Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

35

Qaranlıqdan çıxmağa qərarın qəti gərək:

Qatar qüvvəti gərək! Qatar sürəti gərək!

Qatarın sədaları yayılır pərdə­pərdə.

Uzaqlaşır sərhəddən, yaxınlaşır sərhədə.

Qatar deyil, o mənəm bağrından od saçılan.

Qatar kimi qıvrılan, qatar kimi açılan!

Qoşa rels ki, görürsən sənə sarı uzanır,

Üstündən təkər keçən yaralı qollarımdır.

Mənim yumruqlarımdır o hiddətli təkərlər.

Qığılcımlar səpələr, yollara od tökərlər.

Pilləkəndə durmuşam, bəlkə macal tapmağa,

Bəlkə doğan günəşi dan yerindən qapmağa!

Kimdir orda xış sürən? O ki, mənə tanışdır –

Torpağın həsrətilə torpaq kimi yanmışdır.

O çarıqlı cavanlar, o çit donlu gəlinlər

Qardaşım, bacım qədər mənə doğma gəlirlər.

Gül olsaydı əlimdə, gül atardım onlara,

Yox, güllərlə sağalmaz qəlbindəki bu yara.

Üzeyirimin “Sənsiz”i radioda oxunur,

Ürək dərdli olanda ona hər söz toxunur:

“Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz.

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz”.

Sən bu sahildən əgər arxayın olsan da, gülüm,

Daldı könlüm o taya, olmadı rahət sənsiz.

Vaqonda bir Nizami, Bülbül, Üzeyir, bir mən.

Qatar sovuşub keçir burulğanlar içindən.

Çırpır qarı yollara, küləklərə qataraq

Taraq­taraq səsini şimşəklərə qataraq.

Artırır sürətini zaman sürətli qatar,

Ürəyimdən od alan zəka qüdrətli qatar.

Kəhkəşanlar içindən gecələr qatar keçər,

Bir­birinə yerləri, göyləri qatar, keçər.

Sarılmışam Araza, gözlərimdən od çaxır.

Mənim damarlarımdan qan axmır, Araz axır.

Astara-Bakı-Naxçıvan qatarı,

21 aralıq, 1959



36

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



SƏTTAR BƏHLULZADƏYƏ  

Alov yuvası – gözlər,

cansız bədən, od sinə.

Qulaqları müntəzir

Füzulinin səsinə.

Üzeyiri asta­asta dodaqaltı pıçıldar,

Əlindəki firçamı, yoxsa kaman, yoxsa tar?!

Ürəyinin qanıyla yaratdığı tabloya

Fırçasının ucundan düşər ildırım – boya.

Bəzən irəli gələr, bəzən çəkilər geri.

Önündəki molbertdə sökülərsə dan yeri,

Özü günəşə bənzər

Dan yerinin dalında.

Babək qüdrəti çarpar zəif, arıq qolunda,

usta barmaqlarında.

Gözəlliklər əks edər

alovlu gözlərinin büllur qaynaqlarında.

Sığmaz iş otağına, çıxar geniş çöllərə,

Bəzən qarla, qırovla gümüşlənmiş çöllərə

Qoy şimşəklər şığısın, ildırımlar tökülsün.

Minillik sal qayalar yerbəyerdən sökülsün,

Onu saxlaya bilməz nə vulkan, nə fırtına

Toplar gözəllikləri qaşlarının altına!

Çovğuna düşmüş quşu öz balası bilər o,

Güllərin göz yaşını asta, ehmal silər o.

Üşüyən ahuları baxışıyla isidər.

Ayağına baş qoyub yatar quzu ləpələr.

Dinlədim Qudyalçayın bahar daşqınlarını,

Gördüm körpə otların çocuk baxışlarını.

Məni yandırdı­yaxdı Şahdağın günəşi də,

Məni titrədə bildi kəpənək qanadının

incə titrəyişi də, sənin tablolarında!

Qızlar çox görüb səni Qızbənövşə yolunda,

Yağışlar bir çiçəyin yarpağını yolanda

yüz xəyala dalmısan.

Ömrü bitmiş yarpağa ömür verib yenidən




37

Onu, bəlkə, yaşarı bir tabloya salmısan.

Fırçan sənin əlində bir yaraqdır hər zaman

Sən gözəllik yolunda döyüşən bir qəhrəman!

Bəzən Astaradasan, bəzən

Neft Daşlarında,

Buludların yuz rəngi,

dalğaların ahəngi

Gərilən qaşlarında, açılan qaşlarında!

Səni ağ qağayılar öz ardınca aparar,

Dəniz susanda bəzən könlün tufan qoparar!

Sən sulara, quşlara, qayalara doğmasan.

Bəzən qaranlıqda sən ulduz kimi doğmusan.

Mənə elə gəlir: sən lap indicə

Ayrılıb molbertdən bir məqam, bir an

Ölüm sərnişinli təyyarələri

Havada fırçanla saxlayacaqsan!

Sən şəfəqlər şairi, rənglər bəstəkarısan,

Fırçan bülbüldür sənin, bahar nəğməkarısan.

Gözəlliyi pozulan bu qat­qarış dünyada

Gözəllik memarısan!

Bakı, 1960-1968

ŞAİRİN SƏSİ

1

Azadlığı istəmirəm zərrə­zərrə, qram­qram,

Qolumdakı zəncirləri qıram gərək

Qıram!


Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi

İstəyirəm səma kimi!

Günəş kimi!

Cahan kimi!

1

Xəlil Rzanın sovet dövründə dərc olunmuş kitablarında bu şeir “Afrikanın səsi” adı ilə



təqdim olunub (Tərtibçi).


38

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çəkil!

Çəkil, ey qəsbkar!



Mən bu əsrin gur səsiyəm.

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

1960

BAHAR KİMİ

Yenə bahar yerə, göyə al şəfəqlər töküb keçir,

Qış baharın ağ tacını ağaclarda söküb keçir.

Bahar aran yerlərində körpə güllər əkib keçir,

Qış öz bəyaz karvanını dağ başına çəkib keçir.

Bahar gəlir, qoynunda gül dərə­dərə, təpə­təpə,

Qış Xəzəri silkələyir dalğa­dalğa, ləpə­ləpə.

Bahar gəlir, bağçalarda körpələri öpə­öpə,

Qış qayıdır, körpələrin başına qar səpə­səpə.

Mən görürəm təbiətdə yazla qışın gülşənini,

Buz dağını qıra­qıra yazın məğrur gəlişini,

Qoy açılsın bağçalarda gül sərgisi, gül həşəmi,

Qoy çıxartsın qar altından yaz hər gülü, hər gülşəni.

Yazla qışın bu dünyada milyon illik davası var.

Elə mənim başımda da belə sevda havası var.

Ürəyimdə qışa qarşı neçə vulkan davası var.

Bu yürüşün, bu döyüşün cəfası var, səfası var.

Mən gedirəm! Mən açmışam öz köksümü küləklərə,

Təki külək toxunmasın bəslədiyim çiçəklərə.

Yeri gəlsə mən köksümü çırparam da şimşəklərə,

Təki şimşək toxunmasın güvəndiyim diləklərə.

Mən istərəm ümmanların səsi gəlsin qulağıma,

Tufanların səsi gəlir, özü gəlsin ayağıma.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə