Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə4/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   2   3   4   5   6   7   8   9   ...   51

13
Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi, o qədər də divar 
yazan deyillər. Çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər 
ki,  divarları  yazmayacaqlar*.  Amma  axır  vaxtlarda  gördüm  ki,  balkonun 
divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib: deyəsən, bir 
heyvan başıdır, qulaqları* da var; deyəsən,  bir-iki ayağı da var, altında beş 
dəfə əlif yazılıb və bundan savayı, beş-altı yumru şey çəkilib. Bunların hamısı 
karandaş ilə yazılıb. Elə naşı, kobud yazılıb ki, 
bunu uşaqdan* savayı, heç kəs yaza bilməz.
Xoşuma gəlmədi, çağırdım uşaqları.
– Ədə, yenə divarları yazırsınız?
Üçü də gəldi durdu yazının qabağında.
– Hansınız yazmısınız?
Üçü də dayandı.
– Elədə bəs şeytan yazıb?!
– Dədə, vallah mən yazmamışam.
– Dədə, mən də yazmamışam.
Balaca  Qurban  da  “mən  yazmamışam” 
deyə-deyə əllərini üzünə qoyub başladı ağlamağa.
Mən  deyinə-deyinə  bir  əsgi  tapıb  yazını  təmizlədim  və  deyinə-deyinə 
çəkildim getdim.  Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən 
yazmısan. Teymur da Heydərə deyirdi: – Sən özün yazmısan.
Bu zaman ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki, bir 
böyük xəbər gətirib.
– Dədə, o yazını Heydər yazıb; vallah, dədə, Heydər yazıb.
Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-
ata  elə  hirslə  cavab  verdi  ki,  az  qalırdı  əllərini  soxa  uşağın  gözünə.  Mən 
acıqlandım*  və  üçü  də  sakit  olub  istədilər  gedələr,  mən  onları  saxladım  və 
bunu dedim:
– Mən sizdən divarı yazmağınızdan ötrü incimirəm. Sizin danmağınızdan 
və  qorxudan  yalan  danışmağınızdan  inciyirəm.  Ona  inciyirəm  ki,  söz  yox, 
divarı yazan üçünüzdən birinizdi; amma üçünüz də and-aman eləyirsiniz ki, 
siz yazmamışsınız. Bəs sizdən savayı, bu evdə uşaq ki yoxdu.   
Aradan bir xeyli keçdi və bir-iki aydan sonra bu giley-güzar  yaddan çıxdı.
Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim. Gördüm 
divarda yenə haman cızma-qara.
Bu dəfə uşaqlara daha bir söz demədim...            Cəlil Məmmədquluzadə
Necə bilirsiniz, hekayə burada bitdi, yoxsa əhvalat hələ açılmadığı üçün 
o davam etməlidir?  Bəs siz divarın kim tərəfindən yazıldığını öyrənmək 
istəyərdinizmi?
Çap üçün deyil


14
SÞZLÖK
xəlvət – тайный
əsgi – тряпка
danmaq – отрицать
giley-güzar – жалоба
SЮZ EHTИYATI
əlif – название арабской буквы “а”  
and-aman eləmək – клясться
aram yoxdu –  не нравится   
 
dilxor olmaq – расстроиться

 Mətnin məzmununa əsasən suallara cavab verin.
1) Uşaqların hansı pis xasiyyəti böyükləri narahat edir?
2) Mətndəki ata öz uşaqlarının divarı yazmasına niyə inanmırdı?
3) Divardakı şəkildə nə təsvir olunmuşdu?
4) Uşaqlar təqsirli bilinəndə özlərini necə apardılar?
5) Sizcə, uşaqlar səhvlərini niyə etiraf etmirdilər?
6) Nə üçün ata divarın uşaqlar tərəfindən yazılmağına şübhə etmirdi?
7) Ata divarın yazılmasından çox, nədən narahat idi?

 Necə düşünürsünüz, divardakı şəkilləri, həqiqətənmi, uşaqlar çəkmişdi? 
Əgər  siz  onların  yerində  olsaydınız,  təqsirli  olmadığınızı  necə  əsaslandırar-
dınız? Müzakirəyə qoşulun.

 Hekayədə təsvir olunan uşaqlar təqsirli bilinəndə hansı düzgün olma-
yan hərəkətə yol verdilər? Mətnin məzmunu əsasında cavabınızı əsaslandırın.
A) And-aman edərək şəkil çəkmədiklərini bildirdilər.
B) Şəkli  çəkməkdə bir-birlərini günahlandırdılar.
C) Divarın qonşu uşaqlar tərəfindən yazıldığını söylədilər.
D) Tez əsgi tapıb yazını təmizlədilər.
E) Üçü də günahkar kimi ağlamağa başladılar.

 Aşağıdakı cümlələrdə mətndəki ardıcıllıq pozulmuşdur. Əvvəlcə  onları 
düzgün  sıralayın,  sonra  isə  mətnin    məzmunu  əsasında  sərbəst  tamamlayıb 
yazın. 
1) Ona inciyirəm ki, ... 2) Mən elə bilirdim ki, ... 3) Amma bunu eşidirdim 
ki, ... 4) Elə naşı, kobud yazılıb ki, ... 5) Bəzi  uşaqlarda belə bir pis xasiyyət 
olur ki, ... 6) Aradan bir xeyli keçdi və ... 7) Amma axır vaxtlarda gördüm ki, ...  

 Hekayədə qara şriftlə verilmiş sözlər üzərində müşahidə aparın və onları 
kök və şəkilçiyə ayıraraq dəftərinizə köçürün. Sözlərə artırılan mənsubiyyət 
şəkilçilərinin  neçənci  şəxsə  aid  mənsubluq  bildirdiyini  müəyyənləşdirməyə 
çalışın.
Çap üçün deyil


15
|
 Həmin sözləri aid olduqları sözlərlə birlikdə dəftərinizə yazın. Çətinlik 
çəksəniz, dərsliyinizdəki məlumatı oxuyun.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul etmiş isimlər əşyanın insana 
mənsubluğunu bildirir: mənim məqsədim, bizim düşmənimiz, sənin dostun ... 
III  şəxsə  aid  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  isimlər  isə  yalnız  insana  
de yil, başqa canlı və cansız əşyalara da mənsubluq ifadə edə bilir: pələngin pəncəsi, 
torpağın bərəkəti, günəşin işığı, saçın rəngi, meyvənin şirəsi, qızın paltarı ...
Bütün  hallarda  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  isim  özündən  əvvəl  gələn 
və yiyəlik halda işlənən əvəzlik və ya isimlə bağlı olur: sənin hərəkətin, sizin 
dərsiniz, gülün yarpağı, onun səsi, şagirdin biliyi, uşağın papağı ...
❻ 
Mətndə  qara  şriftlə  verilmiş  “könlün”  və  “oğlum”  sözlərinin  kö-
kün də baş verən dəyişikliyin səbəbini izah edin və fikrinizi əlavə misallarla 
əsaslandırın.

  “Torpağım”  sözünü  hallandırıb  yazın.  Sözə  artırılan  mənsubiyyət, 
yoxsa hal şəkilçisinin daha əvvəl gəldiyini müəyyənləşdirin. Fikrinizi əlavə 
misallarla əsaslandırın.
|
 Hallandırdığınız sözün müxtəlif formaları üzərində müşahidə aparın. 
Necə  bilirsiniz,  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  isimlər  hallana  bilir,  ya 
yox? Fikrinizi əsaslandırmaq üçün mətndə qara şriftlə verilmiş sözlərin sonuna 
artırılan şəkilçilərə diqqət yetirin.

 Mətndə qara şriftlə verilmiş sözlər üzərində diqqətlə müşahidə aparsanız, 
görərsiniz ki, bu sözlərin bəziləri təkdə, bəziləri isə cəmdə işlənmişdir. Necə 
bilirsiniz,  həm  təkdə,  həm  də  cəmdə  olan  isimlərin  mənsubiyyət  şəkilçisi 
qəbul  edərək  şəxslərə  görə  dəyişdiyini  söyləmək  olarmı?  Fikrinizi  faktlarla 
əsaslandırmağa çalışın.

  Necə  bilirsiniz,  aşağıdakı  cümlələrdə  mötərizə  içərisində  verilmiş 
sual  işarələri  nəyə  işarə  edir?  Bəs  mötərizələri  cümlədən  çıxarsaq,  sondakı 
sual  işarələrinə  ehtiyac  qalacaqmı?  Fikrinizi  əsaslandırmaq  üçün  cümlələri 
mötərizəsiz  və buraxılmış sözləri yerinə qoymaqla oxuyun. Hər iki variantı 
müqayisə edin.
1) Bəzi uşaqlarda (?) xasiyyət pis hesab olunur? 2) Uşaqlar ataya (?) söz 
vermişdilər? 3) Bir dəfə ata (?) yazılmış yazılar gördü? 4) Ata bu yazıların (?) 
yazıldığını fikirləşdi? 5) Uşaqlar ataya (?) cavab verdilər? 6) Ata uşaqlara (?) 
acıqlandı? 7) Ata uşaqları saxlayıb onlara (?) dedi?
|
 Suallara cavab versəniz, qarşınızda mətnin planını görəcəksiniz. Həmin 
plan üzrə mətni danışmağı öyrənin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə