Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   2   3   4   5   6   7   8   9   10   ...   113

30

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yəqin belə söyləmisən.

Arzuların dilə gəlib.

Yəqin sənə elə gəlib;

Sənin oğlun

Oğulların ən yaxşısı,

Ən xasıdır.

Yer üzündə bütün qızlar

Təkcə ona baxasıdır.

Nə deyirəm mən, ay ana?

Təki elə layiq olum

Sənin bu xoş xəyalına.

Sənin ana ürəyinə

Körpəlikdən bələdəm mən.

Hələ kiçik oğlan ikən

Mən dərsimdən beş alanda,

Deyə­gülə uşaqlara qoşulanda.

Yolu qaça­qaça gəlib

Yanaqlarım qızaranda,

De, azmı sən

Başıma duz çevirmisən?

Ana, özün bilirsən ki,

İnamım yox nə o duza,

Nə muncuğa.

Toxunmaram ancaq ona.

Çünki onu sən tikmisən öz əlinlə,

Qoy o qalsın.

Qoy o yaddan çıxanları

Yada salsın.

Qoy o böyük qəlbin ilə

Gəlib dilə

Sənin şair övladına

Kömək etsin söz üstündə:

Ömrü boyu nazımızı çəkənləri,

Cibimizə gizli­aşkar

Gözmuncuğu tikənləri

Biz saxlayaq göz üstündə.



Moskva, 1959


31

BAĞDA XƏZAN DÜŞÜNCƏLƏRİ

Gözlərim qamaşdı bağa girəndə,

Payız da bu qədər qəşəng olarmı?

Kəhrəba şəfəqli bağın rənginə

Təkcə bir sarı rəng demək olarmı?

Hələ dan üzüdür...

Sübhün günəşi

Hələ görünməyir, uzaqlardadır.

Özü doğmamışdan, onun atəşi

Elə bil qızılı yarpaqlardadır.

Yarpaqlar narıncı, yarpaqlar sarı

Yarpaqlar gümüşü, yarpaqlar yaşıl.

Deyirəm əynində öz toy paltarı

Bu bağa gözəl bir gəlin yaraşır...

Sevgilim, bəzənib bir çıx otaqdan,

Xəzana can versin bahar nəfəsin.

Elə gəl, elə get bu nazlı bağdan,

Budaq tərpənməsin, yarpaq düşməsin.

Saplağı qırmızı, özü sapsarı

Hil kimi uzunsov bir nar yarpağı;

Başını tutsa da göylərə sarı,

Üzüldü budaqdan, qucdu torpağı.

Birdən arx içində qopdu xışıltı

Nədən bir yarpağa mini qoşuldu?

Bəlkə o xəzəllər dil açıb bir­bir,

Dərdini torpağa­daşa söyləyir?

Hələ beş barmaqlı əncir yarpağı

Nə üçün əlini açmışdır belə?

O bəlkə yalvarıb bu payız çağı,

Günəşli günlərdən mərhəmət dilər?

Göylərin dağı – qocaman çinar,

Ötən durnalara nə deyir səssiz?

O bəlkə deyir ki, telli durnalar,

Qayıdıb tez gəlin, intizarıq biz.

Başına döndüyüm qızıl saçlı bağ,



32

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Səni bir can kimi bəsləyirəm mən.

Oyanıb hər səhər günəşdən qabaq,

Özüm qızıl gülü səsləyirəm mən.

O sevda yolçusu qoy çəkməsin qəm,

Onun qızıl gülü mənim deyilmi?

Bağlı qonçaları hər gün öpərəm,

Yarımın yuxulu gözləri kimi.

Sınsa ağacların bir zoğu belə,

Gəlib qaldıraram mən aram­aram.

Onu sarıyaram ağ tənzif ilə.

Bağbandan daha çox loğman olaram.

Çırparam qarı da budağınızdan,

Qoymaram şaxtalar toxunsun sizə.

İsti kül gətirib ocağımızdan,

Tökərəm don tutmuş diblərinizə.

Gözümdə işıq var, könlümdə atəş,

Mən sizə həmişə qəmxar olaram.

Günəş doğmayanda,

Özüm al günəş,

Bahar gecikərsə,

Bahar olaram.

1959

QATAR GEDƏR ARAZ BOYU

Ulduzlar arasından gecələr qatar keçər,

Aləmi bir­birinə qəfildən qatar, keçər.

Qırıq­qırıq fit səsi, yeknəsəq taqqıltılar...

Taqqıltılar altında çoxları rahat yatar.

Yatmayanlar uzanar, dirsəklənər, mürgülər.

Məni yatmağa qoymaz qış zamanı soyuqlar,

Yay zamanı bürkülər.

Çoxu yatar, mürgülər, bürünüb ədyalına,

Anam yatar bürünüb yun saçaqlı şalına.

Mən dalaram onların halına, əhvalına.



33

Plastkartda gedənlər almaz qışı eyninə,

Ümumidə gedənlər yatar çiyin­çiyinə,

Analar ayıq yatar, cocuqlarsa yanında,

Ya bətnində, canında.

Sevgililər uyumaz, sevgi varsa qanında.

Kimi ayaq üstündə, kimi buferdə gedər,

Bir vaqonda nə qədər qol­boyun sevinc, kədər.

Yatan zaman bir azca yazıqlaşar insanlar,

Gündüzlər bir­birilə dilləşib, dalaşanlar.

Bərabər çalışanlar,

Küsənlər, barışanlar.

Yatan zaman bir azca ipəkləşər adamlar,

Zalımlığı bilinməz, qəşəngləşər adamlar.

İllərin qatarında gecə yol gedər bəşər,

Dinclik tapan ürəkdə duyğular zərifləşər.

Rəhmim gələr uyuyan namərdə, alçağa da.

Sanaram: uzanıblar yuxu adlı tabuta.

Qaranlıqda qarşıdan bəzən işıq görünər,

Zəncirvari vaqonlar silkələnər, gərilər.

Artırar sürətini, qalxar qırıq bir səda.

Tövşüyər, nəfəs dərər yarımstansiyada.

...Kəhkəşanlar içindən gecələr qatar keçər,

Bir­birinə yerləri, göyləri qatar, keçər.

Düşünərəm, yatmaram bütün yollar uzunu.

Donmuş olsa pəncərə.

Nəfəsimin oduyla əridərəm buzunu,

Təki görüm o tayın barı bir ulduzunu.

Kirpiyimi uzadıb göz qoyaram Araza,

Azərbaycanı görər, kim gözümü arasa.

İçim deyə bir ovuc ləpələnən axından,

Əyilərəm, Araza baxaram lap yaxından...

O görünər neçə min qat­qarış dərd içində

Kələfin ucu kibi.

Qıfıllanmış vüsalın qanlı surğucu kibi.

Yaralı bahadırın döyüş çölünə düşmüş

Qanlı qılıncı kibi.



34

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yatağı qəfəs olmuş yaralanmış pələngə.

Araz sığmır qəfəsə, ləngər vurur, o, ləngər.

Qəzəbini, qeyzini çırparaq daşdan­daşa,

Relslərin qırağından,

Təkərlərin dibindən,

Məftillərin altından axıb gedər birbaşa!

Dalğalarda parlayar ayın işıq qırışı,

Qatar axara qarşı, axar qatara qarşı.

Əynimdə sonsuz gecə – od və zülmət qarışıq.

Yorğun taqqıltılarla qatar keçər yolları,

Yeyər yolları qatar… yeyər­içər yolları.

Yatar neçə vaqonda babalar və nəvələr.

Qatarsa yollar boyu alov, atəş gəvələr.

Parovoz kürəsində qaya kömür, daş kömür,

Yaş kömür, zülmət kömür.

Parovoz kürəsində yanar bütöv bir ömür.

Sərhəd ağaclarından birisi suya batmış.

Həmən yerdə dalğalar bir ağ tufan yaratmış.

Nə istəyir axı su? Ürəyindən çıxarsın

O qara, küt nizəni.

Heyhat, dirək dayanıb.

Çopur­çopur qabığı ahdan, nalədən yanıb.

Mən Arazı az qala gözlərimlə içərəm,

O dirəyin üstündən alov kimi keçərəm.

Araz narahat nəhəng! Nə yatar, nə dincələr.

Dağların arasında sıxıldıqca incələr.

Düzənliyə çıxanda neçə yerə bölünər.

­ İmdad! – deyə uzadar hər tərəfə əlini.

Qatar girər tunelə, sanma yavaşdan keçər,

Yerin, göyün qəzəbi qayadan, daşdan keçər.

Ürək birdən sıxılar. Tunel zülmət gecə tək.

Bir anlıq qaranlığa davam gətirməz ürək.

Ey Mərəndim, Marağam, ey vüqarlı Təbrizim!

Ey mənim Ərdəbilim, mehribanım, əzizim!

Ey qar, boran içində yalqız qalan nərgizim,

De, bəs necə dözürsən o kor qaranlığa sən?

Zülmətlərin içində nə vaxtdır yol gedirsən?



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə