16
Liftdə günəş olarmış,
Liftdə bahar olarmış.
Bu şeiri Azərbaycan xalqının gənc şairi Xəlil Xəlilov 1958ci
ildə Moskvada, Ali Ədəbiyyat kurslarında təhsil alarkən ya
zıb. Taleyin istehzasına bax ki, təxminən bir qərinə keçəcək və
Azərbaycan xalqının azadlıq mücahidi Xəlil Rza Ulutürk yenə də
Moskvada, ancaq bu dəfə liftdə deyil, Lefortovoda (səslənmədəki
yaxınlığa fikir verirsinizmi?) tamam başqa ruhlu şeirlər yazacaq.
32 il öncə rus gözəlini liftdə tora salmış, özünü ovçuya bənzədən
Xəlil Rza Lefortovoda özü tora düşmüş pələng kimi çırpınaraq
keşikçisi olan rus mujikinə “məhəbbətini” belə izhar edəcək:
Keşikçim gələrgedər düşüncələr içində,
Acı tütün qoxusu, tüstü, zəhər içində.
Qorxar, car çəkə bilməz
Fikrini, niyyətini.
Yazıq məndən qoruyur
İki qitəyə sığmaz Sovetlər dövlətini!
Bəlkə də lirik xəyalatı, təzətər obrazları ilə dövrünün Füzulisi
olacaqdı. Qoymadılar. Kim? Qoy özü cavab versin:
Ürəyim qışqırır! Ağlım deyir: Sus!
Bu qədər soyğunçu, bu qədər casus,
Bu qədər acgödən, mədəni quldur,
Bu qədər qəlbi kar, ürəyi çopur,
Bunca ikiüzlü, üçüzlü, hətta
Yüzsifət, minsifət varsa həyatda,
Demək, bu dağılmış dağılmalıdır!
Yeni bir cəmiyyət doğulmalıdır!
17
Ancaq dağılmaq hökmündə nə qədər ümidsizlik varsa da,
böyük şair ümidini itirmir – zira, yuxarıda dediyimiz kimi,
gələcəyin dahi qarantı təkcə dissident sənətkarları himayə
etməklə qalmırdı, həm də gələcək müstəqillik üçün möhtəşəm
planlar cızırdı. Bunu bildiyindəndir ki, Xəlil Rza Ulutürk sarsıl
maz dayağına söykənərək inamla yazırdı:
İşlər böylə getsə... Böylə getməsin!
Getsə, bu gedişi boğacağam mən!
Bütün Azərbaycan övladlarını
Öz kişi bətnimdən doğacağam mən!
Xəlil Rza Ulutürk işıqlı və qarşısındakı insanda da ən azı
iynənin ucu boyda işıq axtaran, işıq tapan bir şəxsiyyət idi.
Onun mehriban, nurlu simasında, son zamanlar ağappaq ağar
mış Dədə Qorqud saçsaqqalında belə işıq vardı. Qarı düşməni
yada salarkən (heç yaddan çıxdığı olurdumu?) qəzəblə alışan iri
qara gözlərində, duru, saf, məsum uşaq baxışlarında bir işıq var
dı. Məşhur “Dəftərxana kitablarını” yorulmaz gərdişi ilə cəzana
gətirən qələmində, bu qələmi hərəkətə gətirən barmaqlarında
bir nur vardı.
Azərbaycan adlı günəşdən aldığı bu işığın sayəsində Xəlil
Rza Ulutürk Azərbaycanın böyük ziyalısına çevrilmişdi. Bu
səbəbdən idi ki, keçdiyi bütün yerlərdə öz işıqlı izini qoyurdu.
Onunla həmsöhbət olan, heç olmasa, bircə dəfə gözgözə gələn
adam ondan işıq payını almaya bilmirdi. Elə od payını da.
Keçən əsrin 80ci illərinin sonunda isə Xəlil Rzanın qanındaca
nında olan işıqod sanki bir nöqtədə cəmləndi, bu böyük sənətkarı
özü boyda vulkanayanardağa çevirdi. Ulutürk məşəlinin işığı o
qədər gücləndi ki, özü demişkən, “iki qitəyə sığmayan Sovetlər
18
dövlətini” bu oddanalovdan, bu işıqdan qorumaq zərurəti meyda
na çıxdı. Qoruya bildilərmi? Təbii ki, bilmədilər. Çünki Qorbaçov
erməni faşizmi tandeminin ölkəyə xaincəsinə tətbiq etdiyi “ikili
standartlar” dəyənəyinin ikinci başı “Sovetlər dövlətinin” elə öz
təpəsinə dəyib, onu darmadağın elədi. Xəlil Rza Ulutürk də başqa
vətənpərvər oğullarımız kimi uğrunda bütün ömrünü sərf etdi
yi milli müstəqilliyi görmək xoşbəxtliyinə nail oldu. Yenə də bu
barədə Ulu Öndərin sözlərinə müraciət etmək istərdim:
“Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mü ba ri zə
sinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə
həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək
olmuşdur. O daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşa
mış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük
xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın
müstəqillyinin şahidi olmuş, bunu görmüşdür.” (Yenə orada.)
Doğrudan da, insan həyatının mənası olan bir mübarizənin
uğurla nəticələndiyini, arzularının çiçək açdığını öz gözləri ilə
görürsə, deməli, xoşbəxtdir. Bu mənada dahi Heydər Əliyev, bö
yük Bəxtiyar Vahabzadə və başqa alovlu vətənpərvərlərimiz də
öz amallarına qovuşmuş xoşbəxt insanlardır.
Bu cür böyük insanlarla əsrdaş olmaq, onların söhbətlərindən
feyz almaq, onların fəaliyyətini, vətən məhəbbətini bir örnək
götürmək özü də xoşbəxtlikdir. O da bir xoşbəxtlikdir ki, sənin
cismani yoxluğundan sonra əsərlərin yaşamaqda davam etsin və
hər dəfə sənin sözlərini oxuyan, dinləyən kəs parlaq şəxsiyyətini
də göz önündə canlandırsın.
Dədə Qorqud kimi, Gəncəli Nizami kimi, İmadəddin Nəsimi
kimi, Məhəmməd Füzuli kimi, Mirzə Fətəli Axundzadə kimi, Mirzə
Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi, Hüseyn
Cavid kimi, Mikayıl Müşfiq kimi, Səməd Vurğun kimi, Rəsul
19
Rza kimi, Bəxtiyar Vahabzadə kimi... Xəlil Rza Ulutürk də bu cür
xoşbəxt sənətkarlardandır. Bu haqda hələ səkkiz yüz il öncə dahi
Azərbaycan şairi Nizami Gəncəli bu cür müdrik uzaqgörənlik nü
mayiş etdirmişdi:
Şeiri oxunanda bu Nizaminin,
Özü də beytlərdən boylanar yəqin.
Gizlənib özünü verməzmi nişan,
Hər beyti sənə min hikmət danışan?
Yüz il sonra sorsan: bəs o, hardadır?
Hər beyti səslənər: burda, burdadır!
Dahi sələfindən ilham alan, onun ölməz “Xəmsə”sinin ən
yaxşı tərcüməçilərindən biri olan Xəlil Rza Ulutürk də həmin
fikrin orijinal inkişafını verməyə müvəffəq olmuşdur. “Sonra...”
adlı kiçik bir şeirilə:
Sanma soyuq qəbrə biryolluq uyam,
Nə göz yaşı gərək, nə kədər, nə qəm.
Elə hesab elə gül toxumuyam,
Torpağa düşdümmü, cücərəsiyəm...
...Əklillər yanında dayandığın an
Yurdun tarixini bir də varaqla.
Silahın yoxdursa, bir misramı an,
Ya da kəmər kimi belinə bağla!
Sonra qoşul mənə elə həmən gün,
Hara? Arif olan işdən halıdır:
Mən öləndən sonra mənim ömrümün
Yüksək mərhələsi başlanmalıdır!
Dostları ilə paylaş: |