Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

25

  Necə  bilirsiniz,  mətndəki  hansı  faktlar  Çernyayevskinin  Əhmədə 
rəğbətini daha da artırdı və onun köməyinə bel bağlaya biləcəyinə A.Osipoviçi 
inandırdı. Mətndəki faktları qruplaşdırıb  fikrinizi açıqlayın.
Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir! 
 
 
 
 
 
 
Heydər Əliyev   
§ 6. SƏHƏRİN KEşİKçİLƏRİ
 
Bəxtiyar balalar, oynayın*, gülün
Xalqın sevincidir gülüşləriniz.
Bir də qaşlarınız çatılmayacaq*,
Durmuşuq*  günün keşiyində biz.
Körpə fidanları becərməsəydi,
Bağban bağ üzünə həsrət qalardı.
Uşaqlar, cavanlar* yetişməsəydi,
Yəqin ki, insanlıq* tez qocalardı ...
Yeni dünya qurdu ata-babanız – 
Bu sözün mənası dərindir, dərin!
Çox var-dövlət qoydu... sabah yəqin ki,
Sahibi sizsiniz bu nemətlərin*!
Dünya bir evdirsə, övlad işıqdır,
Oğul arxadırsa, qız yaraşıqdır.  
Oxumaq*, öyrənmək, yaratmaq* olsun,
Hər an vəzifəniz, hər an işiniz.
Sizə biz keşikçi olduqca* bu gün,
Sabah siz özünüz keşikçisiniz!
Gedin, mətin olsun addımlarınız,
Hər saat irəli, hər gün irəli!
Günəşi lap erkən salamlayacaq*, 
Qızaran səhərin keşikçiləri!... 
 
    Osman Sarıvəlli

 Səs tonu, temp və fasiləni gözləməklə şeiri oxuyun. Sizcə, şair uşaqları 
niyə “səhərin keşikçiləri” adlandırır? Fikirlərinizi yoldaşlarınızla bölüşün.
Çap üçün deyil


26

 Şeirin IV bəndində şair uşaqlara nəyi tövsiyə edir, onların qarşısında 
hansı vəzifələrin durduğunu xatırladır? Yəqin ki, gündəlik həyatınızda müəl-
limlərinizdən  və  valideynlərinizdən  bu  tövsiyələri  siz  də  tez-tez  eşidirsiniz. 
Fikirlərinizi yoldaşlarınızla bölüşün.

 “Əkiblər yemişik, əkirik yesinlər” fikri şeirin məzmunu ilə nə dərəcədə 
səsləşir? Fikirlərinizi şeirdən konkret nümunələr gətirməklə əsaslandırın.

 Qruplara bölünün və hərəniz şeirin bir bəndi üzrə fikirlərinizi açıqlayın: 
şairin nə demək istədiyini öz sözlərinizlə  şərh edin.

 Şeirin 3-cü bəndini yenidən oxuyun. Şair ata-babalarımızın qurduğu 
“Yeni dünya”dan danışarkən nə üçün: “Bu sözün mənası dərindir, dərin!” – 
deyir?  Necə  düşünürsünüz,  burada  şair  nəyə  işarə  edir,  “dərin”  olan  nədir? 
Düzgün hesab etmədiyiniz variantı göstərin və fikrinizi əsaslandırın.
A) “Yeni dünya” qurarkən babalarımızın  əzablı  yollardan keçdiyini, bu 
torpağın qanla suvarıldığını bizlərin – sabahın keşikçilərinin bilməsini istəyir.
B) “Sahibi sizsiniz bu nemətlərin!” misrası ilə bizə qarşıdakı vəzifələrimizi 
xatırladır.
C) Bizlərə çatan miras üçün məsuliyyət daşıdığımızı xatırlatmaq istəyir.
D) Bizim azad, firavan həyatımız üçün canlarından keçənlərin arzularını 
həyata keçirməyə borclu olduğumuzu yadımıza salır. 
E) Varlı  bir  ölkənin  vətəndaşı  olduğumuz  üçün  bütün  qayğılardan  azad 
yaşamağı, günlərimizi əyləncə içərisində keçirməyi tövsiyə edir; bu ölkənin 
sabahı üçün heç bir məsuliyyət daşımadığımızı bildirir.
|
  Qruplarla  işləyin:  hərəniz  variantlardan  birində  qoyulan  mövzu  üzrə  
müvafiq nümunələrdən və faktlardan istifadə etməklə danışın. Danışarkən səs 
tonunuzu tənzimləməyə çalışın.

 Şeirin sonuncu bəndində  işlədilən “qızaran səhər” ifadəsini necə başa 
düşmək lazımdır? Fikrinizi şeirin məzmunu əsasında əsaslandırmağa çalışın.
A)  yeni açılan səhər            
B) şən həyat, işıqlı sabahlar            
C) gələcək günlərimiz           
D) günün birinci yarısı  
  
E) doğan  günəş

 Ümummilli liderimiz H.Əliyevin aşağıda verilmiş fikrini oxuyun və 
şeirin məzmunu ilə bağlılığını izah edin. Necə düşünürsünüz, müdrik rəhbər 
niyə elə hesab edirdi ki,  “daim müstəqillik içində yaşayacaq  Azərbaycanın 
böyük binasını” siz məktəblilər  qurursunuz? Fikrinizi əsaslandırın.
“Fəxr  edirəm  ki,  bizim Azərbaycanın  gözəl,  göycək,  istedadlı  balaları, 
övladları  var.  Fəxr  edirəm  ki, Azərbaycanın  gələcəyi  bu  qədər  gözəl  təməl 
Çap üçün deyil


27
əsasında  qurulur.  Siz  bugünkü  həyatınızla,  təhsilinizlə,  öz  istedadınızı  in ki-
şaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz. Müstəqil Azər-
baycanın,  daim  müstəqillik  içində  yaşayacaq  Azərbaycanın  böyük  binasını 
qurursunuz“.
|
  Altından  xətt  çəkilmiş  sözlərin  qrammatik  mənasını  izah  edin  və 
sinonimlərini tapıb cümlələrdə işlədin.

 Necə bilirsiniz, şeirdə qara hərflərlə verilmiş sözləri qrammatik mə na-
larına görə neçə qrupa bölmək olar? Fikrinizi faktlarla izah edin və sözlərdən 
hər birinin kontekstə uyğun sinonimini deyin. 
|
 Hansı qrupa aid etdiyiniz sözlərdəki əlaməti artırıb, azalda bilərsiniz? 
Özünüzü sınayın.
|
 “Ağ, ağımtıl, ağımtraq, ağımsov, ağappaq” sözlərini rus dilinə tərcümə edin. 
Bu sözlərin ifadə etdiyi əlamət bir-birindən nə ilə fərqlənir? Fikrinizi izah edin.  
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, siz artıq sifətlərin əşyanın əlamət və keyfiyyətini bildirən sözlər 
olduğunu bilirsiniz. Əlamət və keyfiyyət isə əşyalardan birində normada olduğu 
halda, başqa bir əşyada normadan az və ya çox ola bilər. Məsələn: yaşıl sözündə  
əlamət normada, yaşılımtılaçıq-yaşıl sözlərində normadan az, yamyaşıltünd-
yaşıl sözlərində isə normadan çoxdur. 
Azərbaycan  dilində  sifətin  üç  müqayisə  dərəcəsi  var:  adi  dərəcə,  azaltma 
dərəcəsi, çoxaltma dərəcəsi.
Adi dərəcə əlamətin normada olduğunu bildirən dərəcədir: qırmızı, sarı, göy, 
bərk, yumşaq, təmiz və s.  Adi dərəcə digər dərəcələr üçün ölçü hesab olunur. 

  Necə  düşünürsünüz,  şeirdə  altından  xətt  çəkilmiş  sözlər  üçün  ortaq 
əlamət – qrammatik məna nədən ibarətdir?  Həmin qrammatik məna hansı nitq 
hissəsi üçün əsas əlamətlərindən sayılır. Fikrinizi əsaslandırmağa çalışın.
|
  Bu  sözləri  rus  dilinə  tərcümə  edib  fərqli  xüsusiyyətin  nədən  ibarət 
olduğunu öz sözlərinizlə izah edin. Sonra onları aid olduqları sözlərlə birlikdə 
yazın.

  Necə  bilirsiniz,  şeirin  son  bəndində  işlənmiş  “erkən”  sözünü  hansı  
sözlə əvəz etsək, məna dəyişməz?
A) tezdən         B) səhər           C) əvvəl           D) sürətlə          E) qabaq
|
 Bu sözün hansı nitq hissəsinə aid olduğunu deyin və qrammatik mənasını 
izah edin. Bu qrammatik mənada işlənən sözlərə aid əlavə misallar söyləyin.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə