Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
13 
susən də vaxtilə Osmanlının nüfuz dairəsində olan Avropa öl-
kələrində də bu mərasimlər keçirilir, mərsiyələr deyilir, bu janrın 
yeni, müxtəlif formaları ortaya çıxır. Kərbəla mövzusunda təkcə 
Azərbaycanda deyil, Türkiyədə də bir çox şairlər mərsiyə yazmış 
və yazmaqdadırlar. 
Və nəhayət, bu mərsiyələri sinə döydürmək vasitəsindən 
qurtarıb  ədəbi  akta  çevirməyin,  onu  həm  ədəbiyyatşünasların, 
həm də oxucuların xidmətinə verməyin lazım gəldiyini, bu sahə-
də görüləcək işlərin zəruri olduğunu düşünürük. Belə olarsa, o 
şairlərin digər əsərləri də “mürtəcelik”dən xilas olub ədəbi fakta 
çevrilər. 
 Tədqiqat  zamanı  Əbulhəsən  Racinin  Bakıda  çap  olunan 
“Divan”ı, kitabxanalardakı və bəzi fiziki şəxslərdə mövcud olan 
ana dilli və farsca “Divan”ları, əllərdə olan şeirləri, XIX əsr İran və 
Azərbaycan ictimai-siyasi tarixi, ədəbiyyatı barədə bir çox elmi 
araşdırmalar tədqiqata cəlb edilmişdir. Həm dövri mətbuata, həm 
elmi əsərlərə istinad edilmiş, Raci digər klassik şairlərlə müqayi-
səli şəkildə tədqiq edilmişdir. Respublikanın arxivlərində saxlanan, 
İranda çap olunan bir sıra nəşrlərdən faydalanmaqla, Raci ilə bağlı 
yazılar, internet mənbələri, elektron kitablar mümkün qədər araş-
dırılmış, tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı məlum ol-
muşdur ki, Racinin “Divan”ı “Seçilmiş əsərlər” adı ilə ilk dəfə 1992-
ci ildə Bakıda çap olunmuşdur. Kitabın tərtibçisi və ön sözün, şərh-
lərin müəllifi Hafiz Abıyevdir. Burada 146 qəzəl, 2 qəsidə, 40 beyt-
lik 1 təcnis, 6 rübai, 9 mütəfərriqə, 1 mürəbbe, “Hekayəti-İbra-
him Ədhəmi” adlı bir mənzumə, 84 növhə verilmişdir.
5
  
Seyid Əzim Şirvani öz təzkirəsində Racinin bir sıra şeirlərini 
nümunə olaraq təqdim etməklə Səburun (farsca) şerinin bir qis-
minin tərcüməsini verir və “əhbabları” tərəfinfən həmin il (1876) 
asari-farsi və  türki  və  mərsiyələrinin Təbrizdə  mətbu  edildiyini 
                                                           
5
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992. 


Sədrəddin Hüseyn 
14
 
bildirir.  S.Ə.Şirvani  Racinin  “Üzari-yar  tutub  türreyi-siyahdami” 
mətləli mürəbbisindən 13 bəndini, 9 qəzəlini və bir çox şeir par-
çalarını vermişdir.  O həm də  dəqiqləşdirmələr apararaq Xalifeyi-
Xalxal Acizin bir qəzəlini Racinin kitabında “mülahizə qıldığını” 
qeyd edir və bunun üçün Acizin “Divan”ının daha əqdəm çap olun-
duğunu əsas göstərir. 
Lerikli Molla Qələmə məxsus bir “Divan” varislərindən Əh-
məd  Qasımovdadır.  “Divan”ın  ön  və  son  səhifələrində  nasixə 
məxsus möhür var. Ön səhifədə həmçinin “Məhəmmədhüseyn 
Vələdi Molla Rüstəmzadə 1342 və Məmmədhüseyn vələdi Molla 
Rüstəmzadə 1343 (1924) Əliyyürrəhim” dərkənarlarından o tarix-
də bu şəxslərdə olduğu bilinir. Ancaq ən mühümü 237-ci səhifə-
də farsca sinəzən və qəsidələrinin bitməsi haqda “tamam şod Di-
van 1292” qeydidir. Buradan “Divan”ın müəllifin ölümü ərəfəsin-
də, ya da S.Ə.Şirvani demiş, ölən ili əhbabları tərəfindən mətbu 
edildiyi məlum olur. “Divan”ın bir hissəsi ana dilində, qalanları 
farscadır. Sonunda isə “Mirzə Əli Vələdi Kərbəlayi Molla Məşədi 
Əhməd ağanın xahişi ilə çap olunub. 1296-nın ramazan ayında 
təb və təhrir şod” şəklində yazı var. 
Ə.Raci haqqında ilk ən geniş məlumatı Firidun bəy Köçərli 
verir. O, Raci divanının Təbrizdə dəfələrlə çap olunmasını qeyd 
edərək təəssüflə iki böyük qüsuru göstərir:  
1.
 
İranda çap olunan kitabların heç birində müəllif haqqında 
məlumat verilmir...haqlarında bir cümlə belə yazılmır. 
2.
 
İstədikləri şairin şeirlərindən nümunələri tərtib etdikləri diva-
na daxil edirlər. Və onların müəllifləri də göstərilmir. Buna görə 
də hansı şeirin kimə aid olmasını təyin etmək çox çətin olur. 
Eyni halı S.Ə.Şirvani də müşahidə etmiş və düzəlişini eləmiş-
dir. 
“Seçilmiş əsərlərin” tərtibçisi H.Abıyev də eyni nöqsanı mü-
şahidə etdiyini bildirir və bəzi şeirlər arasındakı fərdlərin Dəxilə 
aid olduğuna görə kitabdan çıxardığını yazır. 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
15 
F.Köçərli şairin yaradıcılığını mümkün qədər ətraflı şərh edib 
və mərsiyəxanlar içərisində Racinin üstünlüyünü göstərib. O Ra-
cini ”Azərbaycan şüərasından Dəxildən sonra ən fəsih bülbüli-
xoşəl- hanı,... ən suznak növhəxanı” hesab edir. Pürqəmdən da-
nışarkən onun Racidən bəhrələndiyini qeyd edir. Qəzəl, mərsiyə 
və təcnis- lərdən nümunələr verir. Səburun mərsiyəsinin farsca 
mətnini verir və ən önəmlisi də odur ki, Ə.Raci divanının qəzəliy-
yatı-farsi, qəsideyi-türki, qəzəliyyatı-türki, təcnisi-türki şəklində 
tərtib olunduğunu bildirir. F.Köçərli Səburun növhəsindən əlavə 
şairdən iki qəzəl, bir təcnis, bir növhə və şeirlərindən ayrı-ayrı nü-
munələr vermişdir. 
Sonrakı dövrlərdə H.Zərdabi, A.Sur, C.Məmmədquluzadə, 
S.Hüseyn, Ü.Hacıbəyov, C.Xəndan, R.Əfəndizadə və b. qələm əh-
linin əsərlərində Ə.Raci ilə bağlı dağınıq məlumatlara rast gəlinir. 
Onun adı ən çox mərsiyə ədəbiyyatı, epiqonçu, mürtəce dini ədə-
biyyatla bağlı yazılarda hallanır. Əksər halda isə ona tənqidi nöq-
teyi-nəzərdən yanaşılır. Feyzulla Qasımzadə mərsiyə ədəbiyyatın-
dan  danışarkən  “Riyazül-Qüds”ün  “Hədiqətüs  süəda”nın  təsiri 
ilə yazıldığını, Dəxilin dini bir dastan yaratdığını qeyd edir, bir çox 
mərsiyəxanla birgə Racinin də adını çəkir və mərsiyəçilik “...çariz-
min müstəmləkə siyasətinə uyğun olaraq şiəlik təbliğinin güclən-
dirilməsi ilə izah oluna bilər”-deyir.
6
 Sonra isə təziyədarlıq ədə-
biyyatının “Azərbaycan ədəbiyyatının realist – demokratik key-
fiyyətlərinə tam ziddiyyət təşkil etməsi”
7
 göstərilir. 
M.Tərbiyət “Danışməndani Azərbaycan” əsərində Raci haq-
qında qısa məlumat verir. Doğum ilini 1247 (1831), ölümünü isə 
Səburun  şeirindəki  maddeyi-tarixə  əsasən  “Əya  qaffar”  (1293-
1876) kimi göstərir. Fars və türk dillərində “Divan”nın Təbrizdə də-
fələrlə çap olduğunu bildirir. Oğlu Əbdulməcidin Naci təxəllüsü 
ilə şeirlər yazdığını və şeir divanının olduğunu qeyd edir. 
                                                           
6
   Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. II c.EAAzF. Bakı: 1944, səh. 73 
7
   Azərbaycan ədəbiyyatı tarixi.3 cilddə. IIc., Bakı, 1960, səh. 62 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə