Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.

səhifə1/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


31

Türk Dünyası 34. Sayı

Prof. Dr.



AZMIŞ ULDUZUN KƏDƏRLİ İŞIĞI: BAŞLANĞIC,

İNQİLAB VƏ ZİDDİYYƏT

(Mirzə Fətəli Axundzadə haqqında söz)

Kamil Vəli NERİMANOĞLU

“Və məndən ancaq əndazə və nümunə 

göstərmək idi və baniyi-kar olmaq”

(M. F. Axundzadə)

Ədəbiyyat  tariximizin  və  M.F.Axundzadə  yaradıcılığının  yeni  baxışla 

araşdırılmasında  böyük  xidmətləri  olan  rəhmətliklər  M.Ə.Rəsulzadənin, 

M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm 

S.Tağızadənin əziz xatirələrinə... 

...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara 

və Fətəli fəthi romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla... 

Özet:

19.  yüzyıl  Doğu  edebiyatında  modernleşme  çağıdır.  Bu  dönemde  Azerbaycan 

modern edebiyatının temellerini Mirza Fathali Ahundzade atmıştır. Onun, 19. yüzyılın 

ortasında yazdığı dram türünde edebî, eleştirel değerlendirme ve felsefi yazılarının 

oluşturduğu altı eseri, bu modernleşmenin ilk örnekleridir.

Çelişkilere  rağmen,  yeni  edebiyat,  edebiyat  eleştirisi  ve  modern  düşüncenin 

temellerini  ve  dahası  Türk  alfabesi  reform  projelerinin  yanı  sıra  M.F.  Ahundzade 

adıyla yeni bir fikir ve edebiyat yolunun temellerini oluşturmuştur. 

Anahtar  kelimeler:  Modernleşme,  felsefe,  tiyatro,  din,  hayat,  gerçekçilik, 

demokrasi görünümü


Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

32

Abstract:



The 19th century of the Oriental literature is the age of modernization. It was 

Mirza Fathali Ahundzade who laid the foundations of Azerbaijanmodern literature in 

this period. His six works of drama type, literary critical reviews, and philosophical 

articles which he wrote in the middle of the 19th century are the first examples of 

modernization.

Mirza  Fathali’s  view  of  religion  is  contradictory.  Following  the  denying  and 

uncompromising  attitude  toward  the  religion  of  Islam,  he  laid  the  foundations  of 

atheist viewpoints and the national Azerbaijan ideology found this viewpoint odd.

Despite contradictions, he created Fundamentals of a new idea and literaty way 

by laying the foundations of the new literature, literary criticism and modern thinking 

and  moreover,  Turkish  alphabet  reform  projects  are  related  to  the  name  of  M.  F. 

Ahundzade as well.

Key  words:  Modernization,  philosophy,  drama,  religion,  view  of  life,  realism, 

democracy

Bu  yazını  ziddiyyətli  dahi  haqqında  ziddiyyətli  bir  adamın  yazısı  kimi 

də  oxuya  bilərsiniz,  sevgi  və  nifrət  elegiyası  kimi  də.  Fərq  etməz.  Söhbət 

yalnız  dəyərləndirməkdən  və  təhlil,  tənqid  etməkdən  deyil,  200  il  əvvəl 

baş  verənlərdən  və  200  il  sonra  baş  verəcəklərdən,  düşüncə  burulğanının 

sonsuzluğundan,  tarixin  seçim  yollarından,  insanın,  millətin  və  dünyanın 

taleyindən gedir. Görsək də, görməsək də, inansaq da, inanmasaq da. 

80-ci illərin əvvəllində M.F.Axundzadə haqqında iki məqalə yazmışam. O 

illərdə ən yeni ədəbiyyat uğrunda mücadilədə Mirzə Fətəli məktəbini (Mirzə 

Cəlil, M.Ə.Sabir, H.Üzeyir bəy, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə...) 

maarifçiliyin,  demokratizmin,  yeni  ədəbiyyatın  təməli  olaraq  aldığımız 

üçün  ayrı-ayrı  yazılarda,  Mirzə  Fətəliyə  isnad  etmiş,  onun  elmi  və  bədii 

düşüncələrindən çox bəhrələnmişəm. 

Bu yazı bir növ o qeydlərin davamı və bəlkə də sonudur. Əlbəttə, Mirzə 

Fətəli yaradıcılığı bir yazıya sığacaq və ya tükənəcək qədər hüdudlu deyil. 

Həmin  mənada  Mirzə  Fətəlihaqqında  düşüncələr  nisbi  mənada  bitə  bilər. 

Çünki Mirzə Fətəli həmişəyaşardır. O, hər zamankı kimi bugün də öyrədir, 

öyrənir, düşünür və düşündürür. 

Həyatım  boyu  çox  dinsiz  tanıdım,  inanan  qatil  də  gördüm,  imansız 

molla ilə, əliəyri, vicdansız namaz qılan da. Allahsızları oxudum, söhbətlər 

etdim.  Keçirdiyim  ilk  hiss  onlara  qəzəblənmək,  nifrət  oldu.  Bir  az  keçdi 

Allahsızlığı və yalançı “Allahlılığı” dərk etməyə çalışdım. Səmimi Allahsızla, 

səmimi olmayan dindarı ayırd etməyə cəhd etdim. İmanı, məzhəbi, şəriəti, 

təriqəti, mərifəti, həqiqəti öyrənməyə, özüm üçün aydınlaşdırmağa çalışdım. 

Qəzalini,  Əl-Ərəbini,  Mövlananı,  Füzulini  oxudum.  Renessansı  və Avropa 



Kamil Vəli NERİMANOĞLU

33

Türk Dünyası 34. Sayı

maarifçilərini anlamağa cəhd etdim və çox şey  də anladım. Tövratı, İncili, 

Quranı həm inanan və həm də inanmayanların önyarqısı ilə oxudum, haqqın 

yolunu tapmağa çalışdım. İdrak yolunda o Allahsızlara və yalançı Allahlılara 

yazığım gəldi.

Deyə bilərsiniz ki, Allahsızların da Allahlılara yazığı gəlir. Haqlısınız. Sən 

avama  nə  qədər  nifrət  edirsənsə,  avam  onun  on  qatı  sənə  nifrət  edir.  Kimi 

isə  mühakimə  etmək  istəmirəm.  Özünütəsdiq,  axına  qarşı  üzmək,  fərqlilik 

duyğularını da anlayıram. Səmimi dinsizləri də dərk etməyə çalışıram. Allah 

və insan araşdırmasını elmi və bədii müstəvidə gerçəkləşdirən dahilərin elmi 

və  bədii  araşdırmalarından  çox  şey  öyrəndiyimi  söyləməyə  borcluyam.  Bu 

mənada özəlliklə, Qəzalidən, Füzulidən, Dostoyevskidən çox şey öyrəndim. 

Bütün  bu  təcrübə  mənim  Mirzə  Fətəliyə  yenidən  üz  tutmağıma  rəvac 

verdi. Dinlinin dininə, dinsizin dinsizliyinə sayqı ilə düşüncələrimi qələmə 

almaq yeni nəslin inanc araşdırmalarına işıq tutmaq, dinsizliklə dini, fanatizm 

və  cəhalətlə  din  fəlsəfəsinin  nə  qədər  uzaq  olduğunun  üzərində  dayanmaq 

istədim.  Yeni  nəslin  arayışlarına,  axtarışlarına,  Mirzə  Fətəli  mövqeyindən 

aydınlıq  gətirilməsini  faydalı  bildim.  Vicdan  və  din  azadlığı  kontekstində 

tarixlə, tarixi şəxsiyyətlərlə söhbəti üz tutduğum gənclər üçün vacib bildim. 

Bu  yazını  həm  də  gedənlərlə  gələnlərin,  əbədi  dəyərlərlə  zamanı  bağlı 

keçici dəyərlərin dialoqu kimi də oxuya bilərsiniz. Hər kəs istədiyi hər şeyi 

qəbul və əlbəttə ki, qəbul etməməkdə azaddır, oxucum. 

...Göydə  ulduz  olmayanda  ürəyim  nəhayətsiz  dərəcədə  sıxılır.  Göydə 

ulduz  olmayanda  özümü  hədsiz  bir  tənhalıq,  yalqızlıq  içində  hiss  edirəm. 

Göydə ulduz olmayanda elə bilirəm ki, Allah məni görmür, eşitmir, dinləmir. 

...Bir millət, bir Vətən ikiyə ayrıldıqdan sonra dünyanın xəritəsi də, insanı 

da büsbütün dəyişdi. Modern adlanan yeni çağ dünyaya başqa bir baxış, fərqli 

bir düşüncə gətirmişdi. Dünya başqa bir dünya olmağa başladığı bu vaxtda yer 

üzünə gələnlərdən biri də Mirzə Fətəli idi - Mirzə Fətəli Axundzadə. 

Bəzən  həyata  elə  təsadüflər  olur  ki,  (təsadüfmü?!),  o  təsadüf  insanın 

taleyini dəyişir, ona tamam başqa yön, istiqamət vermiş olur.

Balaca  Fətəlinin  Güney  Azərbaycanın  Xamnə  bölgəsindən,  atasından 

ayrılıb,  anası  ilə  Quzeyə  -  Şəkiyə  gəlməsi  qəzavü-qədərin  cilvəsi  idi. 

Mən  İran  üçün  Şərq  istibdadı,  dini-fanatizm  ölkəsi  kəlmələrini  işlətmək 

istəmirəm. Traferetləşmiş  bu  basmaqəlib  kəlmələr  bir  az  siyasət,  bir  az  da 

önyarqı qoxuduğu üçün bukəlmələri işlətməyəcəyəm və ya çox az işlətməyə 

çalışacağam.

Kəlmələr də uşaq kimidir. Hansı mühitə, zamana düşürsə, onun valideyni 

də o mühit, zaman olur. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə