Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   ...   113

12

və nəşriyyat redaktorları ilə bu sözlər üstündə daim çarpışma­

da  olan  şairin  təqdim  olunan  toplusunda  yuxarıda  sadalanan

kəlmələr yenə də olduğu kimi verilir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Xəlil

Rzanın yaradıcılığı senzor nəzarətindən qurtulur. Şairin öz dili

ilə desək, onun ikinci ömrü, ən gözəl həyatı da elə bu tarixdən,

Azərbaycanın müstəqillik dövründən başlayıb mərhələ­mərhələ

davam etməkdədir.

Xalq Bankın “Xalq Əmanəti” mədəniyyət layihəsinin tə şəb­

büsü və səyləri ilə ərsəyə gələn bu poetik toplunun xalq şairinin

xalqa, vətənə təmənnasız xidmətə həsr etdiyi zəngin, məhsuldar,

ibrətamiz ömrünün yüksək mərhələsinin daha bir təzahürü ola­

cağına ümid edir, bu dəyərli ədəbi abidənin işıq üzü görməsində

zəhmətini əsirgəməyənlərin hamısına və əlbəttə, şairin ömür­gün

yoldaşı,  məsləkdaşı  Firəngiz  xanıma  dərin  minnətdarlığımızı

bildiririk.

Yusif Günaydın

Filologiya üzrə fəlsəfə doktoru



13

Mən öləndən sonra ikinci ömrüm,

Ən gözəl həyatım başlanmalıdır...

Xəlil Rza Ulutürk

Təpədən dırnağa bir türk idi, hətta o dərəcədə ki, adına və

soy adına da tənqidi yanaşır, bu sözlərin ərəb mənşəli olduğuna

təəssüflənirdi. Ona görə də bir çox şeirlərini “Odsevər” adı ilə

imzalayırdı.

Bəs necə? İlk gəncliyindən od parçası kimi tanıdığımız Xəlil Rza

odu sevməzmi? Sevməz olurmu? Elə bu od sevgisi də, Odlar Yurdu­

na Şeyx Sənan vurğunluğu da onu öz xalqının xoşbəxtliyi, doğma

yurdun özgürlüyü uğrunda bir Səməndər quşu kimi yandırmadımı?

Yandırmaz olurmu?

Fələklər yandı ahimdən,

Muradım şəmi yanmazmı? –

deyə nalə çəkdi dahi sələfi Məhəmməd Füzuli. Xəlil Rzanın

da nəfəsi od püskürürdü, ancaq nalə deyildi bu, hayqırtı, tələb

idi.  Öz  halal  haqqını  dərk  edib,  “zalımın  atasına  od  vurmaq”

(Mirzə  Fətəli  Axundzadə)  istəyən  bir  xalq  bahadırının  nərəsi

idi.  Bu  nərənin  odu­alovu  fələklərə  deyil,  “Sovetlərə”  qarşı

yönəlmişdi və sonunda yandırıb­qarsaladı da onu!



“... Bir də gələcəyəm Azərbaycana!”

Ön söz


14

Xəlil Rzaya çox vaxt tribun şair, ictimai­siyasi lirikanın böyük

nümayəndəsi deyirlər. Burası çox doğrudur, ancaq onu da unut­

mayaq ki, lirikaya siyasi çalar adətən şairin kamil bir vətəndaş

kimi formalaşmasından sonra gəlir. Necə ki, rus şairi Nekrasov:

“Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan!” – de­

yirdi. Xəlil Rza anadan şair doğulmuşdu. Anasının südü, atası­

nın halal çörəyi, torpağa, elə­obaya vurğunluq onu vətəndaşa çe­

virdi. Vətəndaşlıq borcunu rejimin qorxusu altında bəzən ikinci

plana adladan ziyalılara, bilmirəm, nədənsə “Şəngülüm!” deyir­

di. “Şəngülümlərin” əhatəsində havası çatmırdı, çox qala bilmir­

di. Qəzəbini­nifrətini məşhur “dəftərxana kitablarına” əndərirdi.

Onun  müşahidələrinin  yer  aldığı  bu  dəftərxana  kitabları  son­

radan  makinaya  köçürülür,  üst­üstə  gətirilib  cildləndirilirdi.

Hər  biri  450­500  səhifədən  ibarət  olan  bu  gündəliklərin  sayı

200­ü ötüb. Bu da özü­özlüyündə Azərbaycan, bəlkə də dünya

ədəbiyyatı tarixində unikal bir faktdır. Şairin XX əsrdə bizə ya­

digar qoyub getdiyi zəngin irsin içində bu gündəliklərin öz yeri,

öz dəyəri var. Yeni əsrdə dünyaya gəlmiş yeni nəsillər bu irsdən

zaman­zaman bəhrələnəcəklər.

Ötən əsrin dörddə biri – 25 il keçəcək və Xalq şairi Ulutürk ilə

vida mərasimində Ulu Öndər bu sözləri deyəcəkdi:

“Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri

ilə  daim  sevilmişdir.  Mən  daim  onun  yaradıcılığına,  insanlığı­

na,  vətəndaşlığına,  ən  çox  da  cəsurluğuna,  əyilməzliyinə,  öz

ide yalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiy­

mət ləndirmişəm. Ona görə bu itki bütün Azərbaycan xalqı kimi,

mə nim  üçün  də  böyük  itkidir.”  (Heydər  Əliyev.  Ədəbiyyatın

yüksək borcu və amalı. Bakı, 2000, s. 213.)

Əlbəttə,  həmişəki  kimi  bu  dəfə  də  Ulu  Öndər  təvazökarlıq

edirdi; Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin



15

Birinci Katibi kimi onun başlıca vəzifələrindən biri – bu müttəfiq

respublikada, əslində isə Qırmızı Rusiya İmperiyasının 14 əya lə­

tindən birində ideoloji dissidentlərin kökünü qazmaq idi. Ancaq

o nə edirdi? Hər vasitə ilə Bəxtiyar Vahabzadə, Xəlil Rza və baş­

qa azadlıq aşiqlərinin üzərində öz görünməz qanadlarını gərirdi.

Bunu necə edirdi? Necə bacarırdı? Bir Tanrısı, bir də özü bilir...

Ancaq edirdi və Azərbaycanın dissident sənətkarlarının uzun illər

ərzində rejimlə kəllə­kəlləyə gəlməklərinə baxmayaraq bu qarşı­

durmadan salamat çıxmaları məhz Heydər Əliyevin xidməti idi.

Bayaq  dediyim  kimi,  yaradıcılığının  90  faizini  siyasi  lirika

təşkil etsə də, Xəlil Rza əslində, qovula­qovula “namərd” edilmiş

mərd şairlərdən – incə liriklərdən, gözəllik aşiqlərindən biri idi.

Bu mənada Xalq şairi Səməd Vurğunun başqa bir şair haqqında

dediyi: “Şair, nə incədir rübabın sənin!” sözlərini Xəlil Rzanın da

rübabına aid etmək olar.

İnanmıram gözümə,

Sən gəlmisən bu axşam.

Mən öz səadətimə

Özüm heyran qalmışam.

Zərli libasında sən

Sanki qızıl laləsən.

Gözləri bir cüt ulduz,

Saçları şəlaləsən.

Dillər əzbəri olan bu gözəl nəğməylə yanaşı, tələbəlik illərində

qələmə alınmış “Liftdə görüş” şeiri də yada düşür:

İndi bildim həyatın

Necə dəmləri varmış:




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə