Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   ...   25

Kamil Vəli NERİMANOĞLU

39

Türk Dünyası 34. Sayı

Mirzə Fətəlinin apardığı bu qanlı mübarizənin bir kökü də özündə idi, ən 

böyük çarpışma, ən böyük təlatüm Mirzə Fətəlinin içində gedirdi.

Dünyanı - təbiəti və cəmiyyəti idrakın çətin və dolaşıq yolları uzun idi, 

hardan başlayıb harada bitdiyindən xəbər verən yox idi.

Və Mirzə Fətəli özü ilə mübarizədə ədalətli idi, olduqca təmiz idi. Mirzə 

Fətəli heç vaxt ürəyini satmamışdı, içindəki cəbhələri satmamışdı və o gizli 

müharibə həmişəlik mübhəm qalmışdı.

Mirzə Fətəli kamalın yetə bildiyi uca bir yerdə dayanıb ətrafı seyr edirdi. 

Gözəl anlayırdı ki, insan dünyanı özü boyda görə bilər, öz qədrini də dəf edə 

bilər; içi insan qarışıq bu keşməkeşli dünya sonsuzdur, nə əvvəli var, nə sonu...

Ancaq bu sonsuzluğun sonu elə sən özünsən, həm də özün deyilsən. Bu 

sonsuz  yolda  qərar  tutmalı,  zamanın  gəlişini-gedişini  anlamalı,  vətən  üçün 

ağrımalı,  ağlamalı,  bir  ovuc  toxum  əkməli,  bir  ağac  dikməli,  bir  yarpaq 

insan dərdi yazmalı, dünyaya, insana dalmalı, ağır olan çox şeyi çiyinlərində 

çəkməli, çəkməli, çəkməlisən...

Tale  Mirzə  Fətəliyə  böyük  faciələr  hazırlayıbmış...Bu  sakit,  xeyirxah, 

gülərüz, ucaboy kişini nə ağır imtahanlar gözləyirmiş...

...Üç uşaq bir neçə gün ərzində qızılçadan ölmüşdü. Sonra altı uşaq...

Son  dərəcə  sevdiyim  kiçik  bir  qızım  var  idi  ki,  o  da  bu  son  günlərdə 

gözlənilmədən öldü. İndi mən onun fərağında ağlayır və yanıb-yaxılıram.

...Qəm-qüssənin  çoxluğundan  ölüm  arzulayıramsa  da,  mənə  qismət 



olmur.  Odur  ki,  bir  neçə  saatlığa  qəm  və  qüssəni  unutmaq  xatirinə  özümə 

bir  məşğələ  axtarıram.  Çünki  bu  məhərrəm  ayının  17-də  Xanbaba  xanın 

arvadı olan qızım sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki 

uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Belə isə nə 

vəziyyətdə olduğümu artıq soruşmayın.

- Ey yer, ey göy, ey ay, ey günəş, ey ulduzlar, mənim günahım nə imiş, mən 

kimə nə pislik eləmişəm ki, bu qədər dərd-bəlanı mənə çəkdirirsiz... Nə imiş 

bu körpələrin suçu? Onların yarası ölüncə mənnən gedəcək. O körpələrin hər 

birinin təbəssümü, qığıltısı, dediyi ilk söz yadımdadı, həmişəlik yadımdadı, 

indi elə bilirəm, bu torpağın altında da onlar mənə baxır, gülümsəyirlər. 

…Mirzə Fətəli Tiflisin ucqar küçələrinin kimsəsiz yerində idi, onun göz 

yaşları süzülüb axırdı. Qəddi azacıq əyilmişdi. Mirzə Fətəli yeri-göyü çağırıb 

öz-özü  ilə  danışırdı,  təbiətdən  cavab  gözləyirdi  fəqət,  cavab  tapa  bilmirdi. 

Allahın  qəzəbi.  Mirzə  Fətəli  Allahın  qəzəbinə  gəlmişdi  bəlkə?  Dinlərin, 

dindarların tənqidi, Allahın yerdəki kölgəsi olan padşahların tənqidi tanrıya 

xoş getməyib bəlkə? Tanrı balalarını bir-bir əlindən ala-ala Mirzə Fətəlinin 

sinəsinə dağ çəkir bəlkə?



Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

40

Bəlkə  bu  ucda-bucaqda  gəzən  sözlər,  pıçıltılar,  nifrətlə  baxan  gözlərin 



dediyi doğrudur... 

(Bu sözləri yazanda Mirzə Cəlilin acı dolu sözlərini xatırladım “Ömrümün 



hansı guşəsinə baxdımsa tüstü gördüm. Tüstü, tüstü, tüstü…”)

Mirzə  göz  yaşlarını  sildi.  Gördü  ki,  balalarının  sıra-sıra  yatdığı 

qəbiristanlığa gəlib çıxıb. Diz çöküb balalarını bir-bir öpdü. Hava qaralmışdı. 

Ulduzlar çıxmışdı. Mirzə Fətəli səssizlikdə için-için ağlayırdı. Bir xeyli də 

keçdi.  Mirzə  Fətəli  ulduzlara  baxdı,  kainatı  dərindən  dinlədi,  bu  gecənin 

içindən keçib uzaqdan, lap uzaqdan, kainatın qərib bir guşəsindən dünyaya 

baxdı, ulu ahənglə baxdı, nə əvvəli, nə sonu olan müqəddəs hərəkətə baxdı. 

Bu gecənin zamanından keçib min il qabağa getdi. Mirzə özündən ayrılıb, min 

adamın bəlasının kədərindən keçdi, min adamın öz kədərindən keçdi. Vətənin 

minillik  kədərindən  keçdi.  Dünyanı  dolaşdı  və  bir  də  gördü  ki  evindədir, 

oturub, əlində qələm nəsə yazır.

Mirzə  Fətəlinin  vəzifəsi,  çini,  gündəlik  rəsmi  həyatı  necə  ağır  keçirdi, 

təsəvvür etmək çətin deyil.

Çar hökumətinin Şərq siyasəti, amansız və dolanbac müstəqillik yolları 

və sərt imperiya məntiqi Mirzə Fətəlinin gözü qarşısında idi. Və Mirzə Fətəli 

böyuk  Puşkinin  ölümünə  matəm  mərsiyəsi  yazanda  çar  hökumətinə  qarşı 

münasibətini dolaylı yolla ifadə etmiş və İran, Hindistan adı ilə çar dövlətçilik 

siyasətinin daşını daş üstə qoymamışdı.

Qan içində boğulan xalqlar Mirzə Fətəliyə çox şey öyrətmişdi.

Məktublardakı uca ağaclara müraciətləri, xahişləri yada salaq. Və bunu 

da yada salaq ki, “Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır 

nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç 

və  medallarla  bəzənmiş  paltarın  altında  od  tutub  alışmaqda  olan  bir  ürək 

döyünməkdə  idi.  Ətraf  zülmət  və  cəhalət,  bir  nəfər  də  olsa  dil  bilən  yox, 

camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər başlarında şeyxül-islam 

Molla Əhməd olmaq üzrə -Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın 

işığının qabağına qalın bir pərdə çəkirdilər” (Ə.Haqverdiyev).

Din  və  xurafat  adamlarının  qəzəbi  Mirzə  Fətəlini  bütün  ömrü  boyu 

addımbaaddım  izləyirdi.  Əlifba  ilə  bağlı,  insanın  fıkir  və  düşüncə  azadlığı 

ilə bağlı, nə deyirdisə, onun ilk maneəsi dövlət və din idi. Mirzə Fətəli bu 

mübarizənin  də  ehtiyat  yolunu  gördü:  “Zahirdə  öz  həmməzhəblərimizlə 

qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq.

Mirzə  Fətəli  yazandaki,“...bəni-növibəşərinəyyamı  həyatında  üç  qism 



ehtiyacı var: əvvəlincisi - ehtiyaci-cismanidir, ikincisi - ehtiyaci-əqli, üçüncüsü 

- ehtiyaci-ruhani”, bütün gücü ilə buna çalışırdı ki, bu ehtiyacları ödəsin. Və 

bunun üçün də qələmə sarılmışdı.




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə