Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   2   3   4   5   6   7   8   9   10   ...   51

22
SЮZ EHTИYATI
qarovul çəkmək – караулить        
    qənşər gəlmək – идти навстречу

 Səs tonu və tempi gözləməklə mətni rollar üzrə oxuyun, sonra səhnələş-
dirin.

 Necə bilirsiniz, aşağıdakı planda mətndəki ardıcıllığın pozulmasına yol 
verilmişdirmi? Fikrinizi əsaslandırın və düzgün ardıcıllığı bərpa edərək mətnin 
məzmununu qısaca danışın.
1) Bura məktəbə oxşamırdı.
2) Xəstə sağalası olsa, təbib qənşər gələr... 
3) Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki?
4) Bu işə çoxdanmı başlamısan?
5) Yoxlamaq istəyirsiniz?
6) Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi?
7) Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.

  Aşağıdakı  sualların  mətnin  məzmununu  əks  etdirmədiyini  faktlarla   
əsaslandırın. 
1) Əhməd uşaqlara yazı-pozu öyrətdiyini A.Osipoviçdən niyə gizlətdi?
2) Aleksey Osipoviç Əhmədin gördüyü işə niyə əhəmiyyət vermədi?
3) Aleksey Osipoviç Əhmədin kənddə uşaqlara dərs deməyini niyə  böyük 
xidmət hesab etmirdi?
4) Aleksey Osipoviç Əşrəf Göytəpəlini tanıdığını niyə boynuna almadı?

 Mətn üzrə tərtib edilmiş aşağıdakı sualların bəzilərində səhvlərə yol 
verilmişdir. Əvvəlcə həmin sualları müəyyənləşdirib səhvləri aradan qaldırın, 
sonra isə onları cavablandırın.
1) A.Osipoviç  gəldiyi evi nə üçün məktəbə bənzətmişdi?
2) Nəyə görə uşaqların dəftərləri A.Osipoviçin diqqətini cəlb etmişdi? 
3) Özünü necə təqdim etdi A.Osipoviçə Əhməd?
4) Darıxmaq üçün kim idi yazı-pozu öyrədən uşaqlara?
5) A.Osipoviç Əhmədin  uşaqlarla məşğul olduğunu bildikdə nə dedi?
6) A.Osipoviç “böyük iş”  dedikdə nəyi nəzərdə tuturdu?
7) Hardan bildi Əhməd A.O. Çernyayevski olduğunu qonağın?

 Qruplara bölünün və hərəniz oxuduğunuz mətnin aşağıda verilmiş ad-
lardan hər hansı biri ilə adlandırılmasının daha məqsədəuyğun olduğunu fakt-
larla əsaslandırmağa çalışın. Danışarkən səs tonunuzu düzgün tənzimləməyə 
səy göstərin.
  1) Burada nə var ki?     
3) Xəstə sağalası olsa, təbib qənşər gələr.
  2) Böyük xidmət. 
Çap üçün deyil


23

  Mətndə  qara  şriftlə  verilmiş  söz  və  ifadələrin  mənasını  düzgün 
anladığınızı  nümayiş  etdirmək  üçün  onları  yaxınmənalı  qarşılıqları  ilə  əvəz 
edib cümlələri yenidən oxuyun.
❼ 
Mətndə göy rəngdə verilmiş sözlər barədə düzgün olmayan fikir hansıdır?
A) Hər iki feil indiki zamanda işlənib.
B) Feillərdən biri təsdiqdə, biri isə inkarda işlənib. 
C) Feillərdən hər ikisi üçüncü şəxsin təkində işlənib. 
D) Bu feillər mətndə bir-birinə sinonimdir.
E) Hər iki feil quruluşca sadədir.

 Aşağıdakı  cümlələrdə  yiyəlik  halla  əlaqələnən  sözlər  buraxılmışdır. 
Həmin sözləri mətnin məzmununa əsasən tapıb yerinə yazın və onların hansı 
şəkilçi ilə işlənməli olduğunu əsaslandırın.
1) Elə evin – də müəllimə bənzəmirdi. 2) Əhməd qonağın dəftərlərlə – görüb 
ayaq saxladı. 3) Bilirəm, uşaqlar yazıb, bəs sizin – nə gəzir? 4) Sənin bu kənddə 
uşaqlara – – böyük xidmətdir. 5) Aleksey Osipoviç ayağa durub Əhmədin – 
yapışdı. 6) Bəs Siz mənim – hardan bilirsiniz? 7) Əşrəfin – . İndi Sizin – .  
8) Bizim ən yaxşı oxuyan – . 9) Sizin – neçəsini Qoriyə oxumağa apara bilərəm?
|
 Verilmiş cümlələrin sıralanmasında bir yerdə mətndəki ardıcıllıq pozul-
muşdur.  Ardıcıllığın  pozulduğu  cümləni  tapıb  səsləndirin  və  mətnə  istinad 
etməklə fikrinizi əsaslandırın.

  Müəllimin  təklif  etdiyi  mətni Azərbaycan  dilinə  tərcümə  edib  məz-
mununu danışın.

 Necə düşünürsünüz, aşağıdakı aforizmdə deyilən fikri mətndəki hər iki 
obraza aid etmək olarmı? Bu mövzuda debata qoşulun və fikirlərinizi mətn və 
çalışmalardakı faktlara istinad etməklə əsaslandırmağa çalışın.
“İnsanlar Vətənə məhəbbətlərini səs-küylə deyil, öz əməlləri ilə sübut 
edirlər”  (V.İvanov).
1) Əhməd, özü dediyi kimi, darıxmamaq üçün uşaqları başına yığıb on-
lara yazı-pozu öyrədir.  A.Osipoviç isə, sadəcə, vəzifə borcunu yerinə yetirir.  
Əhməd demişkən, “Burada nə var ki?” 
2) İstər Əhmədin, istərsə də A.Osipoviçin gördükləri iş vətənin gələcəyini 
düşünən insanların gördüyü işdir.  Bu isə elə vətənə məhəbbətin sübutudur. 
Çin atalar sözündə deyildiyi kimi: “Planınız 1 illikdirsə – düyü əkin, 10 
illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin”.

 Mətndə altından xətt çəkilmiş sözlər üzərində müşahidə aparın və on-
lardan hansının sifət, hansının zərf olduğunu əsaslandırın.
|
 Tapdığınız sifətlərin ifadə etdiyi əlaməti artırıb, azaltmağa cəhd göstərin.
Çap üçün deyil


24

  Qruplara  bölünün  və  hərəniz  aşağıdakı  aforizmlərdən  biri  üzrə 
fikirlərinizi faktlarla əsaslandırmağa çalışın.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. Viktor Hüqo
2) Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
3) Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə 
tərəqqi etmək mümkündür.  Nəriman Nərimanov
|
  Oxuduğunuz  hər  bir  aforizmdəki  mənsubiyyət  şəkilçili  sözü  tapıb 
aid olduğu sözlə birlikdə səsləndirin. Həmin sözlərin qəbul etdiyi şəkilçinin 
neçənci şəxsi bildirdiyini, aid olduğu sözlərin ismin hansı halında işləndiyini 
deyin.
|
 Aforizmlərdəki  mənsubiyyət  şəkilçili  hər  bir    sözün  aid  olduğu  ismi 
müxtəlif hallarda işlətməklə yeni birləşmələr yaratmağa cəhd göstərin. Bu yol-
la mənsubiyyət şəkilçisi qəbul etmiş sözün özündən əvvəl ismin hansı halının 
işlənməsini tələb etdiyini əsaslandırın.
Köməkçi: 
pələngin dərisi – pələngə dərisi, pələngi dərisi, pələngdə dərisi ...

  Mətndəki  “tələbələrimizdəndir”  sözünü  kök  və  şəkilçiyə  ayırıb 
dəftərinizə yazın. Buradakı hər bir şəkilçinin funksiyasını müəyyənləşdirin.

  İnternetdən  istifadə  etməklə  Qori  Müəllimlər  Seminariyasının Azər-
baycan şöbəsi ilə bağlı maraqlı bir təqdimat hazırlayıb sinifdə təqdim edin.

 Mətndə sarı fonla fərqləndirilmiş abzası yenidən oxuyun. Bu mövzuda 
düşündükləriniz əsasında  “Böyük xidmət” başlıqlı bir mətn tərtib edib yazın.

  Siz  Əhmədi  VI  sinifdə  oxuduğunuz  “Peşmançılıq”  mətnindən  tanı-
yır sınız. Necə bilirsiniz, xarakterindəki alicənablıq, təvazökarlıq kimi xüsu-
siyyətlər onun təhsilli bir insan olmasından irəli gələ bilərmi? Hər iki mətndən 
aldığınız  təəssürat  əsasında  Əhmədin  xarakterini  konkret  faktlara  istinad 
etməklə səciyyələndirin.

  Mətnin  birinci  və  ikinci  hissəsində  qırmızı  rəngdə  verilmiş  sözlər 
üzərində müşahidə aparın, sonra onları ayrı-ayrı sütunlarda dəftərinizə yazın. 
Hər iki sütundakı sözlərin  qəbul etdiyi şəkilçiləri bir-biri ilə müqayisə edin: hər 
bir qrup üçün xarakterik olan şəkilçilər hansılardır? Fikrinizi faktlarla izah edin. 

 Axırıncı abzası diqqətlə oxusanız, görəcəksiniz ki, orada işlənmiş atalar 
sözünün mənası elə həmin abzasda aydınlaşır. Həmin abzası bir daha oxuyun 
və kursivlə verilmiş atalar sözünün mənasını necə başa düşdüyünüzü izah edin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə