Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   2   3   4   5   6   7   8   9   ...   51

19
|
 Qara şriftlə verilmiş sözlərin əlaqələndiyi sözlərin ismin hansı halında 
işləndiyini müəyyənləşdirin.

 Necə düşünürsünüz, mətndə altından xətt çəkilmiş sözlərin hamısının 
əsas nitq hissələrinə aid olduğunu söyləmək olarmı? Fikrinizi əsaslandırmaq 
üçün həmin sözləri qrammatik mənaları üzrə qruplaşdırıb, ayrı-ayrı sütunlarda 
yazın, qarşılarında suallarını qeyd edin.
|
 Hər bir sütunda yazdığınız sözlərin hansı qrammatik mənanı ifadə etdi-
yini sualların köməyi ilə izah edin.

 Təlim-tərbiyə haqqında verilmiş aşağıdakı aforizmlərdə yerinə düş mə-
yən sözləri müəyyənləşdirin və mötərizədəki uyğun sözlərlə əvəz edib oxuyun.
HИKMЯT XЯZИNЯSИNDЯN
1)  Tərbiyədə  əsas  məsələ  tərbiyəçinin  hansı  (kim,  nə  üçün,  nə?)  olmasından 
ibarətdir (D.İ.Pisarev). 2) Çörəkdən sonra xalq üçün ən axırıncı (əvvəlki, vacib, 
son) şey məktəbdir (J.Danton). 3) Elm və maarif bütün xalq arasında – aşağıdan 
tutmuş hündürə (yüksəyə, yuxarıya, ucaya) qədər istisnasız olaraq hamının ara-
sında yayılmalıdır (M.F.Axundzadə). 4) O adam ki bilmir və öyrənməyə cəhd edir, 
o, zəhmətkeşdir, ona söhbət(tərbiyə, kömək, pislik) edin (N.Tusi).
|
 Aforizmlərdən çıxardığınız nəticəni yoldaşlarınızla müzakirə edin.

  Kursivlə  fərqləndirilmiş  cümlənin  mətndəki  rolu  nədən  ibarətdir? 
Diqqətli olun və fikrinizi əsaslandırın.
A) Atanın əhvalının yaxşılaşmasının səbəbi aydınlaşır.
B) Oxucunu təhsilin insan həyatında nə qədər önəmli olduğuna inandırır.
C) Kəblə Əzimin divarı cizmağının səbəbi aydınlaşır.
D) Uşaqların günahsız olduqlarına əminlik hasil olur.
E) Hekayədəki gərginliyin açılmasına xidmət edir. 

 Aşağıdakı atalar sözlərini oxuyun və yadınızda saxlayın. Necə bilirsi-
niz, onların içərisində  mətnin məzmunu ilə səsləşən varmı?
1)  Qırxında  öyrənən  gorunda  (тот  свет)  çalar.  2)  Biləyi  güclü  olan  birin 
yıxar, biliyi güclü olan minin. 3) Dərin çay səssiz axar. 4) Birin gör – fikir 
elə, birin gör – şükür elə. 5) Təhsilsiz insan cilasız (без шлифoвка) aynaya 
bənzər. 6) Min bilsən, bir biləndən xəbər al.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Hansı birləşmədəki sözlər məcazi mənada işlənmişdir?
 A) gödək karandaş           B) bir səbət yumurta           C) cızıq çəkmək     
 D) dalana   çıxmaq           E) saqqallı uşaq
Çap üçün deyil


20

 Rus dilində verilmiş aşağıdakı aforizmi tərcümə edib dəftərinizə yazın 
və  mənasını öz sözlərinizlə izah edin. 
Самый мудрый человек тот, кого больше всего раздражает потеря 
времени (Алигьери Данте).

  Mətndə  qırmızı  rəngdə  verilmiş  sözləri  kök  və  şəkilçiyə  ayırın. 
Köklərə  artırılan  şəkilçilərin  hal,  yoxsa  mənsubiyyət  şəkilçisi  olduğunu 
müəyyənləşdirin.
|
  Bu  tipli  sözlərin  yazılışı  ilə  bağlı  öyrəndiyiniz  orfoqrafiya  qaydasını 
yadınıza salın və sözlərin kökündə baş verən dəyişikliyin səbəbini  izah edin.
|
 Bu sözlərin qəbul etdiyi şəkilçilərdən hansıların ismin hal şəkilçiləri 
olduğunu söyləyin. 
   
Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? 
   
Mən o zaman iftixarla deyərdim: - Müəllimlik. 
   
 
 
 
Həsən bəy zərdabi
   
§ 5. BURADA NƏ VAR Kİ?
Aleksey Osipoviç 
otağı
 bir də nəzərdən keçirdi. Bura 
məktəbə
 
oxşamırdı

Elə ev 
sahibi
 də müəllimə* 
bənzəmirdi
. Bəs onda o haraya düşmüşdü? Axı o, 
kəndlərdə
 indiyəcən bu cür yaşayış evi görməmişdi.
Atları
 rahatlayandan sonra içəri, samovar aparmağa gələn Əhməd 
qo na-
ğın
 dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı.
– Nə üçün uzanıb dincəlmirsiniz?
Aleksey Osipoviç 
səsə
 qanrılıb baxdı:
– Siz müəllimsinizmi?
– Xeyr.
– Bəs bunlar nədir?
– Dəftərdir. Uşaqlar yazıblar.
– Bilirəm, uşaqlar yazıb, bəs sizin 
evdə nə gəzir?
– Mən yazdırmışam.
– Heç nə başa düşmürəm. Həm de yir-
siniz, müəllim deyiləm, həm də de yirsiniz, 
mən yazdırmışam. Axı Siz kimsiniz?
– Poçtalyon kimi bir şey.
– Necə, poçtalyon?
– Bəli. Bilirsinizmi, cənab, əslində mən burada işsizəm. Əvvəllər* Bakıya, 
Gəncəyə, Yerevana  gedən  poçt  faytonları,  dilicanlar  buradan  gəlib  keçərdi. 
Çap üçün deyil


21
Amma* dəmiryol çəkiləndən sonra şose yolunda gəliş-gediş azaldı. Mən də, 
necə deyərlər, boş evə qarovul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma 
yığıb yazı-pozu öyrədirəm.
Aleksey Osipoviç ayağa durub Əhmədin 
çiynindən
 yapışdı. Onu 
işığa
 
doğru gətirib diqqətlə* 
sifətinə
 baxdı. Elə bil Əhmədin gözlərindəki mənanı 
oxumaq istədi.
– Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi?
– Burada nə var ki? – Əhməd sakitcə cavab verdi.   
Aleksey Osipoviç:   
– Əhməd, sən özün də bilmədən yaxşı bir iş başlamısan. Zənnimcə*, 
millətinə* kömək etmək istəyən hər kəs elm və maarifə* fikir verməlidir. 
Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bu işə çoxdanmı 
başlamısan?
– İkinci ildir.
– Uşaqlar bir şey öyrənə bilirlərmi?
– Öyrənirlər.
– Sabah onlarla söhbət edə bilərikmi?
– Yoxlamaq istəyirsiniz?
– Yox, yox... Bilirsinizmi, mən Qori Müəllimlər Seminariyasında işləyirəm. 
Biz orada təzə şöbə 
açmışıq
.
Harada 
işləyirsiniz
?
–  Qoridə.  Necə  məgər?  –  deyə  Aleksey  Osipoviç  gözləri  genişlənmiş 
Əhmədə baxdı.
– Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki, Aleksey Osipoviç?
İndi də qonaq heyrət və maraqla ev sahibini süzdü.
– Bəli, düz 
tapmısınız
. Bəs Siz mənim adımı hardan bilirsiniz?
– Əşrəfin məktublarından. O həmişə Sizdən yazır. Axı onu mən oxutmu-
şam. İndi Sizin tələbənizdir.
  – Hansı Əşrəf? Göytəpəlimi? – deyə qonaq təəccüblə* soruşdu.
 – Bəli.
– Çox yaxşı 
tanıyıram
. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Bilirsinizmi, 
nə var, Əhməd, madam ki, Əşrəfi siz 
oxutmusunuz
, demək, o biri uşaqlar da 
fərasətli olacaq. Necə deyərlər, xəstə sağalası olsa, təbib qənşər gələr. Siz 
mənə 
kömək edə biləcəksiniz
. Uşaqlarınızdan neçəsini Qoriyə oxumağa 
apara 
bilərəm
?
– Ailələri* razı olsa, altı-yeddi nəfər. 
   
SÞZLÖK
zənnimcə – полагаю, думаю 
əlləşmək – burada: интересоваться
 
fərasətli – умелый
 
dilican – дилижанс   
İsmayıl şıxlının “Dəli Kür” romanından
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə