Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə4/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   ...   232

 

Azərbaycan mədəniyyətində M.F.Axundovun inqilabçı-mütərəqqi ənənələrini davam 



etdirdiyini,  C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Ə.Haqverdiyev  kimi  demokrat 

yazıçıların  məslək  dostu  olduğunu,  rus  inqilabçı  demokratların  təsiri  altında  yazıb 

yaratdığını  göstərir.  Ü.Hacıbəyli  yazılarında  dəfələrlə  bu  görkəmli  şəxsiyyətlərin 

əsərlərinə müraciət etmişdir. 

Ü.Hacıbəyli  publisistikasının  əsas  pafosu  xalqın  gücünə  böyük  inamdan 

ibarət  idi.  Publisist  Hacıbəylinin  ehtiraslı qələmi  çox  illər bu ideyalara sadiq qulluq 

edirdi. 

 

*     *     * 

Ü.Hacıbəylinin ilk musiqi əsəri unikal ―Leyli və Məcnun‖ operasıdır. Unikal 

ona  görədir  ki,  bu  əsər  Şərqdə,  eləcə  də  Azərbaycanda  opera  sənətinin  əsasını 

qoymuşdur,  unikal  ona  görədir  ki,  bu  əsərdə  Azərbaycan  professional  bəstəkarlıq 

məktəbinin  bünövrəsi  qoyulmuşdur,  unikal  həm  də  ona  görədir  ki,  muğamlara 

əsaslanaraq, ―Leyli və Məcnun‖ musiqimizdə muğam operasının təməlini qoydu. Bu 

operadan  sonra  Ü.Hacıbəylinin  ―Şeyx  Sənan‖,  ―Əsli  və  Kərəm‖,  ―Şah  Abbas  və 

Xurşudbanu‖,  ―Harun  və  Leyla‖,  M.  Maqomayevin  ―Şah  İsmayıl‖,  Z.Hacıbəylinin 

―Aşıq  Qərib‖  muğam  operaları  yarandı.  Lakin  bu  operaların  arasında  ―Leyli  və 

―Məcnun‖un  Azərbaycan  musiqisi  tarixində  oynadığı  rol,  xalqımızın  qəlbində 

tutduğu yer xüsusidir.  

Bir  əsrdən  artıqdır  ki,  bu  opera  səhnədən  düşmür,  yeni-yeni  ifaçılar  – 

Leylilər, Məcnunlar nəsli yetişir. 22 yaşlı gənc Üzeyir Hacıbəylinin yaratdığı ―Leyli 

və  Məcnun‖  operasının  100  il  ərzində  daimi,  stabil  uğurunun  sirri,  səbəbi  nədədir? 

Qədim muğamlarımızın gözəlliyində, təkrarsızlığında, yoxsa dahi Füzulinin eyni adlı 

poemasında, qəzəllərində, ya da gənc Üzeyirin operaya yazdığı musiqi parçalarında, 

bəlkə  o  vaxtlar  Hüseynqulu  Sarabskinin  yaratdığı  təkrarsız  Məcnun  rolunda?  Daha 

doğrusu,  bunların  ayrı-ayrılıqda  heç  birində,  eyni  zamanda  hamısında,  onların 

vəhdətində.  Üzeyir  bəyin  istedadı  bunların  hamısının  vəhdətini,  sintezini  yarada 

bilmişdir. 

İlk Azərbaycan operasının əsas və xarakter xüsusiyyəti həm də ondan ibarət 

idi  ki,  bu  əsərdə  Ü.Hacıbəylinin  özünün  bəstələdiyi  musiqi  ilə  xalq  musiqisini  bir-

birindən  ayıran  səddi  tapmaq  mümkün  deyildi.  ―Leyli  və  Məcnun‖  operasının  bu 

xüsusiyyətini  qeyd  edən  Ü.Hacıbəyli  yaradıcılığının  ilk  tədqiqatçılarından  olan 

V.Vinoqradov  yazırdı:  ―Folklorun  bəstəkarlıq  yaradıcılığına  keçməsinə  musiqi 

tarixində bundan bariz nümunə tapmaq çətindir‖.

4

 



―Leyli və Məcnun‖da Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi fraqmentləri 

əsasən  orkestr  üçün  yazılmış  epizodlar,  muğamların  girişi  və  sonluqları,  III  və  IV 

pərdələrə  yazılmış  giriş  musiqisi  və  s.  idi.  Bu  hissələr  o  qədər  xalq  musiqi  ruhuyla 

aşılanmış  və  onun  nümunələriylə  üzvü  vəhdət  təşkil  etmişdir  ki,  onları  klassik 

                                                 

4

 В.Виноградов. Узеир Гаджибеков и азербайджанская музыка. М. Музгиз 1938, с. 14. 




 

muğam  və  təsniflərdən  ayırmaq  çətin  idi.  Bu  da  bəstəkarın  artıq  ilk  əsərində  xalq 



musiqisinin  üslub  xüsusiyyətlərinin,  onun  lad-intonasiya  əsasına  sərbəst 

yiyələnməsini sübut edirdi. 

―Leyli  və  Məcnun‖un  premyerası  1908-ci  ildə  Bakıda  H.Z.Tağıyevin 

teatrında olmuşdur. 

XVI  əsrin  dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  poemasının  süjeti 

əsasında yaranmış bu opera, orta əsrin feodal cəmiyyətinin ehkamlarına qarşı yüksək 

humanist idealları, əsl insani hisslərin gözəlliyini tərənnüm edirdi. 

Üzeyir  Hacıbəyli  ―Leyli  və  Məcnun‖  operasının  musiqisində  Füzuli 

poemasının  lirik  və  romantik  ruhunu,  ümumi  tonallığını  böyük  ilhamla  verə 

bilmişdir. 

―Leyli  və  Məcnun‖  operasında  musiqi  poeziyanı  rövnəqləndirir,  poeziya  isə 

musiqini  yüksəldir.  Elə  bil  müxtəlif  əsrlərdə  yaşamış  iki  böyük  sənətkar  bir-birinə 

yaxınlaşmış, əbədi məhəbbəti tərənnüm edən bir əsərdə qovuşmuşlar. 

Opera  janrının  xüsusiyyətilə  əlaqədar  Hacıbəyli  əsərin  librettosunu  yazarkən 

Füzuli poemasının mətnini xeyli ixtisar etmişdi. O, başqa dövrün sənətkarı kimi XVI 

əsrin poemasına müraciət edərkən bu orta əsr əsərinə münasibətini bildirmişdi. 

―Leyli və Məcnun‖un ilk tamaşasının maraqlı tarixi vardır. Professional ifaçı 

qüvvələrinin  yoxluğundan  qəribə  vəziyyət  alınırdı.  Dirijor  pultunun  arxasında 

məşhur dramaturq Əbdürrəhimbəy Haqverdiyev dayanmışdı. Əsərin müəllifı Üzeyir 

Hacıbəyli  orkestrdə  skripka  çalırdı.  Hacıbəylinin  Qori  seminariyasındakı 

yoldaşlarından bir çoxu, maarif və mədəniyyət xadimləri, müəllimlər orkestrdə çalır, 

xorda oxuyurdular. Bunlardan Ə.Terequlovu, A.Qasımovu, F.Ağayevi və başqalarını 

göstərmək olar. 

İlk  tamaşanın  rejissoru  H.Ərəblinski,  Məcnun  rolunun  ifaçısı  Hüseynqulu 

Sarabski idi. H.Sarabski uzun illər boyu bu rolun gözəl və əvəzsiz ifaçısı olmuşdur. 

Tamaşanın təşkilatçıları böyük çətinliklərlə rastlaşmışdılar. Bu çətinliklərdən biri də 

Leyli  roluna  ifaçı  tapmaq  məsələsi  idi.  Axı  müsəlman  qayda-qanunlarına  görə 

qadınlar  səhnəyə  buraxılmırdı.  Uzun  axtarışlardan  sonra  tamaşanın  təşkilatçıları 

Əbdürrəhim  Fərəcov  adlı  gözəl  səsə  malik  bir  aşpaz  şagirdinə  rast  gəldilər,  o  da 

Leyli rolunu yalnız premyerada ifa etdi. Sonrakı tamaşalarda bu rolu müvəffəqiyyətlə 

ifa edən Ə.Ağdamski oldu. 

―Leyli  və  Məcnun‖da  muğamlar,  ariyalar,  ariozo,  reçitativlər,  ansamblları 

əvəz edərək, demək olar ki, bütün iştirakçıların partiyasında vardır. Ü.Hacıbəyli bu 

operada  muğamlara  və  onların  şöbələrinə  müraciət  edərkən,  onlardan  kor-koranə 

istifadə etməmiş, zəngin muğam xəzinəsindən yalnız o muğamları seçmişdir ki, onlar 

müəyyən  səhnələrin  ümumi  əhvali-ruhiyyəsinə  və  personajların  xasiyyətinə  uyğun 

gəlsin.  

Əgər  əvvəllər  xanəndələr  tərəfindən  oxunan  bu  muğamlar  konsert  ifasında 

mücərrəd  bir  halı,  əhvali-ruhiyyəni,  məsələn,  məhəbbəti,  sevinci,  kədəri  ifadə 

edirdilərsə,  bu  operada  həmin  muğamlar  əsərin  ümumi  məzmununa  tabe  olaraq  ilk 




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə