Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

43
Bayındır xan iyirmi dörd vilayətin pəhləvan bəylərini Yeynəyə  yoldaş 
etdi.  Bəylər  yığışıb,  hazırlıq*  gördülər.  Birdən  o  gecə Yeynək  yuxu  gördü. 
Yuxusunu yoldaşlarına
*
 söylədi: “Bəylər, dərdli başım-gözüm yatmışkən yuxu 
gördü.  Ala gözümü açanda  dünyanı gördüm. Ağ-boz atlar
*
  çapdıran alpanları* 
gördüm.  Ala  gözlü  igidləri
*
  yanıma  saldım.  Ağ  saqqallı  Dədə  Qorquddan 
öyüd aldım. Qarşıdakı uca dağları aşdım. İrəlidə uzanan Qara dənizi gördüm. 
Gəmi düzəltdim; köynəyimi çıxarıb yelkən qurdum. Qabaqdakı dənizi üzüb 
keçdim.  O  tərəfdəki  uca  dağın  yanında  bir  kişi  gördüm.  Qalxıb  yerimdən* 
durdum. Qarğı dilli iti süngümü qapıb, kişiyə sarı getdim. Qarşıdakı o kişiyə 
sancmaq* istədiyim zaman gözucu ona baxdım; tanıdım, dayım Əmən imiş. 
Dönüb  o  kişiyə  salam  verdim.  “Oğuz  ellərində  kimlərdənsən?”  –  dedim. 
Göz  qapaqlarını*  qaldırıb,  üzümə  baxdı.  “Oğul, Yeynək,  haraya  gedirsən?”  
–  dedi.  Mən  dedim:”Düzmürd  qalasına  gedirəm. Atam  orda  dustaq*  imiş”. 
Burada 
dayım 
mənə söylədi: “Mən yeddi dəfə getdimsə də, qalanı ala bilməyib 
geri döndüm. Məndən* igid ola bilməzsən, Yeynəyim, dön! – dedi”. 
Yeynək  də  yuxusunda  dayısına    demişdir:  “Sən  ala  gözlü*  igid  bəyləri 
yanına salmadın, sən tanınmış bəylərlə getmədin. Sən beş 
axçaya
 qulluq edən, 
ot-ələf yığan adamları özünə yoldaş elədin. Ona görə də o qalanı ala bilmədin”.
Yeynək bu yuxunu yoldaşlarına
*
 danışdı. 
Necə  bilirsiniz,  Yeynək  dayısının  məsləhətinə  qulaq  asıb  atasının 
arxasınca qalaya getmək fikrindən dönəcək, yoxsa yoldaşları ilə yoluna da-
vam edəcək? Siz dastanı necə davam etdirərdiniz? Variantınızı yoldaşlarınıza 
təqdim edin.
SÞZLÖK
zərrə qədər – нисколько               süngü – копье           qarğı – тростник
şoruldamaq – течь, хлынуть        ənsə – затылок         qaba – грубый                                               
qarmalamaq – хватать                  yaraq – оружие         yelkən – парус
SЮZ EHTИYATI
axça – денежная единица  
alpan – алпан
yeləm – как клей 
gürz – булава                                                           
batman – батман 
         (мера веса от 3 до 8 кг)
bağrı sarsılmaq – испугаться
göy üzünə dirənmək – burada: 
 
 
 
высоко
ürəyi oynamaq – сердце 
 
 
     вздрогнуло 
dünya başına dar olmaq – burada: 
попасть в трудное положение
Allahına sığınmaq – надеяться 
 
 
          на Бога
Çap üçün deyil


44

 Mətn üzrə tərtib edilmiş planda ardıcıllıq pozulmuşdur. Düzgün ar dı-
cıllığı bərpa edin və boyun məzmununu plan əsasında qısaca danışın.
1) Yeynəyin Bayındır xandan kömək istəməsi.
2) Qazılıq qocanın Bayındır xandan yürüş üçün izin istəməsi.
3) Qazılıq qocanın Düzmürd qalasına çatıb döyüşə başlaması. 
4) Yeynəyin yuxusunu yoldaşlarına söyləməsi.
5) Yeynəyin atasının dustaqlıqda olması xəbərini alması.

 Mətndəki faktlardan istifadə edərək aşağıdakı sualların mətnin məz mu-
nunu əks etdirib-etdirmədiyini əsaslandırmağa çalışın.
1) Bayındır xan nə üçün Qazılıq qocaya yürüş üçün icazə vermədi?
2) Qazılıq qoca nə üçün Düzmürd qalasına yürüş etmək fikrindən döndü?
3) Qalanın təkuru nə üçün Qazılıq qoca ilə döyüşməkdən qorxdu? 
4) Qazılıq qoca təkuru necə məğlub etdi?
5) Yeynək atasının harada dustaq olduğunu niyə öyrənmək istəmirdi?
6)  Yeynək  atasını  dustaqlıqdan  qurtarmaq  üçün  niyə  Bayındır  xandan 
kömək  istəmədi?

  Necə  düşünürsünüz,  aşağıdakı  faktlara  əsasən  “Qazılıq  Qoca  oğlu 
Yeynək  boyu”nun  “Kitabi-Dədə  Qorqud”  dastanından  olduğunu  söyləmək 
olarmı?  Oxuduğunuz  boyun  məzmununa  əsasən  fikrinizi  əlavə  faktlarla 
əsaslandırın. 
1) Açar sözlər: Dədə Qorqud, Bayındır xan, təkur, oğuz, kafir, qala, dustaq 
2) Hadisə Bayındır xanın hakimiyyəti dövründə baş verir.
3)  Bu  dastan  da  “Kitabi-Dədə  Qorqud”  dastanının  digər  hissələri  kimi 
“boy” adlanır.
4) İç Oğuz və Daş Oğuz bəyləri xatırlanır, “Oğuz ellərində kimlərdənsən”? 
– deyə soruşulur.
5) “Ağ saqqallı Dədə Qorquddan öyüd aldım”, – deyilir.

  Aşağıdakı  suallara  cavab  verməklə    “Kitabi-Dədə  Qorqud”  dastanı 
haqqında bildiklərinizi yadınıza salın və yoldaşlarınızla bölüşün. Unutduğunuz 
faktlar varsa, araşdırma aparın.
1) “Kitabi-Dədə Qorqud” dastanının neçə illik yubileyi keçirilmişdir?
2) “Kitabi-Dədə Qorqud” dastanı neçə boydan ibarətdir?
3) “Kitabi-Dədə Qorqud” dastanından hansı boyların adını bilirsiniz?
4) Dastanın “Müqəddimə” hissəsi hansı cümlə ilə başlanır?
5) “Kitabi-Dədə Qorqud” dastanı elm aləminə nə vaxt bəlli olub və onun 
neçə əlyazma nüsxəsi məlumdur?
6) “Kitabi-Dədə Qorqud” dastanının Almaniyadakı nüsxəsi hansı kitab-
xanada  saxlanılır?
7) Bəs dastanın İtaliyadakı nüsxəsi hansı kitabxanada  saxlanılır?
Çap üçün deyil


45

 Aşağıdakı cümlələri oxuyun və hansı cümlələrdə “o”, “bu” əvəz lik lərin-
dən sonra vergülün səhv qoyulduğunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
1) Birdən o, gecə Yeynək yuxu gördü. 2) Yeynək bu, yuxunu yoldaşlarına 
danışdı. 3) Bu, Yeynəyin gördüyü ən maraqlı yuxu idi. 4) O, qalanın bir təkuru 
vardı. 5) Sonra o, təkuru qaladan bayıra çıxmağa məcbur etdi.  6) O, kafirin 
altmış  arşın qaməti vardı.7) O, altmış batmanlıq gürzlə  Qazılıq qocanı vurdu. 
8) Bu, oğuznamə Yeynəyin olsun! 

  Mətndə  qara  kursivlə  verilmiş  sözləri  yaxınmənalı  qarşılıqları  ilə 
əvəz edib cümlələri yenidən oxuyun. Necə düşünürsünüz, hansı variant daha 
uğurludur?

  Mətndə  mavi  rəngdə  verilmiş  sözlər  haqqında  nə  deyə  bilərsiniz? 
Doğru cavabı müəyyənləşdirin və fikrinizi əsaslandırın.
A) çoxmənalı sözlərdir        B) antonim sözlərdir         C) yeni sözlərdir 
   
     D) köhnəlmiş sözlərdir        E) ümumişlək sözlərdir
|
 Həmin sözlərin hansının uzunluq, hansının çəki, hansının isə pul vahidi 
olduğunu müəyyənləşdirin və  müasir qarşılıqları ilə əvəz edin.

  Mətndə  altından  xətt  çəkilmiş  sözləri  aid  olduqları  sözlərlə  birlikdə 
səsləndirin  və  onların  qrammatik  mənasını  izah  edin.  Necə  bilirsiniz,  bu 
sözlərdən hansılar həm də feillərlə  əlaqələnə bilir? Fikrinizi müvafiq nümunələr 
əsasında izah edin.
|
 Bu sözlərdən bir neçəsini müqayisə dərəcələri üzrə dəyişib yazın.

 Verilmiş ifadələri tərcümə edin və mətnin məzmununa uyğun cümlələrdə 
işlədin.
на  берегу  моря,  знаменитый  бег,  во  время  разговора,  интересный 
сон, самый крепкий лук, быстро действовать, достигнуть с трудом, глаза 
налились кровью

 Mətndən mənsubiyyət şəkilçili bir neçə söz seçib aid olduğu sözlərlə 
birlikdə səsləndirin. Həmin sözlərdə mənsubiyyət şəkilçilərinin altından xətt 
çəkib,  hansı şəxsdə olduğunu müəyyənləşdirin.

  Mətndə  çəhrayı  rəngdə  verilmiş  isimləri  ahəng  qanununa  uyğun 
şəkilçi  variantları  seçməklə  hallandırıb  yazın.  Sonra  yiyəlik  halda  olan 
sözlərə mənsubiyyət şəkilçili ikinci tərəf artırıb söz birləşmələri düzəldin və  
cümlələrdə işlədin.

  Sözlərin sonunda  “q” samitinin tələffüzünə aid qaydanı yadınıza salın 
və aşağıdakı sözlərin düzgün tələffüzünü qarşısında yazın. 
Qazılıq  qoca,  dustaq  oldu,  dustaq  düşən  vaxt,    hazırlıq  gördülər,  işıqlı, 
sancmaq istədiyim zaman, göz qapaqlarını, orda dustaq imiş, qabaqdakı 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə