Azmiş ulduzun kəDƏRLİ İŞIĞI: başlanğIC, İNQİlab və ZİDDİYYƏT



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix12.10.2018
ölçüsü0,5 Mb.
#73688
1   2   3   4   5   6   7   8   9   ...   25

Kamil Vəli NERİMANOĞLU

43

Türk Dünyası 34. Sayı

amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb 

onu dəlir, yaralayır...” (Firudinbəy Köçərli).

...Zaman keçəcək, bu komediyaiarın bətnindən “Yağışdan çıxdıq, yağmura 

düşdük”,  “Nadanlıq”,  “Marallarım”,  “Ölülər”,  “Anamın  kitabı”,  “Dəli 

yığıncağı”,  “Hophopnamə”,  “Məşədi  İbad”  və  minlərlə  örnəyi  olan  müasir 

Azərbaycan ədəbiyyatı dünyaya gələçək. Azərbaycan dilinin əsl bayramı olan 

bu altı komediya yalnız reallıq, dərinlik, sadəlik, aydınlıq, müdriklik salnaməsi 

kimi tarixə yazılmadı, həm də tarixin özünü yaratdı.

Xalqın  mənəvi  problemlərini,  daha  çox  ictimai  fikirlərini  aydın  etmək 

üçün Mirzə Fətəli yeni yollar arayırdı. Və bu yolların biri realist Azərbaycan 

nəsrinin  ilk  nümunəsi  olan  “Aldanmış  kəvakib”ə  gətirib  çıxardı.  Zaman 

Mirzəni ürək sözlərini demək üçün tarix yollarına çıxarmışdı. Amma o, tarix 

deyil, müasirlərinə ibrət dərsi olan gözəl bir hekayə yazmışdı: “Mən məgər 

tarix yazmışam ki, təkçə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən 

kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək” 

o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, 

gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfih münəccimlərin sözlərinə 

və  xəbərlərinə  inanmasınlar;  özlərini  bu  kimi  hərəkətlərlə  əcnəbilərin 

nəzərində məsxərə hədəfi etməsinlər”.

Mirzə  Fətəlini  həyat  və  tarix  özü  filosof  elədi.  Dünyanın  zamanın  və 

insanın axtarış yolları olan, “Kəmalüddövlə məktubları”nı yaratdı.

Monteskye “Fars məktubları”nı yazanda onun məqsədi aydın idi. Ancaq 

uzaqdan dərdin nə olduğu çətin bilinsin. Dərdin içində onun bir parçası kimi 

dilə gəlmək, od tutub alışmaq, gizli-gizli yanmaq və “qan qoxuyan” mətləbləri 

birər-birər  açmaq  çətin,  olduqca  məşəqqətli  idi.  Uzun  yolun  yolçusu, 

ağsaçlı  yorğun  Mirzə  Fətəli  dinin  kökünə  gedir,  qadın  azadlığından,  əlifba 

inqilabından söz açır, təbiətin və cəmiyyətin Şərqdə misli görünməmiş səlis 

və aydın mənzərəsini çəkir. Çoxmənalı və simvolik izahlar, siyasi eyhamlar, 

ictimai  problemlərlə  zəngin  olan  bu  məktubların  böyük  məntiqinə  irad  və 

cavab qeyri-mümkündür. Bunu tarixin və zananın özü sübut edib.

Həsən  bəy  Zərdabinin  ilk Azərbaycan  qəzetini  çap  etməsi  qoca  Mirzə 

Fətəliyə  yeni  ilham,  inam  gətirdi  və  enerjisi  tükənməyən  insan  yenidən 

çağladı: “Qoy bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə, 

patriot olsun, onda hər nə etsən, baş tutar”. İstər “Əkinci” qəzeti üçün, istərsə 

də müasir Azərbaycan mətbuatı və ziyalısı üçün həmişə canlı və isti olan bu 

sözləri bir daha xatırlatmaq istərdik:

Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin 



zərifliyi  və  aydınlığı,  orfoqrafiyanın  düzgünlüyü  olmalıdır.  Çünki,  sizin 

qəzetiniz  başqa  məsələlərlə  yanaşı,  Azərbaycan  yazısını  düzgün  olmayan 


Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət

Türk Dünyası 34. Sayı

44

ifadələrdən  təmizləməyə  çalışmalı,  bu  dildə  yazan  bütün  adamlar  üçün 



nümunə olmalıdır.

Mübarizə  daha  çox  hərbi  məntiqə  söykənir.  Müqəddəs  olan,  çox  şey 

mübarizə praktikasından zamana və məkana uyğun qiymət alır. Mirzə Fətəli bu 

mübarizədə Füzuli sənətini belə inkar edirdi. Mirzə Fətəli Axundzadə dahi idi. 

Və gözəl bilirdi ki, Füzulidən baxanda yer məntiqi, reallıq fəlsəfəsi, gündəlik 

dərdlərin, işlərin mübarizəsi çox sönük, hardasa hətta maraqsız görünür. Bu 

baxışı  300  il  sonra  qabaqlayan  Mirzə  Fətəli  öz  ideologiyası  və  mübarizəsi 

xatirinə Füzuliyə elə baxmalı, onu inkar etməli idi.

Mirzə Fətəli Axundovun Füzulini inkarı səhv idi, amma dahinin səhvi idi. 

Bu səhv milli oyanış, qurtuluş üçün buraxılmış səhv idi.

Nə qədər ağrılı, nə qədər faciəli olsa da, Mirzə Fətəli Füzulini inkar etməli 

idi.  Füzuli  Azərbaycan  dilində,  azərbaycan  mənəviyyatında  əsaslı  şəkildə 

kök salmış qüdrətli sənətkar idi. Bədii sözün hər cür qüdrətini, nazikliyini və 

böyüklüyünü yaratmaqda təbiət Füzulidən heç nəyi əsirgəməmişdi. İndi bu 

bədii sözün tufanı qarşısında dayanmaq lazım idi.

Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz 



şeirlərini ona bənzətməyə çalışırdılar. Füzuliyanə qəzəllər yazmaq şairlərin 

idealı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal 

yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini 

özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə 

olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi” (Cəfər Cabbarlı). Və 

əslində özü yeni bir dinə çevrilmiş Füzulinin işğal etdiyi ürəyi real həyatın 

ziddiyyətli real mübarizə və çarpışmalarına çağırmaq üçün o ilahi kəlmələri 

unutmaq lazım idi. Azərbaycan xalqının mənəviyyatında elə bir inqilab lazım 

idi ki, orada ilahi eşq, sözün sehri, real həyatın üstündə təsəvvür edilən xəyali 

dünya unudulsun.

Və Axundzadə ürəyinin ən təmiz yerində Füzulinin kim olduğunu gözəl 

bilirdi  və  inanırdı  ki,  arzuladığı  sonra  yaşayacaq  xoşbəxt  azərbaycanlılar 

Füzuli  ilə Axundovu  heç  bir  vaxt  bir-birindən  ayırmayacaq  və  onların  hər 

ikisinin adını müqəddəs tutacaqlar.

Düşmənlərindən görünən Mirzə Fətəli.

Tələbə və davamçılarından görünən Mirzə Fətəli.

Oğlu Rəşiddən görünən Mirzə Fətəli.

Bizdən görünən Mirzə Fətəli.

Və sabahdan görünən Mirzə Fətəli.

Sən  həmişə  eyni  adamsan,  müdrik  qoca,  dodaqları  bir-birinə  sıxılı, 

baxışları dərdli, üzü qətiyyət, iradə, əzm dolu, alnına öz taleyindən daha çox 

xalqının taleyi yazılmış nurlu kişi, böyük insan...




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə