Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   ...   101


 
Ənənəvi  Azərbaycan  dövlətçiliyinin  davamı  olan  və  eramızdan  əvvəl  I  minilliyin  əvvəllərində 
meydana  gələn  Manna  dövləti  təkcə  Azərbaycanın  deyil,  eləcə  də  dünyanın  dövlətçilik  mədəniyyəti 
tarixində mühüm yer tutur. 
Manna  bütün  regionda  baş  verən  hərbi-siyasi  hadisələrdə  yaxından  iştirak  edir,  Azərbaycan 
torpaqlarını  ələ  keçirməyə  çalışan  qüvvətli  qonşularına-  Aşşur  və  Urartu  dövlətlərinə  qarşı  uğurla 
mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış 
iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər. 
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar 
ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində 
qədim  məşvərət  mədəniyyətinə  malik  olduğunu  sübut  edir.  Yurdumuzun  cənub  bölgələrində  üç  yüz  ilə 
yaxın  bir  müddət  ərzində  davam  etmiş  və  qüdrətli  qonşularının  aramsız  hücumlarına  duruş  gətirmiş 
Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu 
sübut edən çox qiymətli tarixi faktdır. 
Eramızdan  əvvəl  VIII  əsrin  sonu  -  VII  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycanın  hərbi-siyasi 
tarixində  kimmerlər  və  iskitlər,  həmçinin  iskitlərlə  eyni  kökdən  olan  saklar  və  massagetlər  mühüm  rol 
oynamağa  başladılar.  "Tarixin  atası"  Herodotun  (e.ə.  V  əsr)  öz  şəxsi  müşahidələrinə  əsaslanan 
məlumatları  da  bunu  sübut  edir.  Herodotun  yazdığına  görə,  iskitlər  at  südü  ilə  qidalanırdılar;  iskitlərlə 
qohum  olan  massagetlər  də  onlar  kimi  geyinir  və  onlara  bənzər  həyat  sürür;  yeganə  bir  allaha  -  Günəş 
allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan qurban 
verirdilər. 
İskitlər  Mannadan  şimaldakı  Azərbaycan  torpaqlarında  qüdrətli  İskit  şahlığı  yaratmış,  ölkə 
ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan 
torpaqlarını  yadelli  təcavüzlərdən  uğurla  müdafiə  etmişdilər.  Massaget  şahlığı  o  dövrün  ən  qüdrətli 
imperiyalarından  biri  olan  İran-Əhəməni  imperiyasını  ağır  məğlubiyyətə  uğratmışdı.  Yaxın  və  Orta 
Şərqdə  geniş  işğallar  həyata  keçirmiş  Əhəməni  hökmdarı  II  Kir  Azərbaycanın  cənub  torpaqlarını  zəbt 
etdikdən  sonra  ölkəmizin  şimalını  da  ələ  keçirməyə  cəhd  göstərmiş  və  bu  məqsədlə  Massaget 
hökmdarının  dul  qadını  Tomirisə  izdivac  təklif  etmişdi.  Lakin  II  Kirin  hiyləsini  başa  düşən,  Vətən 
torpağının  şərəfini  və  ölkənin  müstəqilliyini  uca  tutan  Tomiris  İran  hökmdarının  təklifini  rədd  etmiş, 
Günəş  allahına  and  içərək  özündən  qat-qat  güclü  olan  yadelli  qoşunlarını  e.ə.  530-cu  ildə  darmadağın 
etmişdi. "Məğlubedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan 
kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir 
hüdudlarına  qədər  çox  geniş  əraziləri  ələ  keçirmiş  və  bütün  bu  işğallara  görə  "Böyük  Kir"  ləqəbi 
qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir. 
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərinə yayılmış iskit 
mədəniyyəti  arasında  qarşılıqlı  əlaqə  üçün  də  əlverişli  şərait  yarandı.  Qədim  Azərbaycan  mədəniyyəti 
daha  da  inkişaf  etdi  və  zənginləşdi.  Arxeoloji  qazıntılar  zamanı  aşkar  olunmuş  maddi  mədəniyyət 
nümunələri,  habelə  Azərbaycan  ərazisində  İskit-sak-massaget  dövründən  qalmış  çoxlu  yer  adları  buna 
parlaq sübutdur. 
Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin 
təbii  sərvətlərlə  çox  zəngin  olan  və  hərbi-  strateji  baxımdan  olduqca  böyük  əhəmiyyət  kəsb  edən 
Azərbaycan  torpaqlarını  ələ  keçirmək  cəhdlərinə  baxmayaraq,  dövlətçilik  ənənələrimiz  davam  etməkdə 
və  zənginləşməkdə  idi.  Odur  ki,  nə  Əhəməni-İran  imperiyasının  uzun  sürən  işğal  rejimi,  nə  də 
Makedoniyalı  İsgəndərin  yürüşləri  Azərbaycanın  qədim  dövlət  idarəçiliyi  mədəniyyətini  məhv  edə 
bilmədi. 
Makedoniyalı  İsgəndərin  ölümündən  dərhal  sonra  Azərbaycan  dövlətçiliyi  yenidən  dirçəldi. 
Ölkəmizin  cənub  torpaqlarında  Atropatena,  şimalında  isə  Albaniya  dövlətləri  meydana  gəldi. 
Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi. 
Atropatena  dövləti  ölkənin  cənub  vilayətlərini  əhatə  edirdi.  Burada  müstəqil  Azərbaycan 
dövlətçiliyinin  dirçəlişi  əslində  hələ  İsgəndərin  Şərqə  yürüşündən  xeyli  əvvəl  baş  vermişdi.  Süquta 
uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın 
cənub  torpaqlarını  əhəməni  satrapı  Atropat  hələ  Əhəmənilərin  hakimiyyəti  dövründə  müstəqil  surətdə 
idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və ya Atropatın adı ilə 
Atropat Midiyası, bəzən də Atropatiya və ya Atropatena adlanırdı. 
Uzaqgörən  siyasətçi  və  məşhur  sərkərdə  olan  Atropat  III  Daranın  İsgəndərə  qarşı  çıxardığı 
Əhəməni  qoşunlarının  ön  dəstələrinə  əsas  zərbə  qüvvəsinə  başçılıq  edirdi.  Bu  qüvvələr  əsasən 
Azərbaycanın  şimal  və  cənub  torpaqlarından  toplanmış  hərbi  dəstələrdən  ibarət  idi.  III  Daraya  qalib 
gəldikdən  sonra  Atropatın  sərkərdəlik  istedadına  və  hərbi-siyasi  nüfuzuna  bələd  olan  İsgəndər  onunla 


10 
 
toqquşmaq  fikrindən  daşındı  və  Azərbaycan  hakimi  ilə  yaxınlaşmağı  daha  üstün  tutdu.  Beləliklə, 
Makedoniyalı İsgəndərin işğalları Azərbaycandan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə 
bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və 
nəhayət,  bütün  Şərqdə  ilk  dəfə  olaraq,  Atropatenanı  yunan-Makedoniya  asılılığından  azad  olmuş  ilk 
müstəqil dövlətə çevirdi. 
Müstəqil  dövlətçilik  ənənələrinin  dirçəlişi  Azərbaycanın  cənub  rayonlarında  iqtisadi  və  mədəni 
həyatın  bütün  sahələrində  böyük  yüksəlişə  səbəb  oldu.  Qüdrətli  Atropatena  dövləti  bütün  regionun 
beynəlxalq  münasibətlərində  mühüm  rol  oynayır,  Qafqaz,  Volqaboyu,  Orta  Asiya,  Hindistan,  Kiçik 
Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. 
Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı. 
Şərq  və  yunan  dövlət  sistemləri  arasındakı  qarşılıqlı  əlaqə  və  təsir  Atropatenada  idarəçilik 
mədəniyyətinin  də  yüksəlişinə  müsbət  təsir  göstərirdi.  Ölkədə  yunan  dilindən  geniş  istifadə  olunması, 
başqa sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları 
daha da təkmilləşirdi. 
Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən 
Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya 
və  Selevki  dövlətlərinə  qarşı  mübarizədə  öz  müstəqilliyini  qoruyub  saxlaya  bildi,  ölkənin  ərazisinə 
soxulmuş  Roma  qoşunlarını  parfiyalılarla  birləşərək  darmadağın  etdi.  O  zaman  Atropatena  qoşunları 
bütün  regionda  ən  güclü  hərbi  qüvvələrdən  biri  hesab  olunurdu.  Roma  təcavüzkarları  ilə  döyüşə 
Atropatena  40  min  piyada  və  10  min  süvari  çıxarmışdı.  Yaxın  və  Orta  Şərqdə  çox  mühüm  hərbi-siyasi 
qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası 
özünün  şərq  siyasətində  Atropatenaya  xüsusi  əhəmiyyət  verirdi.  Atropatena  elçiləri  Romaya  gedib 
imperator Oktavian Avqustla (e.ə. 27-e.14) diplomatik danışıqlar aparmışdılar. 
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və 
ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, 
qərbdə  isə  Göyçə  gölü  hövzəsi,  Qabırrı  (İori)  və  Qanıx  (Alazan)  çaylarının  yuxarılarından  başlayaraq 
şərqə  doğru  Xəzər  dənizinədək  uzanıb  gedən  Azərbaycan  torpaqlarını  əhatə  edirdi.  Bu  qüdrətli 
Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi. 
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf 
etmişdi.  Bu  dövrdə  elmi  ədəbiyyatda  alban  əlifbası  adlanan  Azərbaycan  əlifbası  yaradılmış,  məktəblər 
açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı. Şimalla Cənubun, 
Şərqlə  Qərbin  qovşağında  yerləşən  və  müxtəlif  etnosların,  dinlərin,  mədəniyyətlərin  qarşılaşıb  təmasa 
girdiyi  Albaniyada  özünəməxsus  və  zəngin  mədəniyyət  formalaşmaqda  idi.  Bu,  dövlətin  həyatında 
mühüm rol oynayırdı. Aya, Göyə, Günəşə sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban 
kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi. 
Albaniya  dövründə  Azərbaycanın  dövlət  idarəçiliyi  mədəniyyəti  daha  da  yüksəlmişdi.  Alban 
hökmdarları  ölkənin  dünyəvi  və  dini  başçısı  idilər.  Onlar,  eyni  zamanda,  qanunlar  verir,  ölkənin  hərbi 
qüvvələrinə  başçılıq  edirdilər.  Dövlətin  hərbi  qüvvələri  80  min  nəfəri  (60  min  piyada,  22  min  süvari) 
aşmışdı. 
Albaniya hökmdarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani 
yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də 
öz pulları vardı. Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi sisteminə malik olan Albaniya 
dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə 
aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə 
ağır  məğlubiyyətə  uğradılmışdı.  Roma  imperiyası  Albaniyanın  hərbi-siyasi  qüdrəti  ilə  hesablaşmağa 
məcbur  olmuş,  iki  ölkə  arasında  qarşılıqlı  əlaqələr  yaranmışdı.  Atropatena  kimi  Albaniya  elçiləri  də 
Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar. 
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, 
Xilafət  və  Xəzər  imperiyaları  kimi  qüdrətli  qonşulara  qarşı  müdrik,  uzaqgörən  və  çevik  xarici  siyasət 
yeritmiş,  özünün  sərkərdəlik  məharəti  və  döyüş  şücaəti  ilə  ölkənin  müstəqilliyini  qoruyub  saxlaya 
bilmişdi. 
Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı 
münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də 
geniş  əlaqələr  saxlayırdı.  İlk  mənbələr,  o  cümlədən  arxeoloji  qazıntılar  zamanı  aşkar  olunmuş  zəngin 
maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş 
əlaqələr  saxladığını  sübut  edir.  Yaxın  və  Orta  Şərq  ölkələrini  Xəzər  xaqanlığı  və  Şərqi  Avropa  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə