Sədrəddin Hüseyn
BAKI-2015
AZƏRBAYCAN MƏRSİYƏ
ƏDƏBİYYATI və
ƏBÜLHƏSƏN RACİNİN
POETİK DÜNYASI
AZƏRBAYCAN MƏRSİYƏ
ƏDƏBİYYATI və
ƏBÜLHƏSƏN RACİNİN
POETİK DÜNYASI
Sədrəddin Bayram oğlu Hüseyn
AZƏRBAYCAN MƏRSİYƏ
ƏDƏBİYYATI
və
ƏBÜLHƏSƏN RACİNİN
POETİK DÜNYASI
BAKI-2016
AZƏRBAYCAN MƏRSİYƏ ƏDƏBİYYATI VƏ
ƏBÜLHƏSƏN RACİNİN POETİK DÜNYASI
MÜƏLLİF:
Sədrəddin Bayram oğlu Hüseyn
f.ü.f.d.
Qafqaz Universiteti
ELMİ REDAKTOR:
Teymur Əhmədov
Professor, f.e.d.
“Respublika” qəzetinin baş redaktoru
RƏYÇİLƏR:
Alxan Bayram oğlu Məmmədov
Professor, f.e.d.
Almaz Əli qızı Məmmədov
Professor, f.e.d.
Emin Famil oğlu Ağayev
Dosent, f.ü.f.d.
DİZAYN:
İlham Əliyev
© S.B. Hüseyn, Bakı, 201
6
© Qafqaz Universiteti, Bakı, 201
6
Ekoprint Çap Evi
Bakı-Elmlər, Az1000 Bakı, Azərbaycan
BAKI-2016
MÜNDƏRİCAT
ÖNSÖZ
5
GİRİŞ
11
I FƏSİL. Ümumi məsələlər
19
1.1. Ə.Racinin həyatı, mühiti və dünyagörüşü
19
1.2. Ə.Raci poeziyasının tədqiqi,
Ə.Racinin sələf-xələf münasibətində yeri
53
II FƏSİL. Əbülhəsən Racinin lirikası
65
2.1. Ə.Raci lirikasında məhəbbət mövzusu
65
2.2. Ə.Racinin lirikasında ictimai motivlər
85
2.3. Ə.Racinin dini-fəlsəfi şeirləri
115
III FƏSİL. Əbülhəsən Raci poeziyasının
sənətkarlıq xüsusiyyətləri
171
NƏTİCƏ
191
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
195
MÜƏLLİF HAQQINDA
Sədrəddin Bayram oğlu Hüseyin uzun illərdi Respublika mət-
buatında elmi, bədii, publisistik yazılarla çıxış edir. Bu onun sayca
altıncı kitabıdır. “İmla məcmuəsi” -metodik vəsaiti -2001, “Əbül-
həsən Racinin yaradıcılıq yolu” monoqrafiyası -2004, “Yeniyetmə-
lik dövrünün yol xəritəsi” -2007 , “Gəncliyin yol rəhbəri” adlı tər-
cümə əsərləri -2009, “Əbdülün macəraları” adlı əxlaqi-didaktik
romanı 2013-cü ildə işıq üzü görmüşdür. “Azərbaycan mərsiyə
ədəbiyyatı və Əbulhəsən Racinin poetik dünyası” adlı monoqrafi-
yada isə ədəbiyyatımızdakı mərsiyə mövzusu əhatəli şəkildə
işlənmiş, Razinin obrazı həm mərsiyəxan, həm də lirik şair kimi
canlandırılmışdır. S. Hüseyn qırx ilə yaxındır orta və ali məktəblər-
də pedaqoji fəaliyyət göstərir. Respublikanın qabaqcıl təhsil işçisidir.
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
5
ÖN SÖZ
XIX əsrdə Rusiya-İran istilaçıları tərəfindən parçalanmış qə-
dim Azərbaycanın cənub bölgəsində şovinist fars əsarətində ya-
şayan xalq məhrumiyyətlərə, təqib və təzyiqlərə baxmayaraq öz
mənəvi dəyərlərini: dilini, mədəniyyətini, adət-ənənəsini qoruyub
saxlamış, inkişaf etdirmişdir. Feodal cəmiyyətində dini-mövhu-
matın hökm sürdüyü ictimai mühitdə Ahi, Mirzə Həbib Qüdsi,
Pürğəm, Qumri, Dəxil, Dilsuz, Raci kimi şairlər klassik şeir üslubun-
da yazdıqları əsərlərdə toxunduqları mövzulardan asılı olmaya-
raq, dövrün ab-havasını, insanların ağır həyat tərzini, dini dünya-
görüşünü, nisgilli ümid və arzularını da əks etdirirdi. O dövrdə
mərsiyə ədəbiyyatının yaradıcıları arasında Hacı Əbülhəsən Raci
öz dəsti-xətti ilə seçilən qüdrətli sənətkar kimi tanınırdı. Buna bax-
mayaraq, təxminən 150 ilə yaxın müddət ərzində öz müasirləri
kimi Hacı Əbülhəsən Racinin ədəbi irsi də tədqiq olunmamış, keç-
miş zamanın kəsif dumanında sanki unudulmuşdur.
Racinin bəzi müasirləri, o cümlədən Seyid Əzim Şirvani, ədə-
biyyatşünas Firidun bəy Köçərli, alim və şair Ələkbər Dexuda, ədə-
biyyatşünas Məhəmmədəli Tərbiyət şairin həyatı və yaradıcılığı
barədə yığcam məlumat verməklə kifayətlənmişlər.
Sovet dövründə isə məhərrəmlik təziyədarlığı və onunla əla-
qədar yaranan mərsiyə ədəbiyyatı ədəbi-tənqidi fikirdən sərf-
nəzər edilmiş, Azərbaycan xalqının ruhuna, sovet ideologiyasına
yabançı hesab edildiyindən öyrənilməmişdir. Mərsiyə yazan şa-
irlərin əksəriyyətinə, eləcə də Raci yaradıcılığına birtərəfli yana-
şılmışdır. Halbuki Mirzə İbrahimovun dediyi kimi, XIX əsr ədəbi-
ictimai fikrində “anlaşılmaz və qəribə” görünsə də, ziddiyyətli gö-
rüşlərin müşahidə olunması, o zamanın ictimai həyatın bulanıq
vəziyyəti, mövhumatın qatı dumanının nəticəsi idi. Abbasqulu
ağa Bakıxanov, Seyid Əzim Şirvani, Dəxil, Qumri, Ləli, Raci kimi
dinə bağlı şairlər mərsiyə yazsalar da, “dar təəssübkeşliyi pislə-
yən, fanatik görüşlərin əleyhinə olan və bütün bunları xalqın tə-
Dostları ilə paylaş: |