Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   ...   101

13 
 
fəaliyyət  göstərirdi.  Azərbaycan  Şərqlə  Qərb  üçün  ümumi  maraq  doğuran  beynəlxalq  problemlərin 
həllində mühüm rol oynayırdı. 
XV  əsrin  sonu  -  XVI  əsrin  əvvəllərində  Azərbaycan  dövlətçiliyi  özünün  tarixi  təkamülündə  yeni 
mərhələyə  qədəm  qoydu.  Uzun  Həsənin  nəvəsi  görkəmli  dövlət  xadimi  Şah  İsmayıl  Xətai  bütün 
Azərbaycan  torpaqlarını  öz  hakimiyyəti  altında  birləşdirə  bildi.  Paytaxtı  Təbriz  şəhəri  olan  vahid, 
mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə 
Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah 
İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, 
daxili  və  xarici  siyasət  nəticəsində  Səfəvi  dövləti  Yaxın  və  Orta  Şərqin  ən  qüdrətli  imperiyalarından 
birinə  çevrildi.  Geniş  ərazili  Səfəvi  imperiyasını  idarə  etmək  üçün  mükəmməl  dövlət  idarəçiliyi 
mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. 
Bununla,  mərkəzi  hakimiyyət  daha  da  qüvvətiəndirildi.  Şah  sarayında  Ali  məşvərət  məclisi  və  ya  Ali 
səltənət  şurası  ("Məclisi-əla")  fəaliyyət  göstərirdi.  Mərkəzi  və  yerli  idarə  orqanlarının  işini  tənzimləyən 
mükəmməl  bir  bürokratik  sistem  yaradılmışdı.  Ölkə  ərazisindəki  bütün  məhkəmə  işlərinə  Ali  divan 
nəzarət  edirdi.  Səfəvi  hökmdarlarının,  xüsusən  Şah  Abbasın  keçirdiyi  islahatlar  nəticəsində  Səfəvilərin 
hərbi  qüvvələri  dünyanın  ən  qüdrətli  ordularından  birinə  çevrilmişdi.  Səfəvilərin  hakimiyyəti  illərində 
bütün  Yaxın  və  Orta  Şərqdə  Azərbaycan  dilinin  rolu  daha  da  artdı.  Səfəvi  sarayına  gəlmiş  xarici  ölkə 
elçiləri ilə diplomatik danışıqlar da Azərbaycan dilində aparılırdı. 
Ağqoyunluların  xarici  siyasət  xəttini  davam  etdirən  Səfəvilərin  hakimiyyəti  dövründə  də 
Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya 
qədər  bir  çox  Avropa  dövlətləri  ilə  diplomatik  əlaqə  saxlayırdı.  Şah  İsmayıl  Xətai,  Şah  Təhmasib,  Şah 
Məhəmməd  Xudabəndə,  Şah  Abbas  və  b.  Azərbaycan  hökmdarlarının  saraylarında  çoxsaylı  Qərb 
diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan 
Ağqoyunlular  dövründə  olduğu  kimi,  Səfəvilərin  hakimiyyəti  zamanında  da  Şərqlə  Qərb  arasındakı 
qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi. 
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah 
(1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu 
ildə  Dehli  də  daxil  olmaqla  Şimali  Hindistanı  da  ələ  keçirdi.  Lakin  onun  bu  geniş  ərazidə  qüdrətli 
mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. 
Nadir  şahın  ölümündən  sonra  onun  idarə  etdiyi  geniş  ərazili  imperiya  süquta  uğradı.  Hələ  Nadir 
şahın  sağlığında  ikən  azadlıq  mübarizəsinə  qalxan  və  müstəqilliyə  can  atan  Azərbaycan  torpaqlarında 
yerli  dövlətlər  yarandı.  Beləliklə,  XVIII  əsrin  II  yarısında  Azərbaycan  xırda  dövlətlərə  -  xanlıqlara  və 
sultanlıqlara  parçalandı.  Ölkənin  hərbi-siyasi  tənəzzül  dövrü  başlandı.  Azərbaycanın  qədim  dövlətçilik 
ənənələrini  yaşatmağa  çalışan  ayrı-ayrı  xanlar  bütün  ölkəni  yenidən  vahid  dövlət  çərçivəsində 
birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla 
Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü. 
XVIII  əsrin  sonunda  Azərbaycan  sülaləsi  olan  Qacarlar (1796-1925)  İranda  hakimiyyətə  gəldilər. 
Qacarlar  vaxtı  ilə  onların  ulu  babaları  qaraqoyunluların,  ağqoyunluların,  səfəvilərin  və  nəhayət  Nadir 
şahın  hakimiyyəti  altında  olmuş  bütün  əraziləri,  o  cümlədən  Azərbaycan  xanlıqlarını  yenidən  mərkəzi 
hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə 
çalışan  Rusiya  arasında  uzunsürən  müharibələr  dövrü  başlandı.  Azərbaycan  iki  böyük  dövlət  arasında 
qanlı  müharibələr  meydanına  çevrildi.  Gülüstan  (1813)  və  Türkmənçay  (1828)  müqavilələrinə  əsasən 
Azərbaycan  iki  imperiya  arasında  bölüşdürüldü:  Şimali  Azərbaycan  Rusiyaya,  Cənubi  Azərbaycan  isə 
Qacarların idarə etdiyi İran şahlığına qatıldı. 
Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün Azərbaycan torpaqlarına, xüsusən Qarabağın 
dağlıq  rayonlarına,  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisinə  qonşu  ölkələrdən  kütləvi  surətdə  erməni 
əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan 
xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla Azərbaycan 
torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban 
kilsəsini ləğv etdi və onu qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim əhalisi olan 
xristian  albanların  qriqorianlaşdırılmasına  daha  əlverişli  şərait  yaradıldı,  ermənilərin  azərbaycanlılara 
qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə də 
diqqət  artırıldı.  Məqsəd  Cənubi  Qafqazda,  xüsusən  Azərbaycanda  xristian  amilinin  rolunun 
gücləndirilməsindən ibarət idi. 
Azərbaycanın cənub  torpaqlarında  da  eyni  cür  siyasət  həyata  keçirilirdi.  Çox  çəkmədən,  müstəqil 
yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi 
gücləndi.  Nəticədə,  əvvəllər  Azərbaycana  yiyələnmək  üstündə  öz  aralarında  qanlı  müharibələr  aparmış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə