Azərpoçt: Strategiya sənədi



Yüklə 149,54 Kb.
tarix07.12.2017
ölçüsü149,54 Kb.
#14241

“Azərpoçt” Dövlət Müəssisəsinin strategiyası 2009-2011-ci illər



AZƏRPOÇT” DÖVLƏT MÜƏSSİSƏSİNİN STRATEGİYASI



(2009-2011-ci illər)
(Bu sənəd Dünya Bankının maliyyələşdirdiyi Maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində “Azərpoçt” DM-in mütəxəssisləri tərəfindən FACP Şirkəti ilə birlikdə hazırlanmışdır)


    MÜNDƏRİCAT



AKKRONİMLƏR VƏ QISALTMALAR 3

1.AZƏRPOÇTUN MİSSİYASI 4

2.STRATEJİ BAXIŞ 5

3.STRATEJİ ORTA MÜDDƏTLİ/UZUN MÜDDƏTLİ PLAN (2009-2011) 7

3.1.ÜMUMİ STRATEGİYA – SXEM 7

3.2. ÜMUMİ HƏDƏFLƏR (ƏSAS XİDMƏT FƏALİYYƏTİ GÖSTƏRİCİLƏRİ) 8

3.3. SWOT ANALİZ 10

3.4. RƏQİBLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ 14

3.5. TƏNZİMLƏYİCİ MÜHİTİN DƏYƏRLƏNDİRİLMƏSİ 15

3.6. ƏMƏLİYYAT PLANLARI 15

3.7. HƏR BİR BİZNES SAHƏSİ VƏ MƏHSUL/BAZAR SEQMENTİ ÜÇÜN STRATEGİYA 16

3.8. YARDIMÇI BÖLMƏLƏR ÜÇÜN STRATEGİYA 18

3.9. RİSKLƏR VƏ MƏHDUDİYYƏTLƏR 19

4.MALİYYƏ VƏ İNVESTİSİYALARIN XÜLASƏSİ 20


AKKRONİMLƏR VƏ QISALTMALAR





RİTN

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Azərpoçt

“Azərpoçt” Dövlət Müəssisəsi

PDM

Azərpoçtun tabeliyində olan Poçt Daşıma Mərkəzi

Azərekspresspoçt

Azərpoçtun tabeliyində olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi

MPO

Milli Poçt Operatoru

C2B

İstehlakçıdan-biznesə poçt rabitəsi

C2C

İstehlakçıdan-istehlakçıya poçt rabitəsi

B2B

Biznesdən-biznesə poçt rabitəsi

B2C

Biznesdən-istehlakçıya poçt rabitəsi

MXİL

Maliyyə xidmətlərinin inkişafı layihəsi

ÜDM

Ümumi Daxili Məhsul



  1. AZƏRPOÇTUN MİSSİYASI

Azərpoçtun əsas missiyası həm fərdi müştəriləri, həm də biznes qurumlarını geniş çeşidli, yüksək keyfiyətli poçt, PMX və kommersiya xidmətləri ilə təmin etməkdir.



Azərpoçtun əsas məqsədi:

Poçt xidmətləri sahəsində: MPO kimi bütün Azərbaycanın ərazisi boyunca keyfiyyətli universal və digər poçt xidmətlərini göstərmək, poçt xidmətlərinin davamlılığını təmin etmək, xidmətlərin daimi keyfiyyətini artırmaq və əhalinin bütün təbəqəsi üçün və biznesin bütün kateqoriyası üçün xidmətləri müyəssər etməkdir. Eyni zamanda keyfiyyətli və etibarlı logistika xidmətləri göstərməkdir.

PMX sahəsində: Bütün Azərbaycan ərazisində standartlaşdırılmış, əhalinin və biznesin bütün kateqoriyası üçün müyəssər və əlverişli olan yüksək keyfiyyətli PMX göstərməkdir.
  1. STRATEJİ BAXIŞ

Azərpoçt əsasən əhalinin gündəlik fəaliyyətini dəstəkləmək, onların həyat tərzinin sərbəstliyini və səmərəli təşkil olunmasını təmin etmək üçün keyfiyyətli və münasib qiymətlərlə poçt, poçt-maliyyə və digər xidmətləri təklif etmək kimi mühüm funksiyaları yerinə yetirir. Azərpoçt həm poçt, həm poçt-maliyyə, həm də bir sıra kommersiya məqsədli xidmətlər bazarında fəal iştirak etməyi əsas hədəf kimi qarşıya qoyur. Bu zaman o, müştəri kateqoriyalarını seqmentləşdirməklə fərqli müştərilərə istiqamətlənmiş mal və xidmətlər təklif ediləcək. Xidmətlərin tam keyfiyyətinə nəzarət etmək və təsərrüfat fəaliyyətlərinin səmərəliliyini və effektivliyini artırmaq məqsədilə davamlı olaraq həm işçilərin bacarıqlarının artırılmasından, həm də texnoloji yeniliklərdən istifadə edilməlidir.



Azərpoçt yaxın 3 il üçün müxtəlif istiqamətlərdə aşağıdakı hədəfləri müəyyənləşdirib:

  1. Cəmiyyət. İctimaiyyətdə etibarlı tərəfdaş, hər an müştərini eşidəcək dinləyici və ona düzgün qərar verməkdə hər zaman hazır olan yardımçı adını qazanmaq.

  2. İqtisadiyyat. MPO kimi bütün ölkə üzrə geniş poçt şöbəsi şəbəkəsinə malik olmaqla bazar iştirakçılarına əsas, yəni poçt və poçt-maliyyə xidmətləri təklif etməklə ölkədə iqtisadi fəallığı artırmaq.

  3. Müştərilər. Müştərilərə həm ərazi mənsubiyyətindən, həm də tipindən asılı olaraq fərqli və təyinatlı xidmətlər təklif etmək (məsələn tipinə görə korporativ və fərdi müştərilər). Bundan əlavə, kənd ərazilərində yerləşən fərdi və ya korporativ müştərilər üçün fərqli və güzəştli xidmətlər təklif etmək. Bu məqsədlə həmçinin poçt və poçt-maliyyə xidmətlərinin sinerjisini təşkil etməklə çarpaz satışları təşkil etmək, xüsusilə poçt-maliyyə xidməti tərkibində hibrid məktubları inkişaf etdirmək.

  4. Maliyyə bazarları. Geniş şəbəkəyə malik olmaq üstünlüyündən istifadə etməklə çoxsaylı müştəri kütləsi üçün standart və geniş miqyasda yayılan məhsullar təklif etmək (miqyas effektindən istifadə edərək), digər maliyyə təşkilatlarına aid olan maliyyə məhsullarını təklif etmək və bazarda keyfiyyət nişanı adını (əsas keyfiyyət tənzimləyicisi) almaq.

  5. Texnologiya. Poçt, poçt-maliyyə, həmçinin kommersiya xidmətləri üzrə son texnologiyaların tətbiq edilməsi yolu ilə göstərilən xidmətlərdə səmərəlilik və effektivlik göstəricilərini yaxşılaşdırmaq və qeyri-maddi faydalar əldə etmək. Bu cür texnologiyalar həm avadanlıq, həm də proqram təminatlarına şamil edilir. Belə texnologiyalardan ilkin olaraq maliyyə xidmətləri üçün əsas bank sistemləri, poçt daşıma üçün izləmə sistemi və/və ya poçt şöbələrinin avtomatlaşdırılması sistemi (hansıkı izləmə sistemini də daxil etməklə bir poçt şöbəsinin bir terminaldan bütün xidmətləri göstərmək bacarığı verir) və kommersiya fəaliyyətləri üçün istifadə edilən satış sistemlərini aid etmək olar. Texnologiyadan istifadənin ən vacib məqsədi isə istifadə olunacaq texnologiyaların “bir məntəqədə bütün xidmətləri almaq” prinsipinin poçt şöbələrində tətbiqini mümkün etməkdir.

  6. Qanunvericilik. Azərpoçt MPO və Dövlət Müəssisəsi olduğu üçün onun dövlət siyasətinin əsas daşıyıcısı kimi fəaliyyət göstərməsi qaçılmazdır. Belə ki, onun fəaliyyəti hər zaman ümumi kütləyə istiqamətlənib və ölkədə əsas xidmətlərə çıxışı təmin etməklə əhalinin rifah halının yüksəldilməsi siyasətində əsas alətdən biri ola bilər. Məsələn, poçt-maliyyə xidmətləri Milli Bank tərəfindən tənzimlənəcək və “Poçt rabitəsi haqqında” Qanuna uyğun təşkil olunacaqdır. Bu məqsədlə “Poçt rabitəsi haqqında” Qanuna müvafiq əlavə və düzəlişlər edilmişdir. Poçt və digər rabitə xidmətləri “Poçt rabitəsi haqqında” Qanunla RİTN tərəfindən, kommersiya fəaliyyətləri isə birbaşa olaraq Vergilər Nazirliyi və büdcədən vəsait alan təşkilatı kimi də Maliyyə Nazirliyi tərəfindən tənzimlənəcəkdir. Beləliklə müxtəlif təyinatlı hesabatçılıq işlərin daha dəqiq və detallı təşkil olunması və fəaliyyətlərin bir-birində ayrı halda təşkil olunmasını (Baş idarə səviyyəsində) tələb edəcəkdir.


  1. STRATEJİ ORTA MÜDDƏTLİ/UZUN MÜDDƏTLİ PLAN (2009-2011)




    1. ÜMUMİ STRATEGİYA – SXEM

Azərpoçt strategiyasını iki istiqamətdə müəyyənləşdirib:



    • Əsas (mövcud) fəaliyyətin gücləndirilməsi.

    • Biznes fəaliyyətinin genişləndirilməsi.

Azərpoçt əsas fəaliyyət istiqaməti kimi mövcud şəbəkə xidmətlərini (poçt, poçt-maliyyə və kommersiya xidmətləri) yeni formada inkişaf etdirməyi planlaşdırır. Bu isə ilk növbədə təsərrüfat fəaliyyətlərinin idarəedilməsi və biznes proseslərinin yenidən təşkili deməkdir. Aşağıda göstərildiyi kimi əsas hədəf səmərəlilik və effektivlikdir.

Biznes fəaliyyətinin genişləndirilməsi yeni məhsul və xidmətlərin təklifi ilə bağlı bütün fəaliyyətləri əks etdirir.



    1. ÜMUMİ HƏDƏFLƏR (ƏSAS XİDMƏT FƏALİYYƏTİ GÖSTƏRİCİLƏRİ)



Yeni məhsulların təklifi, keyfiyyətin artırılması, səmərəliliyin yüksəldilməsi, maya dəyərinə nəzarət və əlavə dəyər zəncirinin dərinləşdirilməsi ilə Azərpoçt aşağıdakı istiqamətlərdə yaxın üç il üçün hədəflər müəyyənləşdirib.



Poçt xidmətləri üzrə:

    • Keyfiyyət hədəfləri:

Azərpoçt ümumi keyfiyyətə nəzarəti təmin etməklə fəaliyyətinin bütün istiqamətlərində hədəflər müəyyənləşdirərək daimi olaraq onları dəstəkləyəcəkdir. Keyfiyyət hədəfləri həm ümumi idarəçilik, həm insan resurslarının fəaliyyət göstəriciləri və eləcə də, bütün biznes proseslər üzrə nəzərə alınaraq ilkin olaraq aşağıdakılara istiqamətlənəcək:

  1. Mövcud çatdırma müddətinin tezləşdirilməsi (Təyin olunmuş marşrutlar üzrə rayon və şəhər mərkəzlərinə poçtun normativə uyğun çatdırılmasını təmin etmək).

  2. Çeşidləmə keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və çatdırma şəraitinin yaxşılaşdırılması.

  3. İzləmə sisteminin tətbiqi.

  4. Poçt məhsullarının (məktub, bağlama və s.) təhlükəsizliyin yaxşılaşdırılması.

  5. Ümumi keyfiyyətin artırılması, sui-istifadə hallarının qarşısının alınması (Bunun üçün daxili nəzarət və qiymətləndirmə proseduralarının hazırlanması və tətbiqi tələb olunur).

    • Həcm hədəfləri (seqment üzrə):

      1. Mövcud bazarların genişləndirilməsi və yeni bazarlarda fəal iştirak etməklə məktub və bağlamaların sayını artırmaq (həm ölkədaxili, həm də beynəlxalq). Bura yeni maliyyə xidmətlərinin tətbiqi ilə əlaqədar əhalinin ödənişlərlə bağlı daha çox poçt şöbələrinə gəlmədən məktub vasitəsilə ödənişlərinin icrası və internet üzərindən ticarət sahəsində fəal iştirak etməklə çatdırılması üzrə fəaliyyətlər aiddir.

      2. Hibrid məktublar bazarında iştirakın gücləndirilməsi və genişləndirilməsi. Məsələn, mövcud kommunal ödənişlərin daha mütərəqqi şəkildə təşkili və digər müəssisələrlə əməkdaşlığın genişləndirilməsi, xüsusilə də kommersiya bankları ilə əlaqələrin inkişaf etdirilməsi yolu ilə onlara hibrid xidmətlərin təklif olunması. Bununla əlaqədar ayrıca xidmət qurumu qurulması mümkündür. Çünki bunun həm informasiya texnologiyaları baxımından, həm də təşkilati və əməliyyatın icrası baxımından mürəkkəb olması digər poçt xidmətləri alətlərinin istifadəsini çətinləşdirir. Hazırda bu bazarda xidmətləri yaxşı təşkil etmə nəticəsində mövcud həcmləri 1,5 dəfə, maliyyə mədaxillərini isə 2 dəfə artırmaq hədəflənir.

      3. Ekspress və qeydiyyatlı poçt xidmətlərində həm daxili, həm də beynəlxalq bazar seqmentlərində dərinləşmək. Belə ki, həm daxili və həm də beynəlxalq ekspress poçt xidmətləri bazarında kifayət qədər MPO olmağın üstünlüyündən istifadə etməklə miqyas effektivliyi əldə etmək mümkündür. Hazırda bu seqmentdə yaxın 3 il ərzində mövcud kəmiyyəti 1.25 dəfə artırmaq planlaşdırılır.

  • Məhsul çeşidinin inkişaf etdirilməsi:

Yeni informasiya texnologiyaları nəticəsində C2C bazarında kifayət qədər azalma tendensiyası müşahidə olunmaqdadır. Bu səbəbdən C2C bazarında kifayət qədər proseslər sadələşdirilməli və standartlaşdırılmalıdır ki, maya dəyəri aşağı səviyyədə saxlanılsın. Lakin əskinə B2B, B2C və eləcə də, C2B kimi bazar tiplərində yeni bazarlar formalaşdırılmışdır ki, Azərpoçt da bu bazarda iştirak etməklə öz məhsul çeşidini ən azı 1.5 dəfə artıracaqdır.

  • Bazar payı (seqmentlər üzrə):

Hazırda Azərpoçt adi və qeydiyyatlı məktub bazarının demək olar ki, 95%-ni tutmasına baxmayaraq, bu bazar Azərpoçtun öz məhsul portfelində azalmaqdadır. Azərpoçtun ən zəif işkitrak etdiyi bazar seqmenti Ekspresspoçt bazarıdır ki, burada da demək olar ki, bütün digər poçt operatorları təmərküzləşmişlər. Bunun səbəbi bu seqmentin digər seqmentlərə nisbətən daha mənfəətli olmasıdır. Azərpoçt geniş poçt şöbələri şəbəkəsindən istifadə etməklə, miqyas effekti əldə edərək bazarda dərinləşə və güclü rəqabət apara bilər. Həmçinin poçt maliyyə xidmətlərinin təşkili ilə poçt məhsullarının (hibrid poçt - B2C və B2B (əsasən hesab məlumatlarının göndərilməsi) və adı poçt xidmətləri - C2B və B2B (ödəniş tapşırıqlarının göndərilməsi)) inkişaf etdirilməsi üçün zəmin vardır. Bu səbəbdən Azərpoçt bu seqmentdə əməliyyatların sayını yaxın 3 il ərzində ən azı 2 dəfə artırmağı hədəfləyir.

  • Gəlir artımı və marjalar:

Hazırda Azərpoçt zərərlə fəaliyyət göstərməkdədir və bunun da səbəbi ilk növbədə universal poçt xidmətlərinin aşağı qiymətə satılmasıdır. Bu isə Azərpoçtdan alternativ mənbələr formalaşdırmağı tələb edir. Bunun üçün Azərpoçt ilk növbədə, universal poçt xidmətlərinin maya dəyərinə nəzarəti gücləndirməli və onun azaldılması sahəsində çalışmalıdır və digər mənbələr yaratmaqla bu xidmətlərin davamlılığını öz daxili mənbələri ilə subsidiyalaşdırmalıdır. Poçt xidmətləri biznes istiqamətində bu, hibrid məktub və ekspress məktub xidməti hesabına təşkil edilə bilər. Azərpoçt universal poçt xidmətlərinin poçt xidmətlərindən əldə edilən gəlirlər hesabına subsidiyalaşdırılmasını və bu biznes istiqamətinin yaxın 3 il ərzində zərərsizlik nöqtəsinə çatdırmağı hədəfləyir.

Poçt maliyyə xidmətləri üzrə:

  • Həcmlər:

Poçt-maliyyə xidmətlərinin inkişafı ilk növbədə, Azərpoçtda idarəetmənin necə təşkil edilməsindən və tənzimləmədən birbaşa olaraq asılıdır. İlkin olaraq yaxın 3 il ərzində Azərpoçt ödəniş alətlərinin (əsasən hesab əsaslı) inkişaf etdirilməsini hədəfləyir və bu müddət ərzində müştəri hesablarının sayını ən azı 500.000 ədədə, illik əməliyyatların sayını isə 5.000.000 ədədə çatdırmağı hədəfləyir.

  • Müştərilər:

Azərpoçt üçün ilk 3 il ərzində (ən azı yeni xidmət sahəsində təcrübəsini inkişaf etdirmək məqsədilə) əsas müştəriləri kimi böyük dövlət təşkilatlarını və digər biznes subyektlərini hədəfləyir. Bunlara Dövlət Sosial Müdafiə Fondu, Təhsil Nazirliyi və digər təşkilatlar (hansı ki, böyük həcmdə əmək haqqı və digər ödənişlərin həyata keçirilməsi ilə məşğul olurlar), eləcə də “Azərsu” SC, Elektrik Paylayıcı Şəbəkələr, Telekommunikasiya müəssisələri və s. aiddir. Telekommunikasiya təşkilatlarına Azərpoçt müxtəlif xidmətlər təklif edə bilər, məsələn hibrid məktublar (hesab fakturaların çatdırılması) və xidmət haqlarının yığılmasının genişləndirilməsi. Yəni ilk 3 il ərzində əsas biznes istiqaməti kimi B2C inkişaf etdiriləcəkdir.

  • Məhsulun inkişaf etdirilməsi (hesab əsaslı və nağd əsaslı məhsullar):

Əsas prioritetin hesab əsaslı ödənişlərin olmasına baxmayaraq, nağd vəsaitlərlə ödənişlərin dəstəklənməsinin davam etdirilməsi də planlaşdırılır. Belə ki, nağd pul əməliyyatları ölkədə böyük həcmdə hələ də qalmaqdadır. Lakin tədricən nağd pul əməliyyatlarının hesab əsaslı əməliyyatlara öz mövqeyini verməsi gözlənilir. Artıq poçt-maliyyə xidmətlərinin inkişafının ikinci mərhələsində hesab əsaslı xidmətləri təklif etməklə likvidliyin idarəedilməsini asanlaşdırılacaqdır.

  • Gəlirin artımı (ödəniş məhsulları üçün və balans hesabı məhsulları üçün xalis faiz gəliri):

Bu xidmət sahəsi universal poçt xidməti olmadığı üçün ilkin olaraq hər bir poçt şöbəsində onların təşkilində məcburiyyət yoxdur və bu xidmət yalnız gəlirli seqmentlərdə və yerlərdə təşkil olunacaqdır. Lakin bu xidmətlərdə maya dəyərinin azaldılması məqsədilə standartlaşdırılacaq və informasiya texnologiyalarının imkanı ilə bütün ölkə ərazisində təşkili təmin edilməyə çalışılacaqdır. Lakin ilkin olaraq bu sahələrdə fərz edilən məhdudiyyətlər aradan qaldırılmalıdır (məsələn yeni şəbəkənin idarəedilməsi, insan resursları, maddi baza, tənzimləmə və qanunvericilik məsələləri və s.). Nəzərə alsaq ki, bu xidmət bazara yeni təqdim olunur, bu səbəbdən ilk illər xərclərin böyük olması gözlənilir. Lakin 3 il ərzində bu xidmətin orta rentabellik dərəcəsi 15%-dən az olmamalıdır (yeni yaranan bazar amilinə əsaslanaraq).

  • Bazar payı:

Azərpoçt xırda ödənişlər bazar seqmentində ilk üç il ərzində bazarın ən azı 25%-nə malik olmağı hədəfləyir. Bunun ilk növbədə şəbəkənin geniş olması və iqtisadi miqyas effektivliyindən bəhrələnməsi ilə həyata keçirilməsi planlaşdırılır.

    1. SWOT ANALİZ




Güclü tərəflər


  1. Bütün ölkəni əhatə edən 1533 xidmət şöbəsinin olması və bununla da ölkədə bütün müştəri seqmentlərinin PMX-yə geniş şəkildə daxil olmasının təmin edilməsi.

  2. Əhalinin poçta inamının və etibarının güclü olması.

  3. Sadə maliyyə xidmətlərinin gösdtərilməsi ilə məşğul olmaq təcrübəsinin olması.




Zəif tərəflər


  1. İT şöbəsinin müasir, tam və İT funksionallığı üçün təchiz olunması prosesinin hələlik tamamlanmaması.

  2. Ucqar PŞ-lərin mərkəzi sistemə necə qoşulması ilə bağlı vəziyyətin hələlik tam aydın olmaması (RİTN, MXİL-də nəzərdə tutulan peyk vasitəsilə qoşulmanı məqbul hesab etmir və yerüstü qoşulma və digər vasitələrlə ucqar PŞ-lərin qoşulmasını mümkün hesab edir).

  3. Azərpoçtun işçi heyətinin stabil olmaması və kadr axıcılığının ciddi xarakter alması.




İmkanlar

  1. Kommunal şirkətlərlə və digər təchizatçılarla müqavilələrə yenidən baxılıb, xidmət faizlərinin artırılması (Bu faizlərin bir qədər də artırılması və digər təşkilatlarla da olan müqavilələrə yenidən baxılması imkanları mövcuddur).

  2. Nağdsız ödənişləri gücləndirən AMB və Hökumətin yeni layihələr həyata keçirməsi (məsələn KOMİS).

  3. PŞ-lərin daha diversifikasiyalı xidmət vahidlərinə çevrilməsi imkanlarının mövcudluğu.

  4. Daha az xidmət göstərilən bazar seqmentlərində yeni məhsul xəttini n genişləndirilməsi.




Təhlükələr

  1. PMX sahəsində Azərpoçtun işçi heyətinin böyük təcrübəyə malik olmaması.

  2. Yeni PMX səylərinin davamlılığı ölkə boyunca aşağı gəlirli və aşağı məhsuldar müştərilərin bazar seqmentləri aşağı xərcli bölüşdürmə və əməliyyat həlləri vasitəsilə yüksək səmərəli xidmətlərlə necə xidmət edildiyindən ciddi şəkildə asılı olması (xərclərə nəzarət).

  3. Azərpoçtun dövlət müəssisəsi olması və onun təşkilati strukturunda biznesə istiqamətlənmiş dəyişikliyə ehtiyacın olması.

  4. PMX sahəsində gəlirlərin birdən deyil, tədricən artması (Birinci il ərzində PMX-in zərərlə işləyəcəyi proqnozlaşdırılır).

  5. Bazara köklü şəkildə daxil olmağın davamlılıq üçün vacib olması və geniş bazar üçün professional, düzgün nizamlanan, mərkəzdən inkişaf etdirilən və kommersiya kompaniyaları vasitəsilə edilməsi zərurətinin əhəmiyyətli olması (Azərpoçtun isə bu sahədə məhdud professional bacarığı var).

Güclü tərəflər:

Azərbaycan uzun müddət üçün ÜDM üzrə ikiqat artım əldə etmişdir və gələcəkdə uzunmüddətli artım üçün gözəl imkanlar vardır. Bundan əlavə, hökumətin inkişafa yönəldilmiş strategiyaları xidmət sektoru və kiçik və orta müəssisələrə əsaslanan sahələr daxil olmaqla iqtisadiyyatın qeyri-neft sektoru üzrə əldə olunan artım üzərində cəmləşmişdir. Poçt xidmətləri də daxil olmaqla güclü rabitə xidmətləri bu sektorlarda artımın əsas mənbəyidir.

Hökumət poçt sektorunun bu dəstəyinin əhəmiyyətini qəbul etmişdir və bəzi proqram sənədlərində poçt sektorunun modernləşdirilməsi sahəsində öz öhdəlikləri barədə qeyd etmişdir. Bu dəstəyin daha konkret ifadəsi MXİL–in hökumət tərəfindən dəstəklənməsidir. Hökumət həm də Azərbaycanda poçt infrastrukturunun daha da yaxşılaşdırılması, yeni poçt şöbələrinin tikilməsi və mövcud olan şöbələrin bərpa edilməsi üçün investisiya qoyuluşunu davam etdirir. Buna misal olaraq Azərpoçtda universal poçt xidmətlərinin inkişafı layihəsinin tamamilə dövlət tərəfindən maliyyələşdirilməsini göstərmək olar.
Azərpoçt hazırda gəlirlilik nümayiş etdirir. Təqaüdlər və bu kimi sosial ödənişlərin həyata keçirilməsi ilə böyük həcmdə gəlirlərin əldə edilməsini təmin edir ki bu da, universal poçt xidmətlərinin göstərilməsi zamanı meydana çıxan itkilərin kompensasiya olunmasına kömək edir.

Azərpoçt digər pul köçürmələrinə nisbətən poçt-maliyyə xidmətləri yerinə yetirmədiyi halda onun işçiləri pul köçürmələri, hesabın ödənişi və sosial ödənişlərin aparılması yolu ilə nağd pulla işləmək təcrübəsinə yiyələnmişdir. Bu, bank depozitlərinin və daha mürəkkəb maliyyə əməliyyatlarının dövriyyəsi üçün zəruri olan bilik və təcrübənin təmin olunması üçün çox vacibdir.


Zəif tərəflər

Milli poçt bazarı üzrə hazırkı biliklərin olmamağı poçt sektorunun tənzimləyici strukturunun yenidən yaradılması və Azərpoçtun uzunmüddətli və səmərəli inkişaf strategiyalarının yaradılması üçün göstərilən səylərə zərər vuracaqdır. Aydındır ki, əsas poçt bazarında (bəzi kuryer şirkətləri həmin xidmətlərin milli səviyyədə həyata keçirilməsinin mümkünlüyü barədə məlumat verirlər) rəqabət vardır. Lakin bazarın bu hissəsinə nəzarət etmək mümkün deyil, çünki orada vəziyyətin gedişatına dair dəqiq məlumatlar mövcud deyildir. Bundan əlavə, Azərpoçtun xidmət çeşidinin artırılması və onun poçt şəbəkəsinin genişləndirilməsi üçün ciddi istək olduğu halda, poçt bazarının özünü müəyyənləşdirən gələcək tələbatların və təminat amillərinin olması məlum deyildir.

RİTN poçt sektorunda qərar verən, tənzimləyici və operatorudur. Gücləndirilmiş idarəetmə avtonomiyası və kommersiya dünyagörüşü Azərpoçt üçün həm strateji hədəflərin yerinə yetirilməsi və həm də maliyyə xidmətlərinin səviyyəsini qaldırmaq üçün yerinə yetirilən MXİL üçün vacibdir.

Bazar yönümlü təşkilata keçmək üçün ilkin və yardımçı prosesləri inkişaf etdirmək üçün yeni və təkmilləşdirilmiş idarəetmə qabiliyyətləri və biliyi lazımdır. Eyni şərtlər statistika əsasında işləyən, lakin məhsul və xidmətlər, əməliyyat bölmələrinin iş keyfiyyəti, işçilərdən səmərəli istifadə haqqında məlumat verməyən idarəetmənin yardımçı sistemləri üçün də keçərlidir.


İmkanlar

Azərpoçtun əsas üstünlüklərindən biri onun paytaxtda və ölkə daxilində geniş şəbəkəsinin olmasıdır. Bu şəbəkənin imkanları hesabına həm Bakı şəhərində, həm də digər ərazilərdə bütün xidmətlərdən tam həcmdə istifadə oluna bilər.

Poçt sektorunun üç vacib biznes “axınının” məlumat, məhsullar və vəsaitlərin mərkəzində yerləşmə mövqeyini belə təsvir etmək olar:

Hərtərəfli və səmərəli poçt sektoru bunları etməklə biznesi dəstəkləyə bilər. Bu, poçt sektorunun iqtisadi artımı üçün güclü vasitə olmasına imkan verir:



  1. İctimaiyyətə əmtəə və xidmətlər barədə məlumat verən reklam tədbirləri;

  2. Bu məlumatların dərc olunduğu nəşrləri müştərilərin ala bilməsi üçün rabitə kanalları;

  3. Əmtəə və məhsullar üçün etibarlı yığma və çatdırılma xidmətləri;

  4. İqtisadiyyatda nağd pul axınını sürətləndirə biləcək keyfiyyətli hesabların təqdim olunması və ödənişi sistemlərinin təşkili;

  5. Ticarət fəaliyyətinin stimullaşdırılmasında səmərəli ola bilən kapitalın yığımı üçün imkan yaradan maliyyə xidmətləri şəbəkəsi.

Poçt-maliyyə xidmətlərinin gücləndirilməsi məqsədilə MXİL çox böyük bir imkandır. Azərpoçtun maliyyə və əməliyyat effektivliyini və institusional vəziyyətini gücləndirmək üçün bu layihədə bir çox komponentlər nəzərdə tutulmuşdur. Bu layihə ilə Azərpoçt öz məhsul xəttini genişləndirməyə imkan tapacaq, həmçinin “kommersiya mərkəzi” potensialını həyata keçirəcək. Bu layihə həm də imkan verəcək ki, poçt sektorunun maliyyə sektoru ilə birləşməsindən istehlakçılara “bir məntəqədə bütün xidmətləri almaq” seçimi versin.

Nəticə etibarilə, poçt şəbəkəsinin “qarşılıqlı qoşulması” yolu ilə layihə geniş əhali kütləsi üçün e-ticarət və e-hökumət kimi çoxlu sayda yeni xidmətlərdən istifadə etmək imkanı yaradacaq. Geniş mənada desək, bu layihə digər sektorların inkişafına dəyər vermək məqsədilə poçt sektorunun potensialını nümayiş etdirmək üçün gözəl imkanlar yaradır.



Məlumat axını

Kommersiya mərkəzlərinə” çevrilmə

Məhsulların axını

Poçt xidmətləri

Ödənişlərin axını




  • Sifarişlərin həyata keçirilməsi

  • Saxlama

  • Nəqliyyat

  • Paylaşdırma

  • Çatdırma


  • Yazışma

  • Birbaşa məktub elanı

  • Dövrü mətbuat

  • Internetə çıxış

  • E-hökümət




  • Hesablar və ödənişlər

  • Poçt-maliyyə xidmətləri

  • E-kommersiya

  • “İnanılmış üçüncü tərəf”




Təhlükələr

Poçt sektorunun güclü fəaliyyətini zəiflədə bilən və bu fəaliyyətə mane ola bilən bəzi təhlükələr vardır. Bu risklərdən biri universal xidmət şəbəkəsinin inkişaf etməmiş statusudur. Əgər bu sektorun fəaliyyəti gücləndirilməsə, ondan əldə olunan faydalardan vətəndaşların hamısı bərabər şəkildə istifadə edə bilməyəcək.

Digər məsələ Azərpoçtun maliyyə vəziyyətinin gələcəyidir. Bu gün böyük universal xidmət şəbəkəsinin qorunub saxlanmasından və çox az həcmə malik olan poçtun prosesləşdirilməsindən irəli gələn itkilər “Aztelekom” İB-nin dolayı subsidiyası vasitəsilə ödənilir. “Aztelekom” İB üçün hesabların ödənişi üzrə yüksək yığım tariflərini təyin etməklə Azərpoçt nəinki öz itkilərini ödəməyə, həm də gəlirlər əldə etməyə və vergiləri ödəməyə qabildir.

Bununla belə, əgər “Aztelekom” İB səhmdar cəmiyyətə çevrilərsə və kommersiya mühasibat prinsipini və strategiyasını istifadə edərsə, onda subsidiyalar ləğv olunmuş olacaq. Bu mövcud şəbəkəni saxlamaq və universal poçt xidmətlərini genişləndirmək planlarını təhlükə altına ala bilər. Buna görə də, universal poçt xidmətlərinin qiymətinin və bu xidmətlərə sonradan əlavə olunacaq xidmətlərin qiymətləri dəqiqliklə müəyyənləşdirilməli və bu xərcləri ödəmək üçün vəsaitlər müəyyənləşdirilməlidir.

Azərpoçtun həyata keçirdiyi poçt rabitəsinin aşağı həcmi onun inkişafı üçün maneədir. Adambaşına düşən poçt göndərişlərinin həcmi ildə 1.3 ədəd təşkil edir. Ona görə də, poçt rabitəsi xidmətinin aşağı həcminin səbəbləri, poçt rabitəsi bazarı geniş araşdırılaraq müəyyənləşdirilməli və çıxış yolları tapılmalıdır.


    1. RƏQİBLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ



Rəqiblərin xarakteristikası

Poçt bazarında Azərpoçtun rəqibləri əsasən kiçik müəssisələrdir və onların məcmu kapitalı və işçi heyəti Azərpoçtla müqayisədə çox azdır. 22 özəl poçt operatorunun demək olar ki, heç birinin regionlarda filial və xidmət məntəqəsi mövcud deyildir.

Poçt sektorundan fərqli olaraq bank bazarında rəqiblərin sayı və kapitallaşma səviyyəsi qat-qat yüksəkdir. Hal-hazırda respublikada 46 bank və 96 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Hazırda ümumi maliyyə bazarı 4 mlrd. dollar həcmində qiymətləndirilir ki, bunun da 47% Azərbaycan Beynəlxalq Bankının payına düşür. Ən böyük xidmət şəbəkəsinə Kapital Bank sahibdir. Ümumiyyətlə, bütün bank sektorunun xidmət şöbələrinin sayı (filiallar da daxil olmaqla) 501 ədəddir. Müqayisə üçün bildirək ki, Azərpoçtun xidmət şöbələrinin sayı 1500-dən çoxdur. Nəzərə almaq lazımdır ki, bank şöbələrinin çox hissəsi şəhər ərazilərində yerləşir.

Potensial satış bazarları və müştərilər

Azərpoçtun ənənəvi xidmətləri mövcud bazar qiymətlərindən aşağı (əksər hallarda ən aşağı) olduğuna görə, onların əsas istifadəçiləri əsasən ev təsərrüfatları, dövlət təşkilatları və kiçik-orta müəssisələrdir. Azərpoçtun əsas bazarı universal poçt xidməti və xırda ödənişlər (əsasən kommunal ödənişlər, pensiya və müavinətlər) təşkil edir. Kənd yaşayış məntəqələrində və rayonlarda bu xidmətlərin analoqu olmadığı üçün bütün müştərilər Azərpoçtun xidmətlərindən yararlanırlar. Habelə, baxmayaraq ki, digər poçt operatorları əsasən kuryer və sürətli poçt xidmətləri bazarının iştirakçısıdırlar, bu bazarda da Azərpoçt müəyyən bazar payına malik ola bilər (ilk növbədə geniş daxili şəbəkəyə malik olması ilə, maya dəyərinə nəzarət etməklə, xidmətin dəyərini azaltmaqla və keyfiyyəti yüksəltməklə).

Poçt-maliyyə xidmətləri bazarı çox rəqabətlidir. Buna baxmayaraq bu bazarda geniş imkanlar mövcuddur. Bazarın əsas xroniki problemi kapital çatışmazlığı, xərclərə nəzarətin zəif təşkil olunması, idarəetmə praktikasının zəifliyi və nəticədə məhdud xidmət şəbəkəsidir. Bu isə xidmət istifadəçilərinin məhsullara çıxışını məhdudlaşdırır. Azərpoçtun əsas bazarı pərakəndə bankçılıq olacaqdır və burada da o, geniş bölüşdürmə kanalında standartlaşdırılmış bütün xidmət istifadəçilərinə əlverişli xidmətlə təklif edəcəkdir. Əsas məhsullar, ilk növbədə ödəniş məhsulları (hesab əsaslı və nağd əsaslı), depozit hesabları (etibarlı depozit hesabları) və eləcə də, digər standart kütləvi məhsullar (məsələn ipoteka kreditləri və sığorta) olacaqdır. Depozit və digər xidmətlər hər şeydən əvvəl Azərpoçtun müsbət imicini necə qurmağından asılı olacaqdır. Belə ki, Azərpoçtun təklif edəcəyi depozit (əmanət) hesabları ümumilikdə risksiz olmasına baxmayaraq onun faiz dərəcələri kommersiya banklarından çox aşağı olacaqdır. Bu isə müştəriləri bu cür məhsullardan uzaqlaşdıra bilər. Lakin təcrübə göstərir ki, əhali gəlir əldə etməkdən çox əmanətlərinin etibarlı yerdə qalmasında maraqlıdırlar. Bu səbəbdən də, Azərpoçtun əmanət toplama strategiyası ev təsərrüfatlarının “yastıq altındakı” pullarını cəlb etməkdə maraqlıdır.

    1. TƏNZİMLƏYİCİ MÜHİTİN DƏYƏRLƏNDİRİLMƏSİ

Azərpoçtun hazırki tənzimləyici mühiti məhsul və müştəri istiqamətli təşkilatlar üçün olan struktura uyğun deyildir. Ona görə də, Azərpoçtun yeni xidmətlər göstərməyə başlaması, əsasən bank xidmətləri bazarına daxil olması və rəqabətqabiliyyətliyinin artırılması zərurəti onun hüquqi formasında və təşkilati strukturunda müəyyən dəyişikliklərin edilməsini zəruri edir.

Hal-hazırda Azərpoçt 100 faiz dövlət mülkiyyətində olan dövlət müəssisəsidir. Dövlət müəssisələrinin digər təşkilati-hüquqi formalı müəssisələrdən fərqli olan əsas cəhəti ondan ibarətdir ki, bu formalı müəssisələrdə mülkiyyətçinin həmin müəssisənin özünün deyil, məhz dövlətin olmasıdır. Yaranmış vəziyyətdən əsas çıxış yolu kimi Azərpoçtun təşkilati-hüquqi formasının dəyişdirilərək səhmdar cəmiyyətə çevrilməsi göstərilə bilər. Azərpoçtun səhmdar cəmiyyətə çevrilməsi həm onun idarəetmə mexanizmini daha da təkmilləşdirməyə imkan verəcək, həm də onu investorlar üçün daha cəlbedici edəcək.

    1. ƏMƏLİYYAT PLANLARI

Yuxarıdakı hədəfləri müəyyənləşdirməklə Azərpoçt bir kommersiya qurumu kimi çıxış edərək təsərrüfat fəaliyyətlərini mənfəətli və davamlı etmək niyyətindədir. Onun fəaliyyəti iki əsas prinsipə əsaslanacaqdır:



  1. Səmərəlilik;

  2. Effektivlik.

Beləliklə, əlavə dəyər zəncirinin bütün tərkib hissəsi hər zaman nəzarət ediləcək və səmərəliləşdiriləcəkdir. Bütün bu hədəflərə nail olmaq üçün aşağıdakı məsələlər müfəssəl şəkildə xarakterizə edilməlidir:

    • Mövcud fəaliyyətlərin və məhsulların müfəssəl təhlili və məhsul portfelinin yenidən hazırlanması. Məhsulun həyat dövrünün idarəedilməsi təcrübəsi tətbiq olunmalıdır. Bu zaman hər bir məhsul üzrə məsul şəxslər təyin edilməli və onun həyat dövrü hər zaman nəzarətdə saxlanılmalıdır.

    • Müştərilərin bır sıra amillər üzrə təsnifləşdirilməsi və yenidən qruplaşdırılması.

    • Bölüşdürmə kanallarının təhlili və yenidən təşkili (həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərmək üçün poçt şöbəsi, bankomat, POS-terminal, SMS-bankçılıq və digər paylama kanallarından istifadə).

    • İnformasiya texnologiyaları ilə bağlı prioritet sahələrin müəyyənləşdirilməsi və onların tətbiqinin planlaşdırılması (belə ki, informasiya texnologiyaları kifayət qədər vaxt, maliyyə və insan resurslarını tələb edir).

    • Mövcud insan resurslarının fəaliyyətinin qiymətləndirilməsi, onların yeni təşkilati struktur üzrə düzgün bölgüsünün aparılması və yeni bacarıqların əldə edilməsi üzrə təlimlərin keçirilməsi. İnsan resurslarının davamlılığını təmin etmək məqsədilə müvafiq təhsil oçaqları ilə əməkdaşlığı genişləndirmək və güclü təlim bazasının formalaşdırılması da daxil olmaqla güclü insan resurslarının idarəedilməsi təcrübəsini formalaşdırmaq olduqca zəruridir. Eyni zamanda Azərpoçt “daima öyrənən təşkilat” fəlsəfəsini öz təşkilati mədəniyyətində qəbul etməlidir. Belə ki, hər bir işçiyə iş əsnasında praktiki biliklərə nail olmaq imkanını təmin etmək lazımdır (yəni, işçilərin bir-birindən öyrənməsi). Bundan əlavə, xidmətedici heyətin müştərilərlə daha mehriban davranmasını, onlara hər zaman keyfiyyətli xidmət göstərməyi əsas vəzifə borcu hesab edən personalın formalaşdırılmasını, eləcə də “müştəri hər zaman haqqlıdır” şüraını əsas fəaliyyət prinsipi kimi qəbul edən korporativ mədəniyyətin yaradılması da həyata keçirilməlidir.

    • Həm poçt-maliyyə xidmətləri, həm də poçt xidmətləri üçün çox kanallı birbaşa marketinq strategiyasının tətbiqi. Belə ki, bu kanallara kütləvi informasiya vasitələri, bankomatlar, məktublar, internet, telefon və eləcə də, poçt şöbələri daxildir. Bölüşdürmə kanalları haqqında məlumat kanalların daha düzgün təşkil olunmasına kömək etməlidir. Müştərilər də öz növbəsində həm regional yerləşməsinə, həm də təsərrüfat xarakterinə görə seqmentləşdirilməlidirlər. Belə ki, kənd ərazilərində, qəsəbələrdə və şəhərlərdə yaşayan əhalinin həyat tərzi və tələbatları fərqlidir. Eyni zamanda, kiçik ev təsərrüfatları ilə kiçik və orta müəssisələrin, həmçinin böyük müəssisələrin poçt və poçt-maliyyə xidmətlərinə tələbləri də fərqlidir. Poçt şöbələri üzrə əsas strategiya onların “bir məntəqədə bütün xidmətlərdən istifadə” prinsipi ilə çalışan bir bölüşdürmə kanalına çevirməkdir. Poçt maliyyə xidmətlərinin inkişaf etdirilməsi və ya bazara daxil olma və ya bazarda dərinləşmə üç fazada aparılacaqdır:

      1. Mərhələ 1: Nağd əsaslı pul köşürmələrinin təkmilləşdirilməsi və standartlaşdırılması (hansı ki, hazırda davam etməkdədir), hesabların açılması və aparılması, depozitlərin qəbulu;

      2. Mərhələ 2: Əmək haqqı və digər ödənişlər/ödəniş (cari/hesablaşma) hesablarının inkişaf etdirilməsi, valyuta dəyişmə əməliyyatlarına başlanılması;

      3. Mərhələ 3: digər maliyyə xidmətlərinin - əmanət hesabları, debet və kredit kartların emissiyası və s. göstərilməsi.

Poçt xidmətlərinin institusional idarəedilməsinin təkmilləşdirilməsi və optimallaşdırılması üçün zəruridir:

      1. Mərhələ 1: Mövcud poçt məhsullarının təşkilinin həm idarəçilk, həm ümumi keyfiyyət nəzarəti, həm də maya dəyərinə nəzarət baxımından təkmilləşdirilməsi aparılmalıdır. Bu zaman məhsulun yeni adla bazara daxil edilməsinin (rebrendinq) aparılması strategiyası da nəzərdən keçiriləcəkdir.

      2. Mərhələ 2: Yeni məhsulların tətbiqi (hibrid məktub, internet xidmətlər və s.).



    1. HƏR BİR BİZNES SAHƏSİ VƏ MƏHSUL/BAZAR SEQMENTİ ÜÇÜN STRATEGİYA

Azərpoçt üç təsərrüfat vahidi vasitəsilə 4 müxtəlif sahədə fəaliyyət göstərməyi hədəfləyir:



Bu bazar seqmentləri bir-birindən fərqli resursları və prosesləri əhatə etməkdədir. Azərpoçt 3 təsərrüfat vahidinin (maliyyə xidmətləri üçün Poçt-maliyyə, Poçt göndərişləri və Logistika xidmətləri üçün Azərpoçtun filialı olan PDM, Ekspresspoçt xidmətləri üçün “Azərekspresspoçt” RM-in sinerjisindən istifadə etməyi hədəfləyir. Hər bir bu dörd bazar seqmenti üçün aşağıdakı prioritet strategiyalar müəyyənləşdirib:



    1. Məktub xidmətləri:

      1. Məktub göndərişlərinin inkişaf etdirilməsi;

      2. Bağlama xidmətinin keyfiyyətinin yüksəldilməsi;

      3. Hibrid poçt göndərişlərinin təkmilləşdirilməsi və genişləndirilməsi;

      4. Poçt göndərişlərinin çatdırılmasının, təhlükəsizliyinin və ümumi keyfiyyətinin yüksəldilməsi;

      5. Əlavə dəyər zəncirinin dərinləşdirilməsi və maya dəyərinə nəzarət;

      6. Ümumi səmərəliliyə nail olmaq.

    2. Ekspresspoçt xidmətləri:

      1. Ölkədaxili ekspresspoçt xidmətinin inkişaf etdirilməsi;

      2. Beynəlxalq bazarda birbaşa və ya digər əsas bazar iştirakçıları ilə birgə (DHL, TNT, Federal Express) iştirak;

      3. Poçt göndərişlərinin çatdırılmasının, təhlükəsizliyinin və ümumi keyfiyyətinin yüksəldilməsi;

      4. Əlavə dəyər zəncirinin dərinləşdirilməsi və maya dəyərinə nəzarət;

      5. Ümumi səmərəliliyə nail olmaq;

      6. İzləmə sisteminin tətbiqi.

    3. Logistika xidmətləri:

      1. Həm ölkə daxili, həm də beynəlxalq logistika xidmətlərinin göstərilməsi;

      2. Çatdırma zəncirinin idarəedilməsinin təşkili və effektivliyinin artırılması;

      3. Əlavə dəyər zəncirinin dərinləşdirilməsi və maya dəyərinə nəzarət;

      4. Ümumi səmərəliliyə nail olmaq;

      5. İzləmə sisteminin tətbiqi.

    4. Poçt-maliyyə xidmətləri:

      1. Pərakəndə bankçılığın tətbiqi və bu sahədə liderliyin əldə edilməsi;

      2. Xidmətlərin bütün poçt şəbəkəsi boyunca genişləndirilməsi;

      3. Ölkədaxilində ən sürətli ödəniş xidmətlərinin göstərilməsi;

      4. 2 milyon müştəri hədəfi (qarşıdakı 10 il ərzində), yəni daimi müştəri (ən azı bir ödəniş hesabına malik olan).


    1. YARDIMÇI BÖLMƏLƏR ÜÇÜN STRATEGİYA

Azərpoçt aşağıdakı dəstəkləyici sahələrdə də müəyyən irəliləyişləri hədəfləyir:



  • Şəbəkə idarəetməsi:

Poçt şöbələri şəbəkəsinin idarəedilməsi yuxarıdakı xidmətlərin lazımı dərəcədə düzgün təşkilinə zəmin yaradır. Belə ki, mərkəzi qaydada bu xidmətlər ayrılıqda təşkil olunmasına baxmayaraq, müştəri yalnız xidmətçi kimi poçt şöbələrini görəcəkdir. Yəni bütün xidmətlər poçt şöbələrində son nöqtə kimi cəmləşəcəkdir. Bu səbəbdən də, poçt şöbələri şəbəkəsinin düzgün idarəedilməsi göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərəcəkdir. Azərpoçt şəbəkə idarəetməsində aşağıdakı hədəfləri planlaşdırır:

  1. Poçt şöbələrinin əsaslı təmiri və müştəri xidmət üçün lazımi maddi bazanın qurulması (yəni avadanlıqlar və mebellə təchizat);

  2. İnformasiya texnologiyalarından geniş istifadə, yəni vahid poçt əməliyyatçı avtomatlaşdırma sisteminin tətbiqi. Bu sistem həm ənənəvi poçt xidmətləri, həm poçt-maliyyə, həm də kommersiya xidmətləri də daxil olmaqla digər xidmətlərin bir ekranda həyata keçirilməsinə icazə verir;

  3. Poçt şöbələrində müvafiq hesabatçılıq və fəaliyyət effektivliyi göstəricilərinin tətbiqi;

  4. Şəbəkənin və insan resurslarının idarəedilməsi.

  • İnformasiya Texnologiyaları:

İT daxili dəstəkləyici xidmət olmaqla bütün biznes vahidlərinin və baş idarənin həm əməliyyat, həm də nəzarət funksiyalarını icra etməsinə yardımçı olacaqdır. Azərpoçt bu məqsədlərlə aşağıdakı hədəfləri qoymuşdur:

  1. Yaxın 1-3 il ərzində bütün Azərpoçt strukturunu son avadanlıqlarla təchiz etmək;

  2. AzDataCom və digər rabitə kanalları vasitəsilə yaxın 3 il ərzində Azərpoçtun korporativ şəbəkəsinin qurulmasını başa çatdırmaq;

  3. Mərkəzləşdirilmiş təhlükəsizlik sistemini yaratmaq;

  4. Yanıx 3 il ərzində bütün poçt şöbələrini bu sistemlərə birləşdirmək.

  • Maliyyə idarəçiliyi (yaxın 3 il ərzində):

    1. Hər bir məhsul üzrə maya dəyərinin hesablanması və nəzarət (yəni uyğun idarəetmə muhasibatlığının qurulması);

    2. Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun muhasibat uçotunun və hesabatçılığın bütün ierarxik təşkilati səviyyələrdə tətbiq edilməsi;

    3. Büdcənin tərtibi və ona nəzarətin, eləcə də proqnozlaşdırmanın təkmilləşdirilməsi;

    4. Fəaliyyətin icra effektivliyinin həm məhsul xətti əsasında, həm də ümumi halda biznes vahidləri üzrə aparılması.



    1. RİSKLƏR VƏ MƏHDUDİYYƏTLƏR

Poçt sektorunun güclü fəaliyyətini zəiflədə bilən və bu fəaliyyətə maneə ola bilən bəzi risklər vardır. Bu risklərdən biri universal poçt xidməti şəbəkəsinin inkişaf etməmiş statusudur. Əgər bu sektorun fəaliyyəti gücləndirilməsə, onda bu xidmətdən əldə olunan faydalardan vətəndaşların hamısı bərabər şəkildə istifadə edə bilməyəcək.

Digər bir məsələ Azərpoçtun maliyyə vəziyyətinin gələcəyidir. Bu gün böyük universal poçt xidməti şəbəkəsinin qorunub saxlanmasından və çox az həcmə malik olan poçtun prosesləşdirilməsindən irəli gələn itkilər “Aztelekom” İB-nin və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin dolayı subsidiyası vasitəsilə ödənilir.

Azərpoçtun həyata keçirdiyi poçt rabitəsinin aşağı həcmi inkişaf üçün maneədir. Ona görə də, poçt rabitəsi xidmətinin aşağı həcminin səbəbləri, poçt rabitəsi bazarı geniş araşdırılaraq müəyyənləşdirilməli və ondan çıxış yolları tapılmalıdır.

Yuxarıda da qeyd olunduğu kimi əsas poçt rabitəsi xidmətlərində nizamlanmayan rəqabət var. Bu, təkcə Azərpoçtun maliyyə və strateji gücü üçün deyil, həm də universal poçt rabitəsini təmin etmək baxımından da təhlükə mənbəyidir.

Əgər hökumət bütün vətəndaşlara müəyyən səviyyədə poçt-maliyyə xidmətləri təklif edirsə, onda bu xidmətlərin göstərilməsinə nəzarət və nizamlama vasitələri də təmin olunmalıdır.



Digər tərəfdən, poçt-maliyyə xidmətlərinin həyata keçirilməsi üçün Milli Bank tərəfindən lisenziyanın vaxtında verilməməsi bu xidmətlərdən əldə olunacaq gəlir hədəflərinin yerinə yetirilməməsinə gətirib çıxara bilər.
  1. MALİYYƏ VƏ İNVESTİSİYALARIN XÜLASƏSİ








2008 proqnoz

2009

proqnoz

2010

proqnoz

2011

proqnoz

Gəlir (ƏDV ilə)

11781

18401

26067

29461

Poçt xidmətlərindən

3501

4900

5400

6000

Maliyyə xidmətlərindən

7075

11435

17476

19651

Kommersiya xidmətlərindən

469

1124

1843

2248

Digər xidmətlərdən

736

942

1348

1562

ƏDV

1791

2797

3819

4319

Gəlir (ƏDV-siz)

9990

15604

22248

25142

Xərclər

16289

20371

21889

23800

Əmək haqqı xərcləri

7600

9500

10220

11000

Amortizasiya xərcləri

1675

2500

2650

2900

Digər xərclər

7014

8371

9019

9900

Mənfəət/Zərər

-6299

-4767

359

1342


21


Yüklə 149,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə