Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə5/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   ...   62

Sədrəddin Hüseyn 
16
 
Cavad Heyət “Azərbaycan ədəbiyyatına bir baxış” kitabında 
Raci haqqında da qısa məlumat verir. Farsca və türkcə qəzəllərin-
dən nümunələr, təcnisdən 6 beyt verir. Müəllif “Ta tora, ləli-ləb, 
ey dust ze mey rəngin əst”(Nə qədər ki, ləl tək dodağın şərab rən-
gindədir) mətləli farsca qəzəlinin tərcüməsini də vermişdir. 
ASE-da da şairin haqqında yığcam məlumat vardır. 
Yazıçı Anarın rəhbərliyi ilə tərtib edilən “Min beş yüz ilin 
oğuz şeiri” adlı antologiyada 5 qəzəli, bir növhə və 5 beytlik bir 
əfradı verilmişdir.
8
  
Kamal Talıbzadə Azərbaycan ədəbiyyatının tənqid tarixini 
izləyib incələyərkən Raci kimiləri epiqonçu ədəbiyyatın nümayən-
dələri olaraq görür
9
. Onları müdafiə edən Ünsüzadə qardaşların-
dan da “Əcabə, Şeyx Nizamiyə abidə tikmək həvəsində olan nəs-
limiz Racini unudaraq, Qumrisinə xor baxacaqmı” deyən Seyid 
Hüseyndən  də,  “O,  kitabların  (“epiqonçular”ın  əsərlərinin  S.H.) 
ədəbiyyat silkinə daxil olmağa nə ləyaqətləri vardır?” deyən R. 
Əfəndiyevdən də nümunə göstərir.  
M.İbrahimov Raci yaradıcılığına bir qədər ətraflı toxunur. 
“Onun da qəzəllərində dini və dünyəvi məhəbbət: zahid və rind, 
eşq və mal-dövlət kəskin bədii kontrast təşkil edir” -qənaətinə 
gəlir, şeirlərdən nümunələr gətirir və məşhur “Nə eşq olaydı...” 
qəzəlini qabarıq nəzərə çatdırır. M.İbrahimov Racinin 36 qəzəlini 
antalogiyaya  daxil  edib.
10
 Lakin  bunların  24-ü  eynən  “Seçilmiş 
əsərlər” də vardır, qalan 12-si isə yoxdur. ”Dahilərin göz yaşı” ki-
tabında Racinin on beş növhəsi çap edilib, bunlardan onunun 
arasında əfradlar verilir, bəzi əfraddan sonra “tamamiyi-növhə” 
və ya “baqiyi-növhə” qeydi var. Kitabdakı şeirlərin hamısı “Seçil-
miş əsərlər”də var. (əfradlardan başqa, H.Abıyev onları ixtisar edib.
                                                           
8
   Anar. Min beş yüz ilin Oğuz şeiri. Antologiya. I kitab. Bakı, 1999, səh. 462-467 
9
   Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984, səh.87 
10
   Cənubi Azərbaycan ədəbiyyatı analogiyası. 3 cilddə. I c., Bakı: Elm, 1981. 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
17 
Kitabın tərtibçisi  “bir  dostunda  S.Ə.Şirvaninin öz  dəsti-xətti ilə 
köçürtdüyü “Növhələr” kitabını görmüşdüm”,  – deyir. Çox gü-
man ki, orada da Raciyə məxsus mərsiyələr varmış. ”Necə qan 
ağlamasın daş bu gün” kitabında şair haqqında yığcam məlumatla 
birgə 11 mərsiyəsi verilmişdir. Qazi Hacı Mirəziz Seyidzadənin 
“Kəlam” jurnalında “Azərbaycan mərsiyə ədəbiyyatı” və “Əbülhə-
sən Raci” adında iki məqaləsi çap olunmuşdur. Başqa bir antalo-
giyada 37 qəzəli verilmiş- dir.
11
 
Milli Elmlər Akademiyasının kitabxanasında Racinin “Divani-
Raci” adıyla  
F 1457, F 1921 
F 2111 – 1294; F 2630 – 1293 
F 412, F 1457 və F 985 MIAZ79, f 2725–1247şifrəli “Divan” 
ları saxlanılır. Bunlardan ancaq F 1457-1290 F 2630-1293, F2111 
–  1294  şifrəli  “Divan”ında  “(1247-1931)  tarixdə  təvəllüd  yafte” 
şəklində qeyd var.  
Qalan “Divan”ların əvvəli və sonu ya aşındığından, ya da ol-
madığından heç bir əlavə məlumat almaq olmur. “Divani-farsi” 
şəklində  qeyd  olunanların  çoxunda  ana  dilində  də  nümunələr 
verilmişdir. Bəzən növhələrdə bəndlər arası ərəb dilində şeirlər 
salınıb. 
Mənbələr və əldə olan “Divan”lar Racinin türkcə, farsca şe-
irlər divanının dəfələrlə Təbrizdə nəşr olunmasını təsdiq edir. Bu 
divanlara başqalarının, xüsusilə Dəxilin şeirlərindən nümunələr 
salınmışdır. Şair, yaradıcılığında bir çox məsələlərə toxunsa da, 
əsasən məhəbbət və dini mövzularda yazmışdır. N.Rizvanın “Raci 
lirikasının bəzi xüsusiyyətləri” məqaləsində Racini “qüdrətli... no-
vator... XIX əsr poeziyasında qüdrətli yerlərdən birini tutan... bir 
lirik” şair kimi təqdim edir. Tehran-1340, Təbriz-1295-ci illərdə “Di-
vani-Raci” adlı kitablarının çap olunduğunu göstərir. 
                                                           
11
   Salatın Əhmədova, Teymur Əhmədov. XIX ısr Azərbaycan ədəbiyyatı.                        
I cild. Poeziya. Bakı: Nurlar, 2009, səh.522-538 


Sədrəddin Hüseyn 
18
 
Monoqrafiyada Racinin heç bir nəşrə düşməyən, Lənkəran-
da mərsiyəxanlardan əldə olunan 4 mərsiyə və 6 beytlik əfrad əl-
yazmaları da tədqiqata cəlb olunmuşdur. 
Bunlardan əlavə  əlimizdə  Racinin  Sirus Qəmərinin  tərtibi 
ilə  1364-cü  ildə  Təbrizin  “Firdovsi”  nəşriyyatında  çap  etdirdiyi 
“Külliyati-Divani-Raci” qəzəllər, qəsidələr və mərsiylərdən ibarət 
əlyazmanın fotosurəti, bir də Əbulfəzl Əhmədlunun 1377-ci ildə 
“Divani-Raci-Təbrizi” və 1379-cu ildə nəşr etdirdiyi “Raci Təbri-
zinin növhə və mərsiyələri” kitabları vardır. Cənab Əbulfəzl Əh-
mədlinin kitablarının üstünlüyü ondadır ki, Raci ilə bağlı özünə-
qədərki nəşrlərin hamısına – Təbrizdə və Tehranda basılmış beş 
“Divan”a və Bakı nüsxəsinə sərf-nəzər edir, hərəsi haqqında fikir 
yürüdür, Racinin təsirləndiyi mənbələr, müasirləri, Racidən təsir-
lənənlər haqda qısa xülasə verir. Dövrü və mühitindən danışır. 
Ən önəmlisi də şairlə bağlı bu günə qədər məlum olmayan “Şə-
cərənamə”nin (fars dilindədir) verilməsidir. Burada Racinin özü 
və nəsil şəcərəsi haqqında ətraflı bilgilər verilir. 
“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının Əbülhəsən 
Raciyə həsr olunan 43 səhifəlik oçerkini yazan Nazim Rizvan şai-
rin həyat və yaradıcılığı ilə bağlı ətraflı, geniş və yeni bilgilər verir. 
Maraqlı mülahizələrlə çıxış edir ki, tədqiqatda yeri gəldikcə mö-
təbər mənbə kimi N.Rizvanın fikirlərinə və son illərdə çıxan baş-
qa mənbələrə də istinad edilmişdir. 
Türkiyədə çap olunan bir mərsiyələr toplusundan da istifa-
də edilmişdir. 809 səhifəlik bu antologiyada 209 şairin mərsiyəsi 
verilmişdir. Az qismi XVI-XVII əsrə, qalanları bizdəki kimi XIX əsrə 
aid olan bu şairlərin mərsiyələrinin dili, üslubu və məzmunu Azər-
baycan şairlərinə çox yaxındır, hətta daha xəlqi və sadədir.
12
 
                                                           
12
   Abdullah Yegin. Islami-elmi-edebi-felsefi yeni lüğat. İstanbul, 1997, 800 səh. 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə