Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   ...   113

25

Bir az dəli­dolu, beyni də qandır.

­ Bütün uğurları, qüsurlarıyla

Söylə, Xəlil Rza – Azərbaycandır!

Önündə ağ vərəq, əlində qələm,

Dağların altında töyşüməsilə,

Uca kürsülərdən haray çəkəndə

Arabir az qala batan səsilə.

Uçurum qıyında, dərə dibində

Sağ qalıb döyüşmək təcrübəsilə.

Üç yüz yad şairi doğmalaşdıran

Şeirindən qüvvətli tərcüməsilə.

Tufanlar içində solmaz, saralmaz

“Qardaşlıq çələngi” güldəstəsilə.

Dağı bir külünglə yıxıb tapdığı

“Babək” ­ Selvinski xəzinəsilə.

Zülmətdə gözlərə işıq gətirən

“Moabit dəftəri” möcüzəsilə.

Harda bir yıxılan istedad görsə,

Qaldırıb bayrağa çevirməsilə

Yüz­yüz nəhri içən bütöv ümmandır.

Doğma məkanına, Türkanına gəl,

Bağı, ev­eşiyi bir gülüstandır.

Açar qollarını, basar bağrına,

Görərsən nə sadə, nə mehribandır!

Gücü çatmayanda əjdahalara,

Qəzəbi dağ sökən oddur, vulkandır!

Çırpar silləsini padoş üzlərə,

Gürzənin gözünə çöp uzadandır.

Bütün nakəsləri, nadürüstləri

Xəlil Rza adlı tonqalda yandır.

Qeyzinə yaxşı ki, dözür telefon.

Naqil nə bilsin ki, gələn tufandır.

Hanı Ərdəbilin xəzinələri,

Hanı Beyləqanın dürdanələri?

Kimlər daşıdılar sərvəti, zəri?




26

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yurd – ətri çəkilən quru reyhandır.

Qanında yaşayır Vətən tarixi,

Fəqət nə Koroğlu, nə Səttarxandır.

­ Bütün igidlərin cəmi olmalı.

Bütün qəmkeşlərin qəmi olmalı!

Öləcək sürünən... əmin olmalı,

İndi düşmən böyük... başqa zamandır.

Ürəyi – Dərbənddir, xəyalı – Təbriz,

Yalnız cəsurların ətrafında biz

Maqnitlə dəmirtək birləşməliyiz.

Başqa cür yaşayan boş yaşayandır.

Dəyibsə könlünə bir kəm, bir naşı,

Təklənib Xəzərlə gedər yanaşı.

Çiynini o qədər uca tutar ki,

Bəyaz buludlara toxunar başı.

Sakit baxışı da bəzən üsyandır.

Ona daş da atsa hər gədə­güdə,

Görər ki, sönməzdir bu atəşgədə.

Yaşar qurd gözündə, şir bəbəyində,

Evdə qadını da dişi aslandır.

Bəzən Araz olur, bəzən Kür, Xəzər,

Qanında dəli bir intiqam gəzər.

Dən düşən saçları dağlara bənzər,

Həm Qoşqar, həm Səhənd, həm Savalandır!

Qolunda yoxsa da zəncir izləri,

Daim zəncir qırır coşqun hissləri.

Peyğəmbər gözüdür ayıq gözləri.

Baxma uşaq kimi tez aldanandır.

Bütün uğurları, qüsurlarıyla

Azərbaycandır!

Qulaq as köksündə yanar nəfəsə,

Hər kəs Azərbaycan ola bilməsə,

Hələ nurlanmayıb, fikri dumandır.

1984



27

CAVABSIZ MƏKTUB

Sənə məktub yazdım, vaxtsız yetişdi,

Deyirəm: dünyanın vəfası bumu?

Bir səhər başıma ildırım düşdü –

Gəlib özüm aldım öz məktubumu.

Ay ata, necə də odlanmayım mən?

Nanə yarpağı tək titrəyir ürək.

Məktub büküləndə sağdın hələ sən,

Məktub açılanda sən yoxsan demək.

Deyirlər, gözləri yol çəkə­çəkə

Axır nəfəsdə də qapıya baxmış.

Bu oğul məktubu kim bilir, bəlkə

Ömrünü bir gün də uzadacaqmış!

Min günəş sönsə də, ürəyim sönməz,

Dağ boyda dərdi də ürək yaşadır!

Mən hara göndərim bu məktubu bəs?

Ünvanın – yazılı məzar daşıdır!

Moskva, 1957

***


Könül, bərk ayaqda gileylənmə gəl,

Məna bu həyatın yoxuşundadır.

Ən parlaq incilər dərin dəryada,

Ən zərif çiçəklər dağ başındadır.



1957


28

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



İNANMAQ İSTƏRDİM MÖCÜZƏYƏ MƏN

(“Ata və oğul” silsiləsindən)

Heç yerdə, heç zaman, barı bir kərə

Mən inanmamışam möcüzələrə.

Ancaq bu gün evə yola düşərkən,

İnanmaq istərdim möcüzəyə mən.

İstərdim uşaqlar məni görən tək,

Muştuluğa qaçıb qışqırışanda,

Çiynində həmənki sırıqlı pencək,

O, yenə duraydı həmən eyvanda.

Baxaydım üzünə elə sakitcə,

Bunu mən demirəm, deyən ürəkdir.

Onun heç nəyi yox, mənə tək bircə

Qonur gözündəki gülüş gərəkdir.

Gözlər, doğma gözlər, ata gözləri...

Sizə həsrət qaldım haçandan bəri.

Birinci dəfədir evə gedərkən,

İnanmaq istərdim möcüzəyə mən.

1958

SILDIRIM ÜSTÜNDƏ DAYANAN PALID  

Musa Cəlilin xatirəsinə 

Şahə qalxmış dənizin seyr eləyin sahilini:

Qocaman, göy palıdın yaxşı baxın qamətinə.

Dayanıb sıldırım üstündə müəzzəm, məğrur

Əymədən dik başını fırtınanın hiddətinə.

Dalğalar hey can atır mavi qoşuntək irəli.

Göy ləpə hey şığıyır sahilə ağ bayraq ilə.



29

Elə bil qeyzə gəlib qorxulu ümman döyüşür

Hər daşı, hər qayası səngər olan bir dağ ilə!

Yel əsib qum sovurur, göylərə qalxır tozanaq,

Göylərin köksünə bax: atəş oxu, od şırımı.

İldırımlar şığıyır əldə qılınc şaqqa­şaraq!

Osa tək, alnıaçıq qarşılayır ildırımı!

Yel qırır yarpağını, qərq eləyir dalğalara,

Üzülür qol­qanadı, tüstülənir gövdəsi də.

Əyə bilmir yenə ancaq onu tufan, onu yel,

Dənizin hayqırışı, ildırımın nərəsi də!

Ən nəhayət, bir ovuc ağ kül olub sovrulur o,

Qaralan gözlərini dalğa yuyur, sel aparır.

Ay ötür, gün dolanır, qar əriyir, buz qırılır,

Qış ilə əlbəyaxa yaz yeni tufan qoparır.

...Palıdın yandığı yerdə göyərir körpə palıd.

Təzə tufanlar üçün yerdə yenə bəslənir o.

Başı göylərdə durur, rişəsi torpaqda yenə,

Dənizə, ildırıma “gəl” – deyərək səslənir o!

Moskva, sentyabr, 1958

GÖZMUNCUĞU

Bu gün səhər döş cibimə əl atanda

Mən nə gördüm: gözmuncuğu.

Yumru, xırda gözmuncuğu.

Rəngi qara, xalları ağ.

Xeyli baxdım qımışaraq.

Canım ana, gözüm ana,

Sənə qurban özüm ana.

Bilirəm ki, sən tikmisən

Onu titrək əllərinlə,

Ürəyinin tellərilə.

Görən nələr düşünmüsən

O muncuğu tikəndə sən?

“Qoy balama göz dəyməsin!”




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə