Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Kamil Vəli NERİMANOĞLU

59

Türk Dünyası 34. Sayı



istərsə dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar, görək bu 

fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi 

budur. Lakin kritikada nəql və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və 

iltifata layiq görülməyəcəkdir.

“Nəss”  (aşkar)  və  nəql  (nağıl)  kritikasını  qəbul  etməyən  Mirzə  Fətəli 

böyük mübarizənin böyük adamı idi...

Dahi  sənətkarın,  böyük  mütəfəkkirin,  yorulmaz,  maarifçi-demokratın 

“ədəbi tənqidi” estetik baxışları yeni Azərbaycan ədəbiyyatının bünövrəsini 

qoymaq işində misilsiz rol oynadı, eyni zamanda bu məqalələr, əsərlər milli 

elmi tənqidin ilk təməl daşı oldu.

İllər keçəcək, bu təməl daşı üzərində böyük və möhtəşəm abidə ucalacaq. 

Bütün Şərqə məktəb olacaq bu əzəmətli abidə bir adı öz yaddaşında əbədi 

saxlayacaq və zaman-zaman bu ada qayıdacaq: Mirzə Fətəli Axundzadə.

***

XIX  əsr.  Şərq  ağlayır,  ağladıqca  üzü  eybəcərləşirdi.  Eybəcərləşmiş  üz 



islamın  nurunu  yansıda  bilmirdi.  Qoca  Şərqin  dizləri  titrəyir,  beli  bükülür, 

nəfəsi  tıncıxırdı.  Qoca  Şərq  böyük  islamı  daşımaz  hala  gəlmişdi.  Elmi 

mövhumat,  cəhalət,  yaradıcılığı  ehkamlaşdırma,  sömürü  boyunduruğu  ilə 

təpəyə  dırmaşan  xaçpərəsrtlər  Şərqdən  qoca  Şərqin  qanını  sümürürdülər. 

Dünya  birləşmiş  qablar  kimidir:  Şərq  güclənəndə  Qərb  zəifləyir.  Qərb 

güclənəndə Şərq. 

İndi zaman da, fürsət də Qərbin əlində idi. Mirzə Fətəli qoca Şərqi müalicə 

etmək üçün çırpınırdı. O, Şərqi Şərq üsulları ilə deyil, Qərbin çarə yolları ilə 

sağaltmaq, ayağa qaldırmaq istəyirdi. 

Hədəf islam dini idi. Çarə Qərb fəlsəfəsi, ədəbiyyatı və texnologiyası çıxış 

yolunun təməli idi. II Mahmuddan başlayan və Tənzimat fərmanı (1839) ilə 

zirvələşdirilən və Sultan Əbdülməcidlə geri dönülməz yola girən Avropalaşma 

sürəci.  Modernləşmə  yalnız  Batılaşma  deyil.  Çox  sonralar  Cəmaləddin 

Əfqani Şərqi islam yolu ilə sağaltmaq yolunu araşdırdı. Yenə də olmadı. Əli 

bəy Hüseynzadə və onun davamçıları (Ziya Gökalp, M.Rəsulzadə...) islami 

baxışla,  modernləşməni  və  millətçiliyi  bir  araya  alaraq  daha  mükəmməl 

çoxtərkibli ideologiya sistemi yaratdılar. M.Rəsulzadə bu ideologiyanı qısa 

müddətli  olsa  da  dövlət  sisteminə  daşıdı  və  millət  azadlığın,  hüququn,  öz 

kökünə, dilinə, dininə bağlılığın dadmış oldu. Sonra Atatürk Osmanlı külləri 

içində Türkiyə Cümhuriyyətini yaratdı və onun əbədiyyətinə imza atdı. 

Şərq yeni bir ideoloji təcrübəni gerçəkləşdirdi. Atatürkün inqilablarından 

biri də hərf-əlifba inqilabı oldu. 

Açıq şəkildə söyləmək gərəkir ki, bu ideologiyanın təməlini yaradanlardan 

biri də Mirzə Fətəli Axundzadə olmuşdur. Məncə, İslam dini ilə barışmazlıq 




Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

60

Mirzə  Fətəlinin  gücü  deyil,  gücsüzlüyüdür.  Amma  ziddiyyətləri  Mirzə 



Fətəlinin tarixi rolunu əsla inkar edə bilməz. 

İnsanlığın  fikir,  düşüncə  tarixi  dünyaya  mükəmməl  şəkildə  gəlmir. 

İnsanlarla  bərabər  hər  şeyi  zaman  da  dəyişir,  cilalaya-cilalaya  sabahlara 

daşıyır. 

Sabahkı  ideologiyanın  nə  olacağının  nə  olacağını  mən  bilmirəm. 

Bildiyim odur ki, gələcəyin ideoloji barışlar sistemində Mirzə Fətəlinin də, 

Ə.Hüseynzadənin  də,  M.Ə.Rəsulzadənin  də,  Atatürkün  də  duzu  olacaqdır. 

Duz yəni Şərqi Şərq edəcək əlac. 

Çağdaş demokratik dünyanın bir sıra anlayışlarını Azərbaycana, Şərqə ilk 

dəfə gətirən Mirzə Fətəli olmuşdur. Onun şəriət dövlətinə hüquq dövləti şüuru 

Şərqin inqilablarından biridir. 

Dünyəvi (sekulyar, laik) dövlət qavramı da dini dövlət anlayışı ilə əvəz 

olunmuşdur  ki,  bu  da  vətəndaş  cəmiyyətinin  təməllərindən  biri  olmaqla 

Şərq dünyası üçün olduqca əhəmiyyətli idi. Ümumən Şərqdə yerləşməsində, 

oturuşmasında Mirzə Fətəlinin qoyduğu ilk daşlar zəmin rolunu oynamışdır. 

Mirzə  Fətəli  ilk  Avropa  təfəkkürlü  Şərqli,  Şərq  təfəkkürlü  Avropalı 

xarakteri olduğu üçün onun səpdiyi toxumlar beyinlərdə cücərmiş, ürəklərə 

yol tapa bilmiş, ictimai-siyasi həyatı dəyişə bilmək gücündə olmuşdur. 

Təkrar etməyə borcluyam ki, Şərqdə ilk teatrın, ilk yeni ruhlu mətbuatın 

baniləri  Həsən  bəy  Zərdabi,  Nəcəf  bəy  Vəzirov  da  bilavasitə  Mirzə  Fətəli 

şəxsiyyəti  və  əsərləri  ilə  bağlı  olmuşdur.  Böyük  mütəfəkkirə  Avropa 

düşüncəsinin  və  təcrübəsinin  təsiri  inkar  edilməzdir.  Fəqət  Mirzə  Fətəlinin 

tarixi  rolu  Şərq  mühitinde  ağır  şərtlər  və  prinsiplər  içində  bu  düşüncəni 

yaratmaqdır. Yaratmaq kopiya etmək, mexaniki gətirmə də deyil. Yaratmaq 

təsirləndiyini  başqa  şəraitdə  canlandırmaq,  ona  yeni  həyat  verməkdir.  Bu 

mənada Mirzə Fətəli Molyerdən təsirlənmidir. Ancaq Molyer klassisizmindən 

fərqli bir dünya yarada bilmişdir. Onun yaratdığı məktəbə realist və ya tənqidi 

realist  məktəb  deyə  bilərsən,  onun  qurğulamasında  novatorluqla  ənənənin 

dialektikasını  da  aşkar  edib  incələyə  bilərsən,  dinə,  Füzuliyə  münasibətini 

kəskin tənqid edə bilərsən, ancaq Mirzə Fətəlinin sənət təkrarsızlığını dahilik 

səviyyəsində  olan  fitri  istedadını,  əldə  etdiyi  sənət  dəyərlərini  inkar  edə 

bilməzsən. 

Hər  cür  sənət,  fikir  yeniliyi  daşın  üstünə  qoyulmuş  daşdır.  Hər  cür 

təcrübə  sıçrayışın,  təkamülün  qaynağı  olduğunu  unuda  bilmərik.  Dünyanın 

müqəddəs  kitablarından  gələn  bu  təcrübə  elmdə  də,  sənətdə  çoxdan  isbat 

olunmuş  təcrübədir.  İlk  təcrübədən  böyük  məktəbə  gələn  bu  yol  məşəqqət 

dolu  dolanbaclardan,  qaranlıqlardan  keçir.  Nəticənin  aydınlığı,  sadəliyi 

böyük  mürəkkəbliklərdən,  qarmaqarışıqlıqlardan  keçə-keçə  gəldiyi  üçün 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə