Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

16 
 
cümlədən  dövlət  idarəçiliyində  yeritdiyi  milli  və  dini  ayrı-seçkilik  siyasətinə  kəskin  etirazlarını 
bildirirdilər. 
Azərbaycandan olan deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı 
kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və 
II  Dövlət  Dumalarının  buraxılmasında  az  rol  oynamamışdı.  Məhz  buna  görə  də  III  Dumaya  seçkilər 
zamanı  türk-müsəlman  əhalisinin  yaşadığı  Mərkəzi  Asiya,  Sibir  və  digər  regionlar  seçki  hüququndan 
məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi. Elə həmin səbəbə görə 
də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət Dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız 
bircə  nəfər  deputat  Xəlil  bəy  Xasməmmədov  təmsil  edirdi.  IV  Dövlət  Dumasında  isə  bütün  Cənubi 
Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi. 
Rusiyanın  dövlət  dumalarına  seçilmiş  azərbaycanlı  deputatların  demək  olar  ki,  hamısı  milli 
hərəkatımızın  ən  qabaqcıl  nümayəndələri  idilər.  Duma  deputatları  Əlimərdan  bəy  Topçubaşov,  İsmayıl 
xan  Ziyadxanov,  Fətəli  xan  Xoyski,  Xəlil  bəy  Xasməmmədov,  Məmməd  Yusif  Cəfərov  peşəkar 
hüquqşünaslar  idilər.  Məhəmməd  ağa  Şahtaxtinski  isə  Sorbonna  Universitetinin  dinləyicisi  olmuş, 
Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdi. 
Beləliklə,  Birinci  dünya  müharibəsinin  gedişində  "xalqlar  həbsxanası"  olan  Rusiya  imperiyasının 
dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də 
ən müasir idarəçilik mədəniyyətinə yiyəiəndiyi üçün müsəqil dövlət halında yaşamağa hazır idi. 
Ölkənin  Qacarlar  sülaləsi  tərəfindən  idarə  olunan  və  İran  şahlığının  tərkibində  qalmış  cənub 
rayonlarından  fərqli  olaraq  Şimali  Azərbaycan  Rusiya  ağalığı  dövründə  Rusiyanın  və  Rusiya  vasitəsilə 
Qərbin yeni - demokratik dövlət quruculuğu ənənələri ilə - parlament mədəniyyəti ilə yaxından tanış ola 
bilmişdi.  Azərbaycan  ziyalılarının  mühüm  bir  hissəsi,  o  cümlədən,  Əlimərdan  bəy  Topçubaşov  başda 
olmaqla  peşəkar  hüquqşünaslar  Rusiyanın  dövlət  dumalarında  zəngin  parlamentçilik  təcrübəsi 
qazanmışdılar.  Onlar  nifrət  etdikləri  və  qəddar  milli  müstəmləkə  zülmünün  hökmranlıq  etdiyi  Rusiya 
mütləqiyyətindən  tamamilə  fərqlənən,  bütün  hüquq  və  azadlıqların  hökmran  olduğu  ən  demokratik 
respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət 
yaratmaq ideyaları onların hələ Rusiya dövlət dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. 
Buna  görə  də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parlamentli  respublika  kimi  formalaşması  tarixi 
reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı. 
1917-ci  ilin  fevralında  Rusiyada  Romanovlar  mütləqiyyəti  devrildi.  Monarxiya  rejimi  aradan 
qaldırıldıqdan  sonra  hakimiyyətə  gələn  Müvəqqəti  hökumət  Cənubi  Qafqazın  idarəçiliyi  üzrə  Xüsusi 
Komitə  yaratdı.  Lakin  Müvəqqəti  hökumət  uzun  müddət  hakimiyyətdə  qala  bilmədi.  1917-ci  ilin 
oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən 
deputatlar  Petroqrada  və  Moskvaya  gedə  bilmədilər.  Onlar  1918-ci  il  fevralın  14-də  Tiflisdə 
Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə  Zaqafqaziya Parlamentini 
yaratdılar. 
Zaqafqaziya  Seymində  Müsəlman  Fraksiyasını  Müəssislər  Məclisinə  seçkilər  zamanı 
Azərbaycanın,  habelə  bütün  Cənubi  Qafqazın  bir  milyondan  çox  türk-müsəlman  seçicisinin  səsini 
qazanmış  44  deputat  təmsil  edirdi.  Zaqafqaziya  Seyminin  Müsəlman  Fraksiyası,  faktiki  olaraq, 
Zaqafqaziya  Müsəlman  Şurası,  daha  doğrusu  Zaqafqaziya  Müsəlman  Parlamenti  funksiyasını  yerinə 
yetirirdi. 
Maraqlı  və  eyni  zamanda  qanunauyğun  hal  idi  ki,  dövlət  dumalarında  olduğu  kimi,  Zaqafqaziya 
Seyminin də ən ardıcı üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 
9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti 
yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması 
Zaqafqaziya  Seymi  və  Birləşmiş  Zaqafqaziya  Cümhuriyyəti  hökumətinin  konkret  addımlar  atmasına 
imkan  vermədi.  Nəticədə  1918-ci  il  mayın  25-də  gürcü  nümayəndələr  Seymdən  çıxdılar  və  ertəsi  gün  - 
mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. 
Mayın  27-də  Seymin  Müsəlman  Fraksiyasının,  yəni  Zaqafqaziya  Müsəlman  Şurasının  (faktiki 
olaraq  Zaqafqaziya  Müsəlman  Parlamentinin)  üzvləri  ayrıca  iclaslarını  keçirdilər  və  Azərbaycanın 
müstəqilliyini  elan  etmək  qərarına  gəldilər.  Bu  məqsədlə  Zaqafqaziya  Müsəlman  Şurası  özünü 
Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanda 
ilk  parlament  yarandı  və  ilk  parlamentli  respublikanın  bünövrəsi  qoyuldu.  1918-ci  il  mayın  27-də 
keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli 
Şuranın sədri oldu. 
Mayın  28-də  Həsən  bəy  Ağayevin  sədrliyi  ilə  Azərbaycan  Milli  Şurasının  tarixi  iclası  keçirildi. 
Həmin  iclasda  iştirak  edən  Həsən  bəy  Ağayev  (sədr),  Mustafa  Mahmudov  (katib),  Fətəli  xan  Xoyski, 


17 
 
Xəlil  bəy  Xasməmmədov,  Nəsib  bəy  Usubbəyov,  Mir  Hidayət  Seyidov,  Nəriman  bəy  Nərimanbəyov, 
Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, 
Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, 
Xudadat  bəy  Məlik-Aslanov,  Rəhim  bəy  Vəkilov,  Həmid  bəy  Şahtaxtinski,  Firudin  bəy  Köçərli,  Camo 
bəy  Hacınski,  Şəfi  bəy  Rüstəmbəyov,  Xosrov  Paşa  bəy  Sultanov,  Cəfər  Axundov,  Məhəmməd 
Məhərrəmov,  Cavad  Məlik  -  Yeqanov  və  Hacı  Molla  Səlim  Axundzadə  Azərbaycanın  İSTİQLAL 
BƏYANNAMƏSİNİ qəbul etdilər. 
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq 
Azərbaycanda  ən  demokratik  respublika  idarə  üsulunun  -  parlamentli  respublikanın  yaradılacağından 
xəbər verirdi. Azərbaycan Milli Şurasının Istiqlal Bəyannaməsində deyilirdi: 
1.  Bu  gündən  etibarən  Azərbaycan  xalqı  hakimiyyətə  malik  olduğu  kimi,  Cənub-Şərqi 
Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 
2.Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 
3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə 
mehriban münasibətlər yaratmaq əzmindədir. 
4.Azərbaycan  Xalq  Cümhuriyyəti  milliyyətindən,  məzhəbindən,  sinfindən,  silkindən  və  cinsindən 
asılı  olmayaraq  öz  sərhədləri  daxilində  yaşayan  bütün  vətəndaşlarına  siyasi  hüquqlar  və  vətəndaşlıq 
hüququ təmin edir. 
5.Azərbaycan  Xalq  Cümhuriyyəti  öz  ərazisi  daxilində  yaşayan  bütün  millətlərin  sərbəst  inkişafı 
üçün geniş imkanlar yaradır. 
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli 
Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. 
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Müvəqqəti  hökumətinin  tərkibini  də  təsdiq  etdi.  İlk  Müvəqqəti 
hökumət bu tərkibdə idi: 
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri 
Xosrov Paşa bəy Sultanov - hərbi nazir 
Məmməd Həsən Hacınski - xarici işlər naziri 
Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri 
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri 
Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri 
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri 
Xudadat bəy Məlik-Aslanov —yollar naziri və poçt-teleqraf naziri 
Camo bəy Hacınski - dövlət nəzarətçisi 
Beləliklə,  Birinci  dünya  müharibəsinin  gedişində  və  Romanovlar  mütləqiyyətinin  devrilməsi 
nəticəsində  yaranmış  çox  mürəkkəb  bir  tarixi  şəraitdə  Azərbaycanın  şimal  torpaqlarında  dövlətçilik 
ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. 
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda 
hakimiyyəti  S.Şaumyanın  başçılıq  etdiyi  daşnak-bolşevik  güruhu  ələ  keçirmiş  və  Azərbaycanın  türk-
müsəlman  əhalisinə  qarşı  dəhşətli  soyqırımına  başlamışdı.  Çar  generalları  tərəfindən  silahlandırılmış 
erməni  quldur  dəstələri  Şərqi  Anadolunun  və  Qərbi  Azərbaycanın  türk-müsəlman  əhalisinə  qarşı  qanlı 
qırğını - soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir 
fəaliyyət  göstərirdilər.  Azərbaycan  xalqı  fiziki  cəhətdən  məhv  edilmək  təhlükəsi  qarşısında  idi.  Neft 
Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz 
üçün  yeni  təhlükə  -  bolşevik  Rusiyasının  təcavüzü  təhlükəsi  yaxınlaşmaqda  idi.  Azərbaycan  xalqı  öz 
tarixinin  ağır  yolayrıcında  qalmışdı:  ya  Milli  qurtuluş,  ya  da  ki,  məhv  edilərək  Cənubi  Qafqazın  etnik- 
siyasi  xəritəsindən  tamamilə  silinib  götürülmək.  Azərbaycanı  müstəqil  dövlət  elan  etmiş  Cümhuriyyət 
xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə 
keçdi. 
1918-ci  il  iyunun  16-da  Milli  Şura  və  hökumət  özünün  fəaliyyət  mərkəzini  Gəncəyə  köçürdü. 
Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm 
qərar  qəbul  etdi:  öz  fəaliyyətini  müvəqqəti  olaraq  dayandırdı;  bütün  hakimiyyəti  (həm  qanunvericilik, 
həm  də  icra  hakimiyyətini)  Müəssislər  Məclisi  çağrılanadək  F.Xoyskinin  sədrliyi  ilə  yaradılmış  yeni  - 
ikinci  Müvəqqəti  hökumətə  həvalə  etdi.  Hökumətin  tərkibi belə idi:  Nazirlər  Şurasının  sədri  Fətəli xan 
Xoyski; nazirlər - Məmməd Həsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud 
ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy 
Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə