Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə2/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   ...   232

 



 



ÖLMƏZLİK 

 

Bəşəriyyət  tarixində  elə  sənətkarlar  və  şəxsiyyətlər  var  ki,  ―...onlar  özləri 

üçün  anadan  olmayıblar,  bəlkə  bütün  xalqa  və  hətta  ümum  insaniyyətə  xeyir 

gətirmək  və  tərəqqisinə  səbəb  olmaq  üçün  yaranıblar.  Bu  cürə  adamlar  nəinki 

sağlığında,  ...  öləndən  sonra  da  camaata  mənfəət  veriblər‖.

1

  Azərbaycanın  dahi 



bəstəkarı  Üzeyir  Hacıbəylinin  dediyi  bu  sözləri  ilk  növbədə  bəstəkarın  özünə  aid 

etmək olar. 

Yaradıcılığına XX əsrin əvvəllərində başlamış, həyatını isə onun ortalarında 

tamamlamış Üzeyir Hacıbəylinin musiqisi və bütövlükdə yaradıcılığı biz musiqiçilər 

üçün və ümumən Azərbaycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə 

bilərik  ki,  artıq  bir  əsrdən  çox  vaxt  ərzində  çalınan,  səslənən  Ü.Hacıbəyli  musiqisi 

Azərbaycan  xalqının  canına,  qanına  sirayət  edərək  onun  bədii  mədəniyyətinin 

ayrılmaz  hissəsinə  çevrilmişdir.  Necə  ki,  Üzeyir  bəy  xalq  musiqimiz  haqqında 

deyirdi  ki,  ona  həmişə  ―ruh  yüksəkliyi  və  aydınlıq  ehtizazı,  sabahkı  qalibiyyətə 

möhkəm  inam,  mənəvi  büllurluq,  alicənablıq,  şücaət  və  qəhrəmanlığı  tərənnüm 

etmək xas olmuşdur‖, eləcə də Hacıbəylinin musiqisi üçün də bu cəhətlərlə bərabər, 

günəş  kimi  parlaqlıq,  əlvanlıq  xas  olmuşdur.  Bütün  bu  xüsusiyyətlər  onun 

musiqisinin mahiyyətini təşkil etmişdir. 

Sənətdə,  musiqi  mədəniyyətində  millilik  və  beynəlmiləlçilik  anlayışını 

Ü.Hacıbəyli  daha  qlobal,  Qərb  və  Şərqin,  dünya  və  milli  mədəniyyətlərinin 

nailiyyətlərinin üzvü sintezi kimi başa düşürdü və həll edirdi. 

Azərbaycan musiqisinin gələcək yolu da məhz  Ü.Hacıbəylinin irəli sürdüyü, 

əsasını  qoyub  apardığı  yol  oldu.  Bu  gün  Azərbaycan  musiqisinin  beynəlmiləl 

əhəmiyyət  kəsb  etməsində  Ü.Hacıbəyli  yaradıcılığının  və  şəxsiyyətinin  böyük  rolu 

vardır. 


Ü.Hacıbəyli  dahi  bəstəkar,  Azərbaycanın,  eləcə  də  Şərq  opera  sənətinin 

banisi,  ―Leyli  və  Məcnun‖,  ―Koroğlu‖  kimi  təkrarsız  operaların  müəllifi,  böyük 

musiqişünas  -  alim,  bütöv  musiqi-estetik  konsepsiya  yaratmış  nəzəriyyəçi, 

―Azərbaycan   xalq   musiqisinin  əsasları‖  adlı   elmi-nəzəri   risalənin   müəllifi, 

görkəmli  dramaturq,  ―Ər  və  arvad‖,  ―O  olmasın,  bu  olsun‖,  ―Arşın  mal  alan‖ 

operettalarının əlvan, günəşli musiqisi ilə bərabər, həm də bu əsərlərin librettolarının 

müəllifi,  alovlu  publisist,  jurnalist,  saysız-hesabsız  dəyərli  məqalələrin  müəllifi, 

gözəl  pedaqoq,  Azərbaycan  bəstəkarları  və  musiqişünaslarının  istedadlı  nəslinin 

müəllimi,  Azərbaycan  Bəstəkarlar  İttifaqının  sədri,  Elmlər  Akademiyasının  elmi-

tədqiqat  İncəsənət  İnstitutunun  rəhbəri,  Akademiyanın  musiqi  üzrə  ilk  həqiqi  üzvü, 

yorulmaz  ictimai  xadim,  Azərbaycan  Dövlət  Konservatoriyasının  təşkilatçısı,  onun 

                                                 

1

 Ü.Hacıbəyli. “Həqiqət‖ qəzeti, 1910. 14 aprel. № 82. 




 

rektoru  və  professoru,  ilk  çoxsəsli  xorun,  ilk  notlu  xalq  çalğı  alətləri  orkestrinin, 



musiqi  məktəbinin,  musiqi  texnikumunun  yaradıcısı  idi.  O,  Azərbaycan  Dövlət 

himnlərinin  müəllifi  olmuş,  Azərbaycan  SSR-nin  Xalq  artisti,  Dövlət  mükafatları 

laureatı idi. 

Bütün  bunlar  bizə  haqq  verir  deyək  ki,  XX  əsrin  xalqımıza  bəxş  etdiyi  ən 

böyük  şəxsiyyətlərdən, ən  böyük  simalardan  biri  Üzeyir  Hacıbəylidir.  Ona  Şərq  və 

Qərb  musiqi  mədəniyyətləri  arasında  keçilməz  səddi  aradan  götürmək,  Azərbaycan 

musiqisinin  gələcək  inkişaf  yolunu  və  estetik  prinsiplərini  müəyyənləşdirmək  nəsib 

olmuşdur.  Yer  kürəsinin  milyonlarla  insanları  Hacıbəyli  musiqisinə  qulaq  asaraq, 

bütün kökləri ilə öz xalqının folkloru ilə bağlı olan və dünya musiqi mədəniyyətinin 

nailiyyətlərini  mənimsəyən  sənətkarın  yaradıcılığına  bələd  olurlar.  Bu  yaradıcılıqda 

Şərqin  və  Qərbin  musiqi  ənənələrinin  vəhdəti  parlaq  bədii  obrazlarla  əks  olunmuş, 

yüksək humanizm idealları, xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir. 

Biz  XXI  əsrdən  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəylinin  yaradıcılıq  yoluna 

nəzər salsaq, onun təkrarsız, parlaq yaradıcılığının əsas sütunları və mərhələləri kimi, 

xüsusən  ―Leyli  və  Məcnun‖  operasını,  ―Arşın  mal  alan‖  operettasını,  ―Koroğlu‖ 

operasını  və  ―Azərbaycan  xalq  musiqisinin  əsasları‖  elmi  əsərini  göstərə  bilərik. 

Məhz  bu  əsərlərin  yalnız  onun  yaradıcılığı  üçün  deyil,  bütün  Azərbaycan  musiqisi 

üçün  önəmli  mərhələ  əsərləri  olduğunu  qeyd  etməliyik.  Şübhəsiz,  biz  bəstəkarın 

digər  əsərlərinin  -  ―Əsli  və  Kərəm‖  və  başqa  muğam  operalarının,  ―Məşədi  İbad‖ 

operettasının,  ―Şur‖  və  ―Çahargah‖  fantaziyalarının,  ―Aşıq  sayağı‖  triosunun, 

kantatalarının,  ―Sənsiz‖  və  ―Sevgili  canan‖  musiqi  qəzəllərinin  və  digər  vokal  və 

instrumental  əsərlərinin,  hər  iki  himninin  və  sadalamadığımız  bir  çox  əsərlərinin 

böyük dəyərini və rolunu inkar etmək fikrində deyilik. Amma ―Leyli və Məcnun‖un 

Azərbaycanda  və  eləcə  də  Şərqdə  opera  sənətinin  əsasını  qoyduğunu,  ―Arşm  mal 

alan‖ın  lirik-komik  operettasının  zirvəsi  olduğunu  və  dünya  şöhrəti  qazandığını, 

―Koroğlu‖nun klassik epik-qəhrəmanı operasının ənənələrini davam etdirən şah əsəri 

olduğunu,  ―Azərbaycan  xalq  musiqisinin  əsasları‖  elmi  əsərinin  Azərbaycanın 

ənənəvi şifahi musiqisini araşdıran və onun haqqında yazılan ilk elmi əsər olduğunu 

bir  daha  vurğulayaraq,  dediyimiz  kimi,  məhz  bu  əsərlərin  bəstəkarın  yaradıcılığı 

üçün  və  həm  də  Azərbaycan  musiqisi  üçün  çox  önəmli  mərhələ  və  dönüş  əsərləri 

olduğunu bir daha qeyd etmək istərdik. Təsadüfi deyil ki, bu il, yəni 2008-ci ildə 100 

yaşlı  ―Leyli  və  Məcnun‖un  yubileyi  YUNESKO  xətti  ilə  bütün  dünyada  bayram 

edilir. 

 

*     *     * 

 

Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın Ağcabədi kəndində 



kənd  mirzəsi  Əbdülhüseynin  ailəsində  doğulmuşdur.  Tezliklə  Üzeyirin  ailəsi  Şuşa 

şəhərinə köçür. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa qədimdən bəri 

özünün musiqi və ədəbi ənənələri ilə məşhur idi. 



Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə