Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
25 
Urməvi və b. görkəmli ustalar yetişmişdi. Məhəmməd Hüseyn Təb-
rizi  Bəhmən  Mirzənin  yazdığı  “Təzkireyi-Məhəmmədşahi”  əsərini 
gözəl nəstəliq xəttilə yazmışdır”
30
. Ancaq bunlar dövrün tələblə-
rinə  cavab  vermirdi.  Daşbasma  ilə  də  olsa,  mətbəələrə  böyük 
ehtiyac var idi. Bu sahədə mühüm rolu olan Abbas Mirzənin gös-
tərişi ilə Təbrizə 1812-ci ildə ilk çap maşını gətirilir və çap sənə-
tinin mahir üstası Ağa Zeynalabdin Təbrizinin səyi ilə ilk (litoqra-
fiya) daş çapı mətbəəsi yaradılır (1817). 1820-30-cu illərdə tək Təb-
riz deyil, Urmiyyə, Ərdəbil, Qəzvin, Xoy şəhərlərində də bir neçə 
mətbəə fəaliyyətə başlayır. 
Mətbuatımızın tarixi 1875-ci ildən hesablansa da, ilk qəzet 
Təbrizdə çap edilmişdir. Düzdür, hələ 1830-cu ildən Tiflisdə çıxan 
“Tiflisskie vedomosti” qəzetinə əlavə olaraq həftədə bir dəfə “Ta-
tarskie vedomosti” adı ilə bir vərəqə nəşr edilməyə başladı. Bu 
səhifə fars və Azərbaycan dillərini yaxşı bilən M.A.Enikolopova 
tapşırılsa da, A.Bakıxanovun köməyindən də istifadə edilirdi. Bu 
qəzet 1832-ci ildə bağlanır, doqquz il sonra (1841-46-cı illər) “Za-
kavkasskiy vestnik”ə əlavə olaraq yenə azərbaycanca bir vərəqə 
nəşr olunur.  
Təbrizdə 1858-ci ildə “Azərbaycan” adlı ilk qəzet (fars dilin-
də) nəşr olundu. Bu qəzet “Təbrizdə hicri qəməri 1275 (1858)-ci 
ildə litoqrafiya üsulu ilə yayılmış aylıq qəzet idi. “Əxbari-Darüs-
səltaneyi-Azərbaycan”, “Ruznameyi-millətin-məmləkəti Azərbay-
can” və “Vəqaeyi-şəhri-məmləkəti-məhru-seyi-Azərbaycan” adları 
ilə də yayılmış və bir neçə il davam etmişdir”
31
. Əsrin 80-ci illərin-
də Cənubi Azərbaycanda “Təbriz” və “Mədəniyyat” qəzetləri nəşr 
olunmağa başladı. Bunlar “Əkinçi”nin ideyalarını davam etdirir-
dilər. 1897-ci ildə Seyid Hüseyn xan Ədalətin redaktəsi ilə “Əlhə-
did”, 1898-ci ildə isə Əliqulu Səfərovun redaktorluğu ilə “Ehtiyac” 
adlı qəzet nəşr olunmuşdur. Birincinin üç, (ikinci dəfə Seyid Mə-
                                                           
30
   Azərbaycan ədəbiyyatı tarixi.3 cilddə. IIc., Bakı, 1960, səh.18 
31
   Tərbiyət M. Danişməndani Azərbaycan. Bakı: Azərnəşr, 1987,  səh.439 


Sədrəddin Hüseyn 
26
 
həmməd  Şəbüstərinin  redaktorluğu  ilə  1905-ci  ildə  çıxmışdır), 
ikincinin isə ancaq yeddi nömrəsi çap olunmuşdur. Təbrizdə hicri 
qəməri 1296 (1870)-cı ildə Kamal adlı bir şəxsin redaktorluğu ilə 
çıxan yarımaylıq “Təbriz”, “...Sonralar “Kamal”,”Dəbistan”, ”Uxuv-
vət”, ”İttihad”, ”Məktəb”, ”Tehran”, ”Ədəb”, “Gəncineyi-fünun” ki-
mi qəzet və jurnallar nəşr olundu”
32
 
Cənubi Azərbaycan mətbuatı İrandan kənarda da fəaliyyət 
göstərirdi. Məhəmməd Tahir Təbrizi və Mirzə Mehdi Əxtərin “Əx-
tər”  qəzeti  (1875-1895)  Mirzə  Əbdürrəhman  Talıbov  və  Seyid 
Məhəmməd Şəbüstərinin redaktoru olduqları “Şahsevən” qəzet-
ləri (1888-ci il) İstambulda, Zəimüddövlə Təbrizinin “Hikmət” qə-
zeti (1892-1906) Misirdə çap olunurdu. Bununla belə qeyd etmək 
lazımdır ki, Raci yaradılcılığının mətbuat aləmi ilə də, yeni tipli 
məktəblərlə də ciddi bir əlaqəsi olmamışdır. Çünki ”Azərbaycan” 
qəzetindən başqa digərlərinin fəaliyyəti və yeni tipli məktəblər 
Racinin vəfatından sonraya düşür. Sadəcə o dövrün ədəbi prose-
sini ətraflı təsəvvür etmək üçün xülasəsini verməyi lazım bildik.  
Dövr və mühit fərqli olduğundan Şimalla Cənubun ədəbiy-
yatı da fərqli idi. Azərbaycan ikiyə bölünəndən sonra Şimali Azər-
baycanda ədəbiyyat dörd istiqamətdə inkişaf etməyə başladı: 
1.  Maarifçi-realist ədəbiyyat, 
2.  Ənənəvi divan ədəbiyyatı, 
3.  Dini-fəlsəfi poeziya, 
4.  Aşıq ədəbiyyatı, 
Burada ədəbiyyatımızın Q.Zakir, M.Ş.Vazeh, M.F.Axundzadə, 
M.B.Nadim, B.Şakir, X.Natəvan, S.Ə.Şirvani, S.Nigari və b. qüdrətli 
nümayəndələri yetişdi. Bunlar bir tərəfdən klassik ənənələri da-
vam etdirir, dini və fəlsəfi poeziyanı dövrə uyğun şəkildə inkişaf 
etdirir,  bir  tərəfdən  maarifçilik  ideyalarını  təbliğ edib  yayır,  bir 
                                                           
32
   Məmmədli P. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı: Elm,  2009, səh. 18-20 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
27 
tərəfdən də əsarətə, zülmə, haqsızlığa qarşı çıxış edir, buna uyğun 
satirik poeziyanı yaradıb inkişaf etdirirdilər. 
Cənubda isə Əndəlib Qaracadaği, Seyid Əbülqasim Nəbati, 
Mirzə Mehdi Şükuhi, Məhəmməd Bağır Xalxali, Axund Molla Hü-
seyn Marağalı Dilsuz, Mirzə Əli xan Ləli, Sərraf Hacı Rza, Seyid Rza 
Sabir və b. müqtədir şairlər yetişmişdi. Onlar da quzeydəkilər ki-
mi,  məhrumiyyətlər  içərisində  olmuş,  yurdundan  uzaqlaşdırılmış, 
Mirzə Mehdi Şükuhi İrəvanda, Mirzə Əli xan Ləli Tiflisdə yaşayıb, 
oralarda  da  vəfat etmişdir.  Öz  ”Sələbiyyə”sində “müsəlmanları 
iztiraba salan” Qurddan danışan Məhəmməd Bağır Xalxali “Qalıb 
qürbətdə əl çəkmə vətəndən” nəsihəti ilə çıxış edir. Onların da 
yaradıcılığında  klassik  ənənələrlə  bərabər  ictimai  motivllər  də 
mühüm yer tuturdu. Əlavə olaraq burada mərsiyə mövzusu da 
geniş yayılır, bunun güclü nümaydələri yetişir, “mərsiyə ədəbiy-
yatı” deyilən bir ədəbi məktəb yaranırdı. Bu ədəbiyyatda ictimai 
motivlər güclənirdi. Neçə on illər sonra həyata gələcək Ə.Talıbov-
lara, Z.Marağayilərə, ”dur vəqti-səhərdir” haraylarına zəmin ha-
zırlayırdı, onlara hamilə idi. Onu da demək mümkündür ki, ustad 
M.Şəhriyarın lirik dünyasında da bu dövrün lirizmindən, dil və üs-
lub xüsusiyyətlərindən çox şey var. 
Seyid Əbülqasım Nəbati o dövr ədəbiyyatında mühüm yer 
tutmaqla şeirləri Raci yaradıcılığı ilə bir çox cəhətdən oxşarlıq təş-
kil edir. O, ədəbiyyatımızın (Cənubda o, Şimalda Mir Həmzə Ni-
gari) son sufi şairi, yazdıqlarını həm də yaşayan, yəni həyatını bir 
zöhd, təqva içərisində keçirən sənətkardır. Sufi-panteist fikirləri-
ni ictimai həyatla, maddi aləmlə əlaqələndirən, klassik üslubu xalq 
ədəbiyyatı ilə birləşdirən bir şairdir. Şeirlərini həm heca, həm də 
əruz vəznində yazmışdır 
Nəbati Azərbaycanın bir çox yerlərini gəzib dolaşmış, Əhər-
də Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında gü-
şənişinlik  etmiş,  riyazətlə  məşğul  olmuşdur.  “güşeyi-vəhdətdə 
sirri nihan” axtarmaq, mərifətullaha yetişmək, gizli sirlərdən xə-


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə