Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə5/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   ...   232

 

10 


dəfə  səhnədəki  hərəkətlə,  aktyor  oyunu  ilə  birləşərək,  operanın  məzmununun 

açılmasına,  onun  əhvali-ruhiyyəsinin  əks  edilməsinə  kömək  edən  musiqi  vasitəsi 

olmuşdu.  Bu  da  ―Leyli  və  Məcnun‖un  əsas  müvəffəqiyyətlərindən  biri  sayıla  bilər. 

Üzeyir  Hacıbəyli  ilk  dəfə  operaya  vacib,  dramaturji  əhəmiyyəti  olan  xorları  daxil 

edir. 

Ü.Hacıbəyli  ―Leyli  və  Məcnun‖da  opera  janrının  və  musiqinin  digər 



formalarının  möhkəm  təməlini  qoymaqla  bərabər,  həm  də  Azərbaycan  milli 

harmoniyasının  və  polifoniyasının  əsasını  da  yaratmışdır.  Ü.Hacıbəyli  ilk  dəfə  bu 

operada çoxsəsliliyin sadə formalarını Azərbaycan xalq musiqisinin təksəsli quruluşu 

ilə  uyğunlaşdırmış  və  bununla  da  bəstəkar  Azərbaycan  ladlarını  major  və  minor 

sistemiylə  birləşməsinə  nail  olmuşdu.  Şərq  və  Qərb  lad  sistemlərinin  vəhdətinin 

həyata  keçirilməsi,  sonrakı  illərdə  həm  Ü.Hacıbəylinin  özü  üçün,  həm  də  digər 

Azərbaycan bəstəkarlarının yaradıcılığı üçün xarakter oldu. 

Üzeyir  Hacıbəylinin  ―Leyli  və  Məcnun‖  operasının  əhəmiyyəti  Azərbaycan 

musiqi  tarixində  oynadığı  misilsiz  rolu  ilə  məhdudlaşmır.  Onun  bir  sıra  Şərq 

xalqlarının müasir professional musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu 

olmuşdur.  Hələ  inqilabdan  əvvəl  Azərbaycan  artistləri  bu  operanı  Zaqafqaziyada, 

Orta  Asiyada  və  İranda  göstərmişlər.  Hər  yerdə  bu  opera  böyük  hərarətlə 

qarşılanmışdı. 

―Özbək musiqisinin inkişaf yolları‖ kitabının müəllifi S.Ginzburq yazırdı ki, 

―Xalq ənənəsi ilə rus mədəniyyəti nailiyyətlərinin, vəhdəti nəticəsində ilk milli opera 

―Leyli  və Məcnun‖u  yaratmış  Azərbaycan  teatrının  qabaqcıl xadimlərinin  təcrübəsi 

özbək  ziyalılarına  böyük  təsir  göstərmiş  və  onlarda  eyni  səpkili  özbək  əsərləri 

görməyə canlı həvəs oyatmışdır‖.

5

 

Məhz  bu  operadan  sonra  Özbəkistanda  da  R.Qliyer  və  Q.Sadıxov tərəfindən 



həmin  əfsanə  əsasında  ―Leyli  və  Məcnun‖  operası  yaranmışdı.  Bu  operanın 

musiqisini də xalq yaradıcılığının nümunələri və makomlar təşkil edirdi. 

―Leyli  və  Məcnun‖  operasının  müvəffəqiyyətindən  ruhlanan  Ü.Hacıbəyli 

1909-cu  ildən  1915-ci  ilə  qədər  beş  muğam  operası  –  1909-cu  ildə  ―Şeyx  Sənan‖, 

1910-cu  ildə  ―Rüstəm  və  Söhrab‖,  1912-də  ―Şah  Abbas  və  Xurşudbanu‖  və  həmin 

ildə ―Əsli və Kərəm‖, 1915-də ―Harun və Leyla‖nı yazdı. Bu operaların librettosunu 

o,  xalq  dastanları  əsasında,  ―Rüstəm  və  Söhrab‖  operasını  isə  Firdovsinin 

―Şahnamə‖si əsasında yazmışdır. 

Dünya  musiqi  sənətində  nadir  hadisə  olan  ―Muğam  operaları‖,  yalnız 

Ü.Hacıbəylinin  yaradıcılıq  yolunda  deyil,  bütün  Azərbaycan  musiqi  sənətinin 

inkişafında böyük rol oynamışdır. 

Bu  gün  biz  ―muğam  operası‖nı  köhnəlmiş  və  şifahi  xalq  yaradıcılığından 

bəstəkarlığa  keçid  dövrü  kimi  deyil,  milli  opera  janrının  müstəqil  inkişaf  yolu  kimi 

qiymətləndiririk. 

                                                 

5

 С.Гинзбург. Пути развития узбекской музыки. М-Л., «Искусство», 1946, с. 22. 




 

11 


Azərbaycan  simfonik  muğamı  kimi,  bu  janr  da,  müasir  şəraitdə,  müasir 

tələblərə uyğun olaraq davam etdirilə bilər. 

 

*     *     * 

Üzeyir  Hacıbəylinin  yaradıcılığında  və  Azərbaycan  musiqi  sənətinin 

inkişafında bəstəkarın inqilabdan əvvəl yazdığı ―Ər və arvad‖ (premyerası 1910-cu il 

10 may),  ―O olmasın, bu olsun‖ (premyerası 1911-ci il 25 aprel), ―Arşın mal alan‖ 

(premyerası  1913-cü  il  25  oktyabr)  operettaları  xüsusi  yer  tutur.  Operetta  janrına 

müraciət  etmənin  səbəbini  Hacıbəylidən  soruşduqda  o,  belə  cavab  vermişdir: 

―Musiqinin  qüvvəsinə  inam  və  musiqi  vasitələri  ilə  ictimai-məişət  eyblərini 

qamçılamaq həvəsi, musiqidə Azərbaycan ziyalılarının proqressiv qüvvələrinin ətalət 

və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi məni komik musiqi janrı -  

operettanı yaratmağa sövq etdi.

6

 

Ü.Hacıbəylinin  operettalarını  Qərbi  Avropa  operasının  musiqili  səhnə 



janrları,  İtaliyada  -  opera-buff,  Fransada  -  opera-komik,  Almaniyada  -  zinqşpil, 

Rusiyada  -  komik  opera  janrları  ilə  müqayisə  etmək  olar.  Lakin  bu  operettaların 

əhəmiyyətini  Azərbaycan  mədəniyyətinin  tarixində  M.F.Axundovun  komediyaları 

ilə,  ―Molla  Nəsrəddin‖  jurnalının  felyetonları  ilə,  Ə.Əzimzadə  karikaturaları  ilə, 

M.Ə.Sabirin poeziyası ilə müqaysiə etmək daha doğru olar. 

Azərbaycan  artistlərinin  Türkiyədə  qastrolu  vaxtı,  ―O  olmasın,  bu  olsun‖  və 

―Arşın mal alan‖ı görən məhşur türk yazıçısı Rəşad Nuri Güntəkin öz məqaləsində 

Hacıbəyli operettalarının yumorunu böyük fransız komediyanəvisi Molyerin əsərləri 

ilə müqayisə edirdi.

7

 



Ü.Hacıbəyli ilk iki operettasını yazdıqdan sonra 1911-ci ildə musiqi təhsilini 

davam  etdirmək  üçün  Moskvaya  gedir  və  filarmoniya  nəzdində  pullu  kurslarda 

solfeciodan  N.M.Laduxinlə,  harmoniyadan  isə  N.N.Sokolovski  ilə  məşğul  olur. 

Lakin  çox  tez  ağır  maddi  şərait  üzündən  o  təhsilini  dayandırıb  Bakıya  qayıtmağa 

məcbur  olur.  1913-cü  ildə  o,  yenidən  oxumağa,  bu  dəfə  Peterburq 

Konservatoriyasına gedir. 

Hacıbəylinin konservatoriyada harmoniya üzrə müəllimi böyük rus bəstəkarı 

N.A.Rimski-Korsakovun  tələbəsi  V.P.Kalafatti  idi.  Fortepiano  və  orqan  üzrə 

dərslərini  isə  Hacıbəyli  konservatoriyanın  görkəmli  müəllimləri  V.V.Şerbakov  və 

Y.Y.Qandşindən  alırdı.  Hacıbəyli  Peterburq  konservatoriyasında  təəsüf  ki,  çox  az 

müddət, cəmi altı ay oxumuşdur. Lakin bu kiçik müddət də ona çox şey vermişdir. 

Bu  vaxt  Hacıbəyli  üçün  əldə  edilən  başqa  biliklər  ilə  yanaşı,  həm  də  ―eşitmə 

təəssüratlarının zənginliyi‖ mənadan dolğun idi. 

Hacıbəyli  Peterburqda  geniş,  beynəlxaq  şöhrət  qazanan  üçüncü  operettası 

―Arşın  mal  alan‖ı  yazır.  Hacıbəylinin  yazdığı,  operettaların  ədəbi  mətnində  gənc, 

                                                 

6

 X.Ağayeva. Üzeyir Hacıbəyov. Bakı, 1955, s. 68. 



7

 Rəşad Nuri Güntəkin. Azərbaycan teatrı. ―Türk sənət jurnalı, Böyük məcmuə‖. İstanbul, 1919, № 1. 




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə