Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
81 
Bütün bu istəklərə, nəhayət, vəslinə yetişmək üçün Raci “Eşq 
Fərhadı nədir, kuh nədir, tişə nədir? Sinəsini dırnaq ilə şirin-şirin 
qazar”, çox şeylərdən keçər, çox şeylərə: ayağının altda döşən-
məyə, toz olmağa hazırdır.  
Əgər qoyam yüzimi xaki-payinə bir də 
Götürmərəm dəxi mən bəxtiqarə yüz yerdən. 
Gər istəsən başun üstə, könül, gələ canan,  
Gərək ayağının altında xaki-rah olasan. 
Çəkdim əyaği başə, qoyum baş ayağuvə,  
Saqi, edüm bu nemətə mən bəxtiqarə şükr. 
Bir busə üçün imandan, candan keçsə də, ayağının altına 
döşənsə də, bir şey çıxmayanda Raci yalvarışa keçir. Bu vasitə ilə 
rəhmə gətirməyə çalışır. Riza rədifli qəzəlində İmam Rzaya and 
verir.  
Yoxumdu möhnəti-hicranuva mənim tabım,  
Gəl indi tərki-səfər et, səni imam Riza. 
Nə qədər yalvarum əcz ilə türkü-türkanə,  
Tərəhhüm eylə mənə, getmə vəssalam, riza. 
Deyin, ol bivafa az bu dili-əfkarı yandırsun,…
194
  
Raci qəlbə girməyin yolunu bunda gördüyündən könlünə 
yumşaq dillə danışmağı məsləhət bilir.  
Qeyz ilə az, könül, ruxi-dildarə baxgilən,  
Rüxsari-dildarə yalvarə-yalvarə baxgilən. 
Və ya 
Göstər dili-rüxsarini, canım sənə qurban. 
Bu qədər yalvarış, fəryadü nalə qəlbinə təsir eləyir, ahından 
“nərm səngi-xarə” olur və buna şükr eləyir. Heç bir təbibin dər-
man tapa bilmədiyi dərdə vüsal dərman olur, çarə olur.  
                                                           
194
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                        
Bakı: Sabah,1992, səh. 62, 36, 58, 45, 82, 23, 24 


Sədrəddin Hüseyn 
82
 
Könül vüsala yetəndə duyğularını “Bir saət” rədifli qəzəlin-
də belə ifadə edir: 
Yetişdi çün könül, ey məh, vüsalə bir saət,  
Doyunca qoy baxım ol gül cəmalə bir saət.  
Fəraqi-saəti bir ilcədir yanimdə mənim,  
Vüsalin illəri gəlməz xəyalə bir saət.  
“Ney kimi ləbrizi-nalə olsa da, səsini çıxarmadan ah-nalə 
et, bu vüsal gecəsində nigar ilə o qədər əyləş ki, sübhə bircə saət 
qalsın”,-deyir “bəxtavər” Raci.
195
 Racinin lirikasından söhbət açar-
kən N.Rizvan onun baş qəhrəmanının “İnsan” olduğunu, aparıcı 
ideyanın “MƏHƏBBƏT”, lirik mənin ətrafında dolanan üç əsas ob-
razın isə “AŞİQ, MƏŞUQƏ və RƏQİB” obrazlarının olduğunu söy-
ləyir.
196
  
Bir çox şairlər kimi Raci də rəqibdən gileylidi, rəqibin əlin-
dən göz aça bilmir. Sevgisi də vəfasızlıq edir. Əğyara bel bağlayır. 
O hamını atıb yarı tutur, yarı da gedib əğyarı tutur. Rəqibə mər-
həm olandan aşiqinə kəmməhəl olur. Əgər yəqin eləsə ki, yarı 
əğyarə yar olub, bu yara ölüncə sinəsindən getməyəcək. Rəqib 
bunu bilir, ona görə də yarı Racinin sinəsində görcək (? S. H. ) 
qəlbinin imanla dolduğunu düşünür.
197
 Xəzan yeli hüsnünə əsə-
cək, qəddi əyiləcək, bütün bədnəzərlər üz çevirəcək, Raci də süb-
hi-şam qalan deyil, -deyərək cəfasına dözmür. Ustadı Füzuli daim 
qəm və cəfa istədiyi halda, Raci artıq bezir.  
Əritdi büteyi-qəmdə bu cismi-natəvan, zalım,  
Cəfadur-həddən aşdı, imtəhandur bu əgər-bəsdi. 
“Ol cismi-məst gecələr rəqib ilən mey içir, gündüzlər sərkə-
ran keçir”. Raciyə görə nigarın özü şairə yaxşı-yaman deyə bilər, 
amma bu sözlərini əğyardan nihan tutsun. 
                                                           
195
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 33, 248, 21 
196
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 35 
197
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.129,53,70,4 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
83 
Aşiqlərlə rəqib arasında qeylü-qal olur. Bundan Raci təngə 
gəlib. O divsurətdən əl çəkməyini istəyir, çünki mələk şeytanla 
iltifat edə bilməz. “Yari-vəfadar ilən qərar qoyur ki, Mundan son-
ra əğyar ilən oturmasın”, deyərkən qısqanclıq son həddə çatır: 
Göstərmə o rüxsarun hər bisərü bipayə,  
Könlüm səni aləmdə hər gözdən iraq istər. 
Əğyardan cana doyan şair kafəri ondan üstün tutur. Belə 
ki, gündə min dəfə kafər üzünü görməyə razıdı, ancaq ildə bir yol 
əğyarı görmək istəmir. Yarı ilə rəqibin aşinalığını görəndə söyüş-
dən belə çəkinmir. “Rəqib ləblərin əmdikcə mən baxıb yandım, 
dedim ki, çeşməyi-heyvanı qoyma it yalasın”,-deyə Əğyarın yan-
larında ol- masını istəmir.  
Cana, nə deyim, mən sənə əğyar yanında? 
Bülbül nə desin öz gülünə xar yanında? 
Görmək səni mümkün dögül əğyarın əlindən,  
Gəl yanimə bir indi ki biganə yatıbdur.
198
  
AŞİQ, MƏŞUQ və RƏQİB Raci şeirlərinin də əsas qəhrəma-
nıdır. Onun məşuquna qısqanclığı fərqli şəkildə büruzə verir. ”İn-
sana  həyat  eşqi  aşılayan,  şeirlərə  canlılıq,  həmişəyaşarlıq  bəxş 
edən qısqanclığın duzlu məzəli ifadəsi Racini demək olar ki, 
bütün qəlb və qələm sahiblərindən fərqələndirir. Həm eşqin, həm 
də sənətkarlığın ucalıqlarına qaldırır.”
199
 Qısqanclıq onda fərqli 
bir şəkildə təzahür edir. Yarını qarşısında durduğu ayinəyə, yarın 
özünə belə qısqanır. 
Raci niğarı vəsf etməkdən belə, ehtiyat edir ki, dilə-dişə dü-
şər, rəqib duyar, dirilik suyu dediyi ağzına tamah salar, başına bə-
la açar. Bu dirilik suyu deyil.  
                                                           
198
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.27 
199
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 37 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə