«Azərbaycanın vergi xəbərləri». 2011.№4. S. 91-93. İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları 1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına «Resursların optimal bölgüsü nəzəriyyəsinə verdikləri töhfələrə görə»



Yüklə 170,38 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü170,38 Kb.
#63301


«Azərbaycanın vergi xəbərləri».-2011.-№4.-S.91-93.

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları

1975-ci  ildə  iqtisadiyyat  sahəsində  Nobel  mükafatına  «Resursların  optimal  bölgüsü  nəzəriyyəsinə

verdikləri  töhfələrə  görə»  müştərək  olaraq  sovet-rus  iqtisadçısı  Leonid  Kantoroviç  (1912-1986)  və  ABŞ

iqtisadçısı Tyallinq Kupmans (1910-1986) layiq görülmüşlər.

Leonid Vitalyeviç Kantoroviç 1912-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olmuşdur. Leninqrad

Universitetini  bitirmiş,  1934-cü  ildə  həmin  universitetin  professoru,  bir  il  sonra  isə  elmlər  doktoru  olmuşdur.  II

Dünya  müharibəsi  illərində  Hərbi  Dəniz  Mühəndisliyi  Akademiyasında  dərs  demiş,  müharibədən  sonra  isə

Leninqrad Dövlət Universitetininin Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır.

L. Kantoroviç Sovet İttifaqının intensiv sənaye və iqtisadi  yüksəliş  dövründə  1930-cu  illərdə  özünün  riyazi

tədqiqatlarının  nəticələrinin  təcrübədə  tətbiq  edilməsinə  böyük  səylər  göstərmişdir.  1938-ci  ildə  faner  fabrikində

laboratoriyada  məsləhətçi  kimi  çalışan  gənc  alim  riyazi  metodlar  əsasında  avadanlıqların  məhsuldarlığının

maksimallaşdırılması sistemini işləmiş və bu sistemin tətbiqi sayəsində iqtisadi səmərəliliyin əldə olunmasını təmin

etmişdir.

1948-ci  ildə  SSRİ  dövlətinin  başçısı İ.V.  Stalinin  sərəncamı ilə  L.  Kantoroviçin  hesablayıcılar  qrupu  nüvə

silahının hazırlanması prosesinə cəlb edilmişdir.

1958-ci  ildə  isə  universitetin  riyazi  hesablama  kafedrasının  müdiri  olmuş  və  eyni  zamanda  SSRİ  Elmlər

Akademiyasının Steklov  adına  Riyazi  hesablama  institutunda  da  müvafiq  şöbəyə  rəhbərlik  etmişdir.  SSRİ  Elmlər

Akademiyasının  Sibir  bölməsinin  yaradıcıllarından  biri  kimi  L.  Kantoroviç  1960-ci  ildə  Novosibirsk  şəhərində

həmkarı  V.S.  Nemçinovla  birlikdə  «Iqti sadi  tədqiqatlar  və  planlaşdırmada  riyazi  və  statistik  metodların  tətbiqi

laboratoriyası»na  rəhbərlik  etmişdir.  L.  Kantoroviç  həmçinin  bu  dövrdə  Novosibirsk  Universitetində  də  dərs

demişdir.  1971ci  ildə  o,  Moskvaya  qayıdaraq  Dövlət  Elm  və  Texnika  Komitəsinin  Xalq  Təsərrüfatmı İdarəetmə

İnstitutunda  çalışmış,  1976-ci  ildə  isə  SSRİ  Elmlər  Akademiyasının  Sistem  Tədqiqatlar  İnstitutunun  direktoru

olmuşdur.

L. Kantoroviçin  tədqiqatları  istehsalın  optimallaşdırılması  və  planlaşdırılmasına,  xətti  proqramlaşdırmaya,

iqtisadi  kibernetikaya,  iqtisadi  göstəricilər  və  qiymətqoymaya  həsr  edilmişdir.  O,  ilk  elmi  nəticələrini  "Layihə

çoxluqları"  nəzəriyyəsində  əldə  etmişdir.  L.  Kantoroviç  funksional  təhlil  sahəsində  yarım-nizamlı  məkanlar  (K



məkanlar)  sinfini  elmi  dövriyyəyə  gətirmiş,  ilk  dəfə  olaraq  riyazi  hesablamada  funksional  təhlili  tətbiq  etmişdir.

Yaxınlaşan  metodların  ümumi  nəzəriyyəsini  inkişaf  etdirmiş,  operator  tənliklərin  həllinin  effektiv  metodunu

qurmuşdur.

Alimin elmi tədqiqatları içərisində aşağıda adları qeyd olan əsərləri mühüm yer tutur:

1.  İstehsalın  təşkili  və  planlaşdırılmasının  riyazi  metodları  (Математические  методы  организации  и

планирования производства, 1939);

2.  Resursların  daha  yaxşı  istifadəsinin  iqtisadi  hesablanması  (Экономический  расчет  наилучшего



использования ресурсов, 1959-1960);

3. Optimal planlaşdırmanın dinamik modeli (Динамическая модель оптимального планирования, 1964).

L.  Kantoroviçin  elmi  fəaliyyəti  çox  yüksək  qiymətləndirilmişdir.  O,  1958-ci  ildə  SSRİ  Elmlər

Akademiyasının  müxbir  üzvü,  1964-cü  ildə  isə  həqiqi  üzvü  akademiki  seçilmişdir.  L.Kantoroviç  Paris,  Qlazko,

Helsinki,  Qrenoblya,  Nissı  universitetlərinin  fəxri  elmi  dərəcələrini  almış,  Amerika  Elm  və  İncəsənət

Akademiyasının üzvü,  Budapeşt  və  Boston  akademiyalarının fəxri  doktoru  olmuşdur.  1965-ci  ildə  akademik  B.S.

Nemçinovla  və  professor  B.B.  Novojilovla  birlikdə  «Xətti  proqramlaşdırma  və  iqtisadi  modellər  metodunun

işlənməsinə»  görə  о  zamankı SSRİ  dövlətinin  ən  ali  mükafatına  Lenin  mükafatına,  ondan  əvvəl  isə  «Funksional

təhlil işlərinə görə» Stalin mükafatına layiq görülmüşdür.

L. Kantoroviç 7 aprel 1986-cı ildə Moskvada vəfat etmişdir.

Amerika  iqtisadçısı,  holland  əsilli  Tyallinq  Çarliz  Kupmans  (Koopmans,  Tjailing)  28  avqust  1910-cu  ildə

Niderlandda  Qreyvlend  şəhərində  anadan  olmuşdur.  1934-cü  ildə  Niderlandın  Utrexti  Universitetini  bitirmiş,

1936-cı  ildə  bu  ölkənin  Leyden  Universitetində  «Müvəqqəti  iqtisadi  sıraların  xətti  reqressiv  təhlili»  (Linear

Regression  Analysis  of  Economic  Time-Series)  mövzusunda dissertasiya  işinə  görə  doktor  elmi  dərəcəsi  almışdır.

T.Kupmans  əvvəlcə  özünü  riyaziyyata  həsr  etmiş,  sonra  isə  riyazi  bitkilərini  iqtisadiyyatda  tətbiq  edərək  iqtisad

elminə  yaradıcı töhfələr  vermişdir.  Rotterdam  şəhərində  Niderland  İqtisadiyyat  Məktəbində,  Cenevrədə  Millətlər

Liqasında  işləmiş,  1940-ci  ildən  sonra  ABŞ-da  Priston  Universitenidə,  Çikaqoda  Koulz  fondunda  çalışmışdır.

1946-cı  ildən  ABŞ  vətəndaşlığını  qəbul  etmiş,  1955-ci  ildə  burada  Yel  Universitetinin  professoru  olmuşdur.

1961-1967-ci  illərdə  T.  Kup mans  Koulz  fondunun  direktoru,  1978ci  ildə  Amerika  İqtisadi  Assosiasiyasının

prezidenti postlarında işləmişdir. 1981ci ildə isə Yel Universitetinin fəxri pro fessoru seçilmişdir.

T.  Kupmans  mühüm  elmi  araşdırmaları  rəqib  bazarlar  şəraitində  resursların  bölgüsünə,  mikroiqtisadi

nəzəriyyədə  xətti  proqramlaşdırma  metodunun  tətbiqinə,  optimal  artım meyarına,  inkişafın  proqramlaşdırılmasına

həsr  olunmuşdur.  O,  «fəaliyyət  növlərinin  təhlili»  konsepsiyasının  müəllifi  kimi  də  məşhurdur.  İnkişafın




proqramlaşdırılması sahəsində ilk  cığıraçanlardan  olan  T.  Kupmans  cəmiyyətin  iqtisadi  artımının  planlaşdırılması

üçün uçot faizinin mühümlüyünü (gələcək istehlakın hazırkı dəyərinin cəmiyyət tərəfindən qiymətləndirilməsini əks

etdirən faiz) göstərmiş, ümumilikdə iqti sadi artım problemlərinin tədqiqinə böyük töhfələr vermişdir.

T. Kupmansın əsas elmi tədqiqatları aşağıdakılardır:

1.  Tankerin  fraxt  tarifi  və  neftdaşıma  gəmilərinin  quruluşu  (Tanker  freight  rates  and  tankship  building,

1939);

2. Müxtəlif marşrutlarda yüklərarası nisbət (Exchange ratios between cargoes on various routes, 1942);

3. İqtisadiyyatın dinamik modellərinin statistik yekunları (Statistical in ference in dynamic economic models,

1950);

4. Məhsulun hazırlanması və bölgüsü zamanı fəaliyyət növlərinin təhlili (Ac tivity analysis of production and



alloca tion, 1951);

5. İqtisad elminin vəziyyəti haqqında üç oçerk (Three essays on the state of economic science, 1957);

T.  Kupmans  Niderland  Kral  Elmlər  Akademiyasının,  Amerika  Riyaziyyat  Cəmiyyətinin,  Amerika  İqtisadi

Assosiasiyasının,  Amerika  Elmin  İnkişafına  Yardım  Assosiasiyasının  və  Energetika  sahəsi  İqtisadçılarının

Beynəlxalq Assosiasiyasının üzvü olmuşdur. Ona Nider land iqtisadiyyat Məktəbinin, Luven katolik, Şimal-Cənub

və Pensilvaniya universitetlərinin fəxri elmi adları verilmişdir.



T. Kupmans 26 fevral 1986-cı ildə ABŞ-da Nyu-Heyven şəhərində vəfat etmişdir.

Yüklə 170,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə