çələngi” toplusu və bir sıra digər əsərlər irihəcmli, möh təşəm

ədəbi  abidələrdir.  Həcm  baxımından  onlardan  ikisi  bir cildlik

poetik  toplunun  tərtibi  üçün  yetərlidir.  Odur  ki,  adı  çə kilən

əsərlərin çoxunun vaxtilə ayrıca kitab şəklində oxuculara təqdim

olunmasını  nəzərə  alaraq,  bu  nümunələrdən  qısa  fraqmentləri

təqdim etmək fikrindən daşındıq. Bu kitabda şairin Avropa, Asi­

ya,  Cənubi Amerika, Afrika  şeirinin  klassiklərindən  məharətlə

dilimizə çevirdiyi nümunələr toplanıb. Bu da, zən ni miz cə, şairin

bədii tərcümə sahəsindəki fəaliyyəti haqda kifayət qədər dolğun

təsəvvür yaratmaq imkanı verir.

Xəlil Rza ədəbi dilimizin incəliklərinə mükəmməl yiyələnmiş,

həm çinin klassik poeziyamız üçün səciyyəvi olan ərəb­fars tər­

kiblərini  də  yaxşı  bilən  bir  qələm  sahibi  idi.  Şairin  dilinə  həs­

sas lıq la  yanaşılıb.  Bu  kitabda  onun  imlası  və  leksikası  oldu­

ğu  kimi  saxlanılıb.  XXI  əsrin  oxucuları  bu  kitabda  “gələnək”,

“yetənək”, “sümürgə”, “vaysınmaq”, “həslənmək” və sairə bu

kimi ifadələrə rast gələcək, “kurqan” (qurğan), “kapkan” (qap­

ğan), “uraqan” (urağan) kimi kəlmələrin öz doğma sözlərimiz

olduğunu bir daha qavrayıb, zövq alacaqlar. Dilimizdə “kimi”

tək  işlənən  qoşma  Ulutürkün  misralarında  türksayağı  “kibi”

tək  təqdim  olunur.  İllərin  aylarının  adı  türk  təqvimində  oldu­

ğu kimi verilir (Aralıq, Ocaq, Şubat və s.). Sovet dövründə qəzet



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə