Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə2/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   2   3   4   5   6   7   8   9   ...   51

7
qanunauyğunluğu (ahəng qanununu) izah edin. Səsləndirdiyiniz sözləri ismin 
digər halları üzrə də dəyişib dəftərinizə yazın.
|
 Şeirin 3-cü bəndindəki isimlərin hansı halda işləndiyini müəyyənləşdirin.

 Kitab haqqında bildiyiniz aforizmləri deyin və aşağıda verilənləri oxu-
yun, xoşunuza gələnləri yadda saxlayın. 
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Dünya olduqca böyükdür. Siz öz gözlərinizlə onun çox kiçik hissəsini görə 
bilərsiniz. Buna görə də faktları kitablarda axtarın. Vladimir Obruçev
2) Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə 
açardır... Əbu Turxan    
3) Ordu torpaqları, kitab könülləri fəth edir. Əbu Turxan
4) Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al! Tur Xander

 Cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin.
1) Не бери книгу грязными руками. 2) Не читай во время еды. 3) Не 
загибай уголки страниц. 4) Не клади книгу под подушку, не читай лежа. 
5) Не задерживай долго книгу: ее ждут другие.
⓮ 
Aşağıda kitab oxumağın faydaları haqqında bir neçə tezis verilmişdir. 
Qruplara bölünün və hərəniz bu tezislərdən birini müdafiə edin,  faktlarla qarşı 
tərəfi dediklərinizə inandırmağa çalışın.
Kitab oxumaq insanın:
a) təfəkkürünü inkişaf etdirir; 
b) lüğət ehtiyatını zənginləşdirir; 
c) oxuduğunu daha asan qavramasına səbəb olur;
d) vaxtını mənalı  keçirməsini təmin edir; 
e) nitqini (danışma, ünsiyyət bacarığını) inkişaf etdirir; 
ə) ümumi mədəni səviyyəsini yüksəldir. 

  Yəqin,  oxuduqlarınız  əsasında  belə  nəticəyə  gəldiniz  ki,  kitab  çox 
böyük  bir  sərvətdir,  xəzinədir.  Odur  ki,  hər  kəs  əlinə  aldığı  kitabın  qədrini 
bilməli, onu qorumalıdır. Aşağıda kitabın sizə olan xahişini veririk. Qoy bu  
sözlər il boyu yadınızdan çıxmasın:
–  Xahiş  edirəm  ki,  mənimlə  səliqəli  davranın:  vərəqlərimi  cırmayın, 
səhifələrimi  qatlamayın;  Axı  mən  sizin  dostunuzam,  il  boyu  sizə  xidmət 
edəcəyəm! 
– səhifələrimdə yazılar yazmayın, şəkillər çəkməyin;
– kitabxanadan götürdükdə saxlanma vəziyyəti pisdirsə, təmir edin;
– başqalarına verdikdə, geri almağı unutmayın! 
Çap üçün deyil


8
§ 2. GözƏL TƏşƏBBüS
İkinci gecə Şaiqgildə toplanmağı qərarlaşdırmışdılar. Səhhət* və Sabirin 
Şaiqgildə  olacağından  xəbər  tutan  Əlicabbar*  da  bu  gecə  buraya  gəlmişdi. 
Şaiqin 
ayağı yerə dəymirdi
. Tez-tez qonşu otağa keçib, əziz qonaqları üçün 
yemək və çay gətirirdi.
Əvvəlcə*  Sabir  “Molla  Nəsrəddin”  üçün  yazdığı  yeni  şeirlərini  oxudu. 
Səhhət  Lermontovdan  tərcümələr  etməyə  başladığını  söyləyib  onun  gözəl 
“Mtsıri” poemasından danışdı:
– Bilmirəm necə çıxacaq, amma* Lermontovun əşarına məftun olmuşam
Tərcümə etdikcə elə bilirəmbaşqa şairlərdən ruhuma o daha yaxındır.
Oxunan  parçanı  hamı  bəyəndi.  Şaiq  özünəməxsus  bir  xəyalpərvərliklə 
dilləndi:
– Səhhət əfəndi, çox gözəl tərcümə etmisiniz. Məncə, Lermontov bu əsəri 
bizim dildə yazsaydı, elə beləcə də səslənərdi.
Əlicabbar söylədi:
– Bəli, vəzni də, dili də rəvan, ürəyəyatımlıdı.
– İstəyirəm, Avropa və rus şairlərindən tərcümə etdiyim bir sıra şeirləri  
“Məğrib günəşləri” adı ilə çap etdirim.
– Gözəl təşəbbüsdü*... Uğur arzulayıram. Tezliklə kitabını 
görək
.
– Cəmi bir neçə şeir tərcümə eləmişəm. Hələ qoy bir seçdiklərimin hamısını 
qurtarım
... Onda balalarımız üçün gözəl bir hədiyyə* olar. Onlar Puşkin, Ler-
montov, Krılov, Hüqo kimi şairləri öz doğma dillərində oxuyub feyz alarlar.
–  Məncə,  Krılovdan  tərcümələr  Sabir  əfəndinin  qələminə,  ruhuna  daha 
uyğun gələr...
Sabir kədərlə gülümsədi:
– Təəssüf* ki, rus dilinə dostum kimi aşina deyiləm. Sonra üzünü gənc 
Şaiqə tutub ərklə davam etdi:
– Yaxşı, bəs qonaqlara şeir oxutdurursan, mənim cavan dostum, amma bir 
demirsən, özün nə yazmısan?
Sabir və Səhhət qarşısında öz şeirini oxumağa utanan Şaiq dedi:  
– Bilirsinizmi, Mirzə, uşaqlar üçün  bir neçə yeni şeir üzərində çalışıram. 
Balalar  üçün  yazmağı  Mahmud  əmi  də,  cənab  Köçərli  də  mənə  məsləhət 
görürlər*. Ana dilində dərsliyin çatışmazlığı, bu dərsliklərə daxil etmək üçün 
uşaq şeirinin azlığı, hamınız kimi, məni də narahat eləyir. Görək nə çıxar.
– Yaxşı olar, inşallah*, yaxşı olar, sən bir şeir oxu görək ... – deyə Sabir 
təşviq etdi. Səhhət də ona qoşuldu. Əlicabbar dedi:
– Elədi, oxuyun! Bir müəllim* kimi, “
yazın
” deyə tələb edirsiniz. Tə lə-
binizdə də haqlısınız. Amma öz yazdıqlarınızdan bir şey 
oxuyun
biz də 
zövq 
alaq
.
Çap üçün deyil


9
Şaiq utanırdı, gülümsədi:
– Madam ki, təkid edirsiniz, icazənizlə bir şeir 
oxuyum
.
O  gecə  başları  şeirə,  şeiriyyətə*,  dərslik  məsələsinə  elə  qarışmışdı  ki, 
səhərin açıldığını lampa işığının zəifləməyindən bildilər. 
SÞZLÖK
ürəyəyatımlı – burada: приятный 
özünəməxsus – свойственный
xəyalpərvərliklə – с мечтательностю
    rəvan – плавный, ровный
    ərklə – полагаясь, бесцеремонно   
    vəzn – ритм, такт
SЮZ EHTИYATI
əşar – стихи   
 
          feyz almaq – наслаждаться
məğrib – запад 
 
          aşina olmaq – быть знакомым с чем-л
məftun olmaq – влюбиться            təşviq etmək – стимулировать

  Oxuduğunuz  mətndə  görkəmli  Azərbaycan  ədiblərinin  adlarına 
rast  gəldiniz.  Onlar  barədə  aşağı  siniflərdə  aldığınız  məlumatları  xatırlayıb, 
yoldaşlarınızla bölüşün. 

 Sizcə, mətn niyə “Gözəl təşəbbüs” adlanır? Bu başlığı mətnin mövzusu 
üçün uğurlu hesab etmək olarmı? Mətnin məzmunundan çıxış etməklə fikrinizi 
əsaslandırın.
|
  Bəs  siz  bu  mətnə  başlıq  seçməli  olsanız,  onu  necə  adlandırardınız? 
Başqa ad seçərdinizmi? Fikrinizi faktlarla əsaslandırın.

 Mətnin məzmunu üzrə aşağıdakı suallara cavab verin. Hansı suallara 
mətndə cavab tapmadınız? Həmin sualları səsləndirin və səbəbini izah edin.
1) A.Şaiqin sevincinin səbəbi nə ilə bağlı idi? 
2)  A.Səhhət  M.Lermontovun  əsərlərini  tərcümə  etməyindən  nə  üçün 
həvəslə danışırdı?
3) M.Lermontovun “Mtsıri” poemasını Səhhət neçənci ildə tərcümə etmişdi?
4) Səhhət “Məğrib günəşləri” kitabında hansı şeirləri toplamaq istəyirdi?
5) Məclisdə  M.Ə.Sabir rus dilindən etdiyi hansı tərcüməni oxudu?
6) A.Şaiq nə üçün öz şeirlərini oxumağa utanırdı?
7) Gənc bir ziyalı kimi, A.Şaiqi hansı məsələlər daha çox narahat edirdi?

 Mətndə Səhhət çox böyük məmnuniyyətlə M.Lermontovdan tərcümələr 
etməsindən  danışır.  Həmin  hissənin  mətndəki  yerini  müəyyənləşdirin  və 
məzmununu danışın. Sizcə, bu hissə mətnin mövzusu üçün əsas sayıla bilərmi?
|
 Fikrinizi bildirin: “Cəmi bir neçə şeir tərcümə eləmişəm” cümləsi ilə 
başlayan abzası bu söhbətin davamı hesab etmək olarmı? 
Əzizə Cəfərzadə
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə