Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə6/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   ...   232

 

12 


sevgililərin  surətləri  məişət  planında,  parlaq  nikbin  çalarlarla  verilmişdir.  Əgər 

―Leyli  və  Məcnun‖da,  ―Əsli  və  Kərəm‖də  Hacıbəyli  cəmiyyəti  taqsırlandıraraq  öz 

qəhrəmanlarının  faciəvi  taleyini  göstərirsə,  operettalarda  o,  cəmiyyətə  şən,  həm  də 

acı (xüsusilə ―O olmasın, bu olsun‖da) gülüşlə gülür. 

Muğam operalarından fərqli olaraq Ü.Hacıbəyli operetta janrında, demək olar 

ki, xalq musiqisindən sitat gətirmir, lakin bu əsərlər folklor intonasiyaları, döngələri, 

üsulları ilə zəngindir. Bəstəkar xalq musiqisinin ruhunu, özü də peşəkar səviyyədə, 

xüsusilə ―Arşın mal alan‖da yaradır. 

Ü.Hacıbəylinin  ―O  olmasın,  bu  olsun‖  və  ―Arşın  mal  alan‖  operettaları 

dünyanın  bir  çox  dillərinə  tərcümə  edilmiş  və  dəfələrlə  ekranlaşdırılmışdır.  ―Arşın 

mal  alan‖  50-dən  artıq  ölkənin  120-dən  çox  səhnəsində  qoyulmuşdur,  70-dən  artıq 

dildə  Ü.Hacıbəylinin  təkrarsız  musiqisi  səslənmişdir  ―Arşın  mal  alan‖ın  librettosu 

ingilis, rus, ukrayna, belarus, gürcü, erməni, türk, fars, çin, polyak, bolqar, hətta udin 

və  s.  dillərə  tərcümə  edilmişdir.  ―Arşın  mal  alan‖  Nyu-York,  Çikaqo,  Boston, 

Filadelfiya,  Paris,  London,  Berlin,  Ankara,  Tehran,  Qahirə,  Varşava,  Sofiya,  Pekin 

və  s.  şəhərlərdə  tamaşaya  qoyulmuşdur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  2006-cı  ilin 

payızında Vyana şəhərinin səhnəsində ―Arşın mal alan‖ın yeni tamaşası göstərilmiş 

və həmçinin Vyananın gozəl guşələrinin birində bəstəkarın büstu qoyulmuşdur. 

―Arşın  mal  alan‖ın  ekran  həyatı  da  çox  maraqlı  olmuşdur.  Bu  operetta 

əsasında  ilk  bədii  film  1916-cı  ildə  Q.Belyakov,  1917-ci  ildə  B.Svetlov  tərəfindən 

çəkilmişdir. ABŞ-da erməni rejissoru R.Mamulyan tərəfindən ekranlaşdırıldı. 1937-

ci  ildə  ―Arşın  mal  alan‖  ABŞ-ın  bir  sıra  şəhərlərində  ermənilər  S.Vartyan  və 

S.Maqalyan ―Arşın mal alan‖ın erməni dilində tamaşalarını qoymuş və böyük qazanc 

əldə  etmişlər.  ―Arşm  mal  alan‖  ―erməni  operettalarının  kraliçası‖  adlandırılmışdır, 

afişalarda və titrlərdə operettanın müəllifi Ü.Hacıbəylinin adı isə göstərilməmişdir. 

1945-ci ildə Bakı kinostudiyasında (indiki Azərbay-canfilm) çəkilmiş ağ-qara 

―Arşın  mal  alan‖  musiqili  filmi  dünyada  geniş  şöhrət  qazandı.  Ssenari  müəllifi 

S.Rəhman, quruluşçu rejissorlar R.Təhmasib və N.Leşenko, operatorlar Ə.Atakişiyev 

və  M.Dadaşov,  musiqi  redaktoru  Niyazi  idi.  Baş  rollarda  R.Behbudov  (Əsgər), 

L.Cavanşirova  (Gülçöhrə),  Ə.Hüseynzadə  (Soltan  bəy),  M.Kələntərli  (Cahan  xala), 

L.Abdullayev  (Vəli),  İ.Əfəndiyev  (Süleyman  bəy),  F.Mehrəliyeva  (Telli)  və  b. 

çəkilmişlər. ―Arşın mal alan‖ filminə görə (1945) onun yaradıcı qrupu və bəstəkarı 

Ü.Hacıbəyli SSRİ mükafatına layiq görülmüşlər. 

Bu  filmin  bütün  dünyada  şöhrət  qazanmasında  şübhəsiz  ki,  Üzeyir  bəyin 

gözəl  musiqisi  ilə  bərabər  uğurlu  aktyor  tərkibinin  rolu  böyükdür  və  ilk  növbədə 

SSRİ-nin  Xalq  artisti  R.Behbudov  Əsgər  rolunun  təkrarsız  ifaçısı  kimi  qeyd 

olunmalıdır. 

1960-ci  ildə  ―Arşın  mal  alan‖  operettası  Bakıda  yenidən  ekranlaşdırılmışdır. 

Rejissor  T.Tağızadə  tərəfindən  çəkilmiş  bu  film  (ssenari  müəllifləri  M.Dadaşov  və 

T.Tağızadə) rəngli idi. Filmin musiqi redaktoru F.Əmirov, baş rolları H.Məmmədov 




 

13 


(Əsgər),  L.Şıxlinskaya  (Gülçöhrə),  M.Q.Yegiazarov  (Süleyman),  A.Qurbanov 

(Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahimova (Telli) və b. ifa etmişlər. 

Ü.Hacıbəylinin  ―O  olmasın,  bu  olsun‖  operettası  isə  1919-cu  ildə  Yaltada, 

ikinci dəfə 1956-cı ildə ―Azərbaycanfilm‖ kinostudiyasında ekranlaşdırılmışdır. 

Üzeyir  Hacıbəylinin  mütərəqqi  ictimai  xadim  kimi,  həm  də  bəstəkar  kimi 

yetişməsində  həyatının  Moskva  və  Peterburq  dövrünün  müstəsna  rolu  olmuşdur. 

Moskvada  musiqi  kurslarında  oxuduğu  qısa  müddət,  Peterburqda,  görkəmli  rus 

bəstəkarı  Qlazunovun  rəhbərlik  etdiyi  konservatoriyada  təhsil  dövrü  -  Hacıbəylinin 

bəstəkar kimi püxtələşməsində böyük əhəmiyyətə malikdir. 

Hacıbəyli  klassik  rus  və  Avropa  bəstəkarlarının  sənətini  yüksək 

dəyərləndirdiyi kimi,  onun öz  sənəti də  ən mötəbər  musiqiçilər  tərəfındən layiqincə 

qiymətləndirilmişdir.  Şostakoviç,  Qliyer,  Şaporin,  Xrennikov  kimi  görkəmli 

bəstəkarlar,  Belyayev,  Vinoqradov,  Ginzburq,  Keldış,  Korev,  Xubov,  Rıjkin  kimi 

ciddi  musiqişünaslar,  Moskvin,  Kaçalov,  Paşennaya,  Leonidov,  Reyzen  kimi 

müqtədir  aktyorlar,  Vesnin  kimi  məşhur  memar,  ―Lyubov  Yarovaya‖  pyesinin 

müəllifi  Trenyov  kimi  məşhur  dramaturq  və  neçə-neçə  başqa  şöhrətli  sənət  xadimi 

Üzeyir  Hacıbəyli  yaradıcılığı  haqqında  səmimi  sözlər  söyləmiş,  onun  musiqisinə 

məhəbbət və rəğbətlərini bildirmişlər. 

 

*     *     * 

Ü.Hacıbəyli  1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik  hakimiyyəti 

dövründə ―Azərbaycan‖ qəzetində fəal çalışır. Bu qəzetin ilk redaktoru Üzeyir bəyin 

kiçik qardaşı Ceyhun bəy idi. Hacıbəylinin özü isə bir ildən artıq bu qəzetin müdiri 

olmuşdur.  Həmin  qəzetdə  Ü.Hacıbəylinin  ―İstiqlaliyyət‖,  ―Partiyalarımız‖, 

―Azərbaycan  parlamanı‖,  ―Andronik  məsələsi‖,  ―Vəzifəmiz  nədir?‖,  ―Lənkəran 

faciəsi‖,  ―Qarabağ  haqqında‖,  ―Naxçıvan  və  Qarabağ‖,  ―Milliləşmək‖,  ―Rusiya 

əhvalı‖,  ―İçimizdəki  denikinlər‖  və  s.  mühüm  məqalələr  dərc  edilmişdir. 

Ü.Hacıbəylinin  l919-cu  ildə  Azərbaycan  Cümhuriyyətinin  bir  ili  münasibətilə 

―İstiqlal‖ məcmuəsində dərc etdiyi ―Azərbaycan türklərinin musiqisi haqqında‖ əsəri 

musiqi elmi üçün də xüsusi önəm daşıyır.

8

 



Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  milli  musiqinin  inkişaf 

məsələləri  hökumətin  və  cəmiyyətin  bütünlüklə  işi  olmuş,  bu  inkişafın  planları  və 

etapları isə ciddi müzakirələrə səbəb olmuşdu. Yeni hökumətin mədəniyyətin inkişaf 

problemlərinə belə münasibətilə ruhlanan Hacıbəyli böyük həvəslə özünü sevimli işə 

həsr edir. 

Sovet  dövründə  yazdığı  elə  birinci  məqalədə  Hacıbəyli  milli  musiqi 

qarşısında dayanan məsələləri dəqiq sistemləşdirir və müəyyənləşdirir. 

Milli  musiqinin  inkişaf  məsələlərini  Hacıbəyli  əvvəlki  kimi  beynəlmiləl 

musiqi  əlaqələrindən  və  təsirlərindən  təcrid  etmir.  Bu  iki  məsələni  o,  vəhdətdə  həll 

                                                 

8

 Üzeyir Hacıbəyov. Azərbaycan türklərinin musiqisi haqqında. Bakı, 2005. 




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə