Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 

şayan, dünya gözəlinin yolunda çəkdiyi məşəqqətlərə, bu gözə-
lin vəsfinə, eşqinin ucalığına şirin nəğmələr deyən -Raci”. 
Feodal cəmiyyətinin ağır dini fanatizm mühiti, ictimai həyat-
da şahidi olduğu təzadlar Əbülhəsən Racinin həssas qəlbində pə-
rişanlıq, dünyagörüşündə anlaşılmazlıq yaradırdı. 
Fil.ü.f.d. Hüseyn Sədrəddin şairin fəlsəfi və ictimai lirikasında 
Racinin mənəvi aləmində baş verən sıxıntını, pərişanlığı, zülmət 
səltənətindən ictimai azadlığa çıxış yolunu tapa bilməməsini və 
bu səbəbdən dünya ilə bağlı hər şeydən “əl çəkdiyini” açıb gös-
tərmişdir. 
Onun qənaətinə görə Raci həyat həqiqəti ilə axirət dünyası 
arasında  çırpınırdı.  Şair  ictimai  ədalətsizliyə,  soyğunçuluğa,  xalqı 
cəhalətdə saxlayan mollalara, zahidlərə qarşı bəzən, ötəri də olsa 
etiraz edirdi. Ancaq xalqın düçar olduğu bəlaların səbəblərini, ağır 
ictimai vəziyyətdən çıxış yolunu tapa bilmirdi. Raci din təəssüb-
keşi idi. “Bu dünya onun nəzərində sevgilisinin hicranı və vüsalı-
na bürünərək hicran-vüsal şərbətini dada-dada onun ağrı-acısını 
yaşaya-yaşaya gileyli bir ömür yolu olmuşdur”.  
Raci sənətkar şairdir. Klassik ədəbiyyatın qəzəl, qəsidə, rübai, 
mütəfərriqə, mürəbbe, növhə, sinəzən və  sairə  şeir formalarında 
doğma Azərbaycan dilində və farsca yazıb-yaratmışdır. O, klassik 
ədəbiyyatdan və şifahi xalq ədəbi nümunələrindən yaradıcılıqla 
bəhrələnmişdir. Müəllif Racinin qəzəllərində Füzuli, Nəsimi, Nə-
bati poeziyasının təsiri barədə maraqlı nümunələr gətirir. 
Hüseyn Sədrəddin şairin sənətkarlığından bəhs edərkən onun 
bədii təsvir vasitələrində yetərincə poetik tapıntıların, yeni ob-
razlı deyimlərin olmasına görə Racini milli poeziya xəzinəsini zən-
ginləşdirən yenilikçi şair kimi təqdim edir: Raci poeziyasının ən 
böyük gücü, özəlliyi “...onun bədii təsvir və ifadə vasitələrindən 
yaradıcılıqla, orijinal şəkildə istifadə etməsindədir. Bunlar təravət-
lidir, Raciyə məxsusdur. Raci təqliddən uzaq, orijinal üslubu, sə-
nətkarlıq xüsusiyyəti ilə seçilən ustad şairdir...”  


Sədrəddin Hüseyn 
10
 
 Tədqiqat zamanı müəllifin gəldiyi nəticələr Raciyə və mər-
siyə ədəbiyyatına bu günün prizmasından yanaşmağın vacibliyi-
ni və bu irsin tədqiqinə böyük ehtiyac duyulduğunu göstərir. Ra-
cinin bir sənətkar kimi bədii-elmi portreti yaradılır və ədəbiyya-
tımızda tutduğu yer müəyyənləşdirilir. Bu baxımdan monoqrafi-
ya həm araşdırıcılar, həm tələbələr, həm də kütləvi oxucular üçün 
dəyərli mənbə ola bilər. 
 
Professor, f.e.d.
 Əhmədov Teymur 
 “Respublika” qəzetinin baş redaktoru 
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
11 
GİRİŞ 
Əbulhəsən Racinin həyatı cənubi Azərbaycanın qarışıq, mü-
rəkkəb və acınacaqlı bir dövrünə təsadüf edir. Ədəbiyyat aləmin-
də idealist, kanon
1
 maarifçiliyinin süqut etdiyi, avropasayağı ma-
terialist fəlsəfədən ilham alan maarifçiliklə əvəz olunduğu, reform-
ların və yeniləşmənin zərurət olduğu belə bir dövrdə klassik ən-
ənələr, xüsusilə Füzuli təsiri qalmaqda, “mürtəce” dini ədəbiyyat 
da yüksələn xətlə inkişaf etməkdə idi. Mərsiyəçilik və məhərrəm-
lik mərasimləri insanları “cəhalətdə saxlayan” alətə çevrilirdi. Bu 
gedişata  baxışlar  müxtəlif  olduğdundan  mərsiyə  ədəbiyyatına 
uzun müddət obyektiv qiymət verilməmişdir. Halbuki ədəbi xəzi-
nəmizdən bu faktı çıxsaq, yerində qalan böşluq tamlığı və bir çox 
bağları qırmış olar. Bölünmüş və asılı vəziyyətdə olan bir xalqın 
heç bir məsələsi uzun zaman obyektiv dəyərləndirilmədiyi, tarixi 
əyri yazılıb, əyri yozulduğu üçün Raci kimilərin yaradıcılığının araş-
dırılması bu günün aktual məsələsidir.  
Yuxarıların təzyiqi, ideoloji nöqteyi-nəzər, bəzən də qərəzli 
münasibət klassiklərin tədqiqində obyektiv, ədalətli yanaşmaya 
imkan vermirdi. Bu sahədə elə bir tendensiya yarandı ki, indi də 
özünü göstərməkdə, ədəbiyyatımızı düzgün qiymət verməyə ma-
ne olmaqdadır. Buna münasibət bildirərkən Yaşar Qarayev: ““Tam”, 
“bütöv həqiqət” konsepsiyası klassik irsə yenidən qayıtmağı zə-
ruri edir. ...Orta əsrlərin və yeni dövrün elə mühüm bədii, ictimai, 
fəlsəfi, dini, ideoloji hadisələri, abidələri, simaları var ki, onlar ən 
əsaslı, prinsipial, səriştəli təhlilə  layiq olduğu halda, biz onlara 
münasibətdə səthi, qeyri-professional təftiş və elementar inkar 
məqamlarından irəli gedə bilməmişik” –qənaətinə gəlirdi
2
. Çünki 
bu yanaşma çox vaxt da dövrün tələblərindən irəli gəlib. O döv-
rün ədəbi simalarından biri olan Əbulhəsən Raci də hələ ki, öz 
                                                           
1
   Əliyev Rəhim.Ədəbiyyat nəzəriyyəsi. Bakı: “Qanun” nəşriyyatı,2012,  səh.33 
2
   Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh.57 


Sədrəddin Hüseyn 
12
 
dəyərini almamış, haqqında geniş elmi araşdırmalar aparılmamış-
dır. Ötən müddətdə Bakıda kiril əlifbası ilə sadəcə bir “Divan”ı 
çap  olunmuşdur.  Şeirlərindən  görünür  ki,  Raci  yaradıcılığında 
daha çox Füzulinin, qismən də Nəsiminin təsirindədir. Bununla 
belə, İslam dini, Şərq fəlsəfəsi, doğma xalqının poetik təfəkkürü, 
onun yaradıcılığına, qanına, iliyinə hopub. Kərbala müsibəti kədər 
notlarını gücləndirib, yaşadığı dövrdə xalqının bəla və müsibəti, 
şeirlərini göz yaşları ilə suvarmağa, öz dərdini Kərbəla faciəsinə 
büküb ağlamağa səbəb olub. Elə bu deyilənlər də onun uzun za-
man unudulması, tədqiqdən kənar qalması ilə nəticəılənib. Bir çox 
şairlər kimi Raci də sxolastik, “epiqonçu”, mərsiyəxan kimi çox 
vaxt tənqid edilib, dışlanıb, yaxşı halda barəsində susulub, unudu-
lub
3
. Bizdə sovet, cənubda pəhləvi rejimi, bizdə dinə qarşı qərəzli 
münasibət, orada dinin təhrifi, birtərəfli qəbulu Raci, Dəxil, Qumri, 
Dilsuz, Sərraf kimi “təriqət şairlərinin”
4
 üzərinə xeyli vaxt kölgə 
salmış, bu zəngin xəzinənin üstünü örtmüşdür. Bir səbəb də adı 
çəkilən  şairlərin  yaradıcılığında  gizli,  ya  açıq  şəkildə,  eyhamla, 
üstüörtülü olaraq rejimə qarşı yönəlmə, onun gizlinlərini aşkarla-
ma olub. Onların tədqiqi, bu gizli və zəngin xəzinənin xalqa çat-
dırılması üçün indi –müstəqil və sərbəst düşüncə tərzinə malik 
bir şəraitdə əlimizə düşən fürsəti layiqincə dəyərləndirmək lazım 
gəlir. Problemin bir mühüm tərəfi də ondadır ki, düşmənlər islam 
dinini  içdən  parçlamaq  üçün  Kərbəla  vaqeəsindən  süi-istifadə 
edirlər. Bu gün islam coğrafiyasının az qala hər yerində yeni ye-
zidlər, yeni şümrlər peyda olmaqda, haqqa, ədalətə, haqpərəst-
lərə sitəm etməkdə, dini dəyərləri ayaq altına almaqda, şeytani 
qüvvələrə rəvac vermədə, yeni-yeni Kərbəla ocaqları yandırmaq-
dadırlar. O da danılmaz haldır ki, indi hər məhərrəm ayında sadə-
cə şiəliyin yayıldığı bölgələr deyil, dünyanın bir çox yerində, xü-
                                                           
3
   Məmmədov Xeyrulla. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: 2006 
4
   Alxan Bayramoğlu. Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki (Qədim dövr-
lərdən 1930-cu ilədək). Bakı: 2013.səh.84 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə