Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

26 
 
 
II HĠSSƏ 
 
AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠN BƏRPASI  
VƏ QORUNUB SAXLANMASI UĞRUNDA MÜBARĠZƏ 
 
I FƏSĠL: SSRĠ-nin DAĞILMASI VƏ  
AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠN BƏRPASI 
 
§ 1. SSRĠ-nin dağılması ərəfəsində  
Azərbaycanda ictimai-siyasi vəziyyət 
 
Sosialist inqilabından sonra Azərbaycanın taleyi yenə də Rusiyanın taleyi ilə sıx surətdə bağlı idi. 
Rusiyada,  bütövlükdə  keçmiş  SSRİ  ərazisində  və  dünya  sosializm  sistemində  gedən  ictimai-siyasi 
proseslər  isə  cəmiyyətin  obyektiv  inkişaf  qanunauyğunluqlarından  irəli  gəlməyən  ehkamçı  fəlsəfəyə  və 
ideya  qaynaqları  kənardan  götürülmüş  ideologiyaya  əsaslandığından,  həmişə  yuxarıdan  nəzarət  altında, 
hərbi  maşının  gücü  və  vahiməsi  ilə  həyata  keçirilirdi.  Belə  böyük  miqyaslı  ictimai  prosesləri  öz  təbii 
axarından fərqli istiqamətə yönəltmək əlavə enerji, böyük daxili gərginlik tələb edirdi. Ona görə də SSRİ 
ancaq  dəmir  rejim  şəraitində,  böyük  iradəli  xarizmatik  bir  liderin  rəhbərliyi  ilə  yaşaya  bilərdi.  Liberal 
siyasət, fikir plüralizmi, demokratik meyllər avtoritar rejimlə bir araya sığa bilməzdi. 
İ.V.Stalinin vəfatından sonra cəmiyyət nisbətən sərbəst nəfəs almağa başladı. Dəmir rejim bir qədər 
zəiflədi.  İdeoloji  təqiblər  davam  etsə  də,  formasını  dəyişdi  və  yaradıcı  təfəkkür  üçün  müəyyən  hüdud 
daxilində  meydan  açıldı.  Lakin  qorxu  hissinin  azalması  cəmiyyətdə  neqativ  hadisələr  üçün  də  meydan 
açmış  oldu.  Rejimin  mahiyyəti  ilə  ona  uyğun  gəlməyən  yeni  təzahürlər,  hadisələr  arasındakı  ziddiyyət 
əvvəlki  ictimai  inkişaf  tempinin  aşağı  düşməsinə  səbəb  oldu.  70-ci  illərin  axırları,  80-ci  illərin 
əvvəllərində  SSRİ-də  sonralar  "durğunluq  dövrü"  adlandırılan  bir  dövr  yaşandı.  Bu  dövr  tənəzzül 
məqamlarının  tərəqqi  məqamlarını  üstələməsi  ilə  səciyyələnirdi.  Bütün  ölkə  miqyasında  iqtisadiyyat 
inkişafdan  qalmış,  reqressiv  proseslər  başlanmışdı.  "Yenidənqurma"  əməliyyatı  da  əslində  məhz  bu 
durğunluq dövrünün nəticələrini aradan qaldırmağa yönəldilmişdi. 
Lakin  həmin  dövrdə  Azərbaycan  tarixini  vərəqləyərkən  paradoksal  vəziyyətlə  qarşılaşmış  oluruq. 
Bütün  ölkə  miqyasında  inkişafın  ləngidiyi  və  bir  sıra  sahələrdə  hətta  tənəzzül  getdiyi  bu  dövr 
Azərbaycanda  ancaq  sürətli  inkişaf  və  dirçəliş  dövrü  kimi  səciyyələnə  bilər.  Bəs  necə  ola  bilmişdi  ki, 
Azərbaycan ölkə miqyasında gedən bu mənfi proseslərdən bir növ kənarda qalmış, əksinə, iqtisadiyyatın 
demək  olar  ki,  bütün  sahələrində:  sənayedə,  kənd  təsərrüfatında,  şəhərsalma  və  tikintidə,  elm  və 
mədəniyyətdə böyük uğurlar qazanaraq sürətli inkişaf yolunu tuta bilmişdi? 
Mərkəzləşmiş  sovet  iqtisadi  sistemində  qalmaqla  yanaşı  belə  avtonom  mövqe  tutmaq  və  ümumi 
xəstəliklərdən,  durğunluq  bəlasından  özünü  qorumaqla  bərabər,  daxildə  belə  inkişaf  potensialı  arayıb 
tapmaq çox çətin ağla gələn bir iş idi. 
Üstündən  20  il  keçdikdən  sonra  tam  və  hissə  arasındakı  bu  uyğunsuzluq,  bu  mənzərənin 
paradoksallığı daha qabarıq şəkildə nəzərə çarpır, lakin onu mümkün edən səbəblər də üzə çıxır, o vaxt 
bizim üçün müəmmalı görünən bir çox qaranlıqların üzərinə indi işıq düşür. Bu mənada "tarix hər şeyi öz 
yerinə  qoyur"  (H.Ə.Əliyev).  Getdikcə  daha  aydın  görünür  ki,  ümumi  durğunluq  kontekstində  tərəqqi 
paradoksunu şəxsiyyətin müstəsna rolundan başqa heç bir amillə izah etmək mümkün deyil. Çünki indi 
sovet  milli  siyasətinin  iç  üzü  ortaya  çıxdıqdan  sonra  bəlli  olur  ki,  SSRİ  məkanında  Azərbaycana 
başqalarına  nisbətən  ancaq  daha  pis  bir  aqibət  hazırlana  bilərdi.  Bir  türk  respublikasının  irəli  çıxması, 
sürətlə tərəqqi etməsi Mərkəzin siyasəti, dəsti-xətti ilə heç cür uyğunlaşmırdı. 
Deməli,  kimsə  Mərkəzin  siyasətindən,  ümumi  meyllərdən,  qanunauyğunluqlardan  kənara  çıxırdı, 
kimsə tabunu pozurdu, kimsə axının əksinə üzürdü. Həm də dərin qatlarda, gözə görünmədən üzürdü. 
Hər  dəfə  aşkarda  axın  istiqamətində,  alt  qatda  isə  ikiqat  sürətlə  axına  qarşı  üzmək  üçqat  enerji, 
qeyri-adi  güc  və  iradə  tələb  edir.  O  vaxt  bu  gücün  bizə  haradan  gəldiyini  çoxları  dərk  etmirdi.  O  vaxt 
bunu  dərk  etmək  çətin  idi.  Hər  bir  hadisə,  hər  bir  insan  ömrü,  xalq,  ölkə  ancaq  zaman  və  məkan 
kontekstində, öz genetik kökləri və daxil olduğu əlaqələr sistemində öyrənilə bilər. Baş verən prosesləri 
infrastruktursuz,  makromühiti,  atmosferi  öyrənmədən  qiymətləndirmək  mümkün  olmadığı  kimi,  onlara 
kiçik  zaman  intervalında,  ancaq  həmin  dövrün  meyarları  ilə  düzgün  qiymət  vermək  də  mümkün  deyil. 
Ona  görə  də  biz  o  vaxt  Azərbaycanda  sürətli  inkişafa  normal  bir  hal  kimi  baxırdıq  və  hər  yerdə  belə 


27 
 
olduğunu zənn edirdik. SSRİ  miqyasında qərarlaşmaqda olan tənəzzül meyli ideoloji mülahizələrlə ört-
basdır  edilir,  həqiqi  vəziyyət  əhalidən  gizlədilirdi.  Bunlar  yalnız  80-ci  illərin  ikinci  yarısında 
aşkarlanmağa başladı. Onda da durğunluqdan istisnalar olduğunu, Azərbaycanın 70-ci illərdə bu meyldən 
kənarda  qaldığını  qeyd  etmək  ölkənin  siyasi  rəhbərliyinə  sərf  etmədiyindən  yenə  açıqlanmadı.  (O  vaxt 
bəyan edilən "aşkarlıq" da əslində məqsədyönlü bir aşkarlıq idi). 
Yeni  ölkə  rəhbərliyi  -  M.S.Qorbaçov  hakimiyyəti  durğunluq  illərini  təhlil  edərkən  Azərbaycanın 
istisna təşkil etdiyini görməyə bilməzdi. Lakin məhz bunu gördüyünə görə, bu istisnanın "günahkarının" 
daha nələr edə biləcəyini anlayaraq onu təcili olaraq rəhbərlikdən uzaqlaşdırmaq qərarına gəldi və təkcə 
vəzifədən uzaqlaşdırmağın kifayət etmədiyini bilərək onu yüksəlmiş olduğu böyük nüfuz zirvəsindən də 
salmaq  planı  işlənib  hazırlandı.  Çox  təəssüf  ki,  imperiya  paytaxtında  Heydər  Əliyevə  qarşı  hazırlanan 
siyasi  sui-qəsdin  əsl  səbəbini,  məğzini  anlamaq  o  dövrdə  asan  deyildi  və  Azərbaycanda  da  bu 
kampaniyaya  qoşulanlar  tapıldı.  Daha  doğrusu,  bilərəkdən  bu  kampaniyada  iştirak  edənlər  satqınlar, 
bilmədən qoşulanlar isə sadəlövhlər və əqidəsizlər idi. Bütövlükdə xalq və ilk növbədə onun həqiqi ziyalı 
elitası isə bu xəbərdən sarsıldı və bunu hətta milli faciə kimi qəbul etdi. Ona görə yox ki, xalq Kremldə 
gedən  və  bəlkə  də  dünyanın  gələcək  taleyinə  təsir  edəcək  böyük  siyasi  oyunların  əsl  mahiyyətindən 
xəbərdar idi. Sadəcə ona görə ki, xalq Heydər Əliyevi sevirdi, onunla fəxr edirdi, bu dəyişikliyin gələcək 
ağır nəticələrini öz fəhmi, intuisiyası ilə duyurdu. 
Sovet rejiminin xüsusiyyətlərini dərindən bilən, rus dilində ən mahir natiqlərdən biri kimi tanınan, 
öz  milli  dili  və  mədəniyyəti  ilə  yanaşı  rus  dilini  və  mədəniyyətini  də  qiymətləndirməyi  bacaran  və  öz 
işgüzarlığı ilə əvvəlki rəhbərliyin etimadını qazanaraq ölkənin ən nüfuzlu rəhbərləri sırasına daxil olan, 
Siyasi  Büroda  da  nəzəri  və  əməli  keyfiyyətləri  ilə  hamıdan  seçilən,  yüksəkdə  dayanan  bir  adamın 
qəlbində Azərbaycan sevgisi gəzdirməsi Mərkəzin siyasətinə uyğun gəlmirdi. 
Kremldə  oturan  bir  adam  üçün  bu  həddindən  artıq  böyük  cəsarət  idi.  Bunu  bağışlamaq  olmazdı. 
Kim  də  bağışlasa,  ermənipərəst  M.S.Qorbaçov  bağışlaya  bilməzdi.  Onun  şəxsən  Heydər  Əliyevə  qarşı 
heç bir iddiası olmasa da, bütövlükdə millətə qarşı iddiası var imiş. Bu mövqeyin bir şəxsə deyil, onun 
simasında Azərbaycana qarşı mövqe olduğu sonralar, "Qarabağ problemini" dəstəkləyərkən üzə çıxdı və 
20  Yanvar  qırğını  zamanı  özünü  tam  açıqlığı  ilə  göstərdi.  Bundan  xeyli  əvvəl  Azərbaycanda  böyük 
üzümçülük,  şərabçılıq  təsərrüfatı  darmadağın  edilərkən  çoxları  sadəlövhlüyündən  bunun  həqiqətən 
antialkoqol kampaniyası olduğuna inanırdı. Bu kampaniyanın  əslində həm də  milli-siyasi mülahizələrlə 
bağlı olduğu da sonralar aydınlaşdı. Mərkəzin Azərbaycan haqqında hazırladığı riyakar planların həyata 
keçirilməsi də "Dağlıq Qarabağ" kartı hələ ortaya atılmamışdan bir neçə il əvvəl Heydər Əliyevə qarşı 
kampaniya ilə başlandı. 
Mərkəz  Azərbaycanla  bağlı  buraxdığı  "səhvləri  düzəltməyə"  başladı.  Azərbaycanın  o  vaxtkı  zəif 
rəhbərliyi də Siyasi Büro səviyyəsində gedən proseslərin məğzini anlamadan Kremlin çaldığı yeni havaya 
uyğunlaşmağa çalışdı. Bu yeni musiqinin leytmotivi isə Azərbaycanı 70-ci illərdə keçmədiyi durğunluq 
mərhələsindən keçirmək idi. 
SSRİ miqyasında durğunluq tendensiyasından xilas olmaq üçün axtarışlar getdiyi, rəsmən aşkarlıq, 
plüralizm,  demokratiya  və  s.  elan  olunduğu,  yerlərdə  müstəqilliyin  artması  üçün  şərait  yarandığı  bir 
vaxtda  Azərbaycanda  yenidən  əks  bir  meyl  özünü  göstərdi.  Bütün  ölkə  durğunluqdan  xilas  üçün  yollar 
axtararkən Azərbaycan özünün durğunluq dövrünü yaşamağa başladı. 
Lakin Azərbaycan 70-ci illərdə və 80-ci illərin əvvəllərində artıq elə bir səviyyəyə çatmışdı ki, bu 
səviyyədə qalmaq özü də bir nailiyyət sayıla bilərdi. Bu illərdə yaradılmış sənaye müəssisələri, ən müasir 
texnologiyaya əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi. 
Bakı  Kondisionerləri  Zavodu,  "Ozon"  Elm-  İstehsalat  Birliyi,  Elektron  Hesablayıcı  maşınlar  Zavodu, 
Dərin  Ozüllər  Zavodu,  Azərbaycan  DRES-i,  Sumqayıt  Kompressor  Zavodu,  Üst  Trikotaj  Fabriki,  Bakı 
Tikiş  və  Ayaqqabı  Fabriki,  Gəncə  Əlvan  Metallar  Emalı  Zavodu,  Naxçıvan  Şüşə  Qablar  Zavodu,  Əli-
Bayramlı  Məişət  Cihazları  Zavodu  və  s.  yüzlərlə  digər  iri  sənaye  obyektləri  Heydər  Əliyev  iqtisadi 
siyasətinin diqqətəlayiq bəhrələri idi. Həmin dövrdə bir çox zavod və fabriklər, o cümlədən neftayırma və 
neftmaşınqayırma  zavodları  da,  demək  olar  ki,  tamamilə  yenidən  qurulmuşdu.  Bütün  bunlar,  habelə 
respublikanın mədəni-mənəvi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanın 
gələcəkdə müstəqil mövcudluğu üçün kifayət qədər güclü zəmin yaratmışdı. Azərbaycanın paytaxtı Bakı 
şəhərində  mötəbər  məclislər,  beynəlxalq  konfranslar  keçirmək  üçün  möhtəşəm  saraylar  ucaldıldı  ki, 
bunlar  da  müstəqil  dövlətçilik  üçün  zəruri  maddi  baza  idi.  Lakin  80-ci  illərin  ikinci  yarısında  mərkəzi 
rəhbərlik Azərbaycanın qalxmış olduğu bu yüksək səviyyə ilə heç cür razılaşa bilmirdi. 
SSRİ-nin  dağılacağını  və  respublikaların  müstəqilləşməsi  şansını  hamıdan  əvvəl  görən  imperiya 
rəhbərliyi  türk  respublikalarının  sovet  dövründə  əldə  etdikləri  iqtisadi  və  mədəni-mənəvi  potensialı 
zəiflətmək üçün geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. "O illərdə - 80-ci illərin ortalarında biz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə