Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   10   ...   101

14 
 
Rusiya  və  İran  dövlətləri  Azərbaycan  xalqının  azadlıq  mübarizəsinə  qarşı  və  ölkəmizin  yenidən 
birləşməsinə  yol  verməmək  məqsədilə  bir-birinin  etibarlı  müttəfiqinə  çevrildilər.  Bütün  bunlara 
baxmayaraq,  Azərbaycan  xalqı  Rusiya  ağalığına  və  Qacarlar  İranının  şahlıq  rejiminə  qarşı  istiqlal 
mücadiləsini  dayandırmadı,  özünün  müstəqil  dövlətini  yaratmaq  üçün  dəfələrlə  üsyan  qaldırdı,  ölüm-
dirim savaşına qalxdı. 
Birinci  dünya  müharibəsi  dövründə  Azərbaycan  xalqı  həm  şimalda,  həm  də  cənubda  öz  milli 
dövlətçilik  ənənələrini  dirçəltmək  üçün  zəmin  yaratdı.  Bakıda  hakimiyyəti  ələ  keçirən  S.Şaumyanın 
daşnak-bolşevik hökuməti 1918-ci ilin martında azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdi. 
1918-ci  il  mayın  28-də  Şimali  Azərbaycanda  Şərqdə  ilk  demokratik  respublika-Azərbaycan  Xalq 
Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti ("Azadıstan 
məmləkəti")  quruldu  (1920).  Şeyx Məhəmməd  Xiyabani  Azadıstan Milli hökumətinin  başçısı  oldu.  Hər 
iki  Azərbaycan  dövlətinin  ərazisində  geniş  milli-demokratik  islahatlar  keçirilməsinə  başlandı.  Beləliklə, 
Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm 
də  cənubda  özünün  qədim  dövlətçilik  ənənələrini  yenidən  dirçəldə  bildi,  müstəqil  yaşamağa  layiq  və 
qadir  xalq  olduğunu  bir  daha  sübuta  yetirdi.  Avropa  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da 
parlamentli  respublika  tipli  demokratik  idarəçilik  qaydalarının  tətbiq  olunmasına  başlandı.  Bu, 
Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi. 
 
 


15 
 
 
II FƏSĠL 
 
AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ - ġƏRQDƏ ĠLK PARLAMENTLĠ 
RESPUBLĠKA 
 
(1918-ci il may - 1920-ci il aprel) 
 
Bəşəriyyət  tarixinin  ən  dəhşətli  və  ən  qanlı  hərbi-feodal  müstəmləkə  rejimi  olan  çar  Rusiyası  da 
Azərbaycan  xalqının  dövlətçilik  ənənələrini  məhv  edə  bilmədi.  Əsarət  altına  salınmış  türk-müsəlman 
xalqlarının  milli  mənlik  şüurunu  və  qədim  dövlətçilik  ənənələrini  məhv  etmək  siyasəti  yeridən  Rusiya 
imperiyası  Cənubi  Qafqazı  bu  siyasətin  ən  dəhşətli  qanlı  qırğın  meydanına  çevirmişdi.  Bu  qəddar 
siyasətin  son  məqsədi  Cənubi  Qafqazı  Azərbaycanın  türk-müsəlman  əhalisindən  "təmizləmək",  bundan 
sonra  İran  və  Türkiyəni  aradan  qaldırıb  rahatca  isti  dənizlərə  çıxmaq,  bununla  da  Rusiyanın  tarixi 
arzusuna  Hindistana  yetişmək  niyyətinə  nail olmaq idi.  Məhz  bu  məqsədlə  də bir tərəfdən imperiyanın 
ayrı-ayrı  yerlərindən  Azərbaycan  ərazisinə  müxtəlif  mənşəli  xristian  əhali  köçürülüb  gətirilir,  digər 
tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Ən dəhşətlisi isə bu idi 
ki,  həmin  qanlı  siyasəti  daha  uğurla  həyata  keçirmək  üçün  erməni-müsəlman  qırğınları  törədilirdi. 
Ölkənin  şimal-qərb  hüdudlarında  isə  Azərbaycan  və  gürcü  xalqları  arasına  nifaq  salmaq  siyasəti 
yeridilirdi.  Bir  sözlə,  Azərbaycan  çar  Rusiyasının  milli-müstəmləkəçilik  siyasətinin  ən  dəhşətli  sınaq 
meydanına çevrilmişdi. 
Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan 
Azərbaycan  çarizmin  qəddar  milli-müstəmləkə  rejiminə  qarşı  milli  müqavimət  hərəkatının  əsas 
mərkəzinə  çevrildi.  İdarə  olunmağa  deyil,  idarə  etməyə  vərdiş  etmiş  Azərbaycan  xalqı  özünün  qabaqcıl 
ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli-azadlıq hərəkatının önünə 
keçdi. 
XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq 
üçün  islahatlar  dövrünə  qədəm  qoyduqda  böyük  xeyriyyəçi  H.Z.Tağıyev  tərəfindən  himayə  olunan 
Azərbaycan  ziyalıları  hələ  1905-ci  ildən  başlayaraq,  bütün  başqa  tələblərlə  bərabər,  ölkənin  türk-
müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və 
məhkəmə  orqanlarında  fəaliyyətə  cəlb  olunmasını  tələb  edir,  bu  sahədə  ayrı-seçkiliyin,  məhdudiyyətin 
aradan  qaldırılması  uğrunda  mübarizə  aparırdılar.  Görkəmli  hüquqşünas  Əlimərdan  bəy  Topçubaşov, 
Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli 
ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər. 
Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum Şərq xalqlarının 
mübarizə  simvoluna  çevrilmişdi.  Heç  də  təsadüfi  deyil  ki,  Rusiya  imperiyasının  bütün  türk-müsəlman 
əhalisini  çarizmə  qarşı  birləşdirmək  və  bu  məqsədlə  vahid  siyasi  təşkilat  yaratmaq  ideyası  da  məhz 
Azərbaycanda  doğulmuşdu.  1905-ci  ildə  Ümumrusiya  müsəlmanlarının  Nijni-Novqorodda  keçirilmiş  I 
qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri"nə həsr olunmuş əsas məruzə ilə 
məhz  Azərbaycanın  nümayəndəsi  Əlimərdan  bəy  Topçubaşov  çıxış  etmişdi.  Yeni  yaradılmış 
Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") Nizamnamə və Proqramının yazılmasında da 
azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər. 
Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları 
Əlimərdan  bəy  Topçubaşov,  İsmayıl  xan  Ziyadxanov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Məmməd  Tağı 
Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat 
seçilmişdilər.  Xalqımızı  Rusiya  parlamentində  təmsil  edən  yüksək  təhsil  görmüş  bu  ziyalıların  ikisi 
ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov 
isə  Moskva  Universitetinin  hüquq  fakültəsini  bitirmişdilər.  Rusiya  Dövlət  Dumasının  ən  böyük 
fraksiyalarından  birinə  -  Müsəlman  fraksiyasına  sədr  Əlimərdan  bəy  Topçubaşov  seçilmişdi. 
Azərbaycanlı  deputatlar  Duma  tribunasından  çıxış  edərək  Rusiya  imperiyasının  Cənubi  Qafqazda 
yeritdiyi  milli  qırğın  siyasətini,  xalqımıza  qarşı  yol  verilən  ayrı-seçkiliyi,  köçürmə  siyasətini,  bütöv  bir 
xalqın  hüquqsuzluğunu,  kölə  halına  salındığını  bütün  açıqlığı  və  kəskinliyi  ilə  tənqid  edir,  yalnız 
azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər. 
II  Dövlət  Dumasının  üzvləri  Fətəli  xan  Xoyski,  Xəlil  bəy  Xasməmmədov,  Mustafa  Mahmudov, 
Məhəmməd  ağa  Şahtaxtinski  və  Zeynal  Zeynalov  da,  öz  sələfləri  kimi,  çarizmin  bütün  sahələrdə,  o 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə