Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə7/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   10   ...   232

 

14 


edir. Azərbaycan türkləri ümumi musiqinin elm və sənətimizdə öyrənilməlidirlərmi, 

yoxsa  buna  heç  bir  ehtiyac  hiss  etməyib,  yalnız  Şərq  musiqisi  ilə  iştiğal  etmək 

kifayətmiş?  Digər  ibarə  ilə  biz  Azərbaycan  türklərinə  ―Ala  franğa,  yaxud  bizlərdə 

―Yevropeyski‖ deyilən musiqini də öyrənmək lazımdırmı?‖. Hacıbəyli bu suala belə 

cavab verir: ―Bəli, lazım və vacibdir; yəni o qədər vacibdir ki, bizim öz musiqimizin 

tərəqqisi bundan asılıdır. 

...Azərbaycanda  türk  əhalisi  arasında  musiqi  təhsilini  yaymaq  istərkən:  Bax, 

Motsart,  Bethoven  kimi  musiqi  dahilərinin  əsərlərini  ondan  gizlətsək,  biz  məqsədə 

nail olmarıq‖.

9

 



Azərbaycan  musiqi  tarixinə  20-ci  illər  ―təşkilatçılıq‖  illəri  kimi  daxil 

olmuşdur və bu təşkilat işlərinin başında Üzeyir Hacıbəyli özü dayanmışdır. 

Hacıbəyli  1926-cı  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasının  əvvəl 

prorektoru,  sonra  rektoru  olmuş,  həmin  ildə  konservatoriya  nəzdində  xor  kollektivi 

yaratmışdı, lakin o çox tez dağılmışdı. Hacıbəyli yalnız 10 ildən sonra 1936-cı ildə 

respublikada  filarmoniyanın  nəzdində  xor  sənətinin  möhkəm  təməlini  yaradır. 

Hacıbəyli xor mədəniyyətinin böyük əhəmiyyətini başa düşür və inkişafı üçün hər bir 

şərait yaratmağa çalışırdı. Hələ inqilabdan əvvəlki operalara o, təksəsli xorları daxil 

edirdi.  O  vaxt  bəstəkar  kollektiv  oxuma  üçün  başqa  vasitə  görmürdü.  O  dövrdə 

çoxsəsli xorun təşkili işində Hacıbəylinin qarşısında bir sıra ciddi çətinliklər dayan-

mışdı,  bu  da  ilk  növbədə  repertuar  məsələsi  idi.  Repertuara  daxil  olunacaq  xalq 

mahnıları təksəsli idilər. Onların çoxsəsli xor üçün harmonizə etmək lazım idi. Təbii 

ki,  belə  melodiyaların  mexaniki  harmonizəsi  xalq  mahnısının  üslubunun  təhrif 

olunmasına, bəzən isə melodik xəttin pozulmasına gətirib çıxara bilərdi. 

Hacıbəyli  belə  hesab  edirdi  ki,  ―çoxsəsli  xor  sənətinin  inkişafını  milli  əsas 

üzərində    qurmaq  lazımdır.  Yəni    Azərbaycan  xalq  musiqisinin  əsasında  çoxsəsli 

formanın  elementlərini  tapmaq  lazımdır.  Hər  mahnının  ritmik,  melodik  və  digər 

xüsusiyyətlərinin öyrənilməsi və şərti harmoniyasiyanın tətbiq edilməsi xor ifasında 

da Azərbaycan melosunun bütün xüsusiliyini, bütün koloritini dinləyiciyə çatdırmaq 

imkanı verir‖.

10

 

1927-ci  ildə  Ü.Hacıbəyli  M.Maqomayevlə  birlikdə  ―Azərbaycan  xalq 



mahnıları‖ məcmuəsini nəşr etdirir. 

1931-ci  ildə  o,  radio  komitəsinin  nəzdində  birinci  notlu  Xalq  Çalğı  Alətləri 

Orkestri  yaradır.  Hacıbəyli  bu  orkestri  yaratmaqdan  əvvəl  milli  alətlərin 

xüsusiyyətlərini  dərindən  öyrənmişdir.  Bu  illərdə  o,  tarın  pərdələrinin  dəyişilməsi 

planı  üzərində  işləyir,  tar  üçün  qanon  tipli  texniki  məşğələlər  və  s.  yazır.  Bu 

məşğələlər  ilə  o,  Avropa  not  sisteminin  milli  Azərbaycan  alətlərinə  tətbiq  etmə 

imkanlarını  isbat  edirdi.  Hacıbəyli  1926-cı  ildə  yazdığı  ―Şərq  musiqisi  və  Qərb 

musiqi aləti‖ məqaləsində Azərbaycan musiqisinin Qərb musiqi alətləri ilə qarşılıqlı 

                                                 

9

 Ü.Hacıbəyov. Vəzifeyi-musiqiyyəmizə aid məsələlər. Əsərləri. II c., Bakı, 1965, s. 200. 



10

 Ü.Hacıbəyov. İlk Azərbaycan xalq xoru. Əsərləri, II c., Bakı, 1965, s. 271. 




 

15 


əlaqələrini  geniş  işıqlandırır.  O,  əsaslı  dəlillərlə  Qərb  aləti  ilə  Azərbaycan  xalq 

musiqisi və onun alətləri arasında olan səddi aradan götürür. 

Hacıbəylinin  təşkil  etdiyi  ―not‖  orkestri  Qlinkanın,  Motsartın,  Şubertin, 

Bizenin  və  digər  bəstəkarların  əsərlərini  müvəffəqiyyətlə  ifa  edirdi.  İlk  illərdə 

orkestrə Ü.Hacıbəyli özü dirijorluq edirdi. 

O, 1931-ci ildə bu orkestr üçün iki fantaziya yazır. Bunlarda o, milli alətlərin 

birgə  çoxsəsli  ansamblda  səslənmə  imkanlarını  nümayiş  etdirir.  Hacıbəyli  birinci 

fantaziyada  ―Cahargah‖  muğamının,  ikincidə  isə  ―Şur‖  muğamının  lad-intonasiya 

əsasını işlədir. Hacıbəylinin simfonik musiqinin ilk nümunələri olan ―Çahargah‖ və 

―Şur‖ fantaziyaları, özünün üslubu, musiqinin xarakterinə görə ―Koroğlu‖ operasının 

simfonik epizodlarını hazırlamışdır. 

Ü.Hacıbəylinin  skripka,  violonçel  və  fortepiano  üçün  1931-ci  ildə  yazdığı 

―Aşıqsayağı‖  triosu  Azərbaycan  musiqisində  ilk  ansambl  pyeslərindən  biridir. 

Hacıbəyli  milli  musiqi  üçün  yeni  olan  bu  janrda  aşıq  üslubunun  bəstəkarlıq 

texnikasının müxtəlif xüsusiyyətləri ilə vəhdətini yaradır. ―Aşıqsayağı‖nın Motsartın 

musiqisi kimi işıqlı musiqisi, polifonik səslərlə zərif, incə hörülməsinə baxmayaraq, 

fakturanın  aydınlığını, şəffaflığını  saxlayır. Aşıq  musiqisi  üçün xarakter olan ―Şur‖ 

ladının  intonasiyaları  gah  major,  gah  ga  minora  boyanaraq,  gözəl  səslənmələr 

yaradır.  Ənənəvi  ―Sonatın  alleqro‖  forması  burada  rondo  və  variasialılığın 

xüsusiyyətləri ilə qəribə uyğunlaşır. 

60-cı illərdə Ü.Hacıbəylinin tələbəsi Qara Qarayev bu əsərin kamera orkestri 

üçün maraqlı transkripsiyasını yaratmışdır. 

Üzeyir  Hacıbəyli  dövrün,  zamanın  nəbzini  həssaslıqla  duya  bilən,  xalqın 

daxili tələblərini hiss edə bilən və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa 

bilən böyük sənətkar olmuşdur. 

Ü.Hacıbəyli  sovet  dövründə  özünün  bəstəkarlıq  fəaliyyətinə  mahnı  janrı  ilə 

başlamışdır.  Bu  illərdə  o,  ―Komsomolçu  qız‖,  ―Süvari‖,  ―Pilotlar‖  və  s.  mahnılar 

yazır. Bu mahnılar intonasiya xüsusiyyətlərinə görə sovet kütləvi mahnılarına yaxın 

idi. 

İnstrumental müşayiəti ilə xor üçün yazılmış əsərlər arasında xüsusi yeri onun 



kantataları tutur. Bu janra o, dəfələrlə müraciət edir. 1934-cü ildə o, Firdovsinin 1000 

illiyinə  həsr  edilmiş  kantatanı,  1938-ci  ildə  M.F.Axundovun  anadan  olmasının  125 

illiyi ilə əlaqədar ―Ölməz sənətkar‖ kantatasını, 1942-ci ildə isə ―Vətən və cəbhə‖ və 

s. kantatalarını yazır. 

Böyük  Vətən  müharibəsi  illərində  Ü.Hacıbəyli  yenidən  mahnı  janrına 

müraciət edir və vətənpərvərlik mahnıları – ―Çağırış‖, ―Yaxşı yol‖, ―Ananın oğluna 

nəsihəti‖,  ―Şəfqət  bacısı‖,  ―Döyüşçülər  marşı‖nı  və  simfonik  orkestr  üçün  ―Cəngi‖ 

qəhrəmanlıq pyesini yazır. 

Ü.Hacıbəyli Moskvada Azərbaycan incəsənəti dekadası ərəfəsində ―Leyli və 

Məcnun‖dan ―Koroğlu‖ya qədər‖ məqaləsində yazırdı: ―Bu il Azərbaycan operasının 

otuz illiyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının 



Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə