Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   ...   62

Sədrəddin Hüseyn 
6
 
rəqqisinə, zəmanə ilə ayaqlaşmasına mane olduğu üçün tənqid 
edən”, insanın mənəvi aləmini
,
 dünyəvi arzularını, sevgisini, icti-
mai  kədərini,  ədalətsizliyə  qarşı  etirazını,  mübarizə  əzmini  əks 
etdirən əsərlər də yazmışlar ki, onlar öz ideya baxımından məz-
munu və sənətkarlıq dolğunluğu ilə milli ədəbiyyat xəzinəmizi 
zənginləşdirmişdir. 
Akademik Mirzə İbrahimov yazırdı: “Hacı Əbülhəsən Raci öz 
müasir həmkarları kimi XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının 
inkişafında, dilinin, obrazlar silsiləsinin büllurlaşmasında, xürafa-
tın fəlsəfi əsaslarını sarsıtmaqda, rümuzi-eşqə qarşı insan qəlbi-
nin təbii hisslərindən doğan dünyəvi eşqi gözəl təşbehlər və fikir 
dönüşlərilə canlandırmaqda qiymətli xidmətlər göstərmişdir”. 
Raci “şirin və duzlu” şeirlərində yarın camalını cürbəcür boya-
larla vəsf edirdi, insana zövq və ləzzət verən dünyəvi hislərdən 
qaçan zahidin riyakarlığını istehza və gülüşlə qırmaclayır, dönük-
lük və vəfasızlıqdan, həyatın təzadlarından kədərlənir, dərin fikir-
lərə dalırdı:  
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı, 
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı, 
Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf
Nə şah, nə mülk, nə bu fövc-fövc ləşkər olaydı. 
Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt, 
Nə şeyx olaydı, nə məscid, nə vəzi-minbər olaydı... 
“Nə  eşq olaydı, nə  aşiq...”  şeirindən göründüyü kimi,  Raci 
“Nakam eşqin iztirablarından, əhdi-peymanı pozan gözəllərdən, 
amansız hökm edən şahlardan və onların qan axıtmağa hazır olan 
qoşunlarından, iti qılıncdan və baş kəsən cəlladlardan, ürəklə ru-
hun təzadlarından yorulmuş, onların nə səfasından, nə də cəfa 
əzablarından baş aça bilməmişdir.” 
Mütəfəkkir şairin pərişanlığı və dünyagörüşündəki ziddiyyət-
lər yaşadığı mühit və zamanla həmahəng idi. Ədəbiyyatşünas alim 
Nazim Rizvan “Əbülhəsən Raci” adlı ədəbi oçerkində şairin həyatı, 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 

mərsiyə və müsibətnamələri, lirikası haqqında geniş söhbət aç-
mış, təsir dairəsindən bəhs etmişdir. Onun Raci haqqında dərin 
məzmunlu, əhatəli elmi məqaləsi mütəfəkkir şairin həyatını, mü-
hitini və poetik yaradıcılığını mükəmməl tədqiq etməyin ədəbiy-
yat tarixinə və ədəbiyyatşünaslıq elminə son dərəcə faydalı ola-
cağı barədə dolğun təsəvvür yaradır. 
Bu nöqteyi-nəzərdən Nüseyn Sədrəddinin belə çətin və mə-
suliyyətli elmi mövzunu tədqiqat obyekti kimi seçməsi, onu elmi 
səviyyədə, dolğun, mükəmməl yerinə yetirməsi üçün ondan təkcə 
istək, vətənpərvərlik duyğusundan savayı klassik ədəbiyyata, ta-
rixə, ictimai dəyərlərə dərin bələdçilik və tədqiqatçılıq səriştəsi, 
üstəlik istedad, və ciddi yaradıcılıq zəhməti, iradə və dözüm tələb 
olunurdu.  
Müəllifin “Azərbaycan mərsiyə ədəbiyyatı və Əbulhəsən Ra-
cinin poetik dünyası” adlı monoqrafiyası giriş, üç fəsil (Əbulhəsən 
Racinin həyatı, mühiti və dünyagörüşü, tədqiqi və sələf-xələf mü-
nasibətində yeri; Əbulhəsən Racinin lirikası; Əbulhəsən Raci po-
eziyasının sənətkarlıq xüsusiyyətləri), nəticə və ədəbiyyat siyahı-
sından ibarətdir.  
Məlum olduğu kimi, Əbülhəsən Racinin həyatı XIX əsr Cənubi 
Azərbaycan feodal cəmiyyətində dini fanatizmin hökm sürdüyü 
dövrə təsadüf etmişdir. Təbrizin Xiyaban məhəlləsində tacir Hacı 
Ələkbərin ailəsində anadan olmuş Raci kiçik yaşlarından ərəb-fars 
dillərində mükəmməl təhsil almış, dini və dünyəvi elmlərə dərin-
dən bələd olmuşdur. Ticarəti dolanacaq yolu seçsə də, bədii ya-
radılcılıqla ardıcıl məşğul olmuş, gənc yaşlarından istedadlı şair 
kimi tanınmışdır.  
Ə. Raci təxminən 45 yaşında Kəbəni ziyarət etmiş, vətənə qa-
yıdarkən Qırmızı dənizdə tufana düşərək həlak olmuşdur.  
Raci Azərbaycan və fars dillərində yazdığı orijinal qəzəl, qə-
sidə, rübai, təcnis və mənzum hekayələrdən, eləcə də mərsiyələr 
“Divan”ından ibarət zəngin irs qoyub getmişdir.  


Sədrəddin Hüseyn 
8
 
Əbülhəsənin dövrü, mühiti və dünyagörüşü, tədqiqi və ədə-
biyyatımızda yeri monoqrafiyanın giriş fəslində dolğun elmi şər-
hini tapmışdır. Müəllif Racinin doğum və ölüm tarixi ilə bağlı elmi 
ədəbiyyatdakı dolaşıqlığı inandırıcı faktlar əsasında dəqiqləşdir-
mişdir. 
Pacinin  poetik  yaradıcıığında  dini-fəlsəfi  şeirlər  üstünlük 
təşkil etmişdir. İstər dini məzmunlu şeirləri və ya şeirlərindəki dini 
motivlər, istərsə də “Divan”ına daxil etdiyi mərsiyələri onun islami 
dəyərlərə, “Quran”ın müqəddəs ehkamlarına dərin bələdliyini sü-
but edir. Raci mərsiyə ədəbiyyatının yaradıcılarından biri olmuş-
dur. Onun dini təəssübkeşliyi, dinə bağlılığı kitabda inandırıcılıqla 
elmi şərhini tapmışdır. S.Hüseyn Raci poeziyasında kəskin bədii 
kontraslar olduğunu müəyyən edərək şairin dünyəvi mövzularda 
yazdığı məhəbbət lirikasına, dünyəvi məzmunlu şeirlərə diqqəti 
cəlb etmişdir. 
Məlum olduğu kimi, Raci Azərbaycan və fars dillərində klas-
sik Şərq ədəbi ənənəsi səpkisində “Divan” bağlamışdır. Müəllif 
“Divan”ın Bakı və Təbrizdə nəşr olunan nüsxələrini diqqətlə araş-
dıraraq şairin dünyəvi səciyyə daşıyan, Füzulinin təsiri ilə yazdığı 
qəzəllərini, lirik şeirlərini ətraflı təhlil edir. Racini Füzulinin layiqli 
davamçısı kimi səciyyələndirir. Racinin lirikasında eşq, məhəbbət 
mövzusu üstünlük təşkil edir. Təbriz gözəli vurğunluqla təsvir olu-
nur. Qənirsiz gözəlin hüsnü, ədası, mina gərdanı, “kipriyilə şana 
çəkməyə hazır oduğu pərişan zülfü”, əlvan libası bədii boyalarla 
göstərilir. Şairin sevdiyi sərvqamətli gözəllər gözəli bağa seyrə 
çıxsa, qumrular başına dolanar, bülbüllər əfğanə gələr, kim rüx-
sarını görsə, günə baxmaz, heyran qalar, tuti dili lal olar. 
Ülvi məhəbbət, vüsal eşqi, nəcib insani duyğuların rəngarəng 
bədii təsviri Racinin həyata sıx bağlılığını, dünyagirliyini sübut edir. 
S.Hüseyn belə qənaətə gəlir ki, “...lirik əsərlərində iki Raci gö-
rünür: biri hardasa “dini dünyaya verməyən”, ilahi eşqə bağlı olan, 
özü də nə qədərsə zahidləşən, digəri isə ancaq dünya üçün ya-


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə