“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında



Yüklə 102,19 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü102,19 Kb.
#274


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq 

edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

"Azərkosmos"  Açıq  Səhmdar  Cəmiyyətinin  təsis  edilməsi  haqqında"  Azərbaycan 

Respublikası  Prezidentinin  2010-cu  il  3  may  tarixli  885  nömrəli  Sərəncamının  4.1-ci 

bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır: 

1. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə 

olunur). 

2.  "Azərkosmos"  Açıq  Səhmdar  Cəmiyyətinin  strukturu"  təsdiq  edilsin  (əlavə 

olunur). 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ 

 

Bakı şəhəri, 23 dekabr 2010-cu il 

      № 240  

  

 




Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin 



 

N İ Z A M N A M Ə S İ  

 

1. Ümumi müddəalar 

 

1.1.  "Azərkosmos"  Açıq  Səhmdar  Cəmiyyəti  (bundan  sonra  -  Cəmiyyət) 



"Azərkosmos"  Açıq  Səhmdar  Cəmiyyətinin  təsis  edilməsi  haqqında"  Azərbaycan 

Respublikası  Prezidentinin  2010-cu  il  3  may  tarixli  885  nömrəli  Sərəncamına  əsasən 

yaradılmışdır. 

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.  

1.3.  Cəmiyyətin  fəaliyyəti  ilə  əlaqədar  olan,  lakin  bu  Nizamnamə  ilə 

tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

1.4.  Cəmiyyət  Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.



 1

 

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: 



- tam halda - "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti; 

- qısaldılmış halda - "Azərkosmos" ASC. 

Cəmiyyətin ingilis dilində tam adı - "Azercosmos" Open Joint Stock Company; 

Cəmiyyətin ingilis dilində qısaldılmış adı - "Azercosmos" OJSCo. 

1.6.  Cəmiyyətin  hüquqi  ünvanı:  Azərbaycan  Respublikası,  Bakı  şəhəri, 

A.Abbaszadə küçəsi, 2. 

 

2. Cəmiyyətin hüquqi statusu 

 

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və 



digər hesablara malikdir.  

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, 

qanunvericiliyə  uyğun  olaraq  öz  səlahiyyətləri  daxilində  əqdlər,  sazişlər,  müqavilələr 

bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, 

vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 

2.3. Cəmiyyət, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş, 

Nazirliyin  və  Cəmiyyətin  adı  göstərilmiş  möhürə,  müvafiq  ştamplara  və  blanklara 

malikdir.  

2.4.  Cəmiyyətin  nümayəndəlik  və  filiallarının  yaradılması  və  ya  ləğv  edilməsi, 

tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların  yaradılması,  yenidən  təşkili  və  ya 




ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının 

Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmaqla həyata keçirilir. 

2.5.  Cəmiyyət  xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət  növlərini 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xüsusi  razılıq  (lisenziya)  aldıqdan  sonra 

həyata keçirə bilər. 

2.6.  Cəmiyyət  dövlətin  üzərinə  götürdüyü  hər  hansı  öhdəliklərə  cavabdeh 

deyildir.  

2.7.  Dövlət  Cəmiyyətin  öhdəlikləri  üçün  cavabdeh  deyildir  və  Cəmiyyətin 

fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. 

 

3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri 

 

3.1.  Cəmiyyətin  əsas  məqsədi  telekommunikasiya  peykinin  orbitə  çıxarılması, 



idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarətdir. 

3.2.  Cəmiyyət  bu  məqsədlərə  uyğun  olaraq,  sərəncamında  (istifadəsində)  olan 

peyk, peyk sistemləri və yerüstü qurğuların istismarı ilə bağlı aşağıdakı istiqamətlərdə 

fəaliyyət göstərir: 

3.2.1.  qlobal  informasiya  məkanına  inteqrasiyanın  genişləndirilməsi,  milli  və 

informasiya  təhlükəsizliyinin  təmin  olunması  və  gücləndirilməsi  məqsədi  ilə  dövlət 

orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin 

edilməsi;  

3.2.2.  peyk  və  peyk  sistemləri  vasitəsilə  peyk  rabitəsi,  telekommunikasiya 

xidmətləri,  yüksəksürətli  peyk  internet  xidməti,  radio  və  televiziya  yayımı,  habelə 

məsafədən qəbuletmə, şəkil çəkmə üzrə xidmətlərin təşkil edilməsi və göstərilməsi; 

3.2.3.  telekommunikasiya  peyklərinin  orbitə  çıxarılması  məqsədi  ilə  peykin 

istehsalçısının,  buraxılma  vasitəsinin  və  sığorta  şirkətlərinin  seçilməsi  işlərinin  təşkil 

edilməsi;  

3.2.4.  Azərbaycan  Respublikasına  Beynəlxalq  Telekommunikasiya  İttifaqı 

tərəfindən  ayrılmış  orbital  mövqelərin  imkanlarının  artırılması  üçün  təkliflərin 

hazırlanması,  orbital  mövqelər  üzərində  hüquqların  qorunması  və  beynəlxalq  peyk 

rabitəsi  təşkilatlarında  iştirak  və  əməkdaşlıqla  bağlı  səlahiyyətləri  daxilində  müvafiq 

tədbirlərin görülməsi

3.2.5.  peyk  sistemlərinin,  telekommunikasiya  peyklərinin  idarə  edilməsi  və 

istismarı,  peyk  xidmətlərindən  istifadə  üzrə  yerüstü  sistemlərin,  o  cümlədən  yerüstü 

kosmik  peyk  rabitə  vasitələrinin  quraşdırılmasının,  təchizatının  təşkili  və  istismar 

edilməsi; 

3.2.6. peykdən səmərəli istifadə edilməsi, kommersiya fəaliyyətinin təşkil edilməsi 

və  digər  məsələlər  üzrə  əməkdaşlıq  edilməsi  məqsədi  ilə  kosmik  (peyk)  operatorlarla 

əlaqələrin yaradılması; 




3.2.7.  peyk  xidmətlərinin  inkişaf  etdirilməsi  baxımından  kosmik  fəaliyyət,  o 

cümlədən  peyk,  raket  daşıyıcı  texnologiyaları  sahələrində  əlaqədar  qurumlarla,  digər 

hüquqi  şəxslərlə  faydalı  kommersiya  və  elmi-texniki  əməkdaşlığın  həyata  keçirilməsi, 

peyk  xidmətlərinin,  informasiya  texnologiyalarının  inkişafı  məqsədi  ilə  elmi 

araşdırmaların təşviq edilməsi və dəstəklənməsi; 

3.2.8. fiksasiya olunmuş rabitə sistemlərinin kosmik kompleksinin yaradılması və 

çoxfunksiyalı  kosmik  retranslyasiya  sistemlərinin,  nəqliyyatın  hərəkəti  ilə  bağlı 

informasiya xidmətlərinin təşkili üzrə tədbirlərin görülməsi; 

3.2.9.  peyk  xidmətlərinin  göstərilməsi  ilə  əlaqədar  olaraq,  elektromaqnit 

siqnallarına  çevrilə  bilən  informasiya  növlərinin  peyk  telekommunikasiya  sistemləri 

vasitəsilə ötürülməsinin və qəbulunun təşkili; 

3.2.10.  telekommunikasiya  peyk  şəbəkəsinin  inkişafı  üçün  çoxfunksiyalı  fərdi 

kosmik  rabitə  və  verilənlərin  ötürülməsi,  peyk  rabitəsinin  yayım  texnologiyası  üzrə 

yeni  texniki  komplekslərin  yaradılması,  habelə  peyk  naviqasiyası  sisteminin  təşkili  və 

peyk naviqasiya xidmətlərinin göstərilməsi; 

3.2.11.  məsləhət  və  layihələndirmə  xidmətləri  daxil  olmaqla,  ölkə  daxilində  və 

xaricdə  peyk  xidmətlərinin  və  peyk  avadanlıqlarının,  proqram  təminatlarının  satışı,  o 

cümlədən müvafiq satış şəbəkəsinin yaradılması; 

3.2.12. peykin idarə olunması və istismarı, peyk xidmətləri və onların marketinqi, 

orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla əlaqələrin 

tənzimlənməsi üzrə kadrların hazırlanmasının təşkil edilməsi; 

3.2.13.  Cəmiyyətin  nümayəndəlik  və  filiallarının,  tabeliyində  olan  hüquqi  şəxs 

statuslu  qurumlarının  iqtisadi  və  maliyyə  vəziyyətinin  təhlil  edilməsi  və  onların 

fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi

3.2.14.  səlahiyyətləri  çərçivəsində  Cəmiyyətin  işçilərinin  sosial  müdafiəsinin  və 

əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi; 

3.2.15.  Cəmiyyətin  əqli  mülkiyyətinin  qanunvericiliyə  uyğun  olaraq  idarə 

olunması və onun barəsində sərəncam verilməsi; 

3.2.16.  fəaliyyət  dairəsinə  aid  olan  islahatların  aparılmasına  dair  təkliflərin 

hazırlanması və Nazirliyə təqdim edilməsi;  

3.2.17.  müvafiq  dövlət  proqramlarında  nəzərdə  tutulmuş  vəzifələrin  yerinə 

yetirilməsi ilə bağlı tədbirlərin öz səlahiyyətləri daxilində həyata keçirilməsi; 

3.2.18.  sərəncamında  olan  əmlakından  qanunvericiliyə  uyğun  səmərəli  istifadə 

edilməsi; 

3.2.19.  təsərrüfat  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  qanunvericiliyə 

uyğun  olaraq  malların  (işlərin  və  xidmətlərin)  satın  alınması,  o  cümlədən 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələrin (tenderlərin) keçirilməsi; 

3.2.20.  Cəmiyyətin  əsas  məqsədinə  uyğun  olaraq,  qanunvericiliklə  qadağan 

edilməyən digər fəaliyyət növlərinin yerinə yetirilməsi. 



 

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı 

 

4.1.  Cəmiyyətin  gəlirləri  texniki  yardım  və  qrantlardan,  kreditlərdən,  xidmət  və 



istehsalatdan daxil olan və eləcə də qanunvericiliklə qadağan olunmayan mənbələrdən 

və fəaliyyət növlərindən daxil olan vəsaitlərdən ibarətdir. 

4.2.  Cəmiyyətin  əmlakı  əsas  fondlardan,  dövriyyə  vəsaitlərindən  və  digər 

əmlakdan ibarətdir.  

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir. 

4.4.  Cəmiyyətin  nizamnamə  kapitalı  63610600  (altmış  üç  milyon  altı  yüz  on  min 

altı yüz ) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə 

kapitalı nominal dəyəri 20 (iyirmi) manat olan 3180530 (üç milyon yüz səksən min beş 

yüz otuz) ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarətdir.

 2

 

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur: 



4.5.1. nizamnamə kapitalına daxil olan əmlak

4.5.2. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər; 

4.5.3. qanunvericiliklə qadağan olunmayan digər mənbələr. 

4.6.  Cəmiyyətin  nizamnamə  kapitalının  artırılması  və  ya  azaldılması  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

4.7.  Cəmiyyətin  nizamnamə  kapitalına  qoyulan  maya  puldan,  qiymətli 

kağızlardan,  başqa  əmlakdan,  əmlak  hüquqlarından  və  pul  dəyəri  olan  digər 

hüquqlardan ibarət ola bilər. 

4.8. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada ehtiyat, sığorta və digər 

fondlar yaratmaq hüququna malikdir.  

  

5. Cəmiyyətdə uçot, hesabat və nəzarət

 3

 

 

5.1.  Cəmiyyət  mühasibat  və  statistik  uçotu  Azərbaycan  Respublikasının  müvafiq 



qanunvericiliyinə  uyğun  olaraq  aparır.  Cəmiyyət  maliyyə  hesabatlarını  Maliyyə 

Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir. 

5.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və 

həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və 

dekabrın 31-də başa çatır. 

5.3.  Şəffaflığın  təmin  edilməsi  üçün  Cəmiyyət  illik  maliyyə  hesabatını  hər  il 

maliyyə  ili  bitdikdən  sonra  aprelin  30-dan  gec  olmayan  müddətdə  auditor  rəyi  ilə 

birlikdə, həmçinin, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə 

olan  əqdin  (xüsusi  əhəmiyyətli  əqdin)  bağlanması  barədə  məlumatı  mətbu  orqanda 

dərc etdirməyə borcludur.  




5.4.  Cəmiyyət  mühasibat  uçotunu  təşkil  edir,  nümayəndəlik  və  filiallarının, 

həmçinin,  tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların  rüblük  və  illik  maliyyə 

hesabatına  baxır,  icmallaşdırır,  maliyyə-təsərrüfat  fəaliyyəti  barədə  ümumi  hesabatı, 

maliyyə  hesabatlarını  (mühasibat  balansı,  mənfəət  və  zərər  hesabat,  kapitalda 

dəyişikliklər  haqqında  hesabat,  pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat,  uçot 

siyasəti  və  izahlı  qeydlər)  tərtib  edir  və  təsdiq  edilməsi  üçün  müəyyən  olunmuş 

qaydada Nazirliyə təqdim edir. 

5.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor 

rəyi  ilə  birlikdə  mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata  keçirən 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə onun sorğusu əsasında təqdim edir.



4

 

5.5-1. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, 



nümayəndəlik  və  s.)  rəhbərləri  özlərinin,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  49-

1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti 

şəxs  qismində  çıxış  etmələri,  həmçinin  həmin  əqdlə  əlaqədar  öz  maraqlarının  xüsusiyyətləri 

(onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 

49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

5

 

5.6.  Cəmiyyət  nümayəndəlik  və  filiallarının,  həmçinin,  tabeliyində  olan  hüquqi 



şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan 

qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir. 

 

6. Cəmiyyətin ali idarəetmə orqanı 

 

6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 



6.2.  Cəmiyyətin  ümumi  yığıncağının  müstəsna  səlahiyyətlərinə  aid  edilmiş 

məsələlər  "Azərkosmos"  Açıq  Səhmdar  Cəmiyyətinin  təsis  edilməsi  haqqında" 

Azərbaycan  Respublikası  Prezidentinin  2010-cu  il  3  may  tarixli  885  nömrəli 

Sərəncamına uyğun olaraq həll edilir. 

 

7. Cəmiyyətin icra orqanı 

 

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. 



7.2.  İdarə  Heyəti  qanunvericiliklə  və  bu  Nizamnamə  ilə  müəyyən  olunmuş 

səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. 

7.3.  İdarə  Heyətinin  tərkibi  3  nəfərdən  -  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Nazirlik 

tərəfindən  vəzifəyə  təyin  olunan  və  vəzifədən  azad  edilən  sədrin  iki  müavinindən 

ibarətdir. 

7.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. 

7.5. İdarə Heyəti: 

7.5.1. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hesabat verir; 



7.5.2.  Cəmiyyətin  işçilərinin  vəzifə  maaşlarının,  vəzifə  maaşlarına  əlavələrin, 

mükafatların  və  digər  ödənişlərin  verilməsini  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təmin edir; 

7.5.3. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir; 

7.5.4. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir; 

7.5.5.  Cəmiyyətin  struktur  bölmələrinin  rəhbərlərinin  səlahiyyətlərini  müəyyən 

edir;  

7.5.6. bütövlükdə Cəmiyyətin və ya onun struktur bölmələrinin, nümayəndəlik və 



filiallarının,  tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların  maliyyə-təsərrüfat 

fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;  

7.5.7. Cəmiyyətin perspektiv inkişaf planı, digər hüquqi şəxslərə kapital qoyuluşu, 

bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi barədə Nazirliyə təkliflər verir; 

7.5.8.  Cəmiyyətin  fəaliyyəti  ilə  bağlı,  habelə,  Cəmiyyətin  illik  hesabatlarının, 

mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və 

zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri Nazirliyə təqdim edir

7.5.9. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi 

üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  mənbələrdən  (kreditlər,  qrantlar,  texniki 

yardımlar,  işlərin  görülməsindən,  xidmətlərin  göstərilməsindən  daxilolmalar  və  sairə) 

Cəmiyyətin  sərəncamına  daxil  olan  məqsədli  vəsaitlərin  təyinatı  üzrə  xərclənməsini 

təmin  edir  və  bununla  əlaqədar  olaraq  Nazirliyə  mütəmadi  olaraq  hesabatlar  təqdim 

edir; 

7.5.10.  Cəmiyyətin  xalis  aktivlərinin  dəyərinin  25  faizindən  artıq  məbləğdə  olan  əqdin 

(xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin    5 faizini və daha 

çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında 

qərarın qəbul edilməsi üçün nazirliyə müraciət edir; 

7.5.11. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin 

bağlanılması haqqında qərar qəbul edir.

6

 

7.6.  İdarə  Heyətinin  iclasları  müvafiq  qaydada  protokollaşdırılır  və  müzakirə 



edilmiş  məsələlər  üzrə  qərarlar  qəbul  edilir.  Həmin  qərarlar  Cəmiyyətin  sədri 

tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. 

7.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər 

bərabər bölündükdə, Cəmiyyətin sədrinin səsi həlledicidir.  

 

8. Cəmiyyətin sədri 

 

8.1. Cəmiyyətin sədri: 



8.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir; 

8.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir; 




8.1.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  bu  Nizamnaməyə  uyğun 

olaraq,  Cəmiyyətin  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsi  və  onun  hüquqlarının 

həyata keçirilməsi üçün zəruri tədbirlər görür;  

8.1.4.  Cəmiyyətin  adından  etibarnaməsiz  fəaliyyət  göstərir,  habelə  Cəmiyyəti 

bütün  dövlət  orqanlarında,  müəssisələrdə,  idarələrdə  və  təşkilatlarda  (o  cümlədən 

beynəlxalq təşkilatlarda) təmsil edir; 

8.1.5.  Cəmiyyətin  strukturu,  işçilərinin  say  həddi  və  xərclər  smetası  barədə 

təkliflərini  hazırlayır  və  müəyyən  edilmiş  qaydada  təsdiq  olunması  məqsədi  ilə 

Nazirliyə təqdim edir

8.1.6. telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı 

işlərinin həyata keçirilməsinə dair qərarlar qəbul edir və müvafiq göstərişlər verir; 

8.1.7.  Cəmiyyətin  struktur  bölmələrinin,  filial  və  nümayəndəliklə-rinin 

əsasnamələrini,  tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların  nizamnamələrini 

qanunvericiliyə uyğun olaraq təsdiq edir;  

8.1.8. Cəmiyyətin tabeliyində olan qurumların strukturunu və ştat cədvəlini təsdiq 

edir; 


8.1.9.  Cəmiyyətin  əmlakı  barədə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

sərəncam  verir,  bu  Nizamnamənin  7.5.10-cu  və  7.5.11-ci  yarımbəndlərinin  tələbləri  nəzərə 



alınmaqla

 

müqavilələr  bağlayır,  etibarnamələr  verir,  banklarda  hesablaşma  hesabı  və 



digər hesablar açır;

 7

 

8.1.10.  Cəmiyyətə  həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməsi  üçün 



qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, 

işlərin  görülməsinə,  xidmətlərin  göstərilməsinə  görə  daxilolmalar  və  sair)  Cəmiyyətin 

sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə istifadəsini təmin edir; 

8.1.11.  Cəmiyyətin  nümayəndəlik  və  filiallarının,  tabeliyində  olan  hüquqi  şəxs 

statuslu  qurumların  rəhbərlərini  Nazirliklə  razılaşdırmaqla,  vəzifəyə  təyin  edir  və 

vəzifədən azad edir;  

8.1.12. Cəmiyyətin struktur bölmələrinə, filial və nümayəndəlik-lərinə, tabeliyində 

olan hüquqi şəxs statuslu qurumlara göstərişlər verir; 

8.1.13.  Cəmiyyətin  aparatının  işçilərini  (sədrin  müavinləri  istisna  olunmaqla) 

vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir,  onlar  barəsində,  habelə  Cəmiyyətin 

nümayəndəlik  və  filiallarının,  həmçinin  tabeliyində  olan  hüquqi  şəxs  statuslu 

qurumların rəhbərləri barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görür

8.1.14.  öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikası  qanunlarının, 

Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarının,  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarının,  digər  normativ  hüquqi 

aktların və Nazirliyin əmr və sərəncamlarının icrasını təmin edir; 

8.1.15.  Cəmiyyətin  idarə  edilməsi,  cari  fəaliyyətin  tənzimlənməsi  məqsədi  ilə  öz 

səlahiyyətləri daxilində icrası məcburi olan əmr və sərəncamlar verir; 




8.1.16.  malların  alınması,  işlərin  görülməsi  və  xidmətlərin  göstərilməsi  üçün 

müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır; 

8.1.17. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 

8.2. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini 

müvəqqəti  olaraq  Azərbaycan  Respublikasının  rabitə  və  yüksək  texnologiyalar  naziri 

tərəfindən müəyyən edilən sədr müavini həyata keçirir. 

 

9. Daxili audit və maliyyə nəzarəti mexanizmi 

 

9.1.  Cəmiyyət  sədrə  tabe  olan  daxili  audit  xidmətini  təsis  edir.  Daxili  audit 



xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə 

çıxarmaq hüququna malikdirlər. 

9.2.  Daxili  auditor  ali  iqtisadi  və  ya  hüquqi  təhsilə  və  ya  digər  ixtisas  üzrə  ali 

təhsilə və audit, yaxud əlaqədar sahələrdə dördillik iş stajına malik olmalıdır; 

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir: 

9.3.1.  Cəmiyyətin,  onun  struktur  bölmələrinin,  filial  və  nümayən-dəliklərinin, 

tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumlarının  fəaliyyətinin  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  və  Cəmiyyətin  daxili  qaydalarına  uyğunluğunu 

yoxlamaq;  

9.3.2.  Cəmiyyətin  təsərrüfat  fəaliyyətinin,  habelə  maliyyə  vəziyyə-tinin  dəqiq 

qiymətləndirilməsi  məqsədi  ilə  bütün  sahələrdə  aparılan  əməliyyatların  mütəmadi 

auditini aparmaq;  

9.3.3.  daxili  audit  yoxlamalarının  nəticələri  haqqında,  habelə  ortaya  çıxmış 

çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat 

vermək;  

9.3.4. 


Azərbaycan 

Respublikasının 

müvafiq 

qanunvericiliyində 

və 

bu 


Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 

9.4.  Cəmiyyətin  bütün  əməkdaşları  daxili  auditi  həyata  keçirən  əməkdaşların 

tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi 

şərait yaratmağa borcludurlar.  

 

10. Cəmiyyətin müstəqil (kənar) auditi 

 

Cəmiyyətin maliyyə  -  təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan 



Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

 

11. Cəmiyyətin filial və nümayəndəlikləri, habelə tabeliyində olan hüquqi şəxs 



statuslu qurumları ilə qarşılıqlı münasibətləri 

 



11.1.  Cəmiyyətin  filial  və  nümayəndəlikləri,  habelə,  tabeliyində  olan  hüquqi  şəxs 

statuslu  qurumları  ilə  qarşılıqlı  münasibətləri  Azərbaycan  Respublikasının  normativ 

hüquqi  aktlarına,  bu  Nizamnaməyə,  habelə  onların  nizamnamə  və  əsasnamələrinə, 

Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.  

11.2.  Cəmiyyət  filial  və  nümayəndəlikləri,  habelə,  tabeliyində  olan  hüquqi  şəxs 

statuslu qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:  

11.2.1. 

mövcud 


normativ 

hüquqi 


aktlara 

uyğun 


olaraq, 

filial 


və 

nümayəndəliklərinin,  habelə,  tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların 

balansında  olan  əmlakın  hüquqi  və  fiziki  şəxslərə  icarəyə  verilməsi,  balansında  olan 

əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada Nazirliyə təkliflər vermək;  

11.2.2. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu 

qurumların idarəetmə orqanlarını qanunvericiliyə uyğun olaraq formalaşdırmaq;  

11.2.3. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu 

qurumların  təsərrüfat  fəaliyyəti  üzrə  proqnoz  göstəricilərinin  formalaşmasına  və 

hesabatlara  nəzarət  etmək,  bu  məsələlərə  aid  tövsiyələr  və  təkliflər  vermək,  onların 

müzakirəsində iştirak etmək;  

11.2.4. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu 

qurumların maliyyə-təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;  

11.2.5. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu 

qurumların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;  

11.2.6.  qanunvericilikdə  və  bu  Nizamnamədə  nəzərdə  tutulmuş  digər 

səlahiyyətləri həyata keçirmək.  

 

12. Cəmiyyətin yenidən təşkili və ləğvi 

 

Cəmiyyətin  yenidən  təşkili  və  ləğvi  məsələlərinin  həll  edilməsi  Azərbaycan 



Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 

 

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 



nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul 

edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 8

 

 



 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı ilə 

TƏSDİQ  EDİLMİŞDİR

 

 



"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin strukturu 

 

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Aparatı. 



 

 

 



 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

6  sentyabr  2012-ci  il  tarixli  192  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(“Azərbaycan”  qəzeti,  8  sentyabr  2012-ci  il,  №  200,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2012-ci il, № 09, maddə 918

2.

 

13  iyun  2014-cü  il  tarixli  194  nömrəli

  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  22  iyun  2014-cü  il,  №  131,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2012-ci il, № 09, maddə 747

3.

 

9  sentyabr  2014-cü  il  tarixli  301  nömrəli

  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan” qəzeti, 20 sentyabr 2014-cü il, № 205; Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2014-cü il, № 09, maddə 1125) 

4.

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli

  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52) 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

                                                 



1

 

13  iyun  2014-cü  il  tarixli  194  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  22  iyun  2014-cü  il,  №  131,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2012-ci il, № 09, maddə 747) ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 

1.4-cü  bəndində  “İnformasiya  Texnologiyaları”  sözləri  “Yüksək  Texnologiyalar”  sözləri  ilə,  8.2-ci 

bəndində “informasiya texnologiyaları” sözləri “yüksək texnologiyalar” sözləri ilə əvəz edilmişdir. 

 

2

 

9  sentyabr  2014-cü  il  tarixli  301  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  20  sentyabr  2014-cü  il,  №  205;  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2014-cü  il,  №  09,  maddə  1125)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin 4.4-cü bəndində “40000000 (qırx milyon)” və “2000000 (iki milyon)” sözləri müvafiq 

olaraq “63610600 (altmış üç milyon altı yüz on min altı yüz )” və “3180530 (üç milyon yüz səksən min 

beş yüz otuz)” sözləri ilə əvəz edilmişdir. 

 

3

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  6  mart  2016-cı  il,  №  52)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin 5-ci hissənin adı yeni redaksiyada verilmişdir. 



 

əvvəlki redaksiyada deyilirdi: 

Cəmiyyətdə mühasibat uçotu və maliyyə hesabatının aparılması 

 

4

  6  sentyabr  2012-ci  il  tarixli  192  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  8  sentyabr  2012-ci  il,  №  200,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2012-ci  il,  №  09,  maddə  918)  ilə  təsdiq  edilmiş  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin 5.5-ci bəndindən “onun sorğusu əsasında” sözləri çıxarılmışdır. 

 

5

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  6  mart  2016-cı  il,  №  52)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nə yeni məzmunda 5.5-1-ci bənd əlavə edilmişdir. 

 

6

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  6  mart  2016-cı  il,  №  52)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin  7.5.9-cu yarımbəndin  sonunda  nöqtə  işarəsi  nöqtəli  vergül  işarəsi  ilə  əvəz  edilmişdir 

və yeni məzmunda 7.5.10-cu və 7.5.11-ci yarımbəndlər əlavə edilmişdir. 

 



                                                                                                                                                             

7

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  6  mart  2016-cı  il,  №  52)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin 8.1.9-cu yarımbəndə “müqavilələr” sözündən əvvəl “bu Nizamnamənin  7.5.10-cu və 



7.5.11-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilmişdir. 

 

8

 

16  fevral  2016-cı  il  tarixli  54  nömrəli



  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(“Azərbaycan”  qəzeti,  6  mart  2016-cı  il,  №  52)  ilə  “Azərkosmos”  Açıq  Səhmdar  Cəmiyyətinin 

Nizamnaməsi”nin 12-ci hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir. 



 

Yüklə 102,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə