Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ



Yüklə 0,71 Mb.
səhifə17/17
tarix18.04.2018
ölçüsü0,71 Mb.
#39312
1   ...   9   10   11   12   13   14   15   16   17
331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 71-ci və 72-ci maddələr çıxarılmışdır.


54 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 71-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasında “satın” sözü “geri” sözü ilə əvəz edilmişdir.


55 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 71-ci maddəsinin 2-ci bəndində “, bələdiyyə və” sözləri “ehtiyaclarının və ya” sözləri ilə əvəz edilmişdir, “və ya bələdiyyə” sözləri çıxarılmışdır.

17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 71-ci maddənin 2-ci bəndindən "və ya ictimai ehtiyacların" sözləri çıxarılmışdır.





56 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 71-ci maddənin 3-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. Torpaq sahələrinin özgəninkiləşdirmə zonası həmin sahələrin geri alınmasından azı bir il əvvəl mülkiyyətçilərə, istifadəçilərə və ictimaiyyətə rəsmi elan edilməlidir. Torpaq sahələrinin bir ildən tez geri alınmasına onların mülkiyyətçilərinin, istifadəçilərinin və ya icarəçilərinin razılıqları olduqda yol verilir.
30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 71-ci maddəsinin 3-cü bəndində “iddia” sözü “qərardan iddia” sözləri ilə əvəz edilmişdir.



57 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 73-cü maddənin 1-ci bəndinin səkkizinci abzasında "2 il dalbadal" sözləri "1 il" sözləri ilə əvəz edilmişdir.


58 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 6, maddə 415) ilə 73-cü maddənin 1-ci bəndinin on birinci abzasında “məhkəmə tərəfindən” sözləri “qanunla” sözü ilə əvəz edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 73-cü maddənin 1-ci bəndinin on birinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi qanunla müəyyən edildikdə;

30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 73-cü maddənin 1-ci bəndinin on birinci abzasında “, bələdiyyə” sözü “ehtiyacları” sözü ilə əvəz edilmişdir.


dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi qanunla müəyyən edildikdə;


59 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 73-cü maddənin 1-ci bəndində, on birinci abzasdan "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır, on ikinci abzas yeni redaksiyada verilmişdir.

əvəlki redaksiyada deyilirdi:



tikili və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə;


60 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 75-ci maddəsinin 1-ci bəndində “qalan abzaslarda” sözlərindən əvvəl “11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən,” sözləri əlavə edilmişdir.


61 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 75-cı maddənin 3-ci bəndindən “mülkiyyət” sözü çıxardılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.


62 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 75-cı maddəyə 6-cı bənd əlavə edilmişdir.


63 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 78-cı maddəyə 8-cı bənd əlavə edilmişdir.


64 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə XVI fəsil çıxarılmışdır.


65 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 84-cü maddənin 5-ci bəndinin birinci cümləsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır, ikinci cümləsində "və ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilmişdir.



66 1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 6, maddə 415) ilə 84-cü maddənin 5-ci bəndinə “şəxsə” sözündən sonra “istifadəyə” sözü və həmin bəndə ikinci cümlə əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

5. Hüquqi və ya fiziki şəxsə verilmiş torpaq sahəsi dövlət, bələdiyyə və ictimai ehtiyaclar üçün yalnız o şərtlə geri alına bilər ki, torpağı geri alan müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri alınan hüquqi və ya fiziki şəxs torpaqla birlikdə əldə edilmiş yaşayış, istehsal və başqa tikililərin əvəzinə yeni yerdə təzələrini tiksin və bu Məcəlləyə uyğun olaraq, bütün qalan zərəri tam həcmdə ödəsin.

30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 84-cü maddəsinin 5-ci bəndinin birinci cümləsində “, bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə əvəz edilmişdir.


20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 84-cü maddənin 5-ci bəndi çıxarılmışdır.


67 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 86-ci maddənin 1-ci bəndin altıncı abzasında ", bələdiyyə" sözü çıxarılmışdır və həmin bəndə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.



68 3 dekabr 2002-ci il tarixli 393-IIQD nömrəli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 11) ilə 86-cı maddənin 2-ci bəndində “istifadəsində olan bələdiyyə torpaqları” sözləri “istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları” sözləri ilə əvəz edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində istifadəsində olan bələdiyyə torpaqları alqı-satqı obyekti ola bilməz.


69 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 86-ci maddənin 4-cü bənddə "haqqı ödənilməklə istifadə və" sözləri çıxarılmışdır.


70 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 86-ci maddənin 6-cı bəndin ikinci abzasında "Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin (sahibkarlıq fəaliyyətinə aid edilməyən və ictimai ehtiyacların ödənilməsi məqsədləri daşıyan obyektlər istisna olmaqla) yaradılması üçün nəzərdə tutulan torpaqların" sözləri "Bələdiyyə torpaqlarının" sözləri ilə və "onlardan istifadə və" sözləri "onlar üzərində" sözləri ilə əvəz edilmişdir.


71 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 88-ci maddənin 3-cü bəndində, birinci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Xüsusi mülkiyyətdə olan tikiliyə, “(fərdi və çoxmənzilli yaşayış evlərindən başqa) qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir.


72 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 88-ci maddənin 3-cü bəndinə “tikiliyə” sözündən sonra “(fərdi və çoxmənzilli yaşayış evlərindən başqa)” sözləri əlavə edilsin, bu bəndə ikinci və üçüncü abzaslar əlavə edilmişdir.


73 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) ilə 4-cü və 5-ci bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



4. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına yalnız bilavasitə kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar olan öhdəliklərin təmin edilməsi məqsədilə yol verilir.

5. Tikililər, qurğular və ya müəssisələr girov qoyularkən girovsaxlayanın həmin obyektlərin normal fəaliyyəti üçün zəruri olan ölçüdə torpaq sahəsinin də girov qoyulmasını (ipotekasını) tələb etmək hüququ vardır.



74 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) ilə 7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

7. Əgər girovqoyan icrasını təmin etmək üçün torpağın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirərsə, girovsaxlayan girovla yüklü edilmiş torpağı açıq hərracdan satmaq hüququna malikdir. Girovsaxlayan öz tələbini yüklü edilmiş torpağın hesabına başqa üsulla təmin edə bilməz. Bu cür razılaşma etibarsızdır.


75 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 89-cı maddənin 9-cu bəndində “qanunvericiliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Mülki Məcəlləsi” sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

9. Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan Respublikasının girov haqqında qanunvericiliyi ilə tənzimlənir.

26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) ilə 9-cu bənddə "girov haqqında" sözləri "ipoteka haqqında" sözləri ilə əvəz edilmişdir.





76 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 92-ci maddənin 2-ci bəndi yeni redaksiyada verilmişdir. İkinci bəndin əvvəlki redaksiyasında deyilirdi:

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, vərəsələr olmadıqda və ya vərəsəlikdən imtina edildikdə torpaq sahəsi bələdiyyələrin ehtiyat torpaq fonduna verilir.


77 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 93-cü maddənin 3-cü bəndinin dördüncü abzasında "planı, təsviri" sözləri "planı və ölçüsü" sözləri ilə əvəz edilmişdir.


78 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 96-cı maddənin 3-cü bənddə "bilavasitə satıldıqda qiymətlər" sözləri "fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti)" sözləri ilə əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir, 4-cü və 8-ci bəndlər çıxarılmışdır.



79 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 657) ilə 96-cı maddəsinin 6-cı bəndinin birinci cümləsində “qiyməti müstəqil qiymətləndiricilərin (ekspertlərin) rəyi nəzərə alınmaqla” sözləri “satınalma qiyməti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 96-cı maddənin 6-cı bəndinin birinci cümləsində "və ictimai ehtiyacları" sözləri "ehtiyaclarını" sözü ilə əvəz edilmişdir.


20 aprel 2012-ci il tarixli 331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №06, maddə 497) ilə 96-cı maddənin 6-cı bəndi çıxarılmışdır.


80 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) ilə 96-cı maddədə,5-ci bənddə "mülkiyyətdə olan torpaq sahələrinin" sözlərindən sonra "(ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla)" sözləri əlavə edilmişdir, maddəyə yeni məzmunda 10-cu bənd əlavə edilmişdir.

81 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 98-ci maddə yeni redaksiyada verilmişdir.Əvvəlki redaksiyada deyilirdi:

Maddə 98. Torpaq vergisi

1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur.

2. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan hüquqi və fiziki şəxslər torpaq vergisi ödəyirlər.

3. Torpaq vergisi torpaq mülkiyyətlərinin və istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə sabit tədiyə formasında hesablanır.

4. Torpaq vergisinin dərəcələri torpağın təyinatından,sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müəyyənləşdirilir.

Torpaq vergisinin müəyyən edilməsi üçün dövri olaraq onun renta qiymətləndirilməsi aparılır.

5. Keyfiyyət xarakteristikası müəyyən edilməmiş torpaq sahələrinə görə torpaq vergisini hesablamaq məqsədi ilə torpaq sahəsinin daxil olduğu inzibati ərazi vahidi üzrə torpağın orta bonitet balı qəbul edilir.

6. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.
19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə əlaqədar ”Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237) ilə 98-ci maddənin 5-ci bəndində “inzibati rayon (şəhər)” sözlərini “inzibati ərazi vahidi” sözləri ilə əvəz edilmişdir. [Qeyd: 98-ci maddəyə edilmiş daha öncəki dəyişiklikdən dolayı 98-ci maddənin 5-ci bəndi artıq mövcüd deyil.]


82 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 99-cu maddənin 4-cü bənddə "və bələdiyyə" sözləri çıxarılmışdır, "aşağı həddi" sözlərindən sonra "və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)" sözləri əlavə edilmişdir.


83 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 99-cu maddənin 5-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



5. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda icarə haqqı güzəştli tətbiq edilə bilər.


84 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 99-cu maddənin 6-cı bənd çıxarılmışdır.



85 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 101-cı maddənin 1-ci bəndinə ikinci cümlə əlavə edilmişdir.


86 13 yanvar 2004-cü il tarixli 587-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 2, maddə 59) ilə 110-cu maddənin onuncu abzasında “öhdəliklərin yerinə yetirilməməsi” sözlərindən sonra “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.

2 dekabr 2008-ci il tarixli 728-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 36) ilə 110-cu maddəsinin onuncu abzasında “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmişdir və “torpaq sahələrinin” sözlərindən sonra “qanunsuz” sözü əlavə edilmişdir, “bağlanılması və” sözləri “bağlanılması və ya” sözləri ilə əvəz edilmişdir.




87 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 111-ci maddənin 3-cü bəndinin ikinci cümləsi çıxarılmışdır.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə