Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə8/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   ...   4   5   6   7   8   9   10   11   ...   232

 

16 


müəllifi  olmaq  şərəfi  mənə  nəsib  olmuşdur.  Beləliklə,  ―Leyli  və  Məcnun‖dan 

―Koroğlu‖ya  qədər‖  keçən  yol  təkcə  Azərbaycan  operasının  otuz  illik  tarixi  deyil, 

həm də mənim şəxsi yaradıcılıq yolumdur‖.

11

 



Azərbaycan  epik  qəhrəmanlıq  operasının  şah  əsəri  olan  ―Koroğlu‖  Bakıda 

M.F.Axundov  adına  Opera  və  Balet  Teatrında  30  aprel  1937-ci  ildə  göstərilmişdir. 

Operanın  librettosunu  xalq  qəhrəmanlıq  dastanı  əsasında  M.S.Ordubadi  yazmışdır. 

Operanın  quruluşunu  İ.Hidayətzadə  vermiş,  bədii  tərtibat  R.Mustafayevindir. 

Koroğlunun  obrazını  bu  rolun  klassik  ifaçısı  Bülbül  yaratmışdır.  Nigar 

G.İsgəndərova,  primabalerina  Q.Almaszadə  idi.  Tamaşanın  dirijorluğunu  Hacıbəyli 

özü edirdi. Gələcəkdə operanın gözəl təfsirçisi dirijor Niyazi olmuşdu. 

Əgər  ―Leyli  və  Məcnun‖  operasının  qəhrəmanları  tək-tənha  və  faciəvi 

qiyamçılar  idilərsə,  ―Koroğlu‖  operasının,  Hacıbəylinin  özünün  dediyi  kimi,  ―əsas 

iştirakçıları xalq və onun nümayəndələridir‖. Bu cəhətdən o, böyük rus bəstəkarları 

Qlinkanm,  Borodinin,  Musorqskinin  operalarına  yaxındır.  Xalqın  obrazının 

təcəssümünü  biz  operanın  birinci  pərdəsindəki  xorlarda,  III  pərdədən  Koroğlunun 

ariozosunda və fınal apofeozunda görürük. Xalqın parlaq obrazını Hacıbəyli məşhur 

―Çənlibel‖  xorunda  yaratmışdır.  Bu  xor  həm  də  polifonik  üslubun  yüksək 

nümunəsidir. Bu xor üçün bəstəkar elə mövzu seçmişdir ki, artıq öz-özlüyündə milli 

səslənmə ilə polifonik inkişaf üçün böyük imkanlar yaradır. Mövzunun   əsas   dayaq   

səslərini   aşıq   musiqisinə   xas   olan   kvarta-kvinta səslənmələri təşkil edir. 

Koroğlunun  özünün  obrazı  xalq  həyatının  geniş  fonunda  verilmiş,  barelyefə 

bənzər  ön  planda,  qabarıq  şəkildə  irəli  çəkilmişdir.  Koroğlu  xalq  qəhrəmanı  və 

aşıqdır,  ona  görə  onun  surəti  aşıq  musiqisinin  üslub  xüsusiyyətləri  və  formaları  ilə 

səciyyələnir,  məsələn,  Qırata  həsr  edilmiş  mahnı  aşıq  janrı  ―Gözəlləmə‖də 

yazılmışdır. 

Operanm  lirik  səhifələri  Koroğlunun  sevgilisi,  mərd,  xalqın  içərisindən 

çıxmış  Nigarın  obrazı  ilə  bağlıdır.  Hacıbəyli  onun  partiyasında  geniş  leytmotiv 

sistemindən istifadə etmişdir ki, o da qəhrəman qızın gözəl, bütöv surətini qavramağa 

kömək edir. 

―Koroğlu‖da Hacıbəyli klassik opera formasına riayət edərək bitmiş ariyalar, 

kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradır. 

―Koroğlu‖  operasının  simfonik  dili  də  çox  maraqlıdır.  Hacıbəyli  simfonik 

orkestrin  tərkibinə  xalq  alətləri  -  tarı,  balabanı,  zurnanı  daxil  edərək  bütün 

partituranın  səslənməsini  zənginləşdirir.  Hacıbəylinin  bu  əlverişli  yeniliyi  çox 

səmərəli  və  perspektivli  olmuşdur.  ―Koroğlu‖da  Hacıbəyli  milli  və  Qərb  alətlərinin 

səslənmələrinin dərin vəhdətinə nail olur. Məsələn, uvertürada skripkalar və qaboyla 

birlikdə milli nəfəs aləti balaban, qaboy və klarnetlə bərabər tar səslənir, III pərdədə 

rəqsdə  fleyta  pikkolayla,  nəfəsli  alət  zurna,  ―Xanəndə  qız‖ın  partiyasında 

kamançaların solosu və s. çalınır. 

                                                 

11

 Ü.Hacibəyov. ―Leyli Məcnun‖ dan ―Koroğlu‖ya qədər. Əsərləri, II s., Bakı, 1965, s. 274 




 

17 


Gələcəkdə  belə  səslənmələrə  Azərbaycanın  digər  bəstəkarları  da  müraciət 

etmişlər, sonralar isə tar və simfonik orkestr üçün hətta konsertlər də yaranmışdı. 

Azərbaycan  musqisinin  inkişafında  ―Koroğlu‖  operasının  əhəmiyyəti  çox 

böyükdür.  Bu,  yalnız  opera  janrı  ilə  məhdudlaşmır,  həm  də  simfonik  və  balet 

janrlarını da əhatə edir. ―Koroğlu‖ keçmiş SSRİ-nin bir çox şəhərlərinin səhnəsində 

tamaşaya qoyulmuşdur. 1941-ci ildə ―Koroğlu‖ operasına görə Hacıbəyli ikinci dəfə 

SSRİ Dövlət mükafatına layiq görülmüşdü. 

Böyük  şair  Nizami  Gəncəvinin  anadan  olmasının  800  illiyi  ilə  əlaqədar 

Hacıbəyli  onun  şeirlərinə  iki  romans-qəzəl-  ―Sənsiz‖i  (1941)  və  ―Sevgili  canan‖ı 

(1943) yazır. Bu zərif lirik romans-qəzəllər qüvvətli təsir bağışlayırlar. Hacıbəyli orta 

əsr  ədəbi  formasına  müraciət  edərək  bu  qəzəllərdə  melodik  xəttin  hərəkətini 

muğamın inkişafı ilə uyğunlaşdırır. Hər iki musiqi qəzəlində ümumi cəhətlər çoxdur, 

görünür, Hacıbəyli bu ədəbi janrı musiqidə məhz bu cür təsəvvür edirmiş. 

1944-cü  ildə  Tbilisidə  Zaqafqaziya  respublikalarının  musiqi  ongünlüyü 

keçirildi.  Ü.Hacıbəyli  bu  ongünlüyün  ən  fəal  təşkilatçılarından  biri  idi.  O,  bütün 

respublikalarda musiqinin inikşafını diqqətlə və maraqla izləyərək, öz əqidəsini ―Bir-

birimizdən öyrənək‖ qanadlı ifadə ilə formalaşdırmışdır. 

Əgər  inqilabdan  əvvəl  Hacıbəyli  öz  istedadlı  qələmini  əsasən  publisist-

satiraçı  kimi  işlədirdisə,  sovet  dövründə  o,  musiqi  haqda  məqalələr  yazır,  böyük 

tədqiqat  işi  aparır.  Bu  işlərin  nəticəsi  1945-ci  ildə  bitirdiyi  ―Azərbaycan  xalq 

musiqisinin əsasları‖ fundamental tədqiqatı oldu. 

Hacıbəyli  bu  haqda  belə  yazırdı:  ―Azərbaycan  xalq  musiqisinin  əsaslarını 

öyrənmək  sahəsindəki  işimin,  bir  bəstəkar  olaraq,  mənim  üçün  əməli  əhəmiyyəti  o 

oldu ki, mən ―Koroğlu‖ operasını yazdım‖.

12

 

Hacıbəyli  üçün  doğma  xalqının  musiqisi  ölü  kapital  deyil,  canlı  bütöv 



sistemdir ki, xalq öz ―musiqi barigahını‖ onun əsasında qurur. 

Hacıbəylinin  tədqiqatı  iki  hissədən  ibarətdir.  Onun  birinci  hissəsi  milli 

musiqinin  səs  sistemi,  tetraxordların  birləşmə  üsulları,  Azərbaycan  ladları 

səsqatarlarının qurulma qaydaları, Azərbaycan ladlarının əmələ gəlmə qaydaları kimi 

əsas müddəaları irəli sürür. İkinci hissə xalq üslubunda Azərbaycan ladlarında musiqi 

bəstələmək qaydalarından ibarətdir. 

Məşhur  rus  bəstəkarı  R.M.Qliyer  Hacıbəylinin  tədqiqatını  yüksək 

qiymətləndirərək  yazırdı:  ―Mən  əminəm  ki,  Sizin  tədqiqat  (―Azərbaycan  xalq 

musiqisinin  əsasları‖  -  Z.S.)  Azərbaycan  musiqi  sənətinin,  həm  də  bütün  Sovet  və 

dünya musiqi sənətinin, inkişafında xüsusi əhəmiyyətə malik olacaq‖.

13

 

Üzeyir  Hacıbəylinin  son  əsəri  Firuzənin  (eyni  adlı  bitməmiş  operasından) 



ariyası oldu. 

23 noyabr 1948-ci ildə böyük sənətkarın qəlbi dayandı. 

                                                 

12

 Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, 1950, s. 10. 



13

 К.Касимов. «Узеир Гаджибеков» Баку, 1945, с. 70 




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə