Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 29 Kb.
tarix17.09.2018
ölçüsü29 Kb.
#69170

Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədi ilə qərara alıram: 


1. Azərbaycanın gənc istedadlarının “Qızıl Kitab”ı təsis edilsin. Gənc istedadların adları “Qızıl Kitab”a Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yazılsın.
2. Azərbaycan Respublikası Prezidenti yanında “Gənc İstedadlar Fondu” təsis edilsin.
3. “Qızıl Kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsi Azərbaycan Elmlər Akademiyası, Azərbacan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və respublikanın yaradıcı təşkilatları ilə birlikdə bir ay müddətində “Gənc İstedadlar Fondu” nun əsasnaməsini və İdarə Heyətinin tərkibini, habelə gənc istedadların inkişafı üzrə dövlət proqramının layihəsini hazırlayıb təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezidentinə tədim etsin.
5. Bu Fərmandan irəli gələn maliyyə xərclərinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına təmin edilsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 1996-cı il
Yüklə 29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə