Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

39

Qızıl gülüm söykəyərsə dodağını dodağıma,

Ölümdən də çəkinmərəm, ölüm çıxsa qabağıma.

Hayqır, tökül, ey şəlalə! Mən sevirəm gur səsini,

Dağ başında ilk baharın o xitabət kürsüsünü!

Qoy ilk bahar məni qucsun, mən də bu Yer kürəsini,

Mən oxuyum ürəyimin Azərbaycan nəğməsini.

Azərbaycan yer üzündə ölkələrin qəşəngidir,

Səmalarda çiçək açan onun zəfər fişəngidir.

Aç sinəmi, yar qəlbimi, gör qanımda coşan nədir;

Başımdakı Xətainin, Füzulinin çələngidir.

Yel əsəndə büzüşməyək yuvamızda quşlar kimi,

Çovğunlara sinə gərək Kəpəz kimi, Qoşqar kimi!

Bu döyüşdə ağartsa da saçlarımı qış qar kimi,

Mən gəlmişəm bahar kimi, gedəcəyəm bahar kimi.

Aprel 1962

MƏNİM ŞEİRİM

Qəlbimdə pöhrələnib hər gün boy atan da sən,

Gecə şirin yuxudan məni oyadan da sən.

Ürəyimin qəzəbi, sevinci, qəmi şeirim,

Bütün yaralarımın bircə məlhəmi şeirim!

Aldığım nəfəs kibi mənimləsən həmişə,

Birgə gedib gəliriz biz həm evə, həm işə.

Mən səni gəzdirərəm qəlbimdə qürur ilə

Mən sənin ucbatından bəzən üz­göz oluram,

neçə redaktor ilə.

İlham namərdlik edib üz döndərəndə məndən,

Mən ayrıla bilmirəm yenə inan ki səndən.




40

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İftixarım, vüqarım, varlığım, həyatımsan,

Yalnız evim deyilsən, bütün kainatımsan.

Gözümdə ildırımsan, ürəyimdə gur dəniz.

Bəlkə atadan əziz, bəlkə anadan əziz.

Elə sənsən həyatda.

Sənsən elə həyat da.

Mənə ata desələr bil ki, sənsən övladım,

Mən sənin ucbatından yaxşı övlad olmadım.

Sən mənim qaynar, odlu, dəli­dolu şeirimsən.

Köksümün qəfəsində pələngimsən, şirimsən.

Sənin tufanlarını doğma diyar dinləyir,

Qaplanlarla bərabər canavarlar dinləyir.

O qartımış qurdların dişini qırmaq üçün,

Zərli kürsülərindən dartıb qoparmaq üçün

Mənə atəş, mənə sel, mənə şeirim gərəkdir,

Şeirim mənim köksümdə beş milyardlıq ürəkdir!

Misri qılınca dönsün ilhamım, təbim mənim,

Yaşasın cəsur şeirim, yaşasın qəlbim mənim.

Nədir mənim istəyim? Otuz milyonluq salon,

Bir stəkan təmiz su, bir xitabət kürsüsü!

Qoy şeirimin gur səsi dalğa­dalğa yayılsın,

Yer də, göy də ayılsın!

Kürsülərə sığmayan cəsur şeirim, ər şeirim,

Təpədən dırnağacan silahlı əsgər şeirim!

Mən sənin qüdrətinlə, sənin söz raketinlə

Min düşmən bayrağını toprağa saldıraram.

Sənin qüdrətinlə mən Dərbənddən Təbrizəcən

Bütün Azərbaycanı ayağa qaldıraram!




41

Həyatımı verərəm bircə sənin yolunda,

Sənin özünü isə bu Vətənin yolunda!

Ürəyimin aynası, qəlbimin amalısan,

Mən öləndən sonra da məni yaşatmalısan.

Mənim şeirim vüsalı, istiqlalı alqışlar,

Şeirimin davamıdır salondakı alqışlar.

Bakı, 9 noyabr 1962

MƏNİM TƏLƏBƏLƏRİM

Yenə meydan qızışır,

başlanıbdır seminar.

Dillərdə adlar gəzir:

Nizami,

Bəhram,


Simnar...

Neçə böyük simalar

fikrimizdə canlanır,

Danışdıqca Şəfiqə,

hamı həyəcanlanır.

Dağa dönür ürəyim,

dinlədikcə mən onu.

Unuduram, inanın,

müəllim olduğumu.

O gül dodaqlardakı

sözlər alovlu, odlu.

Ürək günəşlə dolu,

Sinif günəşlə dolu!!

Sinif döyüş meydanı!

Birdən bahar tufanı

açır pəncərələri,

Yağış vurur içəri

Sərin nəfəsli yağış.




42

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Şırıltılı,

şıdırğı,


şimşək həvəsli yağış.

Ağ yağış,

parlaq yağış!

şad yağış,

gürşad yağış!!!

Nə xoşdur bu şırıltı,

bu şən,

şirin çağlayış.

Şüşələrə döş vurur

sərin, büllur damcılar,

Damcıdan nur damcılar.

Sinifdə bir təlatüm...

hamı gülər, hamı şən.

Birdən nə görürəm mən,

bu lövhə bir tamaşa;

Bir cüt qəşəng göyərçin

pəncərədə baş­başa,

Daldalanıb baxırlar

al şəfəqli yağışa.

Bu lövhənin önündə

dayanıram lal kimi.

Alır qanadlarına

göyərçinlər qəlbimi.

Yağış yağır... dünyaya

nur gətirən yağışlar,

Qızıl sünbül, mələs nar,

gül bitirən yağışlar.

Yağışlarda bağ ətri,

yağışlarda gül tozu.

Hər damcıda bir limon,

bir mandarin qoxusu.

Nə gözəldir yağışın

daş­kəsəyi deşməsi.



43

Torpaq­yağış təşnəsi,

torpaq­günəş təşnəsi!

Sən bir yağışdan sonra

göyərən güllərə bax.

Çinarlar göyə qalxar,

buludları yararaq!

­ Müəllim, sualım var...

bu, bir nəcib, təmiz səs...

Ayrılıram xəyaldan...

göyərçinlər hanı bəs?

Göyərçinlər uçublar,

göyərçinlər bir qonaq...

Şəfiqə də, Sona da

O göyərçinlər kimi

bu gün­sabah uçacaq.

Ürəyimdən səs gəlir:

mənim sərvətim­zərim –

gözəl tələbələrim!

Mənim müəllimim də,

tələbəm də sizsiniz!

Bu dünyadan ən böyük

tələbim də sizsiniz!

Qolum­qanadım,

qəlbim,

qələbəm də sizsiniz!



Sizsiniz həyatımın

əvvəl­axır dayağı!

Məsləkimin məşəli!

məramımın mayağı!

Bu gün yağışlar yağır...

yaz nəfəsli yağışlar.

Yağışlar bu dünyaya

yeni həyat bağışlar.

Gedin... gedişinizlə

təbiət gəlsin cana.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə